185
haqqında da məlumat verir; İşkuz ölkəsi Aşşurun diplomatik fəaliyyət meydanının
hüdudları daxilində idi, yəni Kür çayının orta axarı ilə Urmiya gölü ətrafındakı
Manna ərazisi arasında yerləşən vilayətləri əhatə edirdi. E.ə. VI əsrdə Aşgenaz (Skif)
çarlığının adının Urartu, Manna və Mada ilə bir sırada çəkilməsi də e.ə. VII əsrin
təxminən ikinci yarısında Ön Asiya vilayətlərində hegemonluğu müəyyən müddət
(Herodotdan gələn "28 il" rəqəmi, güman edildiyinə görə, şişirdilmiş rəqəmdir) əlinə
keçirmiş (bunu arxeoloji material da təsdiq edir) skiflərin gücünə və qüdrətinə
sübutdur.
E.ə. VI əsrin hələ 90-cı illərində Skif çarlığı çox zəhmli bir qüvvə sayılırdı.
Həmin əsrin ancaq 80-ci illərində "şimalın (yəni skif - məsul red.) hökmdarları"
haqqında həlak olmuş bir xalqdan danışılan kimi danışılır.
186
Skif çarlığının tarixi müqəddəratı irandilli mühacirlərin böyük kütlələrinin Ön
Asiya vilayətlərinə gəlməsi və bu regionda coşqun fəaliyyət göstərməsi ilə
bilavasitə bağlıdır. Adətən skiflər adlandırılan bu tayfalar içərisində skiflərdən
başqa saklar da var idi.
Aşşur mətnlərində skiflərin adı ilk dəfə e.ə. 680-ci il ilə 674-cü il arasında,
çox ehtimal ki, e.ə. 674-cü ilin ortalarında çəkilir.
Ola bilsin ki, e.ə. 674-cü (?) ilin ortalarında skif qoşunları artıq mannalılar
ölkəsinin vilayətlərində "yaşayırlar" (qədim mətni belə də
tərcümə etmək olar:
"olurlar", "sakindirlər" və i.a. - məsul red.).
Yazılı qaynaqların məlumatından belə bir nəticə çıxarmaq olar ki, skiflər Ön
Asiyaya kimmerlərin ardınca gəlmişlər və Herodotun bu hadisələr haqqında dedikləri
- yalnız skiflərin kimmerləri təqib etməsindən başqa - həqiqətə yaxın idi.
Bu vaxtdan başlayaraq Aşşur kitabələri skifləri ən əvvəl Manna və qismən
Mada ilə əlaqələndirir. E.ə. VII əsrin artıq 70-ci illərində İşpakay (lspakaja, Ispaka'ä)
başda olmaqla skiflər mannalıların müttəfiqi kimi çıxış edirlər.
Deməli, təxminən e.ə. VII əsrin 70-ci illərinin axırlarında Skif çarlığı artıq
mövcud idi. Özü də onu Manna-Mada torpaqlarının bilavasitə yaxınlığında, ola bilsin,
Kürdən (Sakasena rayonunda) başlanan və Arazdan cənubda, ta Şimali Manna
vilayətinədək uzanan zolaqda axtarmaq lazımdır. Aşşur mətnlərinin sübut etdiyi kimi,
miqrasiyanın ən erkən, ilk axınları məhz buraya yönəlmişdi.
Skif tayfalarının Qafqaza və Ön Asiyaya, o cümlədən də Azərbaycana axını
kütləvi köç deyildi, çox ehtimal ki, hərbi basqınlar idi. İşğal edilmiş vilayətlərin
müxtəlif hissələrində köçkünlər düşərgələr salır, buradan onların çox böyük atlı
dəstələri bəzən uzaq rayonlara da reydlər edirdilər. Azərbaycanda skiflər o qədər də
çox deyildi. Azərbaycan əhalisinin əsas kütləsi aborigenlərdən ibarət idi.
Skif başçısı İşpakay Aşşur mətnlərində sadəcə "işkuzlu", yəni "skif
"adlandırılır. Təxminən eyni rayonlarda fəaliyyət göstərən Partatua isə ən tezi e.ə.
673-cü ilə aid olan Aşşur sənədində artıq "İşkuz (ölkəsinin) çarı", yəni "Skif
çarlığının" çarı adlandırılmışdır.
Azərbaycanda "Skif çarlığı"nın tarixində qaranlıq nöqtələr az deyildir.
Məsələn, bilmirik ki, İşpakay Partatuanın sələfi idi, yoxsa "onlar iki (düşmən) skif
koalisiyasının başçıları idilər? Lakin İşpakayın skifləri, şübhəsiz, mannalıların və
görünür, həm də madalıların müttəfiqləri idilər və bu skif sərkərdəsi təxminən e.ə.
673-cü ilin axırlarında həlak olmuşdur. Bu da ağlabatandır ki, İşkuz ölkəsinin çarı
Partatua (onun hökmranlığı e.ə. 675-645-ci illərə aid edilir) lap əvvəldən aşşurlularla
danışıqlara başlamış və Assarxaddonun qızını almaq üçün elçi göndərmişdi. Bu
vaxtdan "Skif çarlığı" Aşşurun sədaqətli müttəfiqi olmuşdur. Bəlkə də yalnız bu
ittifaq sayəsində madalıların, skiflərin (İşpaka başda olmaqla, Partatuanın
əleyhdarlarının), kimmerlərin və mannalıların koalisiyası Aşşur üzərində tam qələbə
187
çala bilməmişdi. Partatuanın skifləri Neynəva dövlətini labüd məhvdən xilas
etmişdilər.
E.ə. VII əsrin 70-ci illəri, qismən də 60-cı illəri Azərbaycanda "Skif çarlığı"nın
təşəkkül dövrü sayıla bilər, lakin bu "çarlıq" spesifik köçəri dövlətinin əlamətlərinə
malik olsa da, onu dövlət qurumu hesab etmək çətindir.
Adətən Prototinin (Aşşur qaynaqlarında Partatua) oğlu Madinin adı ilə
əlaqələndirilən dövrdə skiflərin Ön Asiyadakı fəaliyyətində qaranlıq nöqtələr az
deyildir.
Herodota görə, skiflərin Ön Asiyaya ilk gəlişi Prototinin adı ilə yox, Madinin
adı ilə bağlıdır və guya məhz Kiaksar Aşşur ilə müharibə apardığı vaxt Madi
kimmeriləri təqib eləyə-eləyə Madaya girmişdir. Herodotun verdiyi məlumata görə,
skiflər Madaya, (daha doğrusu, Şimali Azərbaycan vilayətlərinə) Dərbənd keçidindən
soxulmuşlar ("skiflər... düz yoldan burulub, xeyli uzun olan yuxarı yolla getmişlər,
Qafqaz dağları sağda qalmışdır"). Herodot yazır: "Bu yerdə midiyalılar skiflərlə
vuruşmuşlar. Midiyalılar basılmış və öz hökmranlığını itirmiş, skiflər isə bütün
Asiyaya yiyələnmişlər. Skiflər buradan Misir üzərinə getmiş və öz yollarında hər şeyi
viran etmişlər. Misir çarı Psametix skifləri Fələstin Suriyasında qarşılamış, hədiyyələr
və yalvar-yaxarla onları ayaq saxlamağa razı salmışdır...
Skiflər Asiyada iyirmi səkkiz il hökm sürmüş, israfçılıq və savaşqanlıqları ilə
hər şeyi tam bərbad hala salmışdılar. Çünki onlar hər bir [xalqdan] müəyyən edilmiş
bacı toplamaqla kifayətlənməyib, ölkəni gəzərək, əllərinə nə keçirdisə, qarət
edirdilər... " [I, 104-105].
Burada təsvir edilən vəziyyət vaxt etibarilə e.ə. VII əsrin 50-ci illərinə deyil,
sonuna daha çox uyğun gəlir, çünki skif hökmranlığınn "bütün Asiyaya" yayılması və
skiflərin butün Asiyada "savaşqanlıq" etməsi, Herodotdan asılı olmayan mənbələrə
görə, məhz göstərilən dövrdə baş vermişdir.
Qələmə aldıqları hadisələrin müasirləri və şahidləri olan Bibliya müəllifləri
yazırlar ki, Ön Asiyanın müxtəlif vilayətlərinin sakinləri "uzaq yerdən, dünyanın
qurtaracağından", "şimaldan", "Şimal torpaqlarından" olan xalqın, "qüvvəli" və
"qədim", lakin həyasız" xalqın basqını gözlənəndə qorxuya düşür və dəhşətə
gəlirdilər, o xalqın ki, "sənin nə taxılından, nə şərabından, nə zeytun yağından, nə
dana-buzovundan, nə də qoyun-quzundan sənə heç nə saxlamayacaq, nəhayət, sənin
özünün də axırına çıxacaqdır" [Deut., 28, 49], "ümidini bağladığın
möhkəmləndirilmiş şəhərlərini qılıncdan keçirəcəkdir" [J e r e m., 5, 18]. "Şimaldan"
olan xalqın skiflərlə eyniliyinə şəkk-şübhə ola bilməz. Maraqlıdır ki, Mada çarlığını
darmadağın etmiş skiflərin Urartuya, Aşşura, Suriyaya, Fələstinə və hətta Misirə
basqınlar etdikləri haqqında yazılı mənbələrin məlumatı adları çəkilən vilayətlərdə
skiflərin məhz e.ə. VII əsrin sonunda - VI əsrin əvvəllərində coşqun fəaliyyət
göstərdiklərinə şəhadət verən arxeoloji materiallarla da təsdiq olunur.