6
təqdim etdiyi materiallardan isə III bölmədə istifadə olunduğunu minnətdarlıqla
qeyd edirlər.
Xronoloji cədvəl və biblioqrafiya tarix elmləri namizədi Əzizağa Ələkbərov
tərəfindən tərtib olunmuşdur.
Fotoşəkillərin toplanmasında tarix elmləri namizədi Hakim İsaqov və elmi
işçi Alı Balayev iştirak etmişlər.
7
I BÖLMƏ
AZƏRBAYCAN II DÜNYA
MÜHARĠBƏSĠ DÖVRÜNDƏ
I FƏSİL
BÖYÜK VƏTƏN MÜHARĠBƏSĠNĠN BAġLANMASI.
AZƏRBAYCAN SSR-DƏ HƏRBĠ,
ĠQTĠSADĠ VƏ MƏNƏVĠ SƏFƏRBƏRLĠK
§1. RESPUBLĠKADA HƏRBĠ SƏFƏRBƏRLĠK
1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi.
1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı"
ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə
sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə
çıxmaq idi.
1
Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi
yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -"müsəlman monqoloidləri,
dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar
ali irqin qullarına çevrilməlidirlər".
2
Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq
siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə
olunması planı"na görə Azərbaycanda idarəedici orqan - "komissarlıq" yaradılmalı
və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi.
3
Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına
qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə
Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı.
Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya,
Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və
Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.
4
Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə
Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi
verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irqdən" rəhbərlər
də təyin edilmişdi. Onlar ucuz iş qüvvəsi hesabına maya dəyəri aşağı olacaq
məhsullardan alınacaq yüksək gəliri son qəpiyinədək Almaniyaya çatdırmaq
tapşırığı almışdılar.
5
8
Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş
mərkəzə çevirmək arzusunda idi.
SSRİ XKS və ÜİK(b)P MK-nın 1941-ci il iyunun 29-da qəbul etdikləri
direktivlə ölkənin bütün siyasi, iqtisadi və hərbi imkanlarını səfərbər etmək, ilk
növbədə, xalq təsərrüfatını hərbi tələblər əsasında qurmaq vəzifələri
müəyyənləşdirildi.
6
İyunun 30-da isə İ.V.Stalinin başçılığı ilə ölkədə bütün
hakimiyyəti öz əlində cəmləşdirən Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı.
7
DMK əsas diqqəti Silahlı Qüvvələrin möhkəmləndirilməsinə, iqtisadiyyatın hərbin
tələbləri əsasında yenidən qurulmasına yönəltdi. Geniş miqyasda hərbi səfərbərlik
keçirildi, yeni qoşun birləşmələri yaradıldı, cəbhəyə yaxın rayonlardan sənaye
müəssisələri və milyonlarla adam uzaq yerlərə köçürüldü.
1941-ci il iyunun 22-də Böyük Britaniyanın Baş naziri Uinstan Çörçill, bir
gündən sonra isə ABŞ Prezidenti Franklin Ruzvelt SSRİ-nin Almaniyaya qarşı
müharibədə onu müdafiə etmək təklifini qəbul etdikləri barədə bəyanat verdilər.
İyulun 12-də Moskvada Sovet İttifaqı ilə Böyük Britaniya arasında müharibədə
birgə fəaliyyətə dair müqavilə imzalandı.
8
Avqustun 14-də ABŞ Prezidenti və Böyük Britaniyanın Baş naziri "Uels
şahzadəsi" adlı gəminin göyərtəsində görüşdülər, faşizmi məhv və qəsbkarı tərk-
silah etmək zərurəti barədə bəyanatı - "Atlantik xartiyası"nı imzaladılar.
Sentyabrda SSRİ də bu xartiyaya qoşuldu.
9
Çox keçmədən Avstraliya, Belçika,
Böyük Britaniya, Yunanıstan, Polşa, SSRİ, müstəqil Fransa, Çexoslovakiya,
Yuqoslaviya və digər ölkə nümayəndələrinin Londonda keçirilən konfransında
"Atlantik xartiyası"nın əsasları qəbul edildi, faşizmə qarşı koalisiyanın məqsəd və
vəzifələri müəyyənləşdirildi.
10
1942-ci il yanvarın 1-də 27 dövlətin nümayəndələri
Vaşinqtonda belə bir koalisiya yaratdılar. 1945-ci ilin aprelində isə bu ittifaqda
artıq dünyanın 50 dövləti təmsil olunmuşdu.
11
Sovet xalqı "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında alman
faşizminə qarşı müharibəyə qalxdı.
Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi.
Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək
öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə,
"Qırıcı batalyon"lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara
qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində müharibənin
ilk günlərində 40 min nəfər, o cümlədən 1000 nəfərə qədər qız könüllü olaraq
cəbhəyə getmək üçün respublika Hərbi Komissarlığına müraciət etdi.
12
Yalnız
1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30480 nəfər, o cümlədən hərbi
məktəblərə 2287 nəfər, qvardiya diviziyalarına 3165 nəfər, döyüşən hissələr
ehtiyatına 22319 nəfər səfərbər olundu.