20
xətləri istifadəyə verilmişdi. Azərbaycanda dəmir yol xətlərinin ümumi istismar
uzunluğu 1645,5 km-ə, o cümlədən ikinci dəmir yol xətlərinin uzunluğu 431 km-ə,
avtoblokirovka quraşdırılmış dəmir yol xətlərinin uzunluğu isə 181 km-ə
çatdırılmışdı.
90
Azərbaycan dəmir yolunda növbə planını yerinə yetirənlər -"ikiyüzçülər" və
"beşyüzçülər" hərəkatı geniş yayılmışdı.
1943-cü ildə Zaqafqaziya dəmir yolu Bakı şöbəsinin bir qrup işçisi orden və
medallarla təltif olunmuşdu. Bakı lokomotiv deposunun qatar sürücüsü Firudin
Ağayevə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.
91
Dəmiryolçulardan 36 nəfəri
orden və medallarla, 116 nəfər isə SSRİ Dəmir Yolları Komissarlığının Şərəf
nişanı ilə təltif edilmişdi.
92
1941-1945-ci
illərdə
Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi
dəmiryolçuların fədakar əməyi nəticəsində cəbhəyə və xalq təsərrüfatının
ehtiyacları üçün 1 mln 600 min vaqon,
93
o cümlədən 480 min vaqona qədər quru
yük və 500 min sistern neft məhsulları göndərmişdi.
94
Azərbaycan dəmiryolçuları azad olunmuş rayonların dəmiryolçularına da
köməklik göstərirdilər. Depo və yol emalatxanalarının kollektivləri bu rayonların
stansiyalarına avadanlıq və alətlər göndərmişdilər. Bakı və Biləcəri depolarından
Stalinqrad, Tixoretski, Minvod, Qafqaz və başqa stansiyalar üçün 36 adda 1000-
dən çox alət, iki kompleks "Bekker" qaldırıcı kranı, şpalları qaldırmaq üçün
avadanlıq, üç elektrik mühərriki, dörd çilingər dəzgahı, Kirovabad (Gəncə)
deposundan Şimali Qafqaz dəmiryolçularına beş dəst çilingər aləti, 100-dən çox
parovoz borusu, on dəst ressor və s. materiallar yola salınmışdı.
95
Xəzər Gəmiçiliyi İdarəsi (Kaspflot) və neftdaşıyan Xəzər Neft Gəmiçiliyi
İdarəsini (Kasptanker) təmsil edən Xəzər dəniz nəqliyyatı Azərbaycanın nəqliyyat
sistemində əhəmiyyətli yer tuturdu. 1941-ci il iyunun 1-nə olan məlumata görə,
"Kasptanker"in ümumi yükgötürmə qabiliyyəti 205,720 ton olan 69 tankeri,
"Kaspflot"un isə ümumi yük tutumu 79330 ton olan 76 gəmisi var idi.
96
1941-ci ilin avqustunda SSRİ Dəniz Donanması Xalq Komissarlığının
göstərişi ilə bu idarələrdən Xəzər Hərbi Donanmasına sərnişin daşımaq məqsədilə
ümumi yük tutumu 14718 ton olan 11 tanker ayrılmışdı.
97
"Dağıstan",
"Türkmənistan", "Qırğızıstan" sərnişin teploxodları yaralıları daşımaq üçün üzən
hospitala çevrilmişdi.
1941-ci ilin avqustunda "Kaspflot" və "Kasptanker"in 30 gəmisi, o
cümlədən "Dağıstan", "Baksovet", "Osetiya", "Kuybışev", "Spartak", habelə
"Komintern" tankeri Xəzər sahilində döyüş əməliyyatlarında fəal iştirak etmişlər.
Xəzər dəniz nəqliyyatçıları əsl qəhrəmanlıq hünəri göstərirdilər. 1942-ci ilin
yayında Bakı dəniz limanının müxtəlif təyinatlı yüklərlə dolu olduğu bir vaxtda,
DMK-nın təcili tapşırığı ilə səkkiz gün ərzində Bakıdan Krasnovodska 25 min ton
21
marqans filizi, 2,5 min ton metal xəlitəsi və 3 min ton kükürdün yola salınması
buna əyani sübutdur.
98
1942-ci ilin ortalarında Xəzər dənizində vəziyyət xeyli mürəkkəbləşmişdi.
Stalinqrad yaxınlığında döyüşlərlə yanaşı, alman-faşist təyyarələri dəmir yolları və
gəmiləri də ardıcıl bombalayırdılar. Xəzər dənizçiləri düşmən təyyarələrinin
gəmilərə basqınlarını dəf etməli olurdular. 1942-ci ilin oktyabrında Həştərxana
gedən "Ağa-malıoğlu" gəmisi, "Jdanov" tankeri havadan hücum nəticəsində zədə
almış, ağacdan düzəldilmiş 21 saylı şalanda yanmış, həmin ilin noyabrında isə
yenə həmin istiqamətdə hərəkət edən "Qulubəyov" tankeri və "Amerika" şalandası
batırılmışdı.
99
Neftdaşıyan donanmanı hava basqınlarından müdafiə etmək üçün tankerlərə
müdafiə topları, zenit pulemyotları qoyulmuşdu. Düşmən təyyarələrinin basqınları
zamanı da Xəzər dənizçiləri böyük igidlik və mərdlik göstərirdilər. "Çiçerin"
gəmisinin heyəti bir düşmən təyyarəsini vurmuşdu.
Xəzər dənizçiləri benzin daşımağa uyğunlaşdırılmamış neftdaşıyan
gəmilərlə Mahaçqaladan Həştərxana və Krasnovodska 329 min ton neft məhsulları,
o cümlədən 135 min ton benzin daşımışdılar.
100
Xəzər dənizçiləri dünya təcrübəsində ilk dəfə olaraq Bakı nefti doldurulmuş
sisternləri gəmilərin yedəyinə alıb aparırdılar. Bu üsulla onlar Bakıdan
Krasnovodska 35 neftdaşıyan dəmir yol sisterni, Mahaçqaladan Krasnovodska hər
birinin beş ton ağırlığı olan neft çənləri daşımışdılar.
101
Müharibə dövrünün çətinliklərinə mərdliklə sinə gərən dənizçilər plan
tapşırıqlarını və öhdəlikləri şərəflə yerinə yetirirdilər.
Bu illərdə "Kasptanker" cəbhə üçün 2 milyon 400 min ton benzin daşımışdı.
"Kaspflot"un gəmiləri 1942-ci ildən 1945-ci ilin avqustuna qədər İran
limanlarından, Krasnovodsk və Mahaçqaladan Bakıya müxtəlif təyinatlı 2783 min
ton mal gətirmişdi.
102
1941-ci ilin oktyabrından müttəfiqlər İran vasitəsilə SSRİ-yə kauçuk, mis,
qalay, kimyəvi məhsullar göndərməyə başladılar.
103
SSRİ-yə gətirilən döyüş
texnikası, silah, sursat və ərzağın bir hissəsi 1942-1945-ci illərdə İran körfəzindən
keçməklə, İranın Xürrəmşəhr və Bəndər-Şahpur limanlarından göndərilirdi. Bu
sahədə Azərbaycan dəniz nəqliyyatı işçiləri xüsusilə fərqlənirdilər.
104
Rəşadətli əməklərinə görə Xəzər gəmiçiliyinin 1534 işçisi Sovet İttifaqının
orden və medalları ilə təltif olunmuşdu. "Kasptanker"in kollektivi 14 dəfə DMK-
nın Keçici Qırmızı Bayrağını, 4 dəfə ÜİHİMŞ və Dəniz Donanması Xalq
Komissarlığının Qırmızı Bayrağını almışdı. "Kaspflot"un kollektivinə iki dəfə
DMK-nın, beş dəfə ÜİHİMŞ və Dəniz Donanması Xalq Komissarlığının Qırmızı
bayraqları verilmişdi.
105