33
Müharibənin dördüncü günü, iyunun 25-də Qara dəniz Donanmasının 63-cü
aviasiya briqadasının təyyarəçisi Məzahir Abasov hitlerçilərin bazası Konstansanı
bombalamaq tapşırığını yerinə yetirərkən iki "ME-109" təyyarəsinin hücumuna
məruz qalmışdı. M.Abasov təyyarə motorunun zədə almasına baxmayaraq, düşmən
təyyarələri ilə qeyri-bərabər döyüşə girmiş, onlardan birini vurmuş, digər təyyarəni
isə qaçmağa məcbur etmişdi. Təyyarəsinin ikinci motoru da sıradan çıxdıqda, igid
şahin onu ustalıqla dənizin səthinə oturtmuş və bir neçə gün su üzərində qalmışdı.
M.Abasov igidliyinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi.
1941-ci ilin yayında Poltava yaxınlığında gedən döyüşlərdə R.Rəfiyevin
tankçılar bölməsi düşmənin iki ağır tankını, 16 topunu və 50-dən artıq əsgərini
məhv etmişdi.
1941-ci ilin payızında alman-faşist ordusu Baltikyanı ölkələri, Ukrayna və
Belorusiyanı zəbt edib, Leninqradı mühasirəyə aldı, böyük qüvvələrlə Moskvaya
doğru hücuma keçdi. Faşist komandanlığı Moskvanı hələ 1941-ci ilin yayında ələ
keçirməyi planlaşdırsa da, sovet ordusunun müqaviməti buna imkan vermədi.
Alman-faşist komandanlığı 1941-ci ilin sentyabrında Moskvanı almaq üçün yeni
qoşun - canlı qüvvə və texnika gətirdi. Canlı qüvvəyə görə faşistlər Moskva
müdafiəçilərindən 1,8 dəfə, tankların sayına görə 1,5, topların, minomyotların
sayına görə 1,25 dəfə və təyyarəçilərin sayına görə 3,2 dəfə, çox idi.
6
1941-ci il sentyabrın 30-da alman-faşist qoşunları Moskva istiqamətində
hücuma keçdilər. Ölkənin paytaxtı təhlükə altında idi.
Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan döyüşçüləri də
fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan Həzi Aslanov qeyri-adi
sərkərdə bacarığı göstərərək, əsgərlərini və döyüş sursatı yüklənmiş beş avtomobili
mühasirədən çıxarmış, daha sonra yaralanmış tankçını əvəz edərək, tankı faşistlərin
səngərinə yönəltmiş və düşməni məhv etmişdi. H.Aslanov qəhrəmanlığına görə
Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu.
7
1941-ci ilin noyabrında Müseyib Allahverdiyevin komandanlığı altında
sovet əsgərləri tərəfindən Moskva ətrafında taktiki cəhətdən çox vacib təpədə bir
gün ərzində sayca çox düşmənin üç hücumu dəf olunmuş, yüzdən artıq düşmən, 2
tank və 2 özühərəkətedən top məhv edilmişdi. Bu şücaətə görə M.Allahverdiyev
Qırmızı Ulduz ordeninə layiq görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri
Moskva ətrafında 10 düşmən təyyarəsini vurmuş, xüsusi fərqlənmiş komandir
Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu.
8
Pulemyotçu İdris Vəliyev məşhur Borodino çölündə gedən döyüşlərdə ağır
yaralanmasına baxmayaraq, 75-dən artıq faşisti məhv etmişdi. 1941-1942-ci illərin
qış hücumu zamanı qvardiyaçı pulemyotçunun hesabında 160-dan artıq məhv
edilmiş faşist vardı. İ.Vəliyev "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi.
9
34
Moskva uğrunda döyüşlərdə Azərbaycan qızları Z.Seyidməmmədova,
S.Quliyeva, N.Korneyeva, O.Şahbazova və başqaları igidliklə vuruşmuşdular.
Cərrah Aliyə Rüstəmbəyova onlarca yaralının həyatını xilas etmişdi.
10
1941-ci il dekabrın 5-6-da sovet ordusunun əks-hücumunda -Moskva, Tula,
Kalinin, Orlov və Smolensk vilayətlərinin azad edilməsi uğrunda döyüşlərdə
Azərbaycan oğul və qızları qəhrəmanlıqla vuruşmuşdular. Qvardiya kapitanı
Muxtar Süleymanov hücumların birində, əlbəyaxa döyüşdə altı faşist əsgərini və
bir zabiti qılıncla məhv etmişdi. Volokolamsk şəhəri uğrunda döyüşlərdə
komandanlıqla hissələr arasında əlaqə kəsildiyi zaman M.Süleymanov həlak olmuş
rabitəçini şəxsən əvəz edərək, arasıkəsilməyən atəş altında əlaqəni bərpa etmiş,
xidmətlərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu.
1941-ci il dekabr ayının əvvəllərində Moskva uğrunda qızğın döyüşlər
zamanı baş serjant İsrafil Məhərrəm oğlu Məmmədovun əfsanəvi igidliyi bütün
ölkəyə yayıldı. İ.Məmmədovun xidmət etdiyi hissə Novqorod vilayətinin Pustınka
kəndi yaxınlığında mövqe tutub, rabitə xəttini və komanda məntəqəsini müdafiə
edirdi.
Güclü top atəşindən sonra sovet döyüşçülərinin tutduğu mövqeyə hücuma
keçən minə qədər düşmən 30-40 metrə qədər yaxın buraxılaraq dəqiq atəşlə məhv
edildi. Hitlerçilər yenidən hücuma keçdilər, doqquz saat davam edən şiddətli
döyüşdən sonra İ.Məmmədovun başçılığı altında olan kiçik dəstə düşməni 100
metrə qədər geri atdı, lakin düşmən bütün qüvvələrini toplayaraq yenidən həmlə
etdi. Vəziyyət ağırlaşmışdı. Sovet döyüşçülərinin yarıdan çoxu sıradan çıxmışdı.
Qumbara və patronların çatışmadığını, döyüşçülərin yorulduğunu görən
İ.Məmmədov düşməni 10-15 metr məsafəyə buraxmaq əmri verdi. Düşmən yaxın
məsafədən atəşə tutuldu. İ.Məmmədov "Yoldaşlar, faşistləri nizə ilə məhv edək!" -
deyə hayqıraraq 5 sağ qalmış döyüşçü ilə düşmən üzərinə şığıdı və əlbəyaxa
döyüşdə onlarca faşist öldürüldü. Qalanlar geri çəkilməyə məcbur oldular.
Beləliklə, İ.Məmmədov 10 saat ərzində hitlerçilərin bütöv bir batalyonunun
hücumunun qarşısını almış, nəticədə yüzlərlə düşmən əsgəri və zabiti məhv
edilmişdi. Döyüşlərdə xüsusi iradə, döyüş məharəti, şəxsi şücaət, qəhrəmanlıq
göstərmiş İ.Məmmədov özü təkbaşına 700 faşist öldürmüşdü. 1941-ci il dekabrın
11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İ.Məmmədova Sovet İttifaqı
Qəhrəmanı adı verildi. İsrafil Məmmədov xalqını, millətini ucaldan ilk
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı idi."
Moskva uğrunda döyüş Sovet Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatdı.
Sovet ordusunun 1942-ci il qış hücumunda iştirak edən azərbaycanlılar da
igidliklə vuruşmuş, döyüş rəşadəti nümunələri göstərmişlər. Qərb cəbhəsində gənc
zabit N.Bağırovun komandası altında tankçılar rotası bir neçə gün davam etmiş
hücum əməliyyatlarında düşmənin 18 tankvuran topunu, 34 pulemyot yuvasını və