85
Baktriya və Soqdiana İranın dayaq məntəqələri olmaqla iranlıların mərkəzi idi.
Məhz buradan Aleksandrı xalq müharibəsi hədələyirdi. Bess bu qüvvələrdən ağıllı
istifadə edib, yeni güclü müqavimət göstərə bilərdi.
Bess özünün gözləmə siyasətinin qurbanı oldu. Bu sərkərdə özünə adamları
cəlb edə bilirdi, lakin onları öz ətrafında saxlaya bilmirdi. Onun gücü Daranı
öldürməyə, çar tacını ələ keçirməyə və satrapları təyin etməyə çatmışdı. Lakin
qışda Bessin əhvalı xarablaşdı. Bess yəqin ki, ümid edirmiş ki, Aleksandr
Baktriyanın yanından keçib Hindistana yollanacaqdır. 329-cu ilin yayında
Aleksandr bura gələndə o, onunla vuruşmağa hazır olan nə sərkədəni,
nə də qoşunu
tapdı. Düşmən müqaviməti öz-özünə yoxa çıxmışdı. Doğma torpağını düşmənə
verdiyindən silahdaşlarından məhrum olmuşdu. Hərbi əməliyyatdan imtina
etməklə o, etibarı itirmişdi. Əvvəlcə baktriyalılar ayrıldılar və evlərinə yollandılar.
Sonra soqdilər ona xəyanət etdilər, Aleksandra Bessi tapmaq üçün yolu göstərdilər.
O, bir kənddə tutuldu. Çarın qatili və xəyanətkar qiyamçı Bess müqavimət
göstərmədən qorxaqlıqla təslim oldu. Onu dəmir boyunluqda, çılpaq qaydada
yolun kənarında Aleksandrı gözləməyə məcbur etdilər. Çar onu döyməyi, sonra isə
mühakimə üçün Baktraya göndərməyi əmr etdi. Sonra özü Soqdiananı tabe etmək
üçün onun paytaxtı Markandaya gəldi. Perslərlə skiflərin sərhədi olan Yaksart (Sır-
dərya) çayının üzərində növbəti Aleksandriya şəhərini saldı. Dünyanın
qurtaracağında
ellin
muzdlularının,
makedoniyalıların
və
yerlilərin
məskunlaşdırdığı şəhər ucalacaqdı. Buradan İran Şərqinin sonrakı ellinləşməsi
başlamalı idi.
Qiyam Aleksandra böyük zərbə vurmaqla onun qüvvələrinin diqqətini iki
illiyə yayındırdı. Soqdiananın coğrafi vəziyyəti mədəni vahələrin sakinlərini
müxtəlif özünü müdafiə üsullarına öyrətmişdi. Hər kənd divarlarla əhatə
olunmuşdu. Hər kəndin öz qalası var idi. Dağ hissəsində isə dağ yuvalarında
gizlənmək və orada müdafiəni qurmaq mümkün idi. Bir imkan da səhraya qaçmaq
idi. Kir vaxtilə Soqdiananı zəbt edəndə orada heç nəyi dəyişmədi. Soqdiana ayrıca
satrapiya da olmadı, onu sadəcə Baktriyaya birləşdirdilər.