T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə53/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Tormoz mexanizmləri.
Tormoz mexanizmlərinin ən çox yayılmış növü fırlanan hissələrin tərpənməz hissələrə 
sürtünmə prinsipinə əsaslanan sürtünməli tormoz mexanizmləridir. Fırlanan detalların 
formasına görə diskli və barabanlı tormoz mexanizmləri istifadə edilir.Barabanlı 
tormozlarda fırlanmayan detallar qəliblər və ya lent, diskli tormozlarda isə- yalnız 
qəliblər ola bilər.Hazırda avt-billərdə əsasən qəlibli barabanlı və diskli tormoz 
mexanizmləri istifadə olunur. 


Tormoz mexanizmlərinin müxtəlif əlamətlərə görə təsnifatı verilmişdir.
Qəlibli 
barabanlı tormozlar –öz 
xarici oxşarlıqlarına baxmayaraq konstruksiyasına və 
xüsusiyyətlərinə görə bir-birindən çox fərqlənir.Şəkil 7.4-də qəlibli barabanlı tormoz 
mexanizmlərinin əsas sxemləri verilmişdir. 
Əsasən qəliblərin dayaqlarının yerləşməsinə və qəliblərin aralayaraq,onları daxildən 
barabanın iç tərəfinə sıxmaq üşün tətbiq olunan qüvvələrin xarakterinə görə fərqlənir. 
Konstruksiyadakı xüsusiyyətlər iş xüsusiyyətlərindəki fərqlərin yaranmasını da müəyyən 
edir.Tətbiq qüvvələri bərabər və dayaqları bir tərəfdə yerləşən tormoz mexanizmi,a 
şəkil göstərilib. Qəliblər yaylarda dartılır.Qəliblərin ucları təkər silindrlərinin porşenlərinə 
söykənir.İşçi silindrlər baş tormoz silindri ilə və öz aralarında boru xətləri ilə birləşir. 
Tətbiq qüvvələrinin eyni olması işçi silindrin porşenlərinin diametrlərinin eyni olması ilə 
əldə edilir.
Dayaqları paylanmış tormoz mexanizmi- şəkil .7.4,b),
hər biri uyğun
dayaq barmağı üzərində yerləşdirilmiş iki eyni qəlibə malikdir. Porşenlərin diametri eyni 
olduğundan qəliblərə təsir edən- qüvvələr eyni olur. 
Servotormoz (
şəkil 7.4.c)avt-


bildə transmissiya duracaq tormozu kimi istifadə edilir. Servotormozun dayaq diski 
ötürmələr qutusuna bərkidilir,onun üzərində iki qəlib,sıxıcı və nizamlayıcı mexanizm
yerləşdirilir.Qəliblər dartıcı yaylarla sıxıcı mexanizmin ayırıcı mexanizminə sıxılır.Sol 
qəlibin dartıcı yayının qüvvəsi sağ qəlibinkindən az olur.Tormozlama zamanı ilk olaraq 
dartıcı yayı zəif olan sol qəlib barabana sıxılır,tormozlama avt-bilin qabağa hərəkəti 
zamanı baş verərsə bu qəlib baraban tərəfindən tutulur və onun aşağı ucu sağ qəlibi 
hərəkət etdirir.Hər iki qəlib aktiv qəlib kimi işləyir,həm də sağ qəlib üçün sıxıcı qüvvə sol 
qəlibdən ötürülən sürtünmə qüvvələri olur.Transmissiya duracaq tormozunun yaratdığı 
tormoz momenti baş ötürücü tərəfindən artırıldığı üçün 1902
(
şəkil 7.4.d)qəliblər ayırıcı 
yumruqla hərəkət etdirilir.Yumruğun profili elə hazırlanır ki,qəliblərin uclarının 
yerdəyişməsi eyni olsun.Tormoz mexanizminin tarazlaşması təmin edilir. tormoz 
momentləri və üstlüklərin yeyilməsi eyni olur.Şəkil 7.5-də tətbiq qüvvələri bərabər 
olan,dayaqları bir tərəfdə yerləşmiş barabanlı tormoz mexanizmi göstərilmışdir. Tormoz 
sipəri avt-bilin arxa körpüsünün tirinə sərt bərkidilir, işçi tormoz silindri,qəliblərin 
dayaqları isə öz növbəsində sipərə bərkidulir.Tormoz pedalını sıxdıqda,silinfrdə porşenlər 
aralanmağa və tormoz qəliblərinin yuxarı uclarına təsir etməyə başlayır. Yarımhalqa 
formasında olan qəliblər öz üstlükləri ilə dairəvi tormoz barabanının daxili səthinə sıxılır. 
Fırlanan barabanla fırlanmaya qəliblər arasında yaranan sürtünmə qüvvələri barabanı 
tormozlayır.Tormoz barabanı təkərin topuna bərkidildiyinə görə barabanın 
tormozlanması avt-bilin tormozlanmasını yaradır. Tormoz pedalına təsir kəsildikdə, 
qaytarıcı yaylar qəlibləri başlanğıc vəziyyətə qaytarır. Tormoz mexanizmində baraban 
saat əqrəbinin əksi istiqmətdə fırlandıqda tormozlama aparılarsa 2 mövqeyi ilə işarə 
olunan qəlib baraban tərəfindən tutulur və öz dayağına sıxılır,nəticədə bu qəlib 
tərəfindən yaranan tormoz mimenti artır,bu qəlib aktiv və ya öz-özünə sıxılan qəlib 
adlanır.Digər qəlib isə öz dayağından aralanmağa çalışlır,yaranan tormoz momenti 
azalır,bu qəlib passiv və ya öz-özünə aralanan qəlib adlandırılır.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə