T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə52/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Köməkçi tormoz sistemi(-
yavaşıdıcı tormoz) davamlı enişlərdə avt-bilin sürətini
məhdudlaşdırır və digər tormoz mexanizmlərindən asılı olmayaraq hazırlanır. Nəqliyyat 
vasitəsi enişdə hərəkət etdikdə tədricən sürətlənir və hərəkət təhlükəsizliyi üçün 


qorxulu həddə çatır.İşçi tormozdan istifadə edərək sürücü tormozlama aparır. sürəti 
aşağı salır.Bir qədər sonra avt-bil yenidən sürətlənir və proses təkrarlanır. Davamlı 
enişlərdə bu şinlərin,tormoz üstüklərinin yeyilməsinə,ən başlıcası isə tormoz 
mexanizminin temperaturunun artmasına səbəb olur.Tormoz mexanizmlərinin 
üstlükləri qızdıqda, üstlüyün barabana sürtünmə əmsalı azalır və nəricə olaraq tormoz
mexanizminin effektivliyi azalır.Qızmış tormoz mexanizmli avt-bilin tormoz
xüsusiyyətlərinin kəskin pisləşməsi ağır nəticəli yol- nəqliyyat hadisəsinə səbəb ola
bilər.Köməkçi tormoz sistemi davamlı enişlərdə işçi tormoz sistemindən istifadə
edilnədən avt-bilin kiçik sabit sürətlə hərəkətini təmin edir.Soyuq işçi tormoz sistemi 
istənilən anda maksimal effektivliklə tormozlama aparmaq imkanında olmalıdır. Köməkçi 
tormoz sistemi avt-bilin sürətini sıfıra qədər azalda bilməz. Normativ sənədlərə görə 
köməkçi tormoz sisteminin effektivliyi 7%-lik 7 km uzunliğunda enişdə avt-bilin sürətini 
(30 
-
+
5)km/saat həddində saxlamalıdır.Konstruktiv olaraq köməkçi tormoz üç üsulla 
hazırlanır.mühərrik
aerodinamik
tormoz da tətbiq olunur.Hər bir tormoz sistemi 
tormoz mexanizmlərindən və tormoz intiqalından ibarətdir.Tormoz mexanizmləri birbaşa 
təkərlərdə və ya transmissiyanın fırlanan detallarında yerləşdirilə bilər.İntiqal vasitəsi ilə 
tormoz mexanizmləri idarə olunur. Əksər tormoz sistemlərində,idarə edilməni 
yüngülləşdirən,tormoz sisteminin effektivliyini və artıran gücləndiricilər və ya digər 
quruluşlar yerləşdirilir.Tormoz idarəsinə yüksək tələblər qoyulur,ki,o,avt-bilin aktiv 
təhlükəsizliyinin təmin olunmasının çox vacibi vasitələrindən biridir.Avtonəqliyyat 
vasitələrinin tormoz sistemlərinə aid,bir neçə beynəlxalq normativ sənədlər qəbul
edilib.Onlardan ən vacibi BMT-nin Avropa İqtisadi Komissiyasının 13 saylı Qaydalarıdır. 
Minik avt-llərrində,kiçik tonnajlı yük avt-llərində və mikroavtobuslarda tormoz 
sistemlərinin effektivliyini və tormozlanma zamanı dayanıqlığı artıran tormoz 
gücləndiriciləri və həmçinin digər quruluşlar istifadə edilən əksər avt-llərin tormoz 
intiqalında tormozların antibloklayıcı sistemi(ABS) olur. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə