78
Ölkənin xalq təsərrüfatının yeni texnika ilə təchizatı neft məhsullarına
tələbatı artırdı. Buna görə də Azərbaycanın neft sənayesinin bərpa və inkişafı
diqqət mərkəzində idi. Beşillik ərzində respublikanın neft sənayesinə qoyulan
əsaslı vəsaitin həcmi 4740 milyon manata bərabər idi ki, bu, SSRİ neft sənayesinə
qoyulan bütün əsaslı vəsaitin 20,7 faizini təşkil edirdi.
17
Neftçıxarma sənayesini
yeni texnika ilə təchiz etmək üçün ölkənin 50-dən çox zavodu respublika neft
sənayesinin sifarişlərini yerinə yetirirdi.
18
Neft hasilatını artırmaq üçün yeni neft yataqlarının kəşfinə və istismarına
böyük ehtiyac var idi. Buzovna-Maştağa (1945-ci il), Gürgan-dəniz və Gəncə
rayonu (1947-1948-ci illər), Hövsan və Umbakı (1948-1950-ci illər), Neft daşları
(1950-ci il), Darvin bankası (1950-1951-ci illər) kimi yeni neft və qaz yataqları
kəşf edilmiş və sənaye üsulu ilə işlənmək üçün istifadəyə verilmişdi.
19
Neft hasilatını yüksəltməyin həlledici şərtlərindən biri neft quyuları
qazılması üzrə işləri genişləndirmək idi. Geoloji-kəşfiyyat işlərini genişləndirmək,
yeni neft yataqlarının kəşfi və istifadəyə verilməsi işində SSRİ hökumətinin qərarı
ilə 1947-ci ilin sonunda "Azneftkəşfiyyat" Birliyi yaradıldı. 1943-cü ildə "Azneft"
Birliyi nəzdində yaradılmış Xüsusi Qazma İdarəsi sonralar "Turbin-qazma" tresti
şəklində yenidən təşkil olundu.
20
1946-cı ildən başlayaraq Azərbaycanın neft mədənlərində turbin qazması
getdikcə daha çox tətbiq edilirdi. Bu, neftçilərə turbin üsulu ilə maili istiqamətdə
quyular qazmağa imkan verdi. Bu təşəbbüs bütün sovet neft sənayesinin inkişafına
Azərbaycan neftçilərinin böyük töhfəsi idi. Bakılıların bir özül üzərindən iki və
daha çox neft quyusunun qazılması üsulu mühüm əhəmiyyət kəsb edirdi. Yeni
texnikanın tətbiqi, quyuların istismar rejiminin yaxşılaşdırılması neft hasilatının
artmasına kömək edirdi. 1948-1950-ci illərdə 2800-ə qədər dayanmış quyu bərpa
edilmişdi.
21
50-ci illərin ortalarına qədər SSRİ-nin əsas neftçıxarma mərkəzi sayılan
Azərbaycan artıq müharibədən sonra bütün ölkənin yanacağa olan ehtiyacını tam
ödəyə bilmirdi. Buna görə də Xəzər neft yataqlarının aşkar edilməsi və istifadəyə
verilməsi problemi meydana çıxdı.
Azərbaycan neft sənayesinin inkişafında Xəzərdə neft yataqlarının kəşfi və
istifadə edilməsi çox önəmli hadisə oldu. Mərkəzi hökumətin bəzi yüksək vəzifəli
şəxslərinin Azərbaycanda, xüsusilə Xəzər dənizində neftçıxarma sənayesinin
iqtisadi cəhətdən səmərəsiz olması iddialarına baxmayaraq,
22
Azərbaycan
alimlərinin, neftçilərinin gərgin əməyi sayəsində dünyada ilk dəfə olaraq
Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlandı. 1949-cu ilin fevralında
qasırğalı bir havada məşhur qazma ustası M.Kaveroçkinin briqadası açıq dənizdə
Neft daşlarına çıxdı. Son dərəcə mürəkkəb və çətin şəraitdə neftçilərin qazdığı
kəşfiyyat quyusu 1949-cu il noyabrın 7-də fontan vurdu.
23
79
Dəniz neft yataqlarını mənimsəmək üçün "Azneft" Birliyi nəzdində "Dəniz
qazma" Tresti yaradıldı. 1949-cu il mayın 7-də SSRİ Nazirlər Soveti "Azərbaycan
SSR-də dəniz neft yataqlarının kəşfini və işlənməsini üzən vasitələrlə təmin etmək
haqqında" xüsusi qərar qəbul etdi.
24
Dəniz mədənlərinin yaradılması və inkişafında "Azərbaycan SSR-də dəniz
neft yataqlarının kəşfi və işlənilməsi üzrə işlərin təşkilini yaxşılaşdırmaq tədbirləri
haqqında" SSRİ Nazirlər Sovetinin 1949-cu il 31 oktyabr tarixli qərarının böyük
əhəmiyyəti oldu.
25
Dəniz neft yataqlarının işlənilməsini gücləndirmək və bu işə
rəhbərliyi yaxşılaşdırmaq məqsədilə 1950-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə
yeni neft Birliyi - "Azdənizneft" yaradıldı.
26
Dəniz neft yataqlarından istifadə etmək üçün dünya təcrübəsində ilk dəfə
dənizdə neft-mədən estakadaları tikildi. 1948-ci ildən estakadaların tikintisinə
"Hidrodənizneft" İnstitutu rəhbərlik edirdi. 1950-ci ildə estakadanın uzunluğu 18,9
km-ə çatmışdı.
27
Fəhlələrin, mühəndis-texniki işçilərin və alimlərin fədakar əməyi sayəsində
dəniz yataqlarından
28
beşilliyin son ilində 1,6 milyon ton neft çıxarıldı.
29
1946-1950-ci illərdə neft emalı sənayesində zavodlar yenidən quruldu, yeni
texnika ilə təmin edildi, xammaldan istifadə yaxşılaşdırıldı və təkmilləşdirildi.
1946-1947-ci illərdə Bakıda traktorları va neft mədənlərindəki istismar-qaldırıcı
mexanizmləri təmir edən zavod-Bakı elektrik təmiri zavodu, 1949-cu ildə isə
Binəqədi boru təmiri zavodu istifadəyə verildi.
30
Maşınqayırma zavodlarının istehsal gücü artırdı. 1946-1950-cı illərdə neft
maşınqayırma zavodları elmi-tədqiqat idarələri ilə birlikdə 438 növ yeni maşın,
mexanizm və alət istehsalını mənimsədi.
31
Maşınqayırma sənayesinin yeni sahələrinin yaradılmasına başlandı. 1947-ci
ilin martında respublikada elektrotexnika sənayesinin ilki olan Bakı elektrik
maşınqayırma zavodu, Bakı diyircəkli yastıq zavodu, yeni cihazqayırma və
elektromexanika məmulatı zavodu işə düşdü.
Yeni zavodların istismara verilməsi o vaxta qədər əsasən neft avadanlığı
istehsalı ilə məşğul olan maşınqayırmanın birtərəfli inkişafına son qoyulmasının
başlanğıcı oldu.
Müharibədən sonrakı ilk illər Azərbaycanda enerji obyektlərinin və elektrik
enerjisi istehsalının daha da artması ilə səciyyələnir. Enerji sistemi müəssisələrinin
bütün əsas qazanları yenidən quruldu. Sumqayıt İstilik Elektrik Stansiyasının gücü
üç dəfə artırıldı.
32
Lakin istehsal olunan elektrik enerjisi Azərbaycanın xalq təsərrüfatının
enerjiyə artan tələbatını ödəmək üçün kifayət qədər deyildi. Bu işdə tikintisinə hələ
müharibədən əvvəl başlanmış Mingəçevir SES həlledici rol oynamalı idi. SSRİ