Тarix və onun problemləri, №1 2014 42 saidə İsmayilzadə Gəncə Dövlət Universitetinin dissertantı



Yüklə 77,82 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü77,82 Kb.
#22924


Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

42 


 

SAIDƏ İSMAYILZADƏ 

Gəncə Dövlət Universitetinin dissertantı 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

IX-XI ƏSRDƏ QAFQAZDA QIPÇAQLARIN SIYASI FƏALIYYƏTI 

 

Açar sözlər: Xəzər xaqanlığı, qıpçaq ittifaqının yaranması, qıpçaqların qafqaza yürüşləri, 

qıpçalqarın siyasi tarixi 



Ключевые слова: Кыпчаки, места поселения, международные отношения, торговые 

караванные пути 



Key words: Khazar Dynasty, apperiance of Kipchak union, attacks of Kipchaks to the 

Caucasus, political history of kipchaks 

 

Xəzər  xaqanlığının  dağılması  ilə  uzun  müddət  Xəzər  dənizi  yolu  ilə  köçərilərin  hücu-



munun qarşısını alan sipər də dağıldı. İndi, Xəzərlərin olmadığı bir dövrdə quzlar Volqa çayı 

boyunca  yola  düşdülər  və  Cənub-Şərqi  Avropanın  düzənlikləri  boyunca  yayıldılar.  İtil  və 

semenderin qalıqları hələ aşkar edilməmişdi, lakin xarabalığın mənzərəsini Aşağı Don, Şimali 

Don və əlbəttə, sarkelin yerində slavyan Ağ Çadırın tikinti xarabalıqları içərisində arxeoloqlar, 

çox güman ki, avarların sığınacağı olan çox mühəqqər komaları tımizləmişlər. Çox maraqlıdır 

ki,  Sarkel  şəhərciyini  yuxarı  qatında  köçərilərə  məxsus  keramika  aşkar  olunmamışdır.  Həm 

əkinçilik, həm də peşəçilik tamamilə məhv edilmişdi. Alan-bolqar əkinçilərini əkin yerləri otla 

dolu idi. Yerli əhalinin bir hissəsi Donun, Terekin, Kubanın meşəli təpələrində gizlənmişdilər, 

bir hissəsi isə Qafqaz dağlıq yaylasına getmişdilər. Hun sonrakı dövrdə olduğu kimi, yenə də 

düzənliklər haqqında hətta uzaq Fransada da dəhşətlə danışırdılar. 

Köçəri türkləri Aşağı Volqaboyu, Şimali Qafqaz, Qərbi Xəzər sahili otlaqlar maraqlan-

dırmış və onların bura gəlməsinə səbəb olmuşdur. Burada iqlimin rütubətliliyi və otluğun güc-

lü inkişafı hesabına köçəri maladarlıq üçün optimal şərait yaranmışdı. 

Əkinçi əhalinin düzənliklərdən çəkilməsi Şimali Qafqazda da müşahidə olunur. T.M.Mi-

nayevanın qeyd etdiyi kimi, Stavropol alan şəhərciklərində, Kubin, Uçkurk, Elburqan, Yeni-

Kuvin aulu yaxınlığında təxminən XI əsrdə həyat donmuşdu. Elə həmin dövrdə X-XII əsrlərdə 

dağlıq yaylanın dərinlikləri və dağ keçidlərinə giriş yerlərdə əhalinin sayı artır. T.M.Minayeva 

xüsusilə qeyd edir ki, yenidən dirçəlmiş əhali əksər hissəsi ilə yaşayış üçün çox əlverişsiz olan 

əlçatmaz yerlərdə yerləşmişdilər. Burada razılaşmaq lazımdır ki, bu seçim könüllü yox, məc-

buri olmuşdur (1, 18). T.M.Minayeva hesab edir ki, alanları Şimali Qafqazda qıpçaqlar sıxış-

dırıblar. Bu fikrin mahiyyətini inkar etmədən belə bir nəticəyə gəlmək olar ki, oturaq əhalinin 

sıxışdırılması qıpçaqlardan əvvəlki, peçeneq-quz dövründə başlamışdır. XI əsr gürcü tarixçisi 

Cuanşerin  verdiyi  məlumatlara  görə,  onun  dövründə  Peçenekiya  Osetiya  daxilində  yerləşən 

çay  boyunca  məhdudlaşırdı  və  yalnız  sonralar  peçeneklər  türklərdən  qaçdılar  və  qərbə  yol-

landılar  (1,  18).  Quzların  Mərkəzi  Qafqazda  olmaları  haqqında  Böyük  Zelençukla  Qaravul 

stansiyası ətrafında daş heykəlin tapıntısı xəbər verir. Heykəlin siması, xüsusilə əllərin vəziy-

yəti - sağ əlin dirsəyə doğru əyilməsi və sol əl isə qılıncın tutacağında-erkən türklərin daş hey-

kəllərinin simalarına uyğun gəlirdi. 

Xəzəriyanın  dağılmasından  sonra  Şimali-Şərqi  Dağıstan  əhalisində  həyat  dayanmışdı. 

Tersko-Sulak  ovalığının  təpələrində  o  cümlədən  Germençik  ətrafında  məskunlaşmış  əhali 




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

43 

məhv edilmişdi. Bu abidələrin dəqiq tarixi IX-X əsrlər qeyd edilir. Onlardan bəzilərində yan-

ğınların izləri aşkar edilmişdir. 

Təxminən bu dövrdə orta Sulak məskunlaşma yerlərində də həyat dondurulmuşdu. Bizim 

mövzu üçün xüsusi əhəmiyyətə erkən orta əsrlər dövrünə aid Miatlin məskunlaşma məntəqəsi 

malikdir. Bu  məntəqə  Sulak  kanyonlarının bağlandığı yerdə yerləşmişdir. Miatlin erkən orta 

əsr məntəqəsi çöl mədəniyyətinin ən cənub abidəsidir. Sonradan dərinə doğru getdikcə Dağıs-

tanın  yerli  dağətəyi  mədəniyyətlərinin  abidələri  yerləşmişdi.  Onlardan  ən  yaxını  Uzun-təpə 

ətrafında yerləşən sərdabələrdir. Çox güman ki, Miatli və Uzun-tala arasında Şimali Dağısta-

nın mədəniyyətinin cənub sərhədi, Xəzəriyanın qədim sərhədi keçirdi. Tədqiqatlar göstərir ki, 

Miatlin məntəqəsində aşkar edilmiş keramikadan fərqlənmirlər. 

IX-X əsrlərdə Miatlin məntəqəsində həyatın dondurulması və bir müddət keçdikdən son-

ra  burada  köçərilərin  qəbirlərinin  aşkar  edilməsi,  şübhəsiz,  xəzər  sonrakı  dövrdə  köçərilərin 

Sulak dərəsinə soxulmalarından xəbər verir. Lakin bu istiqamətdə ölkənin daxilinə çöllülərin 

hərəkəti dayanmışdır. Onlar  Tepsili-tau yaylasını aşaraq  Şura0ozen çayı hövzəsini ələ  keçir-

mişlər. Bunu Miatlin məntəqəsinin tarixini şimal-şərqi dağlıq yaylalarının erkən orta əsr abi-

dələrinin tarixi ilə tutuşdurmaqla müəyyən etmək olar. 

Məlumdur ki, Volqa boy quzlar Kiyev knyazı Svyatoslav İqoreviçin çağırışı ilə Xəzəri-

yənin dağılmasında iştirak etmişlər. İbn Miskaveyx yazır ki, türlkər (quzlar) Xəzəriyyəyə 965-

ci  ildə  hücum  etmişlər.  Kiyev  dəstələri  Şimali  Dağıstandan  çıxdıqdan  sonra  quzların  bir 

hissəsi Tresko-Sulak ovalığı düzənliklərinə tərəf irəlilədilər. 

Köçəri-çöllülərin Dağıstan yaylasına soxulması ilə xəzər dövründə formalaşmış ilk türk-

dilli əsas geniş türk dilli zonaya çevrildi və bura demək olar ki, bütün Şimali-Şərqi Dağıstan 

daxil idi. Bu zonanın etnik rəsmiləşməsi XI əsrin ortalarında Şərqi Avropaya hərəkət edən ye-

ni köçəri axını ilə bağlıdır. Bunlar çöllü qıpçaqlar idi. 

Oğuz it - barak tayfasına məğlub edildikdən sonra iki çayın axarı ilə yaranan adada qaldı 

və orada kök saldı. Bu zaman əri müharibədə ölmüş hamilə bir qadın böyük bir ağacın oyuğu-

na girərək orada uşağını dünyaya  gətirdi. Oğuzun qadına yazığı  gəldi  və dedi  ki, indi ki,  bu 

uşağın atası yoxdu, onda mən onu oğulluğa götürürəm.Və onu Kıpçak adlandırdı. Bu söz türk 

mənşəlidir və türk dilində içi çürümüş ağac deməkdir. Bütün qıpçaqlar bu uşaqdan törəmişlər. 

Bu, qıpçaqların mənşəyi haqqında yaranmış bir əfsanə idi. 

965-ci ildə Xəzər İtilin dağılmasından və xaqanlığın devrilməsindən sonra Volqanın aşa-

ğı axarında qıpçaq şəhəri Saksin yarandı. Saksin xəzərlərin keçmiş paytaxtı İtilin yaxınlığında 

və ola bilsin ki, elə bu şəhərin yerində yerləşirdi. Qıpçaqların dövründə  Saksin Volqa-Xəzər 

ticarət  yolunda  mühüm  ticarət  məntəqəsinə  çevrildi.  Saksin  vasitəsilə  yaxın  və  orta  Şərqdən 

gətirilən malla Volqa boyunca Kam Bolqarıstanın aparıldı. Saksin monqol-tatarlar tərəfindən 

dağıldıqdan sonra bu şəhərin əhalisi, o cümlədən qıpçaqlar bolqarlara sığındılar. 

Xəzər  dövründə  olduğu  kimi,  qıpçaqların  dövründə  də  Qərbi  Xəzərsahili  ovalıq  yalnız 

sülh deyil, həm də hərbi məqsədlərə xidmət edir. Məlumdur ki, XII əsrdə Volqa boyunca Qaf-

qaz sahillərinə doğru rus hərbi gəmiləri hərəkət etmişdir. Ola bilsin ki, qıpçaqlar-saksinlər rus 

dəniz qüvvələri ilə birlikdə Cənub-Qərbi Xəzərsahili müsəlman dövlətlərinə hücumda iştirak 

etmişlər. V.V.Bartold yaır ki, qıpçaqlar müsəlman vilayətlərinə hücum etməyə davam edirdi-

lər və bəzən bu yürüşlər işğalçı xarakter və məqsədi daşıyırdı. XII əsrdə müsəlmanlar bir müd-

dət  Dərbəndi  və  hətta  ondan  cənuba  olan  bir  sırz  vilayətləri  itirdilər.  Gürcü  salnamələrində 

Dərbənd qıpçaqları qeyd edilmişdir (2, 240). Çox güman ki, monqol dövrünə qədər çöllü qıp-

çaqlar Dağıstana daxil olmağa başlamışdılar. 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

44 


Dəşt-e-Qıpçağın  Cənubi  Qafqazla  geniş  ticarət  və  mədəni  əlaqələri  aşağıdakı  mühüm 

fakt ilə təsdiq edilir. Burada biz alışqan maddə - neft ilə dolu olan atıcı silahların qıpçaq ordu-

sunda keçməsini nəzərdə tuturuq. Belə silahlar qıpçaqların əlinə yalnız Şərqi Cənubi Qafqaz-

dan və yalnız Dağıstan ərazisi ilə keçə bilərdi. Rus salnamələri bu silahların ruslarla döyüşdə 

işlədilməsi haqqında xəbər verir. 

XII əsrə aid anonim gürcü tarixçisi IV Davidin 1123-cü ildə Dağıstana yürüşü haqqında 

yazır ki, çar David Dərbənd qıpçaqları və lakalar üzərində qələbə çaldı.Qeyd etmək lazımdır 

ki,  gürcü  mənbələrində  lakalar  Dağıstanın  dağlı  əhalisinə  deyilirdi.Dərbənd  qıpçaqları,  çox 

güman ki, düzənlikdə yaşayırdılar və ola bilsin ki, müəyyən bir hissəsi Dağıstanın dağlıq yay-

lasında məskunlaşmışdı. 

Şimali  Qafqazda  qıpçaq  ordası  az  sayda  idi.  XI  əsrin  sonunda  yaşamış  gürcü  xronisti 

cuanşerin  verdiyi  məlumata  görə,  qıpçaqlar  Şimali  Qafqazın  düzənliklərini  tutaraq  oradan 

yalnız  peçenekləri  deyil,  həm  də  cikləri-gürcü  mənbələri  adıgeyləri  belə  adlandırırdılar-də 

sıxışdırıb  uzaqlaşdırırdılar.”Katlis  Tsxovreba”  əsərində  (Gürcüstanın  tarixi,  XII  əsrə  aid 

mənbə) Qıpçakiya Şimali Qafqazda o dövrün ən qüdrətli dövlətlərindən biri kimi çıxış edir və 

hətta  mənbədə  “Didi  Kivçakti”-Böyük  Qıpçakiya  adlandırılır.  Şimali  Qafqazda  çoxlu  sayda 

qıpçaq ordusunun olması barədə yarım milyon qıpçağın Gürcüstanaköçürülməsi faktı da xəbər 

veriri. Bu köçürmə IV Davidin 1118-1120-ci illərdə istəyi ilə baş vermişdi və Otrokun Şimali 

Qafqaza  qaçması  ilə  heç  bir  əlaqəsi  yoxdur.  Gürcüstana  yürləşmiş  qıpçaqlar  qırx  min 

döyüşçüdən ibarət idi. Onlardan beş min seçmə döyüşçü IV Davidin şəxsi qvardiyasında çıxış 

edirdilər.  Şübhəsiz,  bu  köçürmədə  əsas  rolu  çar  davidin  Otrokun  Quranduxt  adlı  qızı  ilə 

evlənməsi  oynadı.  Çox  maraqlıdır  ki,  “Kartlis  Tsxovreba”  əsəri  bütün  Gürcüstanın  çariçası 

adlandırır. İnanmaq çətindir ki, IV David qaçqın vəziyyətdə olan bir hökmdarın qızı ilə evlən-

miş  olsun.  Otrok  Şarukanoviçin  Şimali  Qafqazda  qazandığı  yüksəs  məqamı  haqqında  gürcü 

salnamələrinin  ona  verdiyi  mere  adına  görə  müəyyən  etmək  olar.  Bu  o  deməkdir  ki,  gürcü 

xronistinin təsəvvüründə Otrok bizim tarixşünaslıqda qəbul edildiyi kimi qıpçaq köçkünlərinin 

başçısı-eristavi deyil,  Şimali Qafqaz Qıpçakiyasını  mərkəzləşdirilmiş dövlət,  mere rəhbərliyi 

ilə  idarə  olunan  monarxiya  təsəvvür  etmək  yalnış  olardı.  Bunula  bağlı  olaraq  qeydetmək 

lazımdır  ki,  gürcü  mənbələrinin  əksəriyyəti  qıpçakiyanın  hökmdarı  Atrak  Şarukanoviçi  çar 

deyil, qıpçaqların başçısı adlandırır. Bəzi gürcü mənbələrinin verdiyiy məlumata görə, müəy-

yən olunur ki, qıpçaqlarda patriarxal münasibətlər mövcud idi və bu arxeoloji qazıntılar zama-

nı aşkar edilmiş əlamətlərdən üzə çıxır. 

Qıpçaqların  böyük  kütləsi  XI  əsrin  ilk  onilliyində  yaşadıqları  ərazilərdən  qalxaraq 

uzunmüddətli səfərə başladılar. Bu, iqtisadi cəhətdən köçəri həyatla,ictimai cəhətdən isə hərbi 

demokratiya ilə bağlı idi. Qıpçaq ordusuna sərt, istedadlı sərkərdələr rəhbərlik edirdilər. İqti-

sadi və sosial inkişafın zəifləməsi üzündən yeni torpaqların əldə edilməsi lazım gəlirdi. Cənub 

çöllərinin zəbt olunması daha məhsuldar olan Dnepr və Donun aşağı ətrafları və Azov ətrafı 

ərazilərdən başlandı. Qeyd etmək lazımdır ki, bu tiropaqlarda peçeneqlər yaşayırdı. Lakin, VII 

əsrdə həmin sahələrdə (yəni Şərqi Azov ətrafı) Azovun şərq sahillərindən sıxışdırılaraq çıxa-

rılmış bolqarlar məskunlaşmışdılar. XI əsrdə bolqarların bir hissəsi burada yaşamaqda davam 

edirdi. Şimali Donun yuxarılarında isə alanlar yaşayırdılar (4, 180). 

Qıpçaqlarda  cəmiyyətin  formalaşmasında  peçeneq  və  quz  (uz)  ordularının  qalıqları 

mühüm rol oynamışlar. Bunu hər şeydən əvvəl dəfn adətlərinin müxtəlifliyi sübut edir. 

Ümumiyyətlə  götürdükdə bu xalqların etnik adətlərində eynilik çox idi. Belə ki, ölənin 

qohumları qarşısına mühüm bir vəzifə-öləni o dünyaya hərtərəfli hazırlamaq dururdu. Fərqlər 

isə əsasən bu adətin bəzi detallarında idi. 




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

45 

Şərq  həmişə  öz  qanunları  ilə  yaşamışdır.  Alan  və  qıpçaqların  Don  uğrunda  mübarizəsi 

uzun müddət davam etmişdir. Don o illərdə Avropanın şərq sərhədi hesab olunurdu. 

Avropa torpaqlarına çıxmaq hüququnu qıpçaqlar əldə edə bilmişdilər. Onlara isə alanlara 

gizlicə kömək edən və alanların vasitəsilə zərbə vurmağa çalışan yunanlar və romalılar mane 

olurdular. 

Belə  hesab  olunur  ki,  “Don”  sözü  alan  dilində  su  anlamını  verir.  Qıpçaqlara  təkcə  su 

deyil, Avropa çölləri də lazım idi. 

370-ci ildə Balamir xan Don üzərinə yürüş etdi. Çay ətrafında ağır döyüşlər getdi. Alan-

lar məğlub oldu. Qalib gələn qıpçaqlar sanki torpağı dincə qoyaraq geri çəkildilər. Yalnız 372-

ci ildə ilk qıpçaq arabaları bu ərazilərə daxil oldu. Onlar burada şəhər və məntəqələr salmaq 

üçün ərazilər seçdilər. 

Arxeoloqlar dəqiqiləşdirmişdilər ki, Don ətrafında bütün qədim şəhərlər məhz qıpçaqlar 

tərəfindən salınmışdır. (4,28) 1060-cı ildə onlar rus çöllərinə ilk hücuma başladılar. Çerniovlu 

Svyatoslav öz drujinası ilə qıpçalqarın güclü dəstələrini qıra bildi. Bir çox qıpçaq döyüşçüləri 

öldürüldü və Snovi çayında batırıldı. 

1061-ci  ilin  yanvar  ayının  sonu  və  fevral  ayının  əvvəllərində  qıpçaqlar  yenidən  bu 

yerlərə qayıtdılar. Həmin illərdə Çerniqov və Pereyaslavl knyazları Svyatoslav və Vsevolodun 

apardığı döyüşlər onu sübut etdi ki, Don ətrafı çöllərdə qıpçaqlar yaşayırdılar. 

Cənub-Şərq torpaqlarına növbəti yürüş 1068-ci ildə olmuşdur. Bu dəfə Lte (Pereyaslavl 

knyazlığı0  çayı  üzərində  İzyoslav  və  Vsevolod  Yaroslaviçlərin  birləşmiş  polkları  qıpçaq 

dəstələri ilə görüşdülər. Lakin, həmin döyüşdə rus-slavyan dəstələri darmadağın edildi. 

Bu dövrdə qıpçaqların qərb qolu olan kuman cəmiyyəti də inkişaf edirdi. Onlar Dnepr-

Dnestr çayları arasındakı ərazidə daha sürətlə yerləşir, formalaşır və möhkəmlənirdilər. Artıq 

kuman-qıpçaqlar  köçəri  həyatdan  əl  çəkərək  oturaq  həyata  keçir,  əkinçiliklə  məşğul  olmağa 

çalışırdılar. 

1071-ci ilin  salnaməsi  sübut edir  ki, qıpçaq döyüşçüləri Rostovs  və  Neyatin şəhərlərin-

dən  gəlmişdilər.  Həmin  şəhərlər  isə  Dneprin  sağ  qolu  olan  Rosa  çayının  sağ  sahillərində 

yerləşirdi.  Rosa  çayının  sağ  sahili  qalın  meşəliklərlə  örtülü  idi.  Bu  vəziyyət  isə  çöldən  çaya 

yaxınlaşmağı  çətinləşdirirdi.  Çaya  Dneprin  ətrafı  ilə  Rosaya  gedən  yolun  vasitəsi  ilə  yaxın-

laşmaq olardı.Qərbdən Buq ətrafında da meşəliyi yarıb keçmək mümkün idi. Görünür, 1071-ci 

ildə baş verən döyüşlər də bu məsələlərlə əlaqədar idi. 

1092-ci ilin quraqlı günlərində kuman-qıpçaq ordusu növbəti hücuma başladı.Qərbi Ros 

şəhərcikləri-priluk və Poseçen ələ keçirdi. Kuman-qıpçaqlar öz aralarında hərbi ittifaq bağlaya 

bimişdilər və roslu knyaz Vasilko Rastislaviçlə əlaqə saxlayır, basqınlarda ona öz köməklərini 

göstərirdilər. 

Qıpçaqlar  boş  torpaqları  məskunlaşdırmaq  hesabına  öz  ərazilərini  genişləndirirdilər. 

Lkain  bu  iş  heç  də  onlara  asan  başa  gəlmirdi.  İnsanlar  yolsuzluqla,  quraqlıqla.  Şaxtalı  qışla 

daima mübarizə aparmalı olurdular. 

Xalqların Böyük Köçü parçalanmış qədim dünyanı birləşdirirdi. Artıq bu dünyanın par-

çalanması  mümkün  deyildi.  Çünki  şərqlilərlə  qərblilər  birləşmişdi.  Düşmənlərlə  də  güclü 

toqquşmalar  baş  verirdi.  Lakin,  Don  ətrafında  gedən  döyüşlər  digər  döyüşlərdən  tamamilə 

fəralənirdi.Qıpçaqların bu cür döyüşkənliyi barədə avropalılar da çox eşitmişdi. Həmişə xəbər 

döyüşçülərdən irəli gedirdi. 

XI  əsrin  sonlarında  Şərqi  Avropa  çöllərində  həyat  sabitləşirdi.  Artıq  qıpçaqlar  oturaq 

həyata alışırdılar. Onu da qeyd etmək lazımdır ki, bu dövrdə yalnız varlılar köçərilik edirdilər. 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

46 


Kasıblar  isə  əkinçiliklə  məşğul  olur,  sənət  öyrənirdilər.  Lakin  bir  qədər  varlanan  ortabab 

qıpçaqlar oturduğu yeri qoyaraq yeni ərazilərə üz tuturdular. 

Donun  şimal  hövzəsində  olan  daha  məhsuldar  torpaqlarda  daimi  qışlaqlar  yaradılmağa 

başladı. Həmin torpaqlarda əcdadlar üçün bütlər qoymaq, kurqanlar yaratmaq olardı. Artıq ailə 

qəbirstanlıqlarının yaradılmasına başlanmışdı. 

Böyük qıpçaq ordularının daimi hərəkət etməsi onları praktiki olaraq ələ keçilməz edirdi. 

Bütün XI əsr boyu ruslar (varyaqlar) bir dəfə də  olsun köçün içərilərinə daxil ola bilməmiş-

dilər. 


1111-ci və 1116-cı illərdə rus döyüşçüləri qıpçaq şəhərlərindən bəzilərini ələ keçirməyə 

müvəffəq olmuşlar. 

Donda  məskunlaşan  qıpçaqların  bir  hissəsi  Dnepr  ətrafına  köç  etdi.  Həmin  dövrdə  bu 

torpaqlar qıpçaq xanı Bonyakın orduları tərəfindən tutulmuşdu. Məhz Bonyak Tuqorkan xanla 

birlikdə həm rus torpaqlarına, həm də bizans üzərinə hücum etmişdilər. Lakin qüvvə və siyasi 

fəallıqlarına baxmayaraq XI əsrin sonu XII əsrin əvvəllərində öz keçmiş qüdrət və qüvvələrini 

itirmiş oldular. 

1107-ci  ildə  bonyak  və  Şarukan  Pereyaslavl  knyazlığının  üzərinə  yürüş  təşkil  etdilər. 

Onlar  çox  böyük  qüvvə  ilə  Lubna  şəhərinə  yaxınlaşdılar  və  Tula  çayının  sol  sahilində  dur-

dular. Svyatopolk və Vladimir qəfildən qıpçaq ordularına hücumetdilər. Özlərini itirən qıpçaq 

döyüşçülərinin çox hissəsi qılıncdan  keçirildi. Bonyakın qardaşı Taaz öldürüldü.  Suqrxan öz 

qardaşları ilə əsir düşdü. Şurukan isə əsir düşməkdən zorla canını qurtatra bildi. 

XII  əsrin  ortalarında  bütün  yollar  artıq  qıpçaqları  Dneprə  doğru  aparırdı.1152-ci  ilin 

salnaməsində deyilridi:”Bütün qıpçaq torpağı İtil (Volqa) və Dnepr arasında yerləşir”. (1,56) 

Bu torpaqların sərhədləri şimaldan Sula və Oreli çayları arasındakı ərazilərə, şərqdən Don və 

İitil  çayları  ilə  cənubdan  Şimali  Qafqaz,  Krım  və  Azovətrafı  çöllərə,  qərbdən  isə  İnquls  və 

Dnepr çayları ilə müəyyənləşdirilirdi. 

XII əsrin 60-70-ci illərinə qədər heç bir iri siyasi ittifaq müşahidə olunmurdu. Qıpçaqlar 

ayrı-ayrı xırda ordulara parçalanmışdılar. Rus salnamələrində Toksobiçlər,Yeltukovlar, Burçe-

viçlər kimi daha səlahiyyətli və qüvvətli orduların adı çəkilir. Onlar hər ilə rus knyazlıqlarına 

basqınlarda fəal iştirak edirdilər. Hətta bu orduların bəziləri haqqında məlumatlar  Şərq ölkə-

lərinə də gəlib çatırdı. Arxeoloqlar daş hetkəllərin, kurqanaların sayına görə çöldə qıpçaqların 

böyük  və  ya  kiçik  tayfalarla  yaşadıqları  yerləri  müəyyən  edə  bilmişlər.  Bunların  arasında 

yalnız  burçeviçlər  fərqlənirdilər.  Belə  ki,  tayfanın  adının  götürüldüyü  “böri”  sözü  türkcə 

canavar  deməkdir.  Buna  görə  də  “canavarlar”ordusu  yalnız  Dneprin  sol  sahilinə  birləşən 

Volçye (canavar) çayının ətrafında yaşaya bilərdi. 

Burçeviçlərin  qüvvətli  ordusu  ilə  bonyak  xanın  da  adı  sıx  bağlıdır.  Bonyak  xan  belə 

gəncliyində hərbi rəhbərliklə yanaşı, kahun rolunu da yerinə yetirmişdi. Bir adamın simasında 

hərbi və dini vəzifələrin toplanması o zamankı çölün əlamətlərindən idi. Çöldə uzun müddətli 

hücumlardan,  mübarizədən  sonra  XI  əsrin  70-ci  illərinin  sonu-80-ci  illərinin  əvvəllərində 

qıpçaqlar  Kiyev  knyazına  yaşamaq  və  köçəriliklə  məşğul  olmaq  üçün  sərhədyanı  ərazilərin 

verilməsi üçün müraciət etdilər. Lakin 1093-cü ilin salnaməsində göstərlidiyi kimi, qıpçaqlar 

“hələ 10-15 il əvvəl Dneprin sağ sahilində yerləşən Torçesk şəhərində yaşayırdılar”.(1,73) Bu 

onu  göstəriri  ki,  həmin  müraciətlərdən  əvvəl  də  qıpçaq  tayfaları  artıq  ətraf  ərazilərdə 

məskunlaşmışdılar  və oturaq həyat  keçirirdilər. Pereyaslavl  və Çerniqov  knyazlarında  köçəri 

türkdilli ordular yaşayırdılar. Sonralarbu knyazlıqlar ruslara verildi. 

Sula  çayının  sağ  sahilindəki  Varina,  Diryatina,  Ksnyatin  kimi  qala-şəhərlərin  ərazilə-

rində bol otlu örüş sahələri, çəmənlər var idi. Belə münbit torpaq örtüyünə malik sahələr Vse-




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

47 

voloji,  Unenj,  Boxmaç  və  Belayeva  şəhərlərinin  ətraflarında  da  aşkar  olunmuşdur.  Görünür, 

burada qıpçaqların daha qüdrətli tayfaları (federatları) yaşayırdılar. 

Dnepr  ətrafına  məskunlaşan  boylardan  biri  də  bayandur  boyu  idi.  Rus  salnamələrində 

onların adı “berendeylər” kimi adlanırdı. Bu haqda məlumatı 1097-ci ilin salnaməsi verir. On-

lar Rusiya ərazisində çox geniş şəkildə yayılmışdılar. Bayandur tayfası (bendeylər) Vladimir-

Suzdal  torpaqlarında  da  məskunlaşmışdılar,  hətta  indiyə  qədər  onların  yaşadıqları  yerlərin 

adları qalmaqdadır. Berendeyev Slobodası, berendeyev stansiyası, Berendeyev bataqlığı və s. 

Rus tarixçilərinin fikrincə, qıpçaqların  köçəri  həyatının formalaşmasında rus  knyazları-

nın da böyük rolu olmuşdur. Məsələn, S.A.Pletnyova yazır ki, ağıllı və uzaqgörən rus knyazı 

Vladimir Monomax qıpçaqların həyatında xüsusilə fərqlənmişdir (1, 73). Belə  ki,  Sutin çayı 

üzərində qıpçaqları məğlub edən monamax digər türk tayfalarını çölə gətirmişdir. 1117-ci ildə 

belavejlilər Rusun Çerniqov sərhəddində qala şəhər tikdilər. beləliklə də, Monamax qıpçaqlara 

qarşı onların özlərindən ibarət sərhəd düzəldə bilir. Onlar köçəriliyin yeni formasına keçdilər. 

Yəni, köhnə  marşrutları saxlayaraq yayda yaylağa  qalxır, qışda isə sürülərini arana  köçürür-

dülər. 


XII  əsrin  40-cı  illərində  Poroqyada  yaşayan  bütün  köçəri  tayfaların  yeni  etnik  birliyin 

yaradılmasında ilk addımlarını atmalarına baxmayaraq, onların hamısı etnik qrupa aid olduq-

larını yadda saxlaya bildilər. Bu etnik birliyə peçeneqlər (1151-1162), turpeylər (1150). Kal-

piçlər (1160), bastiylər (1170 ci illər) də daxil oldular. Lakin iki mühüm ittifaq - Dnepr ətra-

fında  və  Donda  yaşayan  qıpçaqların  ittifaqı  dah  qüdrətli  və  mütəşəkkil  təşkil  olunmuşdur. 

Dnepr ətrafı və Don qıpçaqları Azov dənizinin sahillərində yaşayan tayfalarla əlaqə saxlayır, 

lazım  gəldikdə  onların  köməyindən  istifadə  edirdilər.  Beləliklə,  çöldə  ərazi  etibarilə  rus 

knyazlıqlarına və Avropa krallıqlarına bərabər iki böyük ittifaq yaranmışdı. Rus tarixçisi B.A. 

Rıbakov çöldə iki ağ və qara “kumanqıpçaq” ittifaqını ayırırdı. Çöldə Dnepr ətrafında yaşayan 

qıpçaqlar  daha  çox  hökmranlıq  edirdilər.  Onların  Toqle.  İzay,  Osoluk,  Kobak  kimi  məşhur 

xanlarının adı bu günə qədər gəlib çıxmışdır (3, 220). 

Don qıpçaqlarının başında isə Şarukan xan dururdu. Şarukan xan  ğldükdən sonra haki-

miyyəti onun oğlu Sırçan, daha sonra isə Oturaq xan idarə edirdi. Oturaq gürcü qızı ilə evlən-

mişdi  və  bu  ailədə  Konçak  (qançaq)  xan  kimi  igid  böyüməkdə  idi.  XII  əsrin  70-ci  illərinin 

əvvəllərində Don tayfa birliyinə rəhbərlik bu xanın əlində toplanmışdı. Konçak xanın orduları 

Tora  çayının  ətrafında  (bu  çay  Donun  orta  axarı  idi)  toplanmışdır.  Rus  knyazları  özlərindən 

daha güclü düşmənlə vuruşmağa çalışmışdılar. Don ətrafında qıpçaqların üzərinə 1185-1192-

ci illərdə iki yürüş edilsə də, onlar məğlubiyyətə uğramışdılar. Hər iki yürüşə Şimali Novqo-

rod knyazı İqor Vyatoslaviç rəhbərlik edirdi. 

 

ƏDƏBIYYAT 

 

1.Артаманов М.И. История Хазар. Л.1962 

2. Асадов Ф.А. Арабские источники о тюрках в раннемсрадневековье. Баку, Эльм 1998. 

3. Ахинжанов С. М. Кыпчаки и истории средневекового Казахстана Алма Ата, 1989 

4.Бартольд В.В.Туркестан в эпоху монгольского нашествия Сог.тI.М. 1963 

5.Федеров Я.А., Федеров Г.С. Ранние тюрки на Северном Кавказе М. 1978 

6. Плетнева С.А. Полавцы М. 1990 

7. Рыбаков Б.А. Киевская Русь и русские княжества. М. Наука, 1982 

8.Коргалов В.В. Внешнеполитические факторы развития феодальной России 

Феодальная Русь и Кочевники М. 1967 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

48 


9.Крупнов Е.И. Древняя история Северного Кавказа М. 1960 

 

САИДА ИСМАИЛЗАДЕ 

 

ПОЛИТИЧЕСКАЯ ДЕЯТЕЛЬНОСТЬ КЫПЧАКОВ НА КАВКАЗЕ 



 

Статья посвящена изучению и описанию политичеслой истории Кыпчаков на Кав-

казе  в  IX-XI  вв.  Естественно,  что  этот  вопрос  невозможно  подробно  описать  в  одной 

статье.Затратвается  проблема  образование  союза  кыпчакских  племен  после  распада 

Хазарского  каганата.  Описываются  поселение  кыпчаков,их  набеги  и  политическая 

история. 



 

SAIDA ISMAILZADEH 

 

THE SOCİAL ACTİVİTY OF KİPCHAKS 

İN THE IX-XI CENTRURIES IN THE CAUCASUS 

 

The article is dedicated to find out political history of Kipchaks in the IX-XI centuries in 

the  Caucasus.  Surely  this  matter  could  not  be  revealed  in  one  article  and  appereance  of 

kipchak union after deciling Khazar Dynasty, the area in which kopchaks spread out and their 



attacks political history-such kind of cases are described in the article. 

 

 

Rəyçilər: t.e.n.V.Veysəlova, t.e.d.İ.M.Məmmədov 

Gəncə  Dövlət  Universiteti  “Ümumi  tarix”  kafedrasının  20  dekabr  2013-cü  il  tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №05). 

Yüklə 77,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə