Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
116
SƏBİNƏ ƏLİYEVA
Bakı Slavyan Universiteti
E-mail: aliyevasabina23@ymail.com
TÜRKİYƏNİN XARİCİ SİYASƏTİNDƏ KİPR PROBLEMİ
(1960-ci illər)
Açar sözlər: Kipr problemi; Türkiyə, Yunanıstan
Ключевые слова: кипрская проблема, Турция, Греция
Keywords: The Cyprus problem, Turkey, Greece
Şərqi Aralıq dənizində böyüklüyünə görə üçüncü olan Kipr adası xüsusi strateji əhəmiy-
yətə malikdir. Belə ki, ada Avropa, Asiya və Afrika qitələrini birləşdirməklə olduqca böyük
bir coğrafi əraziyə nəzarət etmək imkanını təmin edir. Eyni zamanda Cəbəllütariq, Süveyş və
Qara dəniz vasitəsilə həyata keçirilən ticarətə nəzarət imkanını təmin edən məkandadır. Türki-
yədən Orta Şərqə su nəqli layihəsi bu yol üzərindədir; önəmli ticarət və enerji mərkəzlərinə
yaxın yerləşir ki, bu da Kiprə nəzarət edənə əhəmiyyətli siyasi və strateji üstünlüklər əldə
etmək imkanı verir. Bütün bunlarla yanaşı ən əsası isə adada həyati maraqları toqquşan Yuna-
nıstan və Türkiyənin öz təhlükəsizliklərinin təmin edilməsi məqsədilə adanın onlar üçün çox
əhəmiyyətli bir mövqeyə sahib olduğunu iddia etmələridir. Bu baxımdam da Kipr adası tari-
xən Türkiyə və Yunanıstanla yanaşı, bir çox dövlətlərin də zidd maraqlarının mübarizə mey-
danına çevrilmişdir. Xüsusilə də XX əsrin ortalarından başlayaraq Kipr adası Şərqi Aralıq
dənizi regionunda gərginlik mərkəzi olmaqdadır. Kiprdə ziddiyətlərin mürəkkəb strukturu
özündə milli-azadlıq hərəkatı, etnoslararası münaqişə, dövlətlərarası qarşıdurma, o cümlədən
çoxtərəfli aktorların iştirakı ilə kompleks beynəlxalq problemlərin xüsusiyyətlərini ehtiva edir.
Kipr probleminin genezisinə «soyuq müharibə», o cümlədən münaqişənin əsas subyektlərinin
davranışına təsir edən daxili siyasi situasiyalar da təsir göstərmişdir.
Kipr adasına qarşı irəli sürülən müxtəlif ziddiyyətli iddiaların mahiyyətini dərk etmək
üçün adanın qısa da olsa tarixinə nəzər salmaq məqsədəuyğundur. Belə ki, qədim tarixə malik
Kipr adası e.ə. XV əsrdə hettlərin hakimiyyətində idi. e.ə.1450-ci illərdə adada Misir hökm-
ranlıq etmişdir. Daha sonralar isə növbə ilə Finkiya, Assuriya, Fars və Roma hakimiyyəti
hökm sürmüşdür.
395-ci ildə Roma İmperiyası 2 yerə bölündükdən sonra Kipr Şərqi Roma İmperiyasının
hakimiyyəti altında qaldı. 638-ci ildə ada ərəblərin hücumuna məruz qalmışdır. 647-ci ildə
Xəlifə Osmanın dövründə ərəb Xilafətinin hökmranlığı altına düşdü və 964-cü ildə Şərqi
Roma İmperiyası yenidən adaya sahib oldu. Daha sonra 1192-ci ildə adaya ingilislər hücum
etmişdir. 1425-26-cı illərdə ara-sıra Məmlük sultanlığının hücumlarına məruz qalmış və 1571-
ci ilə qədər Venesiya dövlətinin hakimiyyəti altına düşmüşdür. 1571-ci ildə Kiprə Osmanlı
İmperiyası sahib oldu və adada Osmanlı hakimiyyəti 1878-ci ilə qədər davam etdi. 1878-ci
ildə adanı türklər İngiltərəyə icarəyə vermişdir, lakin hüquqi cəhətdən ada türk hakimiyyətində
qalmışdır. Əhalisinin 44%-i türk, ərazisinin 50%-dən çoxu türklərin əlində idi. İngilislərin
təzyiqi nəticəsində türklərin əksəriyyəti Anadolu və İngiltərəyə köçdü. Adada qalan türklər
bərabərlik tələb edirdilər. Bu məqsədlə 1924-cü ildə Kipr Türk Camaati-İslamiyyə Təşkilatı
yaradıldı (1).
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
117
II Dünya müharibəsində ada ingilislər tərəfindən istifadə olunurdu. 1944-cü ildə Kiçik
Fazil Milli Partiya yaratdı və dərhal sonra daha fərqli təşilatlar yaranmağa başladı. Bu
təşkilatlar 1949-ci ildə Kipr Türk Federasiyası adı altında birləşdilər. Bu dövrdə yunanların
EOKA təşkilatının terror fəaliyyəti başladı. 1957-ci ildə isə Rauf Denktaşın başçılığı ilə türk-
lər müdafiə məqsədli bir təşkilat yaratdı və bu təşkilatın məqsədi adada «Taksim» ideyasını
reallaşdırmaq idi. «Taksim» ideyası adanın birləşdirilməsini nəzərdə tuturdu (2).
1955-ci ildə Türkiyə, İngiltərə və Yunanıstanın London konfransında Türkiyə adanın hər
iki xalqının öz müqəddəratını təyin etmək hüququnu, Yunanıstan isə adanın yunan əhalisinə
güvənərək ortaq şəkildə öz müqəddəratını təyin etmək hüququnu tələb etdi. Bu konfransda heç
bir nəticə əldə edilmədi.
Məsələ ilə bağlı 15 yanvar 1955-ci ildə Makarios çıxışında qeyd etmişdir: «İngilislərin
hazırladığı muxtariyyat planını qəbul edəcək hər yunanı (rumu) «enosisin düşməni və vətən
xaini» elan edəcəyəm» (3, səh. 68).
İki xalq arasında başlayan mübarizənin nəticəsində yunanların müdafiə etdiyi «Enosis»
və türklərin müdafiə etdiyi «Taksim» ideyasına qarşı adanın müstəqilliyi fikri meydana gəldi.
Bu fikrin İngiltərə, Yunanıstan, Türkiyə və ABŞ tərəfindən mənimsənilməsindən sonra 11
fevral 1958-ci ildə Zürih anlaşması və 19 Fevral 1959-cu ildə London sazişləri imzalandı.
Beləliklə, 1958-ci il Sürix və 1959-cu il London Konfranslarında Türkiyə, İngiltərə, Yunanıs-
tan, türk və yunan xalqları bir araya gələrək nəhayət bir qərara gəldilər. 1959-cu il Zürih və
London sazişlərinə uyğun olaraq hazırlanan Kipr Cümhuriyyəti Konstitusiyası və ona bağlı
Quruluş, İttifaq və Zəmanət Sazişlərinin 16 avqust 1960-cı ildə qüvvəyə minməsi ilə iki xalqlı,
müstəqil Kipr Respublikası yaradıldı.(2).
Beləliklə, Kipr Respublikasının əsası qoyuldu. Bu konfransda nə Yunanıstan və Kipr
yunanlarının ENOSİS-i, nə də Türkiyənin «taksim» təklifləri qəbul edilmədi. Adada hər iki
xalqın ortaqlığına, Türkiyə və Yunanıstanla sıx əməkdaşlığa əsaslanan federativ bir respubli-
kanın qurulması nəzərdə tutulmuşdur. Adanın müdafiəsi Kipr, Türkiyə və Yunanıstan tərəfin-
dən hərbi ittifaq haqqında razılaşma çərçivəsində təmin olunmalı idi. Eyni zamanda Türkiyə,
İngiltərə və Yunanıstana adadakı konstitusyon nizamı müdafiə etmək haqqı verilirdi. Eyni za-
manda İngiltərə adadakı hərbi bazalarını və bunlar üzərindəki suverenlik haqqlarını mühafizə
edə bildi. Kipr Respublikasnın Konstitusiyasında əsas məqam bir xalqın digərinə hökm edə
bilməyəcəyi prinsipi idi. Bu yeni sistem iki əsas meyarı üzə çıxarmışdır. Bunlardan biri adada
yaşayan türklər və yunanlarla bağlı idi. 1960-cı il sistemində nəzərdə tutulanlar aşağıdakılar
idi:
- dövlət başçısının yunan, müavinin isə türk olması;
- veto hüququnun olması. Bu veto səlahiyyəti xarici işlər, müdafiə və təhlükəsizlik işlə-
rində də keçərli idi;
- Nazirlər Kabinetinin on üzvündən üçünün türk olması.
- İstintaq işlərində məhkəmə heyətinin şübhəlinin aid olduğu icmanın hakimləri tərəfin-
dən mühakimə olunması;
- Nümayəndələr Palatasının üzvlərinin 35-inin yunan, on beşinin Türk olması;
- Kipr Respublikasının ordusu 60-40, məmur heyəti isə 70-30 nisbəti ilə hər iki icmanın
üzvlərindən formalaşdırılması;
- Hər iki icmanın öz daxili işləri ilə məşğul olacaq bir İcmalar Məclisinin yaradılması
(məclis ictimai xərclər üçün vergi tətbiq etmək, o cümlədən din, təhsil və mədəniyyət işlərinə
görə də məsuliyyət daşımalı idi);
- Daxili təhlükəsizliyin polis və jandarma tərəfindən təmin edilməsi;
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
118
- Rəsmi dilin yunan və türk dillərinin olması;
- Yunanıstan və Türkiyənin Kiprdəki öz ictimaiyyətlərinə təhsil və mədəniyyət sahəsində
maliyyə yardımı edə bilməsi və s.
Digər meyar isə Türkiyə, Yunanıstan və Kipr arasında idi:
- Kipr Respublikasının tamamilə, ya da qismən hər hansı bir siyasi və ya iqtisadi əmək-
daşlığa qoşulmaması.
- Türkiyə, Yunanıstan və İngiltərənin Kiprin müstəqilliyinin, ərazi bütövlüyünün, təhlü-
kəsizliyinin və konstitusiya quruluşunun mühafizəsinə zəmanət verməsi və s. (4, səh.8).
Kipr Respublikası qurulduqdan dərhal sonra Kipr hökuməti BMT-yə təşkilatın üzvlü-
yünə qəbul haqqında müraciət etdi. Müraciət qısa bir zamanda qəbul edildi. 20 sentyabr 1960-
cı ildə Kipr Respublikası BMT-nin bərabərhüquqlu üzvü oldu və BMT-nin zəmanətini əldə
etdi.
Zürih və London sazişlərinin imzalanması mühüm nailiyyət olsa da, qələbə deyildi. Ən
əsas da ona görə ki, o dövr hakim türk dairələrinin də vurğuladığı kimi bir çox əksiklikləri
olan, xüsusilə də qarışıq konstitusiyaya malik süni bir dövlət qurulmuşdur.
Zürih və London sazişlərinə əlavə olaraq Kipr, Türkiyə, İngiltərə və Yunanıstan arasında
imzalanan Zəmanət haqqında Sazişin birinci maddəsində qeyd edilir: «Kipr Respublikası hər
hansı bir dövlətlə tam və ya qismən hər hansı bir siyasi və ya iqtisadi birliyə qoşulmamağı
öhdəsinə götürür. Beləliklə, hər hansı bir digər dövlətlə birləşməyi və ya adanın «taksimini»
birbaşa və ya dolayı olaraq təşviq edəcək hər növ hərəkəti yasaq elan edir» (5).
İkinci maddədə isə qeyd olunur: “Yunanıstan, Türkiyə və Birləşmiş Krallıq, Kipr Res-
publikasının bu sazişin birinci maddəsində göstərilən öhdəliklərini nəzərə laraq Kipr Respubli-
kasının müstəqilliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini və eyni zamanda Konstitusiyanın
təməl maddələriylə yaradılan nizamını tanıyır və zəmanət verirlər”.
Sazişin 4-cü maddəsinin son bəndində deyilir: “müştərək və ya razılaşaraq hərəkət edə
bilmədikdə zəmanət verən hər üç dövlətdən hər biri bu müqavilə ilə qurulan nizamı yenidən
yaratmaq məqsədi ilə hərəkətə keçmək hüququnu özlərində saxlayırlar».
1960-cı il sazişlərinin ən əsas xüsusiyyərindən biri də adanın hər hansı bir şəkildə başqa
bir ölkə ilə birləşməsinə, yəni ENOSİS-ə qarşı olması idi.
Adada Enosis və Taksim qadağan edilmişdi, lakin yunan rəhbərliyi bütün keçmiş
EOKA-çıları Kipr Respublikasında zəruri mövqelərə yerləştirərək, Konstitusiyada qadağan
olunmasına baxmayaraq Enosis fəaliyyətini birbaşa Makariosun başçılığı altında həyata
keçirirdi.
Kipr türkləri sazişlərə sadiq qalsalar da, yunanlar Sürix və London sazişlərinin imzalan-
masından dərhal sonra baş yepiskop Makariosun aşıq şəkildə söylədiyi kimi sazişlərə bir
məqsəd olaraq deyil, yunanların Enosis siyasətinin həyata keçirilməsinin bir vasitəsi kimi
baxırdılar. Əsas məqsədin Enosis olduğunu Makarios hələ 13 noyabr 1959-cu il tarixində belə
açıqlamışdır: «adanın idarəsi 8 əsrdən bəri ilk dəfə yunanların əlinə keçmişdir» (2).
Makarios həmçinin EOKA-nın hər il quruluş günü olaraq qeyd edilən 1960-cı il 1 aprel
tarixində Sürix və London sazişləri haqqında fikirlərini belə ifadə edirdi: «Ümid və əməllə-
rimiz Sürix və London sazişləri ilə tamamilə gerçəkləşməmişdir. Fəth edilən qalalardan ən son
zəfərə doğru mübarizəyə davam edəcəyik... milli mübarizəmiz qətiyyən sona çatm amışdır.
Yalnız formasını dəyişdirmişdir» (3, səh 126).
1961-ci ilin 25 aprelində OPEK adlı yeni yaradılan gizli təşkilat bir elanla «türklərə mal
satanların cəzalandırılacaqlarını» bildirdi. Ortaq təbliğat bundan ibarət idi ki, «türklərə əsla
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
119
torpaq satmayın». Digər gizli təşkilat Pan Kipr Mücahidlər Cəmiyyəti 17 mayda ilk açıqlama-
sını yayımlayaraq «köhnə EOKA-çıları əməkdaşlığa» çağırdı.
6 avqust 1961-ci ildə Türkiyədən ilk dəfə bir xəbərdarlıq səsi yüksəldi. Türkiyənin xarici
işlər naziri Səlim Sarpər Kipr haqqında bir elan verdi. Elanda qeyd olunurdu ki: «Sazişə
(Konstitusiyaya) zidd davranmaq istəyən olarsa, nəticə onların lehinə olmayacaqdır. Diləyi-
rəm ki, kiprlilər əllərindəki nemətin dəyərini bilərək Sürix və London Sazişlərinin uğurla
həyata keçirərlər. Əks təqdirdə onlar üçün yaxşı olmayacaqdır» (3, səh.144).
Bu açıqlama iki ildən çox özlərini tərkedilmiş hiss edən Kipr türklərini bir qədər rahat-
latdı. Yunanlar isə qərbin onları müdafiə edəcəyinə əmin olaraq bu açıqlamanı ciddi qəbul
etmədilər.
Kiprli yunanların gizli təşkilatı OPEK 1962-ci ilin yanvarında Lefkoşada bildirişlər pay-
ladı. Bildirişdə qeyd olunurdu: «Bu yunan adasında türklərin varlığı bizi qərarımızdan (enosis-
dən) döndürə bilməz».
Daxili işlər naziri köhnə EOKA-çı Polikarpos türk rəhbərlərinin razılığını almadan «xü-
susi polis» adı altında yüzlərcə mülki yunan gəncini silahlandırmışdır. Yorgasis 1962-ci ilin
10 fevralında Limasolda çıxışında: «Kipr bir yunan adasıdır. Kipr türkləri qaçqındırlar, azlıq-
lardır. Mübarizə bitməmişdir, röyamızın gerçəkləşməsi üçün köhnə yoldaşlarımız birləşmə-
lidirlər» (3, səh.147).
Bu cür düşüncənin davamı kimi 30 noyabr 1963-cü ildə Makarios 13 maddədən ibarət
«konstitusiyaya dəyişiklik» təkliflərini irəli sürdü. Bu təkliflər yenə eyni Konstitusiyada
«dəyişiklik edilə bilməz» deyə qeyd edilən bir çox əsas maddəni də ehtiva etməklə və türk
tərəfinin dövlət mexanizmində anlamlı və təsirli bir rol oynamasına imkan verən hüquqları
aradan qaldırmaq məqsədini daşıyırdı. Bunlar arasında Kiprli türk olan prezidentin müavininin
veto hüququnun ləğv edilməsi; təmsilçilər məclisində qərarların sadə səs çoxluğu ilə qəbul
edilməsi; ayrı bələdiyyələrin ləğv edilməsi və s. kimi maddələrin ləğv edilməsi də var di. Əsas
hədəf Kiprli yunanları «Kipr xalqı» kimi qələmə vermək, ortaqlığı yox etmək, türlkəri azlığa
çevirmək idi.
Enosis siyasəti qarşısında maneələri aradan qaldırmaq istəyən Makarios bu məqsədlə bir
plan hazırladı. Bu plana görə söhbət 13 maddənin dəyiştirilməsini türklərə təklif edəcəkdi və
qarşı tərəfin rədd etdiyi təqdirdə isə zorla təlqin ediləcəkdi, türklərin qarşı çıxması ilə isə
hadisə “türklər hökumətə üsyan elədi” şəklində elan edilərək Kipr hökumətinin bir daxili
məsələsi kimi təqdim ediləcəkdir.
Beləliklə, Makariosun konstitusiyaya zidd olaraq hazırladığı 13 maddəlik dəyişiklik ilə
gərginlik daha da şiddətləndi. Adada tam yunan hakimiyyəti başladı. BMT-nin sülhməramlı
qüvvələri də adada təhlükəsizliyi təmin edə bilmədi.
Kipr türkləri açıq şəkildə konstitusyon hüquqlarna qarşı yönəldilmiş bu təcavüzü rədd
etdilər. Bunun nəticəsində Kipr yunanları 21 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı ada
səviyyəsində hücuma keçərək əvvəlcədən Yunanıstanla əməkdaşlıq içində hazırlanmış və ada
türklərini 24 saat içində yox etmək məqsədi daşıyan “Akritas Planı”nı qəbul etdilər. 21 aprel
1966-cı ildə Patris Qəzetində dərc edilən bu plana görə türk xalqı ani bir hücumla ilə yox
ediləcək və ada Yunanıstana birləşdiriləcəkdi. Planı hazırlayanlar arasında Daxili İşlər naziri
Yorgasis, president Makarios, Məclis sədri Klerides il yanaşı 16 fevral 1963-cü ildə yunan
rəhbərliyinin başçısı seçilən Tasos Papaduplos da var idi (6, səh. 64).
Makarios plana Akritas adını vermişdir. Akritas bizanslı bir hərbçinin adı idi. Maka-
riosun açıqladığı kimi Akritas planının məqsədi adada tam yunan hakimiyyətini qurmaq,
əlverişli şərait yaranan kimi Enosis elan etmək idi. Təşkilatlanma bitdikdən sonra türklərə
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
120
qarşı əməliyyatlara başlanacaq, Kiprdən getmək istəyən türklərə yardım ediləcək, azlıqda
qalmağa razı olanlara isə dəstək verilməsi söylənirdi. Etiraz edənlər isə ya dünya ictimaiyyə-
tinə qanuni idarəçiliyə qarşı çıxan üsyançılar kimi elan edilməli, ya da susdurulmalı idilər.
Türklərə qarşı silahlı hücumlar təşkil edilməlidir. Bu iş 24, ən çox isə 48 saatda yekunlaşdırıl-
malı idi (7, səh. 564).
21 dekabr 1963-cü EOKA Akritas planının silahlı hərəkat mərhələsinə keçdi. “Qanlı
Milad” adlandırılan bu həftədə yüzlərlə türk öldürüldü, minlərlə yaralandı (8). Bu hadisələr
fonunda 27 dekabr 1963-cü ildə ingilislərin başçılığı ilə 3 zəmanətçi dövlətin əsgərləri “Sülhü
qoruma” adı altında adada işə başladılar. 30 dekabr 1963-cü ildə Lefkoşanın türk və yunan
kəsimlərini ayıran Yaşıl Xətt çəkildi.1964-cü ilin yanvarında 3 zəmanətçi dövlət və adadakı
ictimaiyyət liderlərinin iştirak etdiyi bir konfrans təşkil edildi; lakin müsbət bir nəticə əldə
edilmədi (2).
Beləliklə, Yunanların 1963-cü ilin dekabr hücumları və bunun ardınca Kipr türlərinə
qarşı davam etdirdikləri hücumlar yüzlərcə türkün öldürülüb yaralanması, 103 kənddən 30
min türkün qaçqın vəziyyətinə salınması, ev və mallarının talan edilməsi ilə nəticələndi. Bu
hücumlarla eyni vaxtda kipli türklər dövlət mexanizminin bütün orqanlarından kənarda
saxlanılır və bu orqanlar tamamilə yunanların nəzarəti altına keçirdi.
Kipr Respublikası dağılmışdı. Yunan tərəfi dövlət başçısı, nazirləri ilə birlikdə Kiprdə
sanki bir yunan hökuməti formalaşdığı düşüncəsini yaradırdı. Adada yaranmış vəziyyətdən çı-
xış yolu tapmaq üçün İngiltərə Türkiyə və Yunanıstan ilə türk və yunan icmalarını Londonda
konfransa dəvət etdi. 13 yanvar 1963-cü ildə konfrans açıq elan edildi.
London konfransı irəliləyiş olmadan davam etdi. Ingiltərə Kipr məsələsindən əlini çək-
mək üçün ABŞ-ın da prosesdə iştirak etməsini istəyirdi. Yunan icması türklərə yalnız azlıq-
ların malik olduqları hüquqları verəcəklərini ifadə edir, Londin və Sürix Sazişlərinin ləğv
edilməsini təkid edirdilər. Ən sağlam təklif Rauf Denktaşdan gəldi. R.Denktaş hər iki icmanın
da ayrı-ayrı kantonlar şəklində yaşayacaqları federativ bir quruluş təklif etdi. Türkiyə Kiprdəki
türklərin təhlükəsizliyini təmin etməyə çalışırdı.
Konfransda heç bir uzlaşma əldə edilmədi. Nəticədə İ.İnönü türk heyətini geri çəkdi.
4 mart 1964-cü ildə BMT-nin Təhlükəsizlik Şurası 186 saylı qətnamə qəbul etdi. Qətna-
mədə “Kipr hökuməti”ndən şiddəti və qan tökülməsinin qarşısını alacaq qərarlar verməsini
istədi. Makarios Kipr Respublikası adından BMT Sülhməramlı qüvvələrinin Kiprdə fəaliyyə-
tinə razılıq verdi. Beləliklə, BMT Makariosun prezident kimi rəhbərlik etdiyi yunan idarəçili-
yini Kiprin qanuni təmsilçisi kimi rəsmən tanıdı. Bu qərarla birlikdə yunan rəhbərliyi “Kipr
hökuməti” olaraq tanınmağa başladı (9).
Lakin Makarios sülhməramlı qüvvələri gözləmədən hərəkətə keçmək əmrini verdi.
Yunanlar 7 martda türklərin sayca şoxluq təşkil etdiyi Bafa hücum etdilər, türkləri kiçik bir
əraziyə sıxışdırdıla. Bağlarbaşı (Malya) kəndini işğal etdilər, bir çox türkü qətlə yetirdilər, bir
hissəsini isə əsir götürdülər.
Türkiyədə mövcud vəziyyət daha da gərginləşdi. 12 martda Türkiyə hökuməti yunanlara
ultimatum verdi: türklərə qarşı hücumlar dayandırılmazsa, Türkiyənin Kiprə müdaxilə edəcəyi
bildirildi. Bu, Türkiyənin üçüncü müdaxilə qərarı idi.
4 aprel 1964-cü ildə nəzarəti sözdə “Kipr Respublikası”na verilən BMT-in beynəlxalq
Sülhməramlı qüvvələri (UNFİCYP) adada fəaliyyətə başladı. 4 aprel isə Makarios Kipr Res-
publikasını quran sazişləri tək tərəfli olaraq ləğv etdiyini açıqladı (2).
Makariosun yeni siyasətini əks etdirən türklərin iqtisadi və sosial təzyiqlərlə çökdürmə
cəhdləri BMT Baş Katibinin o zamankı hesabatlarında da açıq şəkildə ifadə edilirdi. 10
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
121
sentyabr 1964-cü il tarixli 5950 saylı hesabatın 222-ci paraqrafında eynilə belə qeyd edilirdi:
“Kipr türk icmasına qarşı bəzi hallarda tam bir mühasirə şəraitində tətbiq edilən iqtisadi
məhdudiyyətlər Kipr hökumətinin mümkün bir həlli təlqin etmək üçün əsgəri hərəkat yerinə
iqtisadi təzyiq istifadə olduğunu göstərir” (10).
Kiprin türk xalqının 1964-cü il hücumlarından sonra dövlətin bütün orqanlarından
kənarda saxlanması və 11 il davam edəcək mühasirə altında yaşamağa məcbur edilməsi mənfi
təsirini bütün sahələrdə göstərirdi.
30 mindən çox qaçqın vəziyyətinə düşmüş türk çadırlarda, kinoteatr zallarında sığınacaq
tapırdılar. Türklər istehsaldan uzaq qaldı, adanın 3 %-lik ərazisində mühasirə boyunca dünya-
dan uzaq düşmüş kiprli türklərin xəbərləşməsi, əlaqə saxlamaları, iqtisadi əlaqələri tamamilə
qadağan edimişdir. Adaya BMT Təhlükəsizlik Şurasının 1964-cü il mart ayında göndərilmiş
BMT-nin sülhməramlı qüvvələri kiprli türklərə qarşı iqtisadi məhdudiyyətlər və fasiləsiz
davam etdirilən terror hərəkətləri qarşısında təsirsiz qaldı (1).
Türkiyənin Yunanıstana və İngiltərəyə müraciəti də heç bir nəticə vermədi. 3 iyunda türk
hava qüvvələri tərəfindən xəbərdarlıq uçuşları edildi. Lakin Türkiyənin adaya müdaxilə qərarı
ABŞ prezidenti məşhur «Conson Məktubu» nəticəsində həyata keçirilməmişdir. Belə ki, adada
baş verən hadisələrdən narahat olan ABŞ bölgədə baş verəcək bir müharibəni öz strateji məna-
felərinə təhdid hesab edərək məsələyə müdaxilə etmək qərarı verdi. ABŞ prezidenti L.Conson
tərəfindən imzalanan məktub 5 iyun 1964-cü ildə Türkiyənin baş naziri İ.İnönüyə göndərildi.
Tarixdə «Conson Məktubu» kimi qalan bu məktubda Türkiyənin adaya təktərəfli müdaxilə-
sinin türk və yunan tərəfləri arasında müharibəyə səbə ola biəcəyi və NATO üzvü olan bu iki
dövlətin müharibə aparmasının qəbul edilməz olduğu ifadə edilmişdir. Eyni zamanda Türkiyə-
nin belə qərar verməzdən əvvəl müttəfiqləri ilə razılaşmalı olduğu vurğulanmışdır. Eyni
zamanda ABŞ-ın Türkiyəyə təmin etdiyi hərbi sursatın bu müdaxilədə istifadəsinə icazə
verilməyəcəyi qeyd edilmişdir.
Məktubdan sonra Türkiyə müdaxilə qərarından imtina etsə də, onun Türkiyə ictimaiyyə-
tində yaratdığı təəssürat və Türkiyənin xarici siyasətinə təsiri çox mühüm idi. Conson məktu-
bu çox sərt və kobud üslubda yazılmıdır, alçaldıcı ifadələrə yer verilmişdir. Bu məktub həmçi-
nin Türkiyə-ABŞ münasibətlərində və Türkiyənin xarici siyasətində də əhəmiyyətli dəyişik-
liklərə təkan verdi.
Kiprli yunanlar tətbiq etdikləri bütün bu iqtisadi mühasirə və digər təzyiq üsulları ilə
Kipr türklərinin müqavimətini qıra bilməyəcəklərini başa düşdükdə 1967-ci ilrə yenidən hü-
cumlara keçdi. Bu vaxt adaya gizli yollardan daxil olmuş və sayları 20 minə çatan yunan bir-
likləri də türk kəndlərinə qarşı edilən bu hücumlarda iştirak edirdilər. Boğaziçi və Keçidqala
kəndlərinə qarşı həyata keçirilən hücumlarda bir çox türk vəhşicəsinə öldürülmüşdü. Eyni za-
manda türklər 10 şəhid, 9 yaralı vermişdirlər (11, səh. 83). Hücumlar ancaq Türkiyənin qərarlı
mövqeyi və Kipr türk xalqına qarşı həyata keçirilən bu soyqırımın qarşısı alınmadıqda sa-
zişlərdən qaynaqlanan müdaxilə haqqını istifadə edəcəyi xəbərdarlıq nəticəsində dayandı.
1967-ci il hücumları yunan icması arasında Enosisin artıq Türkiyənin müxalifətinə bax-
mayaraq silah gücü ilə gerçəkləşdirməyin qeyri-mümkünlüyünü, bunun daha başqa üsullarla
əldə edilməsinin zəruriliyi istiqamətində inancın güclenməsinə səbəb olmuşdur. Bu, vaxt keç-
dikcə baş yepiskop Makarios və Yunanıstanda 1967-ci ildə fəaliyyətə başlamış xunta arasında
ixtilaf mövzularından birinə çevriləcək və xuntanın 1974-cü ildə Makariosa qarşı bir zərbə
planlaşdırmasına səbəb olacaq idi.
1967-ci ildə Yunanıstanda hakimiyyəti hərbi çevrilişlə ələ keçirən Xunta «Enosis»ə nail
olmaq üçün Keşan ve Dədəağaç danışıqlarını keçirmiş və Türkiyə ilə sövdələşməyə çalışmış-
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
122
dır. Lakin danışıqlarda heç bir nəticə əldə edilmədi. Nəticədə 1967-ci il 15 noyabrda yunan
Milli Müdafiə Qüvvələri Boğaziçi və Keçidkale kəndlərinə qarşı hücumlar təşkil edilmişdir
(2).
Bu vaxtlar eyni zamanda Yunanıstan Kiprin əvəzində Qərbi Frakiyada bəzi güzəştlərə
getməyi planlaşdırıdı. Türkiyə isə buna qarşı çıxaraq adaya müdaxilə qərarını qəbul etdi. An-
caq Yunanıstan bu dəfə geri addım ataraq 12000 nəfərlik qüvvəsini adadan çıxartmaq qərarını
vermişdir. Bu zaman Kiprdə türklər 29 dekabr 1967-ci ildə 1960-cı il Konstitusiyasının bütün
maddələri reallaşdırılana qədər Müvəqqəti Kipr Türk İdarəsini yaratdılar (2). Bu federativ
dövlət ideyası istiqamətində atılan əhəmiyyətli bir inkişaf olmuşdur.
1964-cü ildə Kiprdəki mövcud sistemin dağılması və adadakı türklərin sistemdən uzaq-
laşdırılaraq aşağı həyat şəraitində yaşamaq məcburiyyətində qaldıqlarına qərb dövlətləri prob-
lemin Kiprin daxili işi olması bəhanəsi ilə heç bir reaksiya verməmişdilər. Lakin adadakı
türkləri düşdükləri vəziyyətdən, xüsusilə də yunanların «enosis» təhlükəsinə məruz qalmaqdan
xilas etmək məqsədilə Türkiyənin həyata keçirdiyi hərbi hərəkat həmin qərb dövlətləri tərəfin-
dən Kipri parçalayan xarici müdaxilə kimi qiymətləndirmişdilər. 1960-cı ildə Kipr Respubli-
kası 2 xalqın bərabər siyasi statusu və iştirakını nəzərdə tutan beynəlxlaq razılaşmalar əsasında
yaradılmışdır. Lakin 1963-cü ildə prezidentin köməkçisi və bütün türk hökumət nümayəndə-
ləri hər şeydən kənar tutulurdular. 1963-74-cü illər arasında minlərlə türk qətlə yetirilmiş, 30
mindən artıq insan isə mühacirət etmişdir. Atlılar kəndi, Muradağa, Sandallar, Tərəzi kəndlə-
rində qətliamlar törədilmişdir (2).
1968-ci ildə adadakı iki tərəf arasındakı danışıqlar başlamışdır. Türk tərəfinin yerli mux-
tariyyat (local autonomy) şəkilində ortaya qoyduğu tezislə bağlı danışıqlar 1971-ci inin sonu-
na qədər davam etmişdir. 1972-74-cü illərdə danışıqlara Türkiyə və Yunanıstandan mütəxəs-
sislərin qoşulması ilə davam etdirilmişdir. Bu danışıqlar 15 iyul 1974-cü il yunanların zərbəsi
ilə sona çatdı.
Beləliklə, 1960-cı ildə yaradılan Kipr Respublikası adadakı yunanların və türklərin daxili
işlərini özlərinin idarə edəcəyini və hər birinin öz varlığını qorumaqla bir yerdə yaşayışını nə-
zərdə tutan bir quruluş idi. Lakin bu quruluşun özünü doğrultmadığını görən yunanların dəyi-
şikliklər təkliflərini qəbul etməyən türklərə qarşı zorakılığa əl atması sistemin dağılmasına və
kiprli türklərin daha sonra adanın müəyyən bölgələrinə çəkilərək öz varlıqlarını davam etdir-
mək üçün öz quruluşlarını yaratmalarına səbəb olmuşdur.
ƏDƏBİYYAT
1.
Kıbrıs tarihi // http://arsiv.wordpress.com/2006/01/09/kibris-tarihi/
2.
Kıbrıs tarihçe // http://www.mfa.gov.tr/kibris-tarihce.tr.mfa
3.
Turqut Özakman. Çılqın Türkler. Kıbrıs, Bilgi yayın evi, Ankara, 2012
4.
Aydın Olgun. Dünden bugüne Kıbrıs Sorunu, Kastas Y., İstanbul,1999
5.
Garanti Antlaşması, Zürich,11 Şubat 1959
6.
Pierre Oberling. Bellapais’e giden yol. Çev. Mehmet Erdoğan, ATASE yayını,
Ankara, 1987
7.
Ulvi Keser. Kıbrısta Yeraltı Faaliyyetleri və Türk Mukavemet Teşkilatı, İQ
Yayıncılık, İstanbul, 2007
8.
Hüseyin Laptalı. Artik Bir Miad Doldu, Bir Kabus Sona Erdi// www.ciddiyizbiz.com
9.
BMT-nin Təhlükəsizlik Şurasının 186 saylı Qətnaməsi, 1964
10.
Kıbrıs Dosyası // http://www.tariharastirmalari.com
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
123
11.
Ercüment Yavuzalp. Kıbrıs Yangınında Büyükelçilik, Bilgi Yayın Evi, 1993
САБИНА АЛИЕВА
Бакинский славянский университет
КИПРСКАЯ ПРОБЛЕМА ВО ВНЕШНЕЙ ПОЛИТИКЕ ТУРЦИИ
(1960-е годы)
Со второй половины ХХ века Кипр в результате столкновения интересов и претен-
зий двух местных этнических общин и трех союзников по НАТО - Греции, Турции и
Великобритании, стал объектом напряженности, разногласий и насилия. В течение мно-
гих лет до и после приобретения независимости определенная часть кипрского об-
щества выступала против существования Республики Кипр, как единого суверенного
государства. Часть националистически настроенных греков-киприотов требовала при-
соединения острова к Греции, а турки-киприоты поддерживали раздел острова между
Грецией и Турцией. В результате это стало причиной разрушения системы и позднее
создания турками-киприотами своего управления в Кипре для продолжения своего
существования.
SABINA ALIYEVA
Baku Slavic University
THE CYPRUS PROBLEM IN FOREIGN POLICY OF TURKEY
(the 1960th years)
From the second half of the XX century Cyprus as a result of collision of interests and
claims of two local ethnic communities and three allies on NATO - Greece, Turkey and Great
Britain, became object of intensity, disagreements and violence. For many years before
independence acquisition a certain part of the Cyprian society opposed existence of the
Republic of Cyprus, as uniform sovereign state. The part of nationalist adjusted Cypriote
Greeks demanded accession of the island to Greece, and Cypriote Turks supported the island
section between Greece and Turkey. As a result it became a cause of destruction of system
and is later than creation by Cypriote Turks of the management in Cyprus for continuation of
the existence.
Rəyçilər: t.e.n. Ş.H.Əliyev, t.e.d.M.C.Qasımlı
BSU-nun “Diplomatiya və xarici siyasət ” kafedrasının 30 oktyabr 2013-cü il tarixli
iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №2).
Dostları ilə paylaş: |