88
ciddi ziyan vuran sellərin və daşqınların qabağının alınması kimi mühüm xalq
təsərrüfatı vəzifəsinin həllinə kömək etdi.
1954-cü ilin əvvəllərində Şüvəlanda "Şimal" DRES-i işləyən müəssisələr
sırasına daxil oldu. O, SSRİ-də ilk açıqtipli enerji qurğusu idi.
90
1956-1957-ci
illərdə Varvara SES tikildi. 1959-cu ildə Əli Bayramlıda yeni istilik elektrik
stansiyasının tikintisinə başlanıldı.
91
Bir sıra kommunal elektrik stansiyaları da işə
düşdü. "Şimal" DRES-i və Sumqayıt istilik elektrik mərkəzi öz gücünü artırdı.
1960-cı ildə "Şimal" DRES-də güclü enerji qurğusu istismara verildi.
92
Respublikada ilk dəfə 220 kilovatlıq Mingəçevir-Xırdalan elektrik verilişi
xətti çəkildi. 1954-cü ilin dekabrından Azərbaycandan Gürcüstan SSR-ə elektrik
enerjisi verilməyə başlandı.
93
1960-cı ilin sentyabrında Azərbaycan, Gürcüstan və
Ermənistan elektrik sistemlərinin birləşdirilməsi başa çatdırıldı
94
.
Azərbaycanda qaz və neftayırma sənayesi bazasında kimya istehsalatı
yaradıldı və sürətlə inkişaf etməyə başladı. 1952-ci ildə katalizator fabriki işə
düşdü. 1953-cü il aprelin 1-dən isə Yeni Bakı neftayırma zavodu (YBNZ)
fəaliyyətə başladı. Bu zavod sənayenin yeni sahəsinin - neft-kimya sənayesinin
inkişafının başlanğıcını qoydu.
1952-ci ilin avqustunda Sumqayıt sintetik kauçuk zavodunun istismara
verilməsi kimya sənayesinin inkişafında yeni mərhələ oldu. Sovet İttifaqında ilk
dəfə olaraq bu zavod neft qazlarından etil spirti istehsal etməyə başladı. 1957-ci
ilin sentyabrında zavodun ikinci növbəsi,
96
1959-cu ildə isə onun butan qrupu işə
salındı.
97
1959-cu il noyabrın 5-də Bakı şin zavodunun birinci növbəsi istifadəyə
verildi.
98
50-ci illərdə respublikada yeni kimya məhsullarının, o cümlədən
heksaxloran və xlorun istehsalı təşkil edildi. Buruq sularından yod və brom, habelə
kaustik soda, xlorlu turşu, müxtəlif əczaçılıq dərmanlarının istehsalı
genişləndirildi. 1958-ci ildə kimya və neft-kimya sənayesinin ümumi məhsulunun
həcmi 1950-ci ilə nisbətən 8,9 dəfə artdı.
99
1951-1960-cı illər filiz-mədən sənayesinin sürətli inkişafı ilə əlamətdar
olmuşdur. 1954-cü ilin aprelində Daşkəsən dəmir mədəninin tikintisi başa
çatdırıldığı vaxtdan respublikanın iqtisadiyyatında filiz-mədən sənayesi mühüm rol
oynamağa başladı. Daşkəsəndəki Azərbaycan filizsaflaşdırma kombinatında 1960-
cı ildə dəmir filizi çıxarmaq üçün əlavə qurğular işə salındı
100
. Şimal-qərb və
şimal-şərq mədənlərindən açıq üsulla çıxarılan dəmir filizi 1955-ci ildə işə düşmüş
saflaşdırıcı fabrikə gətirilirdi.
101
Daşkəsənin filizsaflaşdırma kombinatı Quşçu körpüsü dəmiryolu stansiyası
ilə iki xətdən ibarət 6 km uzunluğunda hava kanat yolu ilə birləşdirildi. Həmin filiz
Alabaşlı-Quşçu dəmir yolu ilə Gürcüstanın Rustavi şəhərindəki Zaqafqaziya
89
metallurgiya zavoduna daşınırdı. Bu zavod isə, öz növbəsində, filizin bir hissəsini
Sumqayıtdakı Azərbaycan boru-prokat zavoduna göndərirdi.
Kifayyət qədər dəmir filizi ehtiyatları olan Azərbaycanda böyük tələbata
uyğun olaraq tam istehsal dövriyyəli metallurgiya kombinatının yaradılması
zərurəti meydana çıxdı. Hətta müharibədən əvvəl bu mühüm sənaye sahəsinin
respublikada inkişaf etdirilməsinin yolları barədə əsaslanmış müxtəlif təklif və
layihələr də irəli sürülmüşdür. Lakin keçmiş totalitar sistemdə istehsalın öz inkişaf
tələblərinə məhəl qoymayaraq, Azərbaycanın dəmir filizi ehtiyatları əsasında
Gürcüstan SSR-də fəhlə sinfinin sıralarını artırmaq pərdəsi altında iradi olaraq,
xammal və yanacaq mənbəyindən xeyli uzaqda yerləşən Rustavidə bu müəssisənin
tikilməsi qərarlaşdırıldı. Nəticə etibarilə həmin kombinat bütün Sovet İttifaqında ən
bahalı metallurgiya məhsulları buraxan müəssisələrdən birinə çevrildi.
Daşkəsən dəmir mədəninin işə salınması, elektrik dəmir yolunun çəkilməsi
Zəylik alunit yatağının alüminium filizindən istifadə
etməyə imkan yaratdı.
Azərbaycan SSR-də yeni filiz mədənləri və saflaşdırıcı fabriklərin sayı
çoxaldı. Ordubad rayonunda əvvəllər yaradılmış Parağaçay molibden mədəni və
saflaşdırıcı fabrik ilə yanaşı, 1954-cü ilin
sonunda Noraşen (indiki Şərur)
rayonunda gümüşlü qurğuşun yatağının sənaye miqyasında işlənilməsinə
başlandı.
102
Bakı sulfat turşusu zavodunu xammalla təmin edən Çiragidzor mədənindən
kükürd kolçedanı çıxarılması, daş duz və digər mineralların hasilatı artdı.
Yeni metallurgiya müəssisələri istifadəyə verildi. 1952-ci il dekabrın 31-də
Sumqayıt boru-prokat zavodu ilk məhsulu istehsal etdi. 1953-cü ilin noyabrında
burada iki marten sobası istifadəyə verildi.
103
Sonrakı illərdə zavodda yeni
boruyayma maşınları, marten sobaları, habelə sexlər işə salındı.
Azərbaycanda sənayenin yeni sahəsi - əlvan metallurgiya sənayesi inkişaf
etməyə başladı. 1955-ci il martın 8-də işə düşən
104
Sumqayıt alüminium zavodunun
"SAZ" markalı metalı az müddətdə nəinki SSRİ-də, həm də onun hüdudlarından
uzaqlarda şöhrət qazandı. 1955-ci ildə respublikanın əlvan metallurgiyasının ən iri
müəssisələrindən birinin – Gəncə gil-torpaq zavodunun tikintisinə başlanıldı.
105
1959-cu ildə Sumqayıt alüminium zavodunda iki elektroliz sexi istifadəyə
verildi.
106
50-ci illərdə respublikada inşaat materialları sənayesi də sürətlə inkişaf
etməyə başladı. Yeni müəssisələr - Qaradağ sement və Zığ kərpic zavodları,
Mingəçevir plitəblok zavodu, Gəncə bərkidici materiallar zavodu işə salındı.
Qaradağ və Tovuz sement zavodlarında 6-7 növ markalı sement istehsal olunurdu.
1960-cı ildə Bakıda iripanelli evtikmə kombinatları fəaliyyətə başladı.
107
1951-1960-cı illərdə respublikada yüngül sənaye xeyli inkişaf etdi. 1952-ci
ilin əvvəlində Bakı zərif mahud kombinatı işə düşdü
108
. 1954-cü ildə Horadiz