―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə59/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   55   56   57   58   59   60   61   62   ...   231

120 

 

Əvhədi  "Cami-Cəm"  adlı  əsərində  Ģahların  zülmkarlığ ını,  özbaĢınalığın ı, 



məmu rların  soyğunçuluğunu  və  rüĢvətxorluğunu,  hakimlərin  nadanlığın ı  təsvir 

etmiĢdir. Əvhədinin yaradıcılığ ında dini, mistik meyillər də qüvvətli o lmuĢdur. 

Əvhədi  Azərbaycan  ədəbiyyatı  tarixinə  Nizami  ənənələrinin  davamçısı, 

mütərəqqi ideyalar təbliğ edən görkəmli b ir Ģair kimi daxil olmuĢdur.  

Bu dövrün Azərbaycan Ģerində sufizm  ideyaları daha ço x yayılırdı.  Bunu daxi li və 

xarici  təzy iqin,  istismarın  artması  ilə  izah  etmək  olar.  Müsibətlər,  ölkənin  maddi 

sərvətlərinin  qarət  edilməsi,  aclıq  və  yo xsulluq  xalq  kütlələri  içərisində  etiraz 

doğurmuĢ,  müəyyən  ziyalı  təbəqələrində  və  sənətkarlarda  da  həyatdan  narazılıq, 

məyusluq, ümidsizlik  meyillərini gücləndirmiĢdi.  Bu vəziyyət bəzi Ģair və alimlərin 

sufizm ideyala rına meyil et məsinə Ģərait yaradırdı.  

XIII-XIV 

əsrlərdə  in kiĢaf  edən  sufi  poeziyasının  ən  görkəmli 

nümayəndələrindən biri Şeyx Mahmud Şəbüstəridir (1287-1320). 0,  mədrəsə təhsili 

almıĢ, ərəb və fars dillərini, təbiyyatı, nücumu, orta əsrlərin d ini-mistik fəlsəfəsini 

öyrənmiĢ,  Yaxın  ġərq  ölkələrinə  səyahət  etmiĢ  və  min  beytə  yaxın  məĢhur 

"GülĢəni-raz" əsərini yaratmıĢdır.  Bu əsər sufizmin nəzəri-fəlsəfi  məsələlərinə həsr 

edilmiĢ və sual-cavab Ģəklində yazılmıĢdır.  Burada panteizmin əsasları,  mütəfəkkir 

Ģairin dünyagörüĢü əks olunmuĢdur. 

"GülĢəni-raz"  əsəri  1836-cı  ildə  Vyanada,  alman  dilinə  tərcüməsi  ilə 

birlikdə  nəĢr  edilmiĢdir.  Mah mud  ġəbüstəri  habelə  "Risaleyi-həqqül-yəqin  fı-

mərifəti-rəbbül-aləmin",  "Mirati-mühəqqiqin",  "ġühədanamə"  kimi  fəlsəfi-elmi 

əsərlər  yazmıĢ,  Ġmam  Qəzalinin  "Məlci  ü l-abid in"  adlı  əsərini  ərəbcədən  farscaya 

tərcümə etmiĢdir. 

Uzunmüddətli  monqol  iĢğalın ın  ağır  nəticələri  aradan  qaldırılmamıĢ  XIV 

əsrin  sonlarında  bir  sıra  Yaxın  ġərq  ölkələri  kimi  Azərbaycan  da  yeni  təhlükəyə  - 

Əmir Tey murun istilasına məruz qaldı. 

Ġstismar  və  aramsız  davam  edən  müharibələr  nəticəsində  Azərbaycanda 

məhsuldar  qüvvələrin  inkiĢafı  zəifləmiĢ,  əhalinin  həyat  Ģəraiti  ağırlaĢmıĢdı.  Bu  

Ģəraitdə  Azərbaycanda  hürufilik  təriqəti  meydana  çıxmıĢ  və  o,  ədəbi  inkiĢafa 

qüvvətli  təsir  göstərmiĢdir.  Fəlsəfi  məzmun  baxımından  sufizm  ilə  ü zvi  surətdə 

bağlı olmuĢ hürufilik təriqətin in əsasını məĢhur Ģair və mütəfəkkir  Fəzlullah Nəimi 

Təbrizi (1330-1396) qoy muĢdur. 

Fəzlullah Nəimi Təbrizdə  mü kəmməl təhsil almıĢ, ərəb, fars dillərin i,  Yaxın 

ġərq  ədəbiyyatının,  ġərq  və  yunan  fəlsəfəsini,  din  tarixinə  dair  əsərləri  dərindən 

öyrənmiĢdir.  O,  təxminən  1385-1386-cı  illərdən  etibarən  hürufilik  haqqındakı 

görüĢlərini  təbliğ  etməyə  baĢlamıĢdır.  Fəzlullah  Nəimin in  təlimi  onun 



121 

 

"Cavidannamə"  adlı  əsərində  Ģərh  edilmiĢdir.  Onun  yaxın  dostlarından  olan  ġeyx 



Əbülhəsən "Cavidannamə"ni nəzmə çəkmiĢdir.  

Fəzlullahın  Ģeirlərinin  bir  qismi  Sankt-Peterburqda,  qəzə,  tərcibənd,  qitə  və 

rübailərdən ibarət olan divanın ın əlyazması isə Ġstanbuldad ır. 

XIII-XIV  əsrlərdən  etibarən  Azərbaycan  dilində  yaranmıĢ  poeziya 

nümunələrinin  artması  ilə  əlaqədar  olaraq  ərəbcə  və  farsca  bədii  əsər  yazmaq  

ənənəsi  tədricən  zəifləməyə  baĢladı.  XIII  əsrdən  bizə  Əli  adlı  bir  Ģair  tərəfindən 

yazılmıĢ  "Qisseyi-Yusif'  ad lı  bir  əsər  gəlib  çatmıĢdır.  Bu  əsər  həm  A zərbaycan 

dilinin,  həm  də  poeziyamızın  tarixin i  öyrənmək  baxımından  çox  əhəmiyyətlidir. 

Əsər 1233-cü ildə tamamlan mıĢdır. 

İzzəddin  Həsənoğlunun  iki  qəzəli  nisbətən  məĢhur  olduğuna  baxmayaraq, 

Nəsir  Bakuvinin  müxəmməsi  son  illərdə  üzə  çıxarıld ığından  az  məlu mdur.  Ərqun 

xanın üçüncü oğlu, 23 yaĢlı Ulcaytu qardaĢı Qazan  xanın vəfatından sonra Təbrizə 

gəlib  onun  yerini  tutmuĢdu.  Tarixi  mənbələrdə  ədalətli  və  maarifpərvər  b ir  sultan 

kimi xatırlanan Ulcaytu Ģair Nəsir Bakuvi tərəfindən yüksək qiy mətləndirilmiĢdir. 

Təbiid ir  ki, bu  mü xəmməsi XIII əsrdə Azərbaycan dilində yazılmıĢ yeganə 

əsər  kimi  qiy mətləndirmək  o lmaz.  "Dədə  Qorqud"  dastanı  kimi  bədii  cəhətdən 

zəngin  bir  abidə  aĢkar  surətdə  göstərir  ki,  hələ  XIII  əsrə  qədərki   dövrdə 

Azərbaycan  dilində  ədəbi  əsərlər  yaradılmıĢdır.  Azərbaycan   dilində  yazılmıĢ 

əsərlər  sırasında  Ġzzəddin  Həsənoğlunun  iki  qəzəli  və  Nəsir  Bakuvinin  Su ltan 

Məhəmməd Ulcaytuya (1304-1316) həsr etdiyi mü xəmməsi diqqətəlayiqdir. 

 

...Səltənət təxtinə yetgəc əqlü tədbir eylədi,  



Ayəyi-ədli bəyanə çəkdi təqrir eyləd i,  

Tərhi-memarı töküb v irani təmir eyləd i,  

Himməti-Ģahanəsini hər yerdə təksir eyləd i, 

 Xanələ r abad qıld ı ə mr ilən, fə rman ilən....  

Beydəqi-Ġslami Əla q ılmağa amadədir, 

 Dad edər kim dad qılsa, dadə çün dildadədir.  

 Binəsib olma z o kəs kim, payinə üftadədir,   

Afərin o l Ģahə kim, həqqa Hü laku zadədir, 

 Zərdə Hatə m, zurdə hə mtaydur xaqan ilən.  

 

XIV  əsrdə  Azərbaycan  dilində  yaradılmıĢ  Ģeir  nümunələri  içərisində  Qazi 



Bürhanəddinin (1344-1398) əsərləri böyük  maraq doğurur.  O, Ģair, alim və dövlət 

xadimi  olmuĢdur.  Sənətkarın  məhəbbəti  tərənnüm  edən  Ģerlərində  folklorun  təsiri 

duyulmaqdadır: 



122 

 

 



Ol göz ki yüzün görmiyə, göz demə ona, 

ġol yüz ki tozun silmiyə, yüz demə ona, 

ġol söz ki içində, sənəma, vəsfin yox, 

Sən badi-həva tut onu, söz demə ona. 

 

Bürhanəddinin  Ģeirlərində  tez-tez  vəzn  və  ahəngin pozulması  hallarına,  söz 



və  ifadələrin  düyünlü  olmasına  da  rast  gəlirik.  Bunun  səbəbi  onun  Ģeir  dilin in 

kifayət  qədər  cilalan mamasıd ır.  Sonralar  Nəsimi  və  Fü zuli  kimi  böyük 

sənətkarların  əsərlərində  Azərbaycan  ədəbi  dili,  Ģerin  vəzni  və  ahəngi  inkiĢaf 

etmiĢdir. 

XIV  əsrin  ikinci  yarısında  -  XV  əsrin  əvvəllərində  A zərbaycan  Ģerinin 

inkiĢafında  mühüm  ro l  oynamıĢ  Ģairlərdən  biri  də  İmadəddin  Nəsimidir.  Nəsimi 

Azərbaycan  dilində  böyük  divan  yaratmıĢdır.  0,  ərəb  və  fars  dillərində  də  Ģeir 

yazmıĢ,  lakin  Azərbaycan  dilində  yazdığı  Ģeirlər  doğma  dilin  tarix  səhnəsinə 

çıxmasını,  elm  və  mədəniyyət  vasitəsi  kimi  möhkəmlən məsini  təmin  etmiĢdir. 

Nəsimi Azərbaycan ədəbi dilin i canlı  xalq d ili hesabına zənginləĢdirmiĢ, Ģeri bədii 

ifadə vasitələri, janr, vəzn və ahəng cəhətdən inkiĢaf etdirmiĢdir.  

Seyid  Ġmadəddin  Nəsimi  1369/70-ci  ildə  ġamaxıda  anadan  olmuĢdur.  O, 

mü kəmməl  təhsil  almıĢ,  fars  və  ərəb  d illərini,  məntiqi,  riyaziyyatı,  təbabəti, 

nücumu öyrənmiĢdir. 

Nəsimi ilk Ģeirlərini "Hüseyni" təxəllüsü ilə yazmıĢdır. Hüru filik təriqətin in 

banisi  olan  Fəzlullah  Nəimi  1394-cü  ildə  ġirvana  gəlmiĢ  və  Nəsimi  ilə 

görüĢmüĢdür.  Onun  hürufi  görüĢləri  Nəsimin in  yaradıcılığına  və  dünyagörüĢünə 

dərin təsir göstərmiĢdir. 

ġair insanları  müasir həyatın tələb və vəzifələrindən uzaqlaĢ dıran  zahidlərə, 

onların  axirətpərəstliyinə,  insanları  boĢ  vədlərlə  aldatmalarına  qarĢı  çıxır,  cənnət, 

cəhənnəm əfsanələrinə inan mır: 

 

 



Firdovse, məni dəvət edən zahidə söylə, 

   Ol dikanə göz dikmə ki, gülzanmı buldum. 

 

 

Nəsimi yaradıcılığ ının çıxıĢ nöqtələrindən biri də məhəbbət mövzusu idi: 



 

Ey eĢqə günəh deyən günəhkar,  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə