T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə31/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
94 
edirdi. Dramaturgiyanın başqa əsərləri kimi, “Hacı Qara”nı da 
Ə.Ağaoğlu  ciddi  mənada  komediya  adlandırmırdı.  Onun 
fikricə,  bu  əsərlərdə  nə  tip  vardı,  nə  də  ictimai  və  psixoloji 
təhlil.  Müəllifin  bu  yanlış  mülahizələri  bəzən  hətta  onu  səhv 
qənaətlərə  gətirirb  çıxarırdı:  “...Müəllimlərimizin  sinifdən-
kənar  bütün  fəaliyyəti  heç  nəyə  yaramayan  komediyalar,  gü-
lünc  dramlar  və  son  dərəcə  pis  qrammatikalar  yazmağa  həsr 
olunmuşdur.  Və  bütün  bu  ədəbi  cəfəngiyatı  bazara  çıxaran 
bizim pedaqoqlar yarışlardan çıxmış qaliblər kimi asudə nəfəs 
alır  və  özlərinin  bu  fəaliyyətləri  ilə  doğma  ədəbiyyatı 
zənginləşdirdiklərinə,  dili  inkişaf  etdirdiklərinə,  bəşəriyyətə 
böyük xidmət göstərdiklərinə ciddi inanırlar. Heç bir mübahisə 
və  dəlil  ilə  siz  bu  yazıçılıq  xəstəliyinə  tutulmuşları  inandıra 
bilməzsiniz ki, onlar heç kəsə xidmət etməmişlər...” (98). 
Şübhəsiz ki, müəllifin bu yanlış mülahizələri onun səmi-
mi inamından doğurdu. Ədəbi təmasın həlledici roluna inanan 
müəllif  ədəbi  təsir  mexanizminin  əsas  prinsiplərindən  birini 
unudurdu  ki,  təsirə  məruz  qalan  ədəbiyyatın  özünün  bu  təsir 
idxalını  qəbul  etmək  üçün  müəyyən  səviyyə  və  tələbatının 
olması zəruridir. 
Əsrin  əvvəllərində  yazıb  yaradan  ədəbiyyat  xadimlərin-
dən  N.Vəzirov,  N.Nərimanov,  S.S.Axundov,  Ə.Haqverdiyev 
və  b.  qələm  sahiblərini  “Molyerə  tay  olmadıqları”  üçün  mə-
zəmmət  etməkdə  müəllif,  şübhəsiz  ki,  haqlı  deyildi.  Məqalə-
lərində  rus  və  Avropa  ədəbi  fikrindən,  nəzəriyyəsindən  çıxış 
edən Əhməd bəy Ağaoğlu bu nəzəriyyəni milli ədəbiyyatımıza 
tətbiq  edərkən  mürəkkəb,  ziddiyyətli  nəticələrə  gəlirdi: 
“...Bizim  xarakterlər  yoxdur.  Buna  görə  də  heç  bir  Şərq 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
95 
ədəbiyyatında  siz  məhz  belə  xarakterlər  əsasında  yaranan 
roman, faciə, komediya kimi ədəbi formalara rast gəlməzsiniz. 
Əksinə,  ədəbiyyatın  bütün  formaları,  təfəkkürün  və  hissin 
növləri  ya  yuxu  gətirən  nəhayətsiz  lirizmə,  yaxud  duman  və 
mistisizim  kabusuna  qərq  olmuşdur”.  Ə.Ağaoğlunun  bu 
fikirlərini  akademik  K.Talıbzadə  onun  ifrata  varması  kimi 
qiymətləndirərək  qeyd  edir  ki,  “milli  ədəbiyyatımıza  bu  cür 
baxmaq  –    N.Vəzirov,  Ə.Haqverdiyev,  N.Nərimanov  kimi 
qüdrətli  realistlərin  yaradıcılığını  layiqincə  qiymətləndirmək 
imkanından  Ə.Ağaoğlunu  əvvəlcədən  məhrum  edirdi”  (62, 
341). 
Əhməd  bəy  Ağaoğlunun  milli  ədəbiyyat  məsələlərinə 
münasibətində  ciddi  bir  narahatlıq  duyulurdu.  O,  cəmiyyətdə 
baş verən hadisələri ədəbiyyatın əks etdirmyə qadir olmaması 
barədə  mülahizəsini  hər  dəfə  irəli  sürdükdə  çıxış  yolu  kimi 
Qərb,  rus  ədəbiyyatından  öyrənmək  məsələsini  qoyurdu:  “Bu 
yenidən  tərbiyənin  əsasına  mütləq  daxil  edilməli  olan 
ümumbəşəri  ideya  və  hissləri  almaq  üçün  biz  hara  müraciət 
etməliyik?  Aydındır  ki,  Qərbə”  (107)  –    cavabında  Qərb 
yazıçılarından  Viktor  Hüqo,  Volter,  Selli,  rus  yazıçılarından 
isə  Dostoyevski,  Puşkin,  Tolstoy,  Qorkinin  yaradıcılıqları 
onun  üçün  dəyişməz  dəyərlər  kimi  qalırdılar.  Onun  fikricə, 
Viktor  Hüqonun  həyatı  XIX  əsr  Fransasının  həyatı  idi. 
“Fransada  romantizmin  atası”  sayılan  Viktor  Hüqonun 
yaradıcılığına münasibəti ilə əslində Ə.Ağaoğlu fransız roman-
tizminin özünü təhlilə cəlb edirdi. O belə düşünürdü ki, fransız 
romantizmi  XVIII  əsrin  rasionalizminə  etiraz  əlaməti  olaraq 
meydana  gəlmişdi.  Şəhər  əhalisinin  həyatını  tərənnüm  edən 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
96 
klassizimlə  yarışa-yarışa  təbiəti  tərənnüm  edən  romantizm 
dünya ədəbiyyatının inkişafında yeni bir mərhələ olduğu üçün 
Ə.Ağaoğlunun bu məsələyə müraciəti təbii idi. 
Mütəfəkkir ədib bu polemikalarında İslam dininin rus və 
Qərb  mədəniyyətinə  təsirini  sübut  etməyə  çalışır,  ədəbi-
mədəni  məsələlərin  qiymətləndirilməsində  onun  mühüm 
rolunu qeyd edirdi. Onun fikricə, “rus ədəbiyyatı özünün həqi-
qətpərəstliyi  və  bədiiliyi  ilə  böyük  bir  ədəbiyyatdırsa,  buna 
görə  o,  artıq  Şərqə  minnətdardır...  Rus  ədəbiyyatının  bu  iki 
ümumi cəhəti (mistisizm və lirizm –  Ə.A.) Qorkinin yeni əsəri 
“Həyatın dibində”nin əsas xüsusiyyətini təşkil edir” (104). 
Rus  ədəbiyyatı  ilə  bağlı  mülahizələrində  Ə.Ağaoğlu  rus-
Avropa,  rus-Şərq  ədəbi-mədəni  münasibətləri  məcrasında 
ədəbi təsir məsələsinin özünün elmi-nəzəri işıqlanmasına xid-
mət edən mülahizələr söyləyirdi. Ümumiyyətlə, təsadüfi deyil-
di  ki,  bir  sıra  məqamlarda  Əhməd  bəyin  ədəbi-tənqidi  plat-
formasının  mahiyyəti  məhz  onun  rus  ədəbiyyatına  müna-
sibətində,  rus  ədəbiyyatı  ilə  bağlı  mülahizələrində  meydana 
çıxırdı.  Xüsusilə,  o,  ədəbiyyatın  xalqın  mənəviyyatının,  onun 
ideyalarının  formalaşmasındakı  rolundan  bəhs  edərkən  rus 
ədəbiyyatından  nümunələr  gətirirdi:  “...Qadınlığı  idealizə 
edərkən  rus  mühərrirliyi,  bəlkə,  qadın  qəhrəmanlarına  süni, 
həqiqətdə  mövcud  olmayan  bəzi  əxlaqi,  ruhi  sifətlər  əlavə 
etmişlər.  Fəqət  bu,  təkrar  oluna-oluna  rus  məfkurəsində  bir 
qadın  idealı  təşkil  etmiş,  bütün  tərbiyə,  təlim  və  arzular  bu 
ideala doğru yürüdülmüş və beləliklə, ideal vüsala gətirmişdir” 
(85, 148). 
O,  fikrinə  davam  edərək  yazırdı:  “Puşkinin  Tatyanası, 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə