100
çaxmaları azadlığın dayağı olan Aristotelə və Afinaya hədəni ifadə edirdi.
Kallisfeni isə çar qandalda öz arxasınca Hindistan yürüşünə apardı. Bədbəxtin
əzabları yeddi ay davam etdi, bu müddətdə heç də yumşalmayan Aleksandr onu
aradan götürməyi əmr etdi. Rəsmi qaydada isə məlumat verildi ki, dustaq
“piylənmədən və birələrdən” ölmüşdür. Çar təkcə qəzəbi ilə deyil, öz hesabı ilə
hərəkət etmişdi. Proskineza əhvalatından sonra onun Kallisfenə hansı hisslər
bəslədiyi məlum idi və yəqin ki, o, vətənə salamat qayıtmayacaqdı. O, şahid kimi
deyil, cinayətkar, dustaq və sadəcə xəstə adam kimi həyatı tərk etməli idi. Bu
bütün yunanlar üçün ibrət dərsi, Aristotel üçün isə xəbərdarlıq oldu. Əslində
Kallisfenlə birlikdə Aleksandr ellinlərin millətçiliyinə qalib gəlmək istəyirdi.
Yunanlara və makedoniyalılara artıq öz səfeh məğrurluqlarından və öz rəylərinə
malik olmalarından imtina etmək vaxtı gəlib çatmışdı. Ellin ruhu çarın iradəsinə
tabe olmalı idi.
Həqiqi imperiyanı yaratmaq üçün isə təkcə İran millətçiliyini deyil, həm də
Makedoniya və ellin millətçiliyini dəf etmək, “xurafatı” kənarlaşdırmaq lazım idi.
Aleksandrın rəqiblərinə görə üstünlüyü onda idi ki, çarın arxalana bildiyi
müttəfiqləri – veteranlar və qoşun yığıncağı var idi. Veteranların köməyi ilə
Aleksandr Filotanı məhkum edə bilmişdi, “pajları” ölüm hökmü ilə
cəzalandırmışdı, Klitlə sözləşmədən sonra öz cinayətini leqallaşdıra bilmişdi.
Proskinezada məğlub olduqdan sonra Aleksandr daha müdrik və özünə güvənən
olmuşdu. Adamlar sakitləşdilər. Ümumiyyətlə tabe olmaq ağıllı və faydalı işdir.
Proskinezadan imtina çara düşərgədə mütləq nüfuz gətirdi. Beləliklə, Daranın
ölümündən Hindistana yürüşə qədər olan dövr təkcə hərbi sahədə deyil, daxili
siyasət sahəsində də tam müvəffəqiyyətlə başa çatdı. Məhkəmə qətlləri də göstərdi
ki, mütləq hakimiyyət zorakılıq hakimiyyətidir və o son nəticədə öz təbiətinə
uyğun olanı – özbaşınalığı və gücün təntənəsini gətirir. Bu kədərli dairədən
Aleksandr kimi adam da çıxa bilmirdi.
Aleksandra Əhəmənilər kimi bütün Asiyaya sahib olmaq titulu yox, bütün
qitənin özü lazım idi. Persiya dövləti Yaksart (Sır-dərya) çayına çatırdı və ona
qədər də guya Asiya uzanırdı. Digər tərəfdə isə başqa materik – Avropa var idi.
101
Ona görə o, Hindistanı işğal etməyi çox vacib sayırdı. Perslər ona sahib deyildilər,
lakin ölkə Asiyaya məxsus idi. Aristotel Hindistanı yer üzünün şərq qurtaracağı
bilirdi. Sonra isə okean başlayırdı. Asiya dünyanın o qədər də böyük olmayan
hissəsi kimi təsəvvür olunurdu. Asiyanı bütünlüklə fəth etmək üçün Aleksandr
327-ci ilin yayında Hindistana hərəkət etdi. O, daha rahat yolu – Bamian vadisini
və Şibar keçidini seçdi. Ordu 45-50 min adamdan ibarət idi. Hindistanın
şimalındakı torpaqlar sərt iqlimli olub, həyat üçün yararlı deyildi. Burada uca
dağları rütubətli vadilər əvəz edirdi. Aleksandr İnd vadisindən qüdrətli hökmdar
Taksili və ona sədaqətli olan racaları hələ özü Kabil çayının yuxarı axını
rayonunda olanda yanına çağırmışdı. Onlar çarın düşərgəsinə varlı hədiyyələr
gətirmişdi. Racalar filləri gətirmişdi və onları Aleksandra bağışladılar. Kim
gəlməmişdisə o, düşmən siyahısına daxil edildi. Qoşun bölündü. Hefestion və
Perdikka racaların dəstələri ilə daha yüngül, cənub yolu ilə gedəcək, Xaybar
keçidindən İndə qədər olan vilayəti dincliklə və ya güc tətbiq etməklə tabe
etdirəcəkdilər. Aleksandrın özü isə şimal yolu ilə - Kafiristandan, Bayur və
Svatdan keçməklə varlı assaken tayfasını və digər tayfaları işğal edəcəkdi.
Ölkənin müdafiəçiləri igidliklə döyüşürdülər. Müqavimət mümkün olmayan
yerlərdə onlar qəsəbələri yandırıb dağlarda gizlənirdilər. Lakin düşmənin zərbə
qüvvəsi müdafiəçilərin imkanlarından üstün idi. Aleksandr və onun qoşun başçıları
hərb elminin bütün nailiyyətlərindən istifadə edirdilər. Makedoniyalılar
müdafiəçiləri seçim qarşısında qoymuşdular: əsir düşmək ya da məhv olmaq.
Aleksandr çoxlu yeni qalalar yaratdı. Hefestion və Perdikkanın cənub orduları da
müvəffəqiyyətlə hərəkət edirdi. Lakin nəticəni o qədər də qənaətləndirici saymaq
olmazdı. Ən inadkar və əyilməz tayfalar əvvəlki kimi dağlarda və keçilməz dağ
meşələrində gizlənmişdi. Yaranan çətinlikləri nəzərə alan çar 327-326-cı ilin
qışında bu ölkəni əyalətə çevirib onu Nikanorun idarəçiliyinə verməyi qərara aldı.
Aleksandr mövqe müharibəsinə keçmək istəmirdisə o, əldə etdikləri ilə
kifayətlənməli idi. Soqdianada mümkün olanlar burada keçmirdi. Xalq müharibəsi
dayandırılsa da, Aleksandrın qoşunu getdikdən az sonra Nikanor öldürüldü.
102
Aleksandr tam ciddi surətdə inanırdı ki, o, ikinci Herakl ola bilər və hətta o,
artıq Herakl olmuşdur. Əfsanəvi qəhrəmana sadəcə olaraq o, özünün böyük qardaşı
kimi hörmət edirdi. Baktriyaya qədər Herakl döyüşçülər üçün yol göstərən ulduz
olmuşdu. Hətta Aleksandrın Barsinadan, çarın Roksana ilə nikahından bir az əvvəl
doğulmuş qanundan kənar oğluna Herakl adı verilmişdi. Herakl haqqında mif üçün
əlverişli təsadüf olmamışdısa, indi onu yaratmaq lazım gəldi. Belə də edildi.
Hindistanda qəhrəmanın igidliklərinin çox saylı izləri tapıldı. Bu “möcüzələr
ölkəsinə” yürüşün başlanğıcında yeni mif meydana gəldi. Bəlkə də Aleksandrı
onun mifik əcdadı boğaza yığmışdı. Ona görə də Zevsin Asiyada olmuş oğlanları
içərisində üçüncü və ən yüksəyi qəflətən birinci plana keçdi və əməksevər Heraklı
asanlıqla kölgəyə itələdi.
Hindistanın sərhədində Aleksandr bir yer tapdı ki, onun adı “Nisa” sözünə
yaxın idi. Guya bu şəhəri Dionis salmışdı. Hindistanın varlı torpaqlarına yol
göstərən ulduz roluna da daha çox ehtirasları bihuş edən Dionis uyğun gəlirdi,
nəinki əməkçi Herakl. Aleksandr özü də daha çox allaha bənzəyirdi, nəinki
qəhrəmana. Çar əmr etdi ki, şəhəri Dionisin salması ideyası şübhəsiz həqiqət kimi
qəbul edilsin və həm də guya allah bütün Hindistandan qalibiyyətli qaydada
keçmişdir. Makedoniyalılar allahın yolunu təkrar etməli idilər. Beləliklə,
Aleksandrın əmri ilə yeni din və yeni “tarixi həqiqət” yarandı. Çar o saat Nisadan
meşəli dağlara uzaqlaşdı və öz səma hamisi Dionisə böyük ziyafətlə öz ehtiramını
göstərdi. Əgər əvvəllər onun yürüşlərini qəhrəmanlıq mifləri ilə əsaslandırmaq
üçün Kallisfen lazım idisə, indi ona heç kəsin xidməti lazım deyildi. O, yürüşün
“təbliğatçısı” rolunu öz üzərinə götürdü. Təkcə Hifasis yanında çar uğursuzluğa
düçar olduqdan sonra Dionisin adı az çəkilməyə başladı.
326-cı ilin yazında Aleksandr İnd çayını keçməyə hazırlaşırdı. Oradan
“möcüzələr ölkəsi” başlanırdı. Kir dövründən perslərin səltənəti hər tərəfə uzanırdı
və onunla ellinlər tanış olmuşdu. Bütün Ön Asiya asan gedilən yer olmuşdu, lakin
Hindistan “Şərqin əfsanəvi ölkəsi” kimi naməlum olaraq qalırdı. Aleksandra qədər
ancaq bir ellin bu sirrli ölkədə olmuşdu və onun haqqında danışa bilərdi. Onu da
Dara göndərmişdi. O, gəmidə İndlə aşağı düşmüş və Misirə qədər üzmüşdü. O,
Dostları ilə paylaş: |