82
Böyük əziyyətli yoldan sonra Aleksandrın qoşunu Kabil qobusuna qədəm
basmaqla Hindistanın qapısına gəlib çıxdı. Dağın bu tərəfindəki düşmənə qalib
gəlməklə Persiya imperiyasının işğalını başa çatdırmaq olardı. Lakin Aleksandr
okeana çatmağı fikirləşirdi. Burada da yenə Aleksandriya şəhəri salındı. Bu şəhər
Hinduquşa söykənirdi. Aleksandr bu şəhəri veteranlarla və bir neçə min yerli əhali
ilə məskunlaşdırdı. Uca dağ yolları təmizlənəndə Aleksandr Baktriyaya can atdı.
Bunun üçün Hinduquş dağını keçmək lazım idi. Əsgərlər Hinduquşu Qafqazın bir
hissəsi hesab edib, onu aşacaqları ilə fəxr edirdilər. Bu qoşuna yeni ruh vermişdi.
Çar da bu təxəyyülləri qanadlandırırdı.
Lakin makedoniyalılar artıq öz çarlarına deyil, şərq hökmdarına tabe idilər.
Makedoniyalılar Persiyada idarəçiliyə cəlb edilməklə, əslində tabe olan təbəələr
səviyyəsinə endirilirdi. Təkcə məğlublar deyil, qaliblər də indi azadlıqdan məhrum
olmuşdular. Elə Aleksandrdan narazı olanlar da belə düşünürdülər. Aleksandr yeni
məqsədlərə can atanda onun entuziazmı narazıları daha çox qorxuzurdu. Yalnız
Parmenion buna etiraz edirdi. Ona görə də Parmenionu düşərgədən uzaqlaşdırmaq
lazım idi. Bu yəqin ki, Qavqameladan sonra həll edilmişdi. Qoca sərkərdəni
Ekbatanada yüksək vəzifəyə qoymuşdular. Bu nə bütöv alçaltma, nə də o qədər
hörmətli münasibət deyildi. Parmenion Filippin yadigarı kimi Aleksandrın
planlarına mane olmurdu. Onların hər ikisində çar öz ümumdünya məqsədlərinin
əsl düşmənlərini görürdü.
Aleksandrın dostları ilə münasibətləri də buludsuz olmurdu. Bir dəfə iki
sərkərdə - Kraterlə Hefestion bir-birilə sözləşəndə çar qan tökülməsinin qarşısını
almışdı. Bu vaxt Aleksandr sözarası demişdi ki, çarı ondan alsalar, Hefestion heç
nədir. Hefestionu isə hamı çarın gənclik dostu kimi tanıyırdı. Klitin əhvalatında isə
Aleksandrın ən yaxşı yoldaşlarına əzab verən ağır ruhi konflikt daha aydın
görünür. Bu cəngavər adam uşaqlıqdan Aleksandrla dostluq edirdi, onun həyatını
Qranik yaxınlığındakı döyüşdə xilas etmişdi. O, Filippin xatirəsini də əziz tuturdu,
qoşuna və vətənə hörmətlə yanaşırdı. Aleksandrda başa düşmədiyi çox şeyə də
dinməzcə dözürdü. Çarın özünü Ammonun oğlu elan etməsi, Şərqə meylli
despotiyanın siqnalları idi. Lakin Klit bunlara dözürdü və çara öz sədaqətini
83
qoruyub saxlamışdı. Parmenionun oğlu Filotaya isə yeni kursa öz düşmənçiliyini
gizlətmək daha çətin idi. Daha ehtiraslı olan Filota ən azı yaxın dostları arasında öz
qəzəbini ört-basdır etmirdi. Aleksandrın yanında o, danışmayanda da onun əhval-
ruhiyyəsi hamıya məlum idi. Çuğulçular onun sözlərini çara çatdırırdılar.
Aleksandr onun atasının xidmətlərini və özünün orduda nüfuzunu nəzərə alaraq
uzun illər ərzində Filotanın davranışına dözmüşdü. Dara öldükdən sonra
ziddiyyətlər kəskinləşdikdə, əyanların süvarisinin komandanı kimi Filota daha
dözülməz oldu. O, düşərgədə atasının yerini tutmuşdu, Filipp ənənələrinin
daşıyıcısı idi və kübar dairələrində xeyli müdafiəyə arxalanırdı. Nəticədə bu adam
hamıdan təhlükəli idi. Ümumiyyətlə hər bir sərbəst nəfəs alma çuğulçuluq zəhəri
ilə zəhərlənirdi. Xəbərçi kimi isə Krater daha təhlükəli idi. Bu adam ifşaedici
material əldə etmək üçün yüngül əxlaqlı qadınlardan da istifadə edirdi. Aleksandr
isə şərq qaydalarına adət etdikdən sonra çuğulçuluğa inanmağa başlamışdı. O,
Parmenionun özünə və oğlu Filotaya qarşı hərəkət etmək üçün bəhanə axtarırdı.
Qoşun Fradda dayananda çuğulçuluq hesabına onun əlinə əks-hücum üçün əla
təsadüf düşdü.
Limn çara sui-qəsd təşkil etməyi fikirləşirdi. O, öz planını məhəbbət
əlaqəsində olduğu gənc Nikomaxa açmışdı. Gənc oğlan isə bunu böyük qardaşına
demişdi, böyük qardaşı ilə birlikdə xəbəri Aleksandra çatdırmağı qərara almışdılar.
Onlar hər gün çarla söhbət edən Filotaya müraciət etdilər. O, məlumatı çara
çatdırmağa razılıq verdi, lakin nə həmin gün, nə də sonrakı gün söhbətdə bu
məsələni yada salmadı. Bu vaxt böyük qardaş saray pajlarından birinə müraciət
etdi və o, xəbəri çara çatdırdı. Aleksandr məlumata ciddi yanaşdı və Limni tutmağı
əmr etdi. Gözətçilər artıq onun meyitini gətirdilər. Deməli Limnin əlaltıları vardı
və onlar maraqlı idilər ki, o, çarın yanına diri kimi gəlməsin. Buna görə Aleksandr
təhqiqat aparmağa başladı. O, Filotaya da qərəzli yanaşmağa başlamışdı. Nahaq
yerə qoşun başçısı bunu əsas götürürdü ki, məlumat bulanıq mənbədəndir və
pozğun oğlanın çuğulçuluğuna diqqət vermək lazım deyildir. Çar irticaya qəti
zərbə vurmaq üçün bəhanəni tapdı və bunu əldən verməməyi qərara aldı. İndi o,
Kraterin söylədiklərinə diqqətlə qulaq asırdı, bu adam illərlə material toplamışdı.
84
Çar hiddətlənmiş Kenə və Hefestiona qulaq asdı, onlar isə çara kor-koranə
sədaqətli olduqlarından Filotanı sui-qəsdçilər bandasının başçısı, Parmenionu isə
bandanın ilhamvericisi adlandırdılar.
Öz yaxın adamları ilə məsləhətləşdikdən sonra çar Filotanı səriştəli
məhkəməyə - Makedoniya qoşun yığıncağına verdi. Döyüşçülərin çoxu qərəzsiz
məhkəməyə hazır idi, digər tərəfdən Filotanın təkcə orduda deyil, qoşun başçıları
arasında da yaxşı dəstəyi var idi. Lakin Aleksandr onlara elə təzyiq göstərdi ki,
onlar müttəhimi məhkum etməkdən yayına bilmədilər. Aleksandr həm məhkəməyə
sədrlik edir, həm də ittihamçı kimi çıxış edirdi. Şahidlər çıxış etdi və yaxın hərbi
rəislər müttəhimin üzərinə günahlar toplusunu yağdırdılar. Filota nə qədər müdafiə
olunsa da məhvə məhkum idi. Qoşun yığıncağı onu təqsirkar saydı və beləliklə
ölümə məhkum etdi. Filotanın məhkum edilməsi məhkəmə qətli idisə, günah
Aleksandrın deyil, əslində qoşun yığıncağının üzərinə düşür. Hər bir hökmdar kimi
Aleksandr hüquqi institutlardan öz məqsədlərinə nail olmaq üçün istifadə etdi.
Parmeniona qarşı da hərəkət etmək üçün Aleksandrın əl-qolu açıldı. O, Ekbatanaya
adam göndərdi. Bundan əvvəl etibarlı hərbi xadimə Parmenionu öldürmək əmr
edilmişdi. Parmenion hansısa bir sənədi oxuyanda onun kürəyinə ölümcül zərbə
vuruldu.
Bu qurbanlardan sonra çar sakitləşdi. Lakin o, görürdü ki, daha sərt
müqavimətlə üzləşəcəkdir, çünki qarşıdakı planlarından yalnız özü agah idi. Bu
qəddarlıqlardan sonra o, mərhəmətliliyə keçdi. Ordudakı narazılıq aradan
götürüldü, hərbi rəislər vəziyyətlə barışdılar. Daha heç kəs çarın planına qarşı çıxış
etməyə cəsarət etməzdi.
Aleksandrın ordusu Hindiquş yüksəkliyindən keçirdi. Əsgərlər öz atlarının
ətini yeməyə məcbur oldu. Onlar donurdular, aclıqdan əzab çəkirdilər, narazılıq
edirdilər. Dağ massivinin geniş ətəyində yerləşən ölkə Baktriya adlanırdı, uzaqda
səhranın qum dənizinin arasında olan yarımada isə Soqdiana idi. Buradan başlanan
səhra isə nəhayətsiz görünürdü. Buradakı köçəri tayfalar skiflər, saklar və ya
onların tayfa ittifaqına görə massagetlər, daxlar, xorəzmilər adlanırdı. Onlar təkcə
Soqdiana və Baktriya üçün deyil, bütün İran üçün təhlükəli idilər. Ona görə də
Dostları ilə paylaş: |