T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə113/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   108   109   110   111   112   113   114   115   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

MƏCBURİ RƏQSLƏR 
Avtomobil rəqslərinin yaranmasının əsas səbəbkarı yolların qeyri-hamarlığı, şinlərin 
həndəsi və qüvvə müxtəlifliyi və təkərlərin qeyri-müntəzəm fırlanmasıdır. Asfaltbeton və 
sementbeton yollarda əsasən iki növ nahamarlıq müşahidə olunur: mikroprofil və 
kələkötürlük. Dalğa uzunluğu 100 m-dən 10 sm-ə qədər olan qabartı və çöküklər şərti 
olaraq 
yolun mikroprofili 
adlanır. Bu nahamarlıqlar avtomobil rəqslərinin əsas səbəb-
karıdır. Yol səthinin dalğa uzunluğu 10 sm-dən kiçik nahamarlıqları 
kələ-kötürlük 
adlanır. Bu nahamarlıqlar şassi və kuzovun ayrı-ayrı elementlərində yüksək titrəyişlər və 
səs yarada bilir. İntensiv hərəkətli yollarda nahamarlıq yol örtüyünün çəkilişindən 1...2 il 
sonra baş verə bilir. Təkrarlanan nahamar yollarda hərəkət zamanı məcburi rəqslər 
yaranır. Bu rəqslərin tezliyi bir tərəfdən nahamarlığın xarakterindən, digər tərəfdən isə 
avtomobilin sürətindən asılıdır. Bu tezliklər bir-birindən çox fərqlənərsə həyəcanlandırıcı 
təsirə statiki təsir kimi baxmaq olar. Məsələn, dinamiki sistemin məxsusi rəqslər tezliyi 
həyəcanlandırıcı tezlikdən 5...10 dəfə çox olarsa, dinamiki sistemin kütlələrinin 
yerdəyişməsi demək olar ki, xarici statiki təsirdə olduğu kimi olar. Sadə halda yol 
nahamarlıqlarını kosinusoidal çıxıntı kimi (şək.35) göstərmək olar. Bu halda nahamarlığın 
profili aşağıdakı ifadə ilə əks oluna bilər: 
q = q


1 – cos (2

x /l )


burada 
q

– nahamarlığın hündürlüyünün amplitudası; 
x – nahamarlığın absisi; l – onun 
uzunluğudur.Avtomobil 
V sürəti ilə hərəkət etdikdə nahamarlığın absisi x = Vt qanunu 
ilə dəyişir. Nahamarlıqdan avtomobilin dinamiki sisteminə ötürülən həyəcanlandırıcı təsir 
isə aşağıdakı qanunla dəyişir: 
q = q


1- cos (

t)


burada 

– həyəcanlandırıcı təsirin tezliyidir, 

=2

V/l. Yol nahamarlıqları avtomobilin 
hərəkət sürətindən asılı olmadığı üçün onların uzunluğuna görə qiymətləndirilməsi üçün 


xətti və dövri tezlik anlayışlarından istifadə edilir.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə