―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə35/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   31   32   33   34   35   36   37   38   ...   231

72 

 

Teymurun ölü mündən sonra MiranĢah və onun böyük oğlu Əbubəkr zahirən  



Ömərin  hakimiyyətin i  qəbul  etdilər.  Lakin  Ömər  hakimiyyətinə  qəsd  olacağını 

düĢündüyü  üçün  Sultaniyyəyə  onun  yanına  gəlmiĢ  Əbubəkri  həbs  etdirdi.  Qala 

keĢikçiləri  ilə  dil  tapıb  həbsdən  azad  olan  Əbubəkr  atası  MiranĢahla  Xorasanda 

qoĢun topladı. ġirvanĢah I Ġbrahimə qarĢı yürüĢ etmiĢ Ömər Ģəhərdə olmadığı üçün 

Əbubəkr Su ltaniyyəni ələ keçird i və maneəsiz Təbrizə daxil oldu.  

Cənubi  Azərbaycan  Əbubəkr  və  Ömərin  arasında  gedən qanlı  toqquĢmalar 

meydanına çevrilmiĢdi. Təbriz əldən-ələ  keçir və Ģəhərin sakinləri qətl və qarətlərə 

məruz  qalırdı.  Lakin  təbrizlilər  iĢğalçılara  qarĢı  mübarizədə  böyük  hünər  və 

mətinlik  göstərərək  onları  Ģəhərdən  çıxmağa  məcbur  etdilər.  Mənbələrdə  Təbrizin 

müdafiəsinin  təĢkilində  Qazi  Qiyasəddin,  Əbdül  Möhsün  Qəzvini,  ġey x  Əxi 

Qəssab və Qazi Ġmadəddinin qeyrət və bacarığ ı xüsusi qeyd olunur. 

Qaraqoyunlu tayfa ittifaqın ın baĢçısı Qara  Yusif ilə  Əbubəkr  ilk dəfə  1406-

cı  il  oktyabrın   14-də  Naxçıvanın  qərb ində,  Araz  çay ının  sahilində  toqquĢdular. 

Qaraqoyunluların  hə mləsinə  davam  gətir məyən  Teymurilər  qaç mağa  üz  qoydular. 

Qara Yusif döyüĢ meydanından Naxçıvana gəldi. O, burada ikən Təbrizin ad lı-sanlı 

rəislərindən  olan  Xacə  Seyid   Məhəmməd  Keçəçi  Qara  Yusifin  hüzuruna  gəld i, 

Ģəhərin  Əbubəkr  tərəfindən  qarət  olunduğunu  söylədi  və  onu  Təbrizə  gəlməyə 

təĢviq  etdi.  Qara  Yusif  isə  müvəqqəti  olaraq  Ģəhəri  mühafizə  etmək  üçün  darğa 

göndərdi  və  Sultaniyyəyə  yürüĢ  etdi.  Əbubəkr  Ģəhəri  tərk  etdi  və  Reyə  qaçdı. 

Sultaniyyəyə  girmiĢ  Qaraqoyunlular  Ģəhəri  qarət  etdilər,  sonra  isə  əhalin i  Təbriz, 

Marağa  və  Ərdəbilə  köçürdülər.  Xorasan  hakimi  o lan  qardaĢı  ġahru xdan  yard ım 

alan  Əbubəkr  Azərbaycanı  ələ  keçirmək  üçün  yeni  təĢəbbüs  etdi.  Bundan  xəbər 

tutan  Qara  Yusif  Təbriz  ətrafında  yerləĢən  ġənbi-Qazana  gəldi.  1408-ci  il  aprelin  

21-də  Təbrizin  cənubundakı  Sərdrud  adlı  yerdə  20  minlik  Qa raqoyunlu  qoĢunu 

Teymuriləri darmadağın etdi. M iranĢah öldürüldü, Əbubəkr isə qaçmağa  müvəffəq  

oldu. 


Qara  Yusifin  Əbubəkr üzərində ikinci qələbəsinin  mühüm tarixi əhəmiyyəti 

vardır.  Bundan  sonra  Azərbaycanda  Teymurilərin  ağalığına  son  qoyuldu, 

Teymurilər  imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmıĢ və bu ərazidə 

Azərbaycan  Qaraqoyunlu  dövləti  (1410-1467)  yaran mıĢdı.  Bu  qələbədən  sonra, 

1409-cu  il  payızın  baĢlanğıcında  Qara  Yusif  Təbrizə  da xil  olmuĢ,  ġəki  hakimi 

Seydi  Əh mədə  qarĢı  qoĢun  göndərmiĢdi.  Lakin  Qaraqoyunlu  sərkərdələri  döyüĢə 

yaxĢı  hazırlaĢmıĢ  ġəki  hakiminin  hərbi  qüvvələrinə  hücuma  cəsarət  etməmiĢ  və 

ġirvanın bəzi yerlərin i qarətlə  kifayətlənərək geri qayıtmıĢlar. Qara  Yusif ö z siyasi 

məqsəd  və  fəaliyyətini  Cənubi  Azərbaycanla  məhdudlaĢdırmırd ı.  O,  lap  əvvəldən 



73 

 

Azərbaycanın  Ģimal  hissəsini  də  özünə  tabe  etmək  istəyirdi.  ġəki  və  ġirvana 



göndərilmiĢ Qaraqoyunlu qoĢun dəstələrinin fəa liyyəti buna sübutdur. 

1410-cu  il  avqustun  30-da  Təbriz  ya xınlığında,  Əsəd  qəsəbəsi  kənarındakı 

döyüĢdə  keçmiĢ  müttəfiqi  Cəlairi  Sultan  Əh mədi  məğlub  etmiĢ  Qara  Yusif  ona 

hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləĢdirən sənədlərə qol çəkdirdi, Su ltan 

Əh məd  Qara  Yusifin  oğlu  Pirbudağı  öncədən  oğulluğa  götürmüĢdü.  Bu  məsələni 

Sultan Əh mədə  xatırladan Qara  Yusif Azərbaycanın Pirbudağa verilməsi haqqında 

yarlıq  yazd ırdı.  1411-ci  ildə  Qara  Yusif  Təbrizdə  Azərbaycan  əyanları  və 

Qaraqoyunlu  əmirlərinin  məclisində  Pirbudağı  "sultan"  elan  etdi,  lakin  dövlət 

iĢlərini  bütövlükdə  öz  əlində  saxladı.  Beləliklə,  A zərbaycan  Qaraqoyunlu  dövləti 

yarandı.  Azərbaycanın  Kürdən  cənubdakı  ərazisi,  Ermənistan,  Anadolunun  Ģərq 

vilayətləri və Ġraq-i Ərəb bu dövlətin daxilində idi. 

Qaraqoyunlu dövlətinin ən güclü düĢməni Xorasanda qərar tutmuĢ Teymuri 

hökmdarı  ġahru x  id i.  1419-cu  ildə  Qara  Yusif  böyük  ticarət  əhəmiyyəti  olan 

Sultaniyyə  və  Qəzvini  tutdu.  Qaraqoyunluların  Ģərqə  irəlilə məsi  ġahru xu  qəti 

tədbirlərə  əl  atmağa  sövq  etdi.  O,  1420-ci  ilin  yayında  200  min lik  qoĢunla 

Azərbaycana tərəf hərə kət etdi. Lakin Qara Yusif də geniĢ hərbi hazırlıq görmüĢdü: 

atlı  qoĢunla  yanaĢı  burada  ilk  dəfə  olaraq  piyada  döyüĢçülər  (Təbriz  vilayətinin 

oturaq  əhalisi,  kəndlilər)  ordu  sıralarına  cəlb  edilmiĢdilər.  ġahru xun  Təbrizə 

göndərdiyi  elçisinin  Qara  Yusif  tərəfindən  həbs  edilməsi,  Qara  Yusifin  döyüĢ 

məqsədilə paytaxtdan çıxması  xəbəri ġahru xun  ordusunda böyük həyəcan və təlaĢ 

doğurmuĢdu.  ġahrux  qüdrətli  sərkərdə  kimi  geniĢ  Ģöhrət  tapmıĢ  Qara  Yusifdən 

ehtiyat edirdi. 

Qara  Yusif  ya xĢı  silahlan mıĢ  güclü  qoĢunu  üçün  baxıĢ  təĢkil  etmiĢdi. 

Teymuri  tarixçiləri  bu  ordunun  "günəĢin  zərrələri  və  buludun  damlaları  qədər 

saysız-hesabsız" olduğunu göstərirlər.  Lakin əslində Qara  Yusifin qoĢununun  sayı 

50  mindən çox deyild i. Təbrizdən düĢmən qarĢısına çıxmıĢ Qara  Yusif yolda  ikən 

ağır xəstələndi və qəflətən vəfat etdi. 

Qara  Yusifın  ölü mü  Qaraqoyunlu  ordugahında  böyük  qarıĢıq lığa  və  hərc -

mərcliyə  səbəb  oldu.  ġahzadələrdən  heç  biri  burada  deyildi;  ġah məhəmməd 

Bağdadda,  Ġsgəndər  Kərkükdə,  Ġspənd Adilcəvazda,  CahanĢah  Sultaniyyədə,  Əbu 

Səid  isə  Ərzincanda  idi.  Yaxın laĢan  Teymuri  qoĢunundan  vahiməyə  düĢmüĢ 

Qaraqoyunlu  əmirləri  ordugahdan  qaçdılar.  Bir  dəstə  adam  Qaraqoyunlu 

padĢahının  cəsədi  olan  otağa  girdi,  buranı  qarət  etdi,  cəsədin  əynindən  paltarını 

çıxardı,  hətta  onun qulaqlarındakı  qızıl  sırğaları  da  bıçaqla  kəsib  götürdü.  Yaln ız 

iki gündən sonra Qara Yusifin cəsədi Təbriz əyanları (Seyid Məhəmməd Keçəçi və 

baĢqaları)  tərəfindən  götürüldü,  Təbrizə,  buradan  da  ƏrciĢə  -  ata-babasının 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə