98
Görünməmiş bir hal idi ki, bu ağılsız öz planına beş yoldaşını cəlb edə bilmişdi.
Klitin həlakından bir neçə ay keçirdi, bundan sonra proskineza baş tutmamışdı, lap
bu yaxınlarda isə çar İran gözəlinə evlənmişdi. Yaşlıların gizlətdiyi hiddəti
cavanlar
büruzə verirdilər, şəxsi təhqir isə bu narazılığa xüsusi təkan vermişdi.
Gənclər Aleksandrı gecə yuxuda öldürməyi qət etmişdilər. Onun həyatı hələ
heç vaxt belə təhlükədə olmamışdı. Baktrada isti yaz gecəsi idi. Çar içki
məclisindən ayrılmaq istəmirdi. Öz həyatının xilasına görə çar uzanan ziyafətə
borclu idi. Səhər açılanda qəsdçilərin əvəzinə yeni növbə gəldi və sirr açıldı.
Oğlanlardan biri qəsd haqqında öz dostuna dedi, o isə başqasına ötürmüşdü. Xəbər
Ptolomeyə çatdı və o, bunu çara bildirdi. Aleksandr oğlanları tutmağı və işgəncə
altında onları istintaq etməyi əmr etdi. O, qoşunu Hindistana yürüş ərəfəsində
həyəcanlandırmaq istəmirdi. Makedoniya oğlanlarının yaşlılar arasında silahdaşları
olmadığı bilindikdə, Aleksandr bu bəxti gətirməyən qəsdçilərin ailələrinə qarşı heç
bir repressiya tətbiq etmədi. Cavanlar qoşun yığıncağı qarşısında dayandı.
Hermolay sui-qəsdi hazırladığını etiraf etdi. O, Filotanın və Parmenionun qətlinə,
Klitin həlak olmasına, proskinezaya görə və çarın qurtarmaq bilməyən gecə
ziyafətlərinə görə qisas almaq istəyirmiş. Sui-qəsdin məqsədi Aleksandrın
özbaşınalığına son qoymaq və makedoniyalılara azadlığı qaytarmaq imiş.
Yığıncaq, təbii ki, ittiham olunanları ölüm cəzasına məhkum etdi. Ancaq çar
özbaşınalığı bu hadisədə öz faciəli rolunu oynadı və kədərli davama malik oldu.
Yeni zərbə makedoniyalıya deyil, Aleksandrın ülvi planlarına qarşı inadkarlıqla
çıxan yunana dəydi, bu adam oğlanların hamisi Kallisfen idi. Onun ölümü qəsdin
kədərli epiloqu oldu.
Kallisfen Aleksandrın ellinlər arasında məşhurlaşması üçün çox iş
görmüşdü. Lakin Klit kimi bu ritor da öz
xidmətlərini şişirdirdi,
hesab edirdi ki, çar
Makedoniya qılıncından daha çox onun qələminə borcludur. Buna görə vaxtilə
Aristotel də öz şagirdini məzəmmət etmişdi. Proskineza əhvalatından sonra isə
Kallisfen təkcə sarayda deyil, bütün düşərgədə ən cəsarətli adam hesab olunurdu.
Yunan müqavimət göstərmişdi, həm də qalib gəlmişdi. Çar onu məhv etməyi
qərara aldı və ritorika müəllimi ilə bəd zarafat etmək fikrinə düşdü. Bu dəfə də