30
milyon manat, Qaryagin (Füzuli) rayonu əhalisi 4,7 milyon manat vermişdilər.
1941-1943-cü
illərdə Azərbaycan fəhlələri, kəndliləri və ziyalılarının
nümayəndələri bu fonda 230 milyon manatdan çox vəsait göndərmişdilər.
136
Müharibə illərində Azərbaycan fəhlə və kəndliləri, ziyalıları müdafiə
fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat pul,
15 milyon manatlıq qızıl istiqraz vermişdilər. Bundan əlavə, 1,5 milyon manatlıq
istiqrazlara yazılmış, pul-şey lotereyaları almışdılar.
137
1943-cü ilin yazında respublika zəhmətkeşlərinin vəsaiti hesabına
yaradılmış "Bakinski raboçi" hərbi hava bölməsi təyyarələrinin ilk hissəsi -
Azərbaycan SSR ərazisində yenidən formalaşdırılan 833-cü hava alayının üzərində
qırmızı hərflərlə "Bakinski raboçi" yazılmış təyyarələri verilmişdi. Bu alay
Krasnodar, Taman, Sevastopol, Xarkov, Minsk, Tilzit rayonlarındakı hava
döyüşlərində iştirak etmişdi.
Azərbaycan
faşist işğalçılarından azad edilmiş rayonlarda xalq
təsərrüfatının bərpasına fəal kömək göstərmişdi. 1943-cü ilin payızında bu
məqsədlə respublika yardım komitəsi və onun rayon komissiyaları təşkil
olunmuşdu. Şimali Qafqaz neftçilərinə, Leninqrad, Stalinqrad, Stavropol, Qaraçay,
Ukrayna təsərrüfatlarına çoxlu pul, ərzaq, tikinti materialı, mal-qara, istehsal
avadanlığı və s. göndərilirdi. Gəncə əhalisi Pyatiqorsk, Şəki əhalisi Georgiyevsk,
Qasım İsmayılov kolxozçuları Mozdok şəhərlərini himayəyə götürmüşdülər.
138
Azərbaycan kolxozçuları SSRİ-nin azad edilmiş rayonlarına kömək olaraq
1500 kotan, 200 ton sement, 25 min pud taxıl, 287 kq yağ və başqa kənd təsərrüfatı
məmulatı göndərmiş, min hektarla sahədə taxıl əkmiş və xeyli mal-qara
bəsləmişdilər.
139
DMK-nın 22 sentyabr və ÜİK(b)P MK-nın 8 oktyabr 1941-ci il tarixli
qərarlarında yaralı döyüşçü və komandirlərə tibbi xidmətin yaxşılaşdırılması və
köçürmənin qaydaya salınması qarşıya qoyuldu. Cəbhəyə ümumxalq köməyinin
tərkib hissələrindən biri yaralılara qayğı olmuşdur. Yaralı əsgər və zabitlərin tez
sağalıb döyüşən ordu sıralarına, yaxud əmək cəbhəsinə qayıtmasını təmin etmək
üçün onlara yüksək keyfiyyətli tibbi xidmətin təşkilinin böyük hərbi və xalq
təsərrüfatı əhəmiyyəti var idi.
Böyük Vətən müharibəsinin ilk günlərindən Azərbaycan ərazisində hərbi
hospitalların təşkilinə başlanmışdı. 1941-ci ildə respublikada 76 hərbi hospital
yaradıldı. Naxçıvan, Şuşa, Şəki, Hacıkənd, Mərdəkan və Buzovnada yerləşən
sanatoriyalar və istirahət evləri hərbi hospitallara çevrilmişdi. Səhiyyə işçilərinin
ən qabaqcıl nümayəndələri - təcrübəli həkimlər hərbi hospitallarda çalışırdılar.
1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin
sədrliyi ilə Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi yaradıldı.
31
Azərbaycan zəhmətkeşlərinin yaralılara qayğısı həkimlərin fədakar
əməyində, qanvermə hərəkatında, fəhlələrin və kolxozçuların himayəçilik işlərində
təzahür edirdi. Azərbaycan Xalq Tibb Komissarlığının Hərbi Hospitallar İdarəsinin
baş cərrahı, tibb elmləri doktoru, professor M.A.Topçubaşovun xidmətləri xüsusilə
qeyd olunmalıdır. O, cərrahlığa xeyli yenilik gətirdi, ən mürəkkəb cərrahi
əməliyyatları böyük ustalıqla həyata keçirərək, yüzlərlə döyüşçünün həyatını xilas
etdi. Həkimlər M.Abbasov və S.Axundov cəbhədə gözlərini itirmiş 200-dən çox
döyüşçüyə yenidən görmək sevinci bəxş etdilər. Professor M.Mirqasımov,
F.Əfəndiyev, M.Məlikov, Z.Məmmədov və b. yaralı döyüşçülərə səmərəli
xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görüldülər.
140
Yaralıların müalicə edilib ordu sıralarına qayıtmasında respublikamızda
sayı gündən-günə artan donorların böyük xidməti olmuşdu. Qafqaz uğrunda
döyüşlər zamanı instituta çevrilmiş respublika Qanköçürmə Stansiyasının
kollektivi yaralı əsgər və zabitlərin müalicəsində böyük rol oynamış, yaxşı işinə
görə dəfələrlə DMK-nın, Zaqafqaziya və Şimali Qafqaz cəbhələri komandanlığının
təşəkkürünü almışdı.
Böyük Vətən müharibəsində cəbhəyə və ölkə iqtisadiyyatına xidmət və
qayğı göstərməklə Azərbaycan xalqı, öncə onun ziyalıları sovet ordusunun alman
faşizmi üzərində qələbəsinə mühüm töhfə vermişlər.
32
II FƏSİL
AZƏRBAYCAN DÖYÜġÇÜLƏRĠ MÜHARĠBƏ CƏBHƏLƏRĠNDƏ
§1. MÜHARĠBƏNĠN ĠLK DÖYÜġLƏRĠNDƏ. STALĠNQRAD VƏ
QAFQAZ CƏBHƏLƏRĠNDƏ
Faşist işğalçılarının ilk ağır zərbələri ilə üzləşən sovet sərhədçiləri
qəhrəmancasına müdafiə olunurdular. Əfsanəvi Brest qalası döyüşlərində
Azərbaycandan onlarca döyüşçü – hərbi həkim M.Qədirov, siyasi işçi
A.Kastryulin, əsgərlər İ.Səfərov, İ.Dadaşov, A.İmanov, M.Məmmədov,
A.Qafarov, A.Mənsurov, V.Xanikin, X.Məmmədov, Ə.Əliyev, D.Abdullayev
fövqəladə mərdlik göstərmişlər. Həkim M.Qədirov arasıkəsilməyən atəş altında
cərrahiyyə əməliyyatları aparmaqla yanaşı, şəhərin müdafiəsinin son gününədək,
sağ qalmış kiçik bir qrup döyüşçü ilə düşmənin hücumlarının qarşısını alaraq,
əlbəyaxa döyüşdə bir neçə faşisti məhv etmişdi. 1941-ci il iyunun 30-da düşmən
mühasirəsindən çıxmaq uğrunda baş vermiş əlbəyaxa döyüşdə A.İmanov və
İ.Səfərov xüsusilə fərqlənmiş, faşistləri geri oturtmuşdular.
1
Leytenant
D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi yeddi gün düşmən hücumlarına
sinə gəlib, onlarca faşisti məhv etmişdi.
2
Prut çayı yaxınlığında gedən döyüşdə
siyasi işçi Kamal Qasımov altı döyüşçü ilə birlikdə üç gecə dalbadal,
arasıkəsilməyən amansız atəş altında üç körpünü partladaraq düşmənin çaydan
keçməsinin qarşısını almış, dördüncü gün əlbəyaxa döyüşdə igidliklə şəhid
olmuşdu.
3
Leninqrad müdafiəçisi, snayper M.İsmayılov iyulun 22-də sərhədi keçmək
istəyən on bir düşməni sərrast atəşlə sıradan çıxarmış və igidliyinə görə Lenin
ordeninə layiq görülmüşdü. O vaxt "Bolşevik" jurnalı yazırdı ki, "ilk döyüşdə
nəzarətçi-snayper M.İsmayılov düşmənin bütöv bir dəstəsini məhv etdi".
4
Leninqrad səmasının müdafiəçilərindən biri - leytenant Hüseynbala Əliyev
böyük igidlik göstərdi. Şəhər üzərində ilk hava döyüşlərində o, dörd düşmən
təyyarəsini vurdu. 1941-ci il iyulun 17-də döyüş tapşırığını uğurla yerinə yetirib
geriyə qayıdarkən o, buludlar arasından şığıyan üç düşmən təyyarəsini gördü. İgid
təyyarəçi düşmən üzərinə sürətlə hücum etdi və dəqiq atəşlə "YU-88" faşist
təyyarəsini vurdu. Qeyri-bərabər döyüşdə düşmənin ikinci təyyarəsini də vurdu,
üçüncü təyyarə üzərinə tarana gedəndə Hüseynbalanın kabinəsində top gülləsi
partladı. 80, o cümlədən üç ölümcül yara alan təyyarəçi təyyarəsini yerə endirə
bildi, özü isə həlak oldu. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən sonra Lenin
ordeni ilə təltif edilmişdi.
5