91
asırdı. Burada iranlılar da iştirak edirdi. Makedoniya kobudluğu və ellin
boşboğazlığı onlara o qədər də xoş gəlmirdi. Çətinliklər isə dildən başlanırdı.
Hansısa Yevrepidin ədəbi, mifoloji insanları və qırıq-qırıq kəlmələri onu öz milli
şairləri hesab edən makedoniyalı qoçaqların da yaxşı bildikləri halda, perslərə
xüsusən müəmmalı gəlirdi. Ona görə də onlar özlərini təmkinli aparırdı.
Marakanda qalasında toplanan hetayrlar və “çar qonaqları” cəmiyyəti belə
idi. 328-ci ilin payızı idi. Klit öz yeni təyinatını bu yaxınlarda almışdı.
Məclisdəkilər çox içmişdilər, şərab qonaqları kefləndirmişdi. Erida adlı qadın
ortaya nifaqa səbəb olan bir söz atdı. Əvvəlcə söhbət Dioskurlardan (onlar Zevslə
Ledanın əkiz oğlanları olmaqla bir neçə qəhrəmanlıqlar göstərmişdilər) və
Herakldan düşdü, yaltaqlara onların əməlləri Aleksandrın müvəffəqiyyətləri ilə
müqayisədə cüzi bir şey kimi gəlirdi. Çar bu ruhda olan sözləri xoşlayırdı, çünki
onların yayılması adamlardan qoşunlara nisbətən daha böyük səy göstərməyi tələb
etməyə imkan verirdi. Bu tərif ona ordunu gələcək yürüşlərə mənəvi cəhətdən
hazırlamaqda çox kömək edirdi. Lakin narazı Makedoniya
vətənpərvərlərinə kobud
yaltaqlıq o qədər xoş gəlmədi. Onsuz da hiddətlənmiş Klit axırda birbaşa öz
narazılığını bildirdi. Əsas bəhanə isə yunan şeir söyləyənlərinin Makedoniya
köməkçi korpusunun Politimet (Zərəfşan) çayı yanında məğlubiyyətinə işarə edən
istehzalı kupletləri olmuşdu. Çarın özünün də bu məğlubiyyətdə günahı vardı,
çünki o, özü az qüvvə ayırmışdı və zəif komandanlar təyin etmişdi. Ona görə də
ona xoş gəlirdi ki, uğursuzluqda bu işdə iştirak edən hərbi xadimlər
günahlandırılsın. Lakin onlar axırıncı adama qədər vuruşmuş və qəhrəmanlıqla
həlak olmuşdular. Buna təəccüblənməmək olmazdı ki, kupletçi yunan bu adamların
xatirəsini ələ salırdı. Tünd soqdi şərabı əsas günahkar idi, məhz şərab çarı belə
yolverilməz zarafatlarla barışdırmışdı.
Yaşca böyük olan qoşun başçıları səs-küy salmağa başladılar. Onlar bərkdən
şeiri qoşana və müğənniyə narazılığını bildirdilər. Buna baxmayaraq keflənmiş çar
öz itaətkar dostları ilə yunanı alqışladılar və şeir söyləməyi davam etməyi xahiş
etdilər. Bu Klitə toxundu. Hamı tərəfindən etiraf edilən qoçaq və atlılardan ən
qüsursuzu kimi o, həlak olmuş yoldaşlarının şərəfini müdafiə etməyi lazım bildi: