T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə43/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   38   39   40   41   42   43   44   45   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
130 
ədəbiyyatlarsız  mümkün  olmadığı  kimi,  “ötürücü”  ədəbiy-
yatlar  da  təkcə  ötürücü  rol  oynamaqla  kifayələnməmişlər.  Bu 
prosesdə  “M.Hadi,  H.Cavid,  A.Səhhət,  və  A.Şaiq  həm  də  rus 
və  türk  romantizminin  nümunələrini,  ənənələrini  dərindən 
mənimsəmiş,  estetik  mülahizələrində  tətbiq  etmişlər.  Bir  az 
fərqləndirici  mahiyyət  güdsək,  bu,  inkar  olunmaz  faktdır  ki, 
rus  romantizmi  Hadiyə  və  Cavidə  nisbətən  Səhhət  və  Şaiqin 
yaradıcılıq  fəaliyyətində  öz  təzahürünü  daha  geniş  tapmışdır” 
(24, 84). 
Lakin  Qərbə  heyranlıq  hissi  romantiklərdə  şəksiz 
üstünlük  təşkil  edirdi.  Tərcümə  əsərlərinin  seçilməsindən 
tutmuş, ədəbi-tənqidi mülahizələrə qədər romantiklər bu və ya 
digər  münasibətlə  tez-tez  Qərb  ədəbiyyatına  müraciət  edir, 
onlardan nümunələr göstərir, müqayisələr aparırdılar. 
Qərb ədəbiyyatından tərcümələr, Qərbin elm və mədəniy-
yət  xadimləri  haqqında  müxtəlif  səpkili  məlumatlar  daha  çox 
“Füyuzat”  jurnalında  çap  olunurdu.  Jurnalın  tərcümə  əsər-
lərinin  keyfiyyətinə  xüsusi  tələbkarlıqla  yanaşması,  tərcümə 
zamanı  orijinalın  ideya-mövzu,  forma  və  məzmun  bütöv-
lüyünün,  üslub  xüsusiyyətlərinin  qorunub  saxlanmasını  tələb 
etməsi  bu  mətbuat  orqanında  yüksək  səviyyəli  bədii  tərcümə-
lərin yer almasını təmin edirdi. 
N.Gəncəvi, Firdovsi, A.Şiller, H.Hayne, Milton, Şekspir, 
Lev  Tolstoy,  Lermontov,  Puşkin,  Ö.Xəyyam  və  başqa 
sənətkarlardan edilən tərcümələr bu tələblər ödənildiyinə görə 
bəyənilirdi.  Klassik  Avropa  və  rus  ədəbiyyatından  edilən 
tərcümələr 
sırasında 
A.Cövdətin, 
Ə.Hüseynzadənin, 
A.Səhhətin,  M.Ə.Rəsulzadənin,  M.Hacınskinin  tərcümələri 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
131 
ayrıca hallanırdı (64, 210). 
Bədii sənətkarlıq ənənələrinin zənginliyi və ideya-estetik 
dəyərlərinin  orijinallığı  ilə  maraq  doğuran  Avropa  ədəbiyyatı, 
“Füyuzat”çılara görə, həm də sənətkarın şəxsiyyətinə və onun 
yaşadığı  ictimai-tarixi  mühitə  qiymət  vermək  vasitəsi  idi. 
Tərcümə  zamanı  həmin  məsələlərin  diqqət  mərkəzinə 
çəkilməsi  orijinal  əsərlə  onun  tərcümə  variantını,  habelə 
müəllif ilə tərcüməçinin qarşılıqlı müqayisəsini, mənəvi-ədəbi 
ünsiyyətini  araşdırmağa  imkan  verirdi.  Bu  baxımdan 
Ə.Hüseynzadə  A.Cövdətin  tərcümələrini  yüksək  qiymət-
ləndirir. Məsələn,  Ə.Hüseynzadə  Bayron  haqqında danışarkən 
onu  “asari-hürriyyətpərvəranə”  sahibi  olan  “müəzzəm  bir 
ingilis  şairi”  sayır,  “asari-nəfisayi-ülviyyə!”  deyə  qiymətlən-
dirdiyi  bədii  irsinin  türkcəyə  tərcümə  edilməsini  mühüm  bir 
ədəbi-mədəni  təşəbbüs  kimi  nəzərə  çatdırırdı.  A.Cövdətin 
tərcümə  etdiyi  “Şilyon  məhbusu”ndan  danışarkən  Ə.Hüseyn-
zadə  bildirirdi  ki,  “Bayronun  əşarını  əvvəlcə  rus  və  Avropa 
dillərində  mütaliə  etmiş  idim.  Lakin  heç  bir  vaxt  o  asari-
bülənşamil  məzkur  dillərdə  mənə  öz  dilimizdə  olduğu  qədər 
zövq  və  ləzzət  verməyəcək  idi.  Mən  o  andakı  zövq  və 
məmnuniyyətimi  tərif  edəməm!..  Bayronun  əşarını  türkcə 
oxumaq  nə  böyük  nemət,  nə  böyük  səadət!  Abdulla  Cövdət 
Avropa şairlərini bəzən nəzmən, bəzən də nəsrən tərcümə edir. 
Fəqət hər hansı surətlə olur-olsun, bu tərcümələr fövqəladə gö-
zəl düşür. Adətən, əslindən heç vəchlə geri qalmayır...” (134). 
Qərb  ədəbiyyatını,  mədəniyyətini  öyrənməkdə  tərcü-
mənin  xüsusi  əhəmiyyət  kəsb  etdiyini  bildirən  bu  sənət 
korifeylərinin  tərcüməyə  tələbləri  də  çox  yüksək  olurdu. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
132 
Diqqət yetirsək, Əli bəy Hüseynzadə “Avropa şairlərini bəzən 
nəzmən,  bəzən  nəsrən  tərcümə  edən”  Abdulla  Cövdətin  
Bayrondan tərcümələrini təhlil edərkən özünəməxsus romantik 
bir  tərzdə  həmin  tərcümələrə  olan  çox  yüksək  tələblərini  də 
ifadə etmiş olur və məhz bu tələblərə cavab verdiyi üçün onları 
tərif  və    təqdir  edirdi.  Hansılardır  bu  tələblər?  “Şilyon  məh-
busu”nu  əvvəlcə  rus  və  Avropa  dillərində  oxumuş  olmasına 
baxmayaraq,  Əli  bəy  Hüseynzadə  “o  asari-bülənşamildən 
məzkur (rus və Avropa – T.A.) dillərdə” "öz dilimizdə olduğu 
qədər ləzzət” ala bilməmişdi.  Bu romantik,  bir qədər də emo-
sional  təhlilin  daxilində  əslində  tərcüməyə  olan  çox  sərt  bir 
tələb  irəli  sürülür:  “Əslindən  heç  vəchlə  geri  qalmaması” 
tələbi! Nə az, nə çox! Yəni “Bayronun əşarını türkcə oxumaq” 
o  zaman  “nə  böyük  nemət,  nə  böyük  səadət”  olur  ki,  nəinki 
əslindən  geri  qalmasın,  hətta  heç  vəchlə  geri  qalmasın!  Mə-
lumdur ki, Əli bəy özü də tərcümələrinə bu tələblərlə yanaşır-
dı. Onun Hötenin “Faust”unun tərcüməsi adi bir bədii tərcümə 
olmaqdan çox yüksəkdə duraraq, bu əsərin bütün bədiiyatının, 
mifolojisinin, fəlsəfəsinin, hətta müəyyən mənada üslubiyyatı-
nın ədəbiyyatımıza gətirilməsi idi. Bu, təkcə Əli bəy Hüseyn-
zadənin    sənət  qüdrətinin  hesabına  olmayıb,  həm  də  tərcümə 
olunan  əsərin  düzgün  seçilməsi  hesabına  idi.  Çünki  “Faust” 
onun  “əskidən  bəri  ruhunun  yeganə  munisi  olan  alman  şairi 
Hötenin” (A.Şaiq) əsəri idi, bu, birincisi; həmin əsər Əli bəyin 
özünün  ən  sevimli  əsəri  idi  -  bu  da  ikincisi.  Əslində,  bu 
deyimlər  Əli  bəyin  tərcümə  sənətinə  münasibətini,  ona  olan 
tələblərini  açıqlayan  məqamlardır.  Tərcüməçi  tərcümə  üçün 
seçdiyi  əsərin  ruhunu  duymalıdır,  yalnız  dil  elementləri 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə