18
cü ildən respublika əkin sahələrində azərbaycanlılarla birgə Ukrayna və Şimali
Qafqazdan köçürülmüş əkinçilər də çalışırdılar.
Kənd təsərrüfatı üzrə çöl işlərinə qulluqçular, məktəblilər, texnikumların və
ali məktəblərin tələbələri cəlb olunurdular. Bir çox rayonlarda kolxozlar daxili
torpaq və toxum ehtiyatları hesabına əkin sahələrini 10-15 faiz genişləndirdi.
Kolxoz və sovxozlarda "Cəbhəyə və ölkəyə daha çox çörək, ət və sənaye üçün
xammal verək!" şüarı altında staxanovçular və kənd təsərrüfatı qabaqcılları
hərəkatı geniş vüsət aldı. 1941-ci il dekabrın 1-nə Azərbaycan kolxozçuları
Müdafiə Fonduna 2850 baş iribuynuzlu və 23120 baş xırdabuynuzlu heyvan, 1079
baş donuz, 10640 sentner taxıl, 36140 litr süd, 20439 kiloqram yağ, 130 ton kartof,
194 ton göyərti, 62200 ədəd yumurta və digər məhsullar verdilər.
75
1942-ci ildə "Yüksək məhsul - cəbhəyə köməyin əsasıdır" çağırışı ilə
çalışan əməkçilər kənd təsərrüfatı məhsulları tədarükündə mühüm nailiyyətlər əldə
etdilər. Əkin sahəsi 1941-ci ilə nisbətən 15 min hektar artdı. 1095,8 min hektar
əkin sahəsinin 852 min hektarı taxıl əkininə ayrıldı.
76
1942-ci ildə Azərbaycan
kolxoz və sovxozları dövlətə 1941-ci ildən 2583934 pud artıq taxıl, 282962 pud ət,
210012 pud göyərti, 40965 pud yun, habelə kolxozlar 1943-cü ilin planları
hesabına 440060 pud ot, 8211 pud yağ, 8 pud pendir, 29699 pud yun, 59755 pud ot
və s. təhvil verdi.
77
1943-cü ildə Azərbaycanın sənaye müəssisələri kənd təsərrüfatı üçün
texnika və avadanlıq istehsalını artırdı. DMK-nın qərarı ilə Ukraynadan və Şimali
Qafqazdan kənd təsərrüfatı maşınları zavodlarının köçürülməsi hesabına hələ
1942-ci ildə Gəncədə kənd təsərrüfatı maşınlarını təmir və onlar üçün ehtiyat
hissələri istehsal edən zavod yaradılmışdı.
78
Bakının maşınqayırma zavodları MTS-
lər üzərində hamiliyi genişləndirdilər. Təkcə 1943-cü ilin birinci yarısında Bakıdan
kəndlərdə işləməyə 200-dən artıq ixtisaslı fəhlə göndərildi.
79
Kənd təsərrüfatı maşınlarını təmir etməkdə böyük uğurlar qazanmış Kalinin
adına zavodun kollektivi 1943-cü ildə Ümumittifaq sosializm yarışında birinci yeri
tutdu və ona ÜİHİMŞ-nin və SSRİ Əkinçilik Xalq Komissarlığının Keçici bayrağı
və pul mükafatı verildi.
1943-cü ildə Azərbaycanın kənd zəhmətkeşləri dövlətə plandan əlavə 1
milyon pud taxıl, 21,5 min pud ət, 48 min pud tərəvəz, 2,2 min pud yun verdilər.
Heyvandarlığın inkişaf planı iribuynuzlu heyvanlar üzrə 106,3 faiz, qoyun və
keçilər üzrə 124 faiz, donuzlar üzrə 118 faiz yerinə yetirildi. 1943-cü ildə
Azərbaycan kolxozçularının qəhrəman əməyi hökumət tərəfindən yüksək
qiymətləndirildi, kənd təsərrüfatında çalışan 485 nəfər SSRİ-nin orden və medalları
ilə təltif olundu.
80
Respublika kəndliləri 1944-cü ildə mühüm uğurlar qazandılar.
Müharibənin çətinliklərinə baxmayaraq, maldarlığın inkişafı dayanmadı,
kolxoz sürüləri 1940-cı ilə nisbətən bir milyon baş çoxaldı, heyvandarlıq
19
məhsulları istehsalı artdı. Müharibə illərində heyvandarlığın inkişafında qazandığı
müvəffəqiyyətlərə görə Azərbaycan SSR dörd dəfə Dövlət Müdafiə Komitəsinin
Qırmızı bayrağını almış, 45 min zəhmətkeş orden və medallarla təltif edilmişdi.
81
Hərbi şəraitin tələbi əsasında nəqliyyatın işi yenidən quruldu. Hərbi
hissələrin hərəkəti, onlara silah, sursat, ərzaq daşınması, habelə əhalinin,
müəssisələrin köçürülməsi, sənayenin xammala tələbatının ödənilməsi nəqliyyatın
ahəngdar işləməsi sayəsində vaxtında təmin olunurdu.
Respublika dəmir yollarında qatarların müntəzəm hərəkətini təşkil etmək
məqsədilə 1941-ci il iyunun 24-dən xüsusi hərbi cədvəl tətbiq olunmuş, vağzalların
hava hücumundan müdafiəsi,
82
işıq və səs siqnalları olmayan xüsusi qatarlar təşkil
edilmiş, sərnişin vaqonları hərbi-sanitar vaqonlarına çevrilmişdi.
83
Bakı dəmir yolu
əsasən yanacaq daşınması ilə məşğul idi; 1941-ci ilin iyul ayında 1560 sistern
daşınmışdısa, avqustda bunun sayı 2325-ə çatmışdı.
84
1941-ci ilin avqustundan Bakı dəmir yolu şəbəkəsinə Rostov, Xarkov,
Odessa, Taqanroq, Novorossiysk və digər şəhərlərin 450-dən çox müəssisəsindən
köçürülmə yüklər daxil olmuşdu.
85
Faşist Almaniyasına qarşı mübarizədə SSRİ ilə birgə əməkdaşlığa dair
1941-ci il oktyabrın 1-də bağlanmış üçtərəfli sazişlə, habelə ABŞ-ın "Lend-Liz"
kredit və icarə haqqında qanununun həmin ilin noyabrında SSRİ-yə də şamil
edilməsi ilə bağlı Böyük Britaniya və ABŞ İran körfəzi, habelə İran ərazisindəki
dəmir yolları, sonra isə quru və dəniz yolları vasitəsilə müxtəlif təyinatlı yüklər
göndərməyə başlamışdılar. Müharibə illərində ABŞ və İngiltərədən, sonralar isə
Kanadadan SSRİ-yə 400 min avtomobil, 2,6 mln ton neft və neft məhsulları, 9,6
min top, 10,8 min tank və 18,7 min təyyarə göndərmişdilər ki, bunlar da
Azərbaycan dəmir yolu nəqliyyatı vasitəsilə təyinat yerlərinə çatdırılmışdı.
86
Hərbi
yüklərin daşınması üzrə işlərə rəhbərlik edənlərdən biri də azərbaycanlı general-
mayor Ə.M.Əzizbəyov idi.
87
1941-ci ilin noyabrında DMK-nın göstərişi əsasında Qroznı neft sənayesi
zavodları da Bakı limanı vasitəsilə ölkənin şərq rayonlarına göndərilirdi. Osipenko,
Mariupol və başqa sənaye şəhərlərindən köçürülən sənaye müəssisələrinin
avadanlıqları da Bakıdan keçirdi. Azərbaycan dəmir yolu cəbhəni yanacaq və
döyüş ləvazimatı ilə təchiz edən xətlərdən idi. Azərbaycan dəmiryolçuları 1500
parovoz təmir edərək, ölkənin müxtəlif dəmir yolu xətlərinə göndərmiş, o
cümlədən təmir olunmuş 925 parovoz Xəzər dənizi vasitəsilə şərqə yola
salınmışdı.
88
Azərbaycanda yeni dəmir yol xətləri çəkilir, əlavə ikinci yollar inşa
edilirdi.
89
Culfa-Mincivan dəmir yolu yenidən qurulmuş, Osmanlı -Astara, Salyan-
Neftçala, Papanino-Ağcaqabul yolu çəkilmiş, Yevlax-Stepanakert darxətli
dəmiryol hissəsi inşa olunmuş, Bakı və Biləcəri stansiyalarında dairəvi dəmir yol