188
Beləliklə, skiflər Ön Asiyaya e.ə. VII əsrin 30-20-ci illərində yox, təqribən 80-
70-ci illərində soxulmuşdular. Aşşurbanipalın kitabəsində "Sak və Qutium (ölkəsinin)
çarı" adlandırılmış "Ummanmanda çarı" Tuqdamme ilə eyniləşdirilən kimmer
Laqdamisi Kiçik Asiyada, Strabonun dediyinə görə [I, III, 21], darmadağın etmiş
Madinin qaynar fəaliyyət dövrü VII əsrin 40-20-ci illərinə təsadüf edir. Herodotda isə
bu dövr ümumiyyətlə öz əksini tapmamış, olsa-olsa onun yalnız axırı, yəni talanlardan
sonra "bütün Asiyada" skiflərin 28 illik hökmranlığının başlanması verilmişdir.
Herodotun skiflər tərəfindən Mada şahlığının darmadağın edilməsi və onların Asiyada
hökmranlığının başlanması barəsindəki məlumatı etiraz doğurmur. Lakin Herodotun
dediyi Madinin skifləri "Avropadan kimmeriləri sıxışdırıb çıxaran" və guya onları
təqib edə-edə Ön Asiyaya soxulan bir qüvvə ola bilməzdi. Vaxtilə (VII əsrin 80-70-ci
illərində) Ön Asiyaya soxulan skiflər isə, təbii ki, Kiaksarın "hökmranlığı
dövründəki (625-585-ci illər) madalıları darmadağın edə və "bütün Asiyada öz
hökmranlığını" yarada bilməzdilər, bu, görünür, VII əsrin 30-20-ci illərində ola
bilərdi.
Görünür, Herodotun istifadə etdiyi mənbədə Madinin yox, atası Prototinin
Asiyaya soxulmasından xəbər verilirdi; məlum olduğu kimi, Prototi Asiyaya VII əsrin
80-70-ci illərində gəlmişdi. Herodot ata ilə oğlu dolaşıq salmış, atanın işlərini oğulun
ayağına yazmış, beləliklə, təqribən yarıməsrlik hadisələri sıxıb cəmi bir neçə il
çərçivəsinə yerləşdirmişdi. Madinin hökmranlıq etdiyi faciəli hadisələrlə dolu dövr
Herodotun əsərində yoxdur. Madi heç də Ön Asiyaya soxulmamışdı (bunu onun atası
etmişdi). Əslində soxulmağa ehtiyac da yox idi, çünki hələ Partatua vaxtlarından
Asiyada "Skif çarlığı" vardı və Madi öz atasından sonra, güman ki, VII əsrin 40-cı
illərinin ortalarından "Skif çarlığı"nın qanuni sahibi idi.
Belə güman etmək də çətindir ki, VII əsrin 30-20-ci illərində skiflərin hansısa
yeni böyük kütlələri Qara dəniz sahillərindən Ön Asiyaya soxulmuş və guya "bütün
Asiyada öz hökmranlığını" yaratmışdır. Asiya üzərində öz hegemonluğunu bərqərar
edən skiflər, şübhəsiz, Madinin skifləri idi; hələ VII əsrin 40-cı illərində onlar Manna
və ya Mada skiflərini öz hakimiyyəti altına alan kimmer çarı Tuqdammeni (tituluna
görə Sak və Qutium [ölkəsinin] çarını) Kiçik Asiyada darmadağın etmişdilər. Deməli,
Herodotun və bəzi tədqiqatçıların dediklərinin əksinə olaraq, Madi skifləri 30-20-ci
illərdə Asiyaya gələ bilməzdilər.
Bəzi məlumatlara görə, VII əsrin 50-40-cı illəri Ön Asiyaya gəlmiş ayrı-ayrı
köçəri qrupları arasında, həmçinin köçərilərlə Şərqin köhnə dövlətləri - Aşşur, Urartu
və başqaları arasında ağır mübarizə dövrü idi.
Atası kimi, Madi də Aşşurun müttəfiqi idi. Skif Madi 640-cı ilə yaxın kimmer
Tuqdammeyə qələbə çalmış və bu qələbə nəticəsində VII əsrin 30-20-ci illərində
Asiyada tam ixtiyar sahibi olmuşdu. Bəzilərinin güman etdiyinə görə, "Skif çarlığı"
Zaqafqaziyadan və İrandan ta Kappadokiyayadək, çox böyük bir ərazini əhatə edən
189
böyük dövlətə çevrilmişdi. Məhz bu skiflər VII əsrin 30-20-ci illərində Ön Asiya
ölkələrini bir neçə il dəhşətə salaraq, "bütün Asiyaya hakim" olmuşdular. Bundan
əvvəl madalılar darmadağın edilmişdi.
Ön Asiyada skiflərin hegemonluğunun neçə il davam etdiyini demək çətindir.
Herodot söyləyir ki, Asiyada skiflərin hakirniyyəti 28 il çəkmişdir, lakin bununla
razılaşmaq olmaz, çünki onda belə hesab etmək lazım gələr ki, görkəmli sərkərdə və
dövlət xadimi, ―Asiya üzərində hökmranlığın banisi" [Esxil] Kiaksarın hakimiyyət
dövrünün dörddə üç hissəsi skiflərin hökmranlığı dövrü (625-598-ci illər) ilə bir vaxta
düşür; bu isə mümkün deyildir, heç olmazsa ona görə ki, "Kedd xronikası"na əsasən,
"madalılar artıq e.ə. 615-ci ildə Aşşura qarşı müharibəyə başlamışdılar. Ontar Arrapxa
əyalətinə soxulmuş, 614-cü ildə isə Aşşur dövlətinin paytaxtı Neynəvaya hücum edib
onun ətraf qəsəbəsi olan Tarbisuya yiyələnmiş, sonra Aşşur şəhərinə yaxınlaşmışdılar.
Şəhər alınmış və qarət edilmişdi. 612-ci ildə madalılar babillərlə, ola bilsin, skiflərlə
və hakimiyyətləri altında olan (?) digər xalqlarla (müttəfiqlərlə - ?) birlikdə Aşşur
dövlətinin paytaxtı, "aslanlar yatağı" Neynəvanı tutmuş, qarət etmiş, dağıtmış və
yandırmışdılar. Madalılar Neynəvanın darmadağın olunmasında həlledici rol
oynamışlar.
Madalılar məğlubiyyətə uğrayandan bir neçə il sonra, ola bilsin, e.ə. VII əsrin
20-ci illərinin sonunda - 10-cu illərinin əvvəlində skiflərin hakimiyyətindən xilas
oldular. Lakin Bibliya müəlliflərinin məlumatına görə, şimal köçəriləri daha bir neçə
il Ön Asiya xalqlarını dəhşətə gətirməkdə davam etdilər.
Ön Asiyada "Skif çarlığı"nın, demək olar, tam hökmranlığına, ehtimal ki, e.ə.
VII əsrin 20-ci illərinin axırında və ya 10-cu illərinin əvvəlində son qoyuldu. Asiyada
yeni qüvvə meydana gəldi. Bu qüvvə madalılar idi. Onlar köçərilərə nəinki
müqavimət göstərə bildilər, həm də tezliklə köçərilərin hakimiyyətinə tamamilə son
qoydular və hətta "Skif çarlığı"nın ərazisinə yiyələndilər.
Madalıların Aşşur üzərində qələbəsi Madanı Qədim Şərqin böyük dövlətinə
çevirdi. Ola bilsin, e.ə. VII əsrin sonunda və ya VI əsrin əvvəlində madalılar
Mannanı, Urartıınu və "Skif çarlığf'nı özlərinə 'abe etdilər.
Qədim Şərq mənbələrində "Skif çarlığı" haqqında son məlumatlardan biri e.ə.
594-cu ilə aiddir.
Görünür, 590-cı ilə yaxın Mada ilə Lidiya arasında, skiflərin ucbatından,
müharibə başlananda Kiaksar tərəfindən "Skif çarlığı" ləğv edilmişdi.
Çarlıq ləğv olunmuşdu, lakin skif əhali qrupları - "skiflər", "ortokoribantlar" və
"sakasenlər" Azərbaycan ərazisində yaşamaqda davam edirdilər. Onlar, məsələn, e.ə.
IV əsrin sonunda Makedoniyalı Aleksandrın qoşıınlarına qarşı farsların
müharibəsində madalıların müttəfiqləri kimi iştirak edirdilər [Arrian, III, 8. 4; açıq-
aşkar yazır: "... kadusilər də, albanlar da, sakasenlər də midiyalılarla birləşmişdilər"].