T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə63/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Lonjeronlu çərçivə-bi
r-biri ilə köndələn tirlərlə birləşdirilmiş iki lonjerondan (uzununa 
tirdən) ibarətdir.Yük avt-bilinin lonjeronlu çərçinəsinin sxemi göstərilmişdir.Lonjeronlar 
polad vərəqlərdən ştamplanır və dəyişən profilli şveller kəsikli olur.Lonjeronların daha 
çox yükləndiyi orta hissədə profilin hündürlüyü ən böyükdür.Avt-bilin tipindən və onun 
tərtibatından asılı olaraq lonjeronlar birbirinə paralel və ya bucaq altında qoyula bilər, 
həmçinin şaquli və üfüqi müstəvilərdə əyilə bilər.Kuzovun,asqıların detallarının, 
transmissiya mexanizmlərinin, idarəetmə sisteminin və digər elementlərin lonjeronlara 
bərkidilməsi üçün,ona lazım olan kronşteynlər pərçimləndirilir. Köndələn atılan tirlər də 
lonjeronlar kimi polad vərəqlərdən ştamplanır. 


Çərçivənin ön ucunda bufer və yedək qarmaqları quraşdırılır.Bufer toqquşmalar və 
maneəni vurma zamanı təkan və zərbələrin qəbul edilməsi üçündür.Lonjeronlar və 
köndələn tirlər bir-biri ilə pərçimlərlə və ya qaynaqla birləşdirulir.Yedək qarmaqları avt-
bili yedəyə götürmək üçündür. Yük avt-bilinin çərçivəsinin arxa hissəsində axırıncı 
köndələn tirə avt-bilə qoşquların, yedəyə alınan avt-billərin və s. qoşulması üçün 
nəzərdə tutulmuş yedək qurğusu bərkidilir.Bu qurğuya qıfıllı qarmaq, yedəkli avt-bilin 
kələ-kötür yolda hərəkəti, həmçinin yerindən tərpənməsi və tormozlanması zamanı 
təkan və zərbələri azaldan yay və ya rezin amortizator daxildir.Mərkəzi sütunlu çərçivə 
ilk dəfə Çexoslovakiyanın”Tatra” kompaniyası tərəfindən keçənəsrin 20-ci illərində 
yaradılıb.Bu çərçivə,adətən.boru şəkilli en kəsikli bir mərkəzi daşıyıcı tirdən və bu tirə 
bərkidilmiş müxtəlif quraşdırma kronşteynlərindən ibarətdir(şəkil 8.7).


Çərçivənin daşıyıcı tiri transmissiyanın ayrı-ayrı mexanizmlərinin bir-biri ilə borularla 
birləşdirilmiş karterlərindən də təşkil oluna bilər.Karterlər və borular arasında qoyulmuş 
kronşteynlər kabinənin,yük platformasının, mühərrikin və avt-bilin digər mexanizmlərinin 
bərkidilməsi üçün nəzərdə tutulmuşdr.Transmissiya mexanizmlərinin karterlərindən 
təşkil olunmuş çərçivə lonjeronlu çərçivəyə nəzərən daha yüksək əyilmə və burulma 
sərtliyinə malikdir.Bu çərçivənin əsas çatışmamazlığı- çərçivəyə sərt bərkidilmiş 
aqreqatların təmirinin çətinliyidir. Müasir avtomobilqayırmada sütunlu çərçivələrin 
genuş yayılmasının səbəbi budur.Çərçivəsiz konstrvuksiya adətən kiçik və orta sinif 
minik avt-billəri,həmçinin avtobuslar üçün(şəkil8.8)tətbiq olunur.Aparan kuzov avt-bilin 
çəkisini azaldır və çərçivəli konstruksiya ilə müqayisədə onun hündürlüyünü xeyli 
azaltmağa imkan verir.Minik avt-rində kuzovun qüvvə strukturunu gücləndirmək üçün 
çərçivəaltıdan istifadə olunur.Çərçivəaltılar kuzovun elementlərinin yerdəyişməsini 
məhdudlaçdırır,kuzovun ümumi sərtliyini artırır,asqının xarakteristikasını kardinal 
artırmağa imkan verir.Çərçivəlatılar əsas funksiyası ilə yanaşı, həmçinin də asqının 
qovşaqlarının-linglərin və aqreqatlarının dayaqlarının bərkidilməsini təmin edir.Audi A3 
avt-bilinin arxa çərçivəaltısı(şəkil8.9) polad hissələrdən qaynaq yolu ilə hazırlanmış 
konstruksiyadır. 
O,çərçivə ilə boltlarla birləçir.Qabaq və arxa intiqallı avt-məsiqrup- çərçivəsi kuzova 
inteqrasiya olunmuş avt-billər də fərqləndirilir. Konstruksiyasına görə belə çərçivə 
(şəkil8.10)klassik vatianta çox oxşayır(uzununa və eninə millərin növbələnməsi).Fərq 
ondadır ki,bu halda,çərçivə kuzovdan ayrılmazdır,yəni ona boltlarla birləşmiş,onunla 
bütöv qaynaq olunmuş konstruksiya təşkil edir. İnteqrasiya olunmuş çərçivələr pikap və 
yolsuzluq avt-rində istifadə olunur. İnteqrasiya olunmuş çərçivənin bir sıra 
çarışmamazlıqları var,onu təmin etmək çətindir,nazik metaldan hazırlamaq olur,klassik 
çərçivəyə uduzur,metal tez paslanır və avt-bil ------



Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə