Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   26   27   28   29   30   31   32   33   ...   120

 
88 
Krater çarın tapşırığına uyğun olaraq burada yeni Aleksandriyanı saldı. Aleksandr 
isə  qayda  yaratmaq  üçün  Marakandaya  qayıdanda  Spitamen  yenə  köçərilərin 
yanına  getdi.  Bütün  ordu  Marakandada  birləşəndə,  Aleksandr  Hefestiona  yeni 
şəhərlər  salmağı və möhkəmləndirməyi tapşırdı. Bu şəhərlərdə veteran-muzdlular 
da  məskunlaşmalı  idi.  Bu  vaxt  Spitamen  yeni  hücuma  hazırlaşırdı.  Türkmən 
səhrasından  Baktriyaya  birdən  cuman  Spitameni  orada  heç  kəs  gözləmirdi.  O, 
divarın  arxasında  heç  nədən  xəbəri  olmayan  qarnizonu  asanlıqla  aldadıb,  oradan 
çıxara bildi və onu məhv etdi. Bu vaxt Spitamenlə ittifaqda olan massagetlər birdən 
Kraterin  üstünə  çıxdılar  və  sərkərdə  köçəriləri  bir  qədər  əzdi.  İşğalçılar  ələ 
keçirdikləri qənimətlə qaçmağa üz tutdular və səhraya çatıb orada yayıldılar. Yayın 
sonunda Aleksandr yenə Marakandada idi. 
Spitamen  öz  laxlamış  nüfuzunu  bərpa  etmək  üçün  öz  müttəfiqləri  – 
massagetlərlə  birlikdə  Kenin  ordusuna  zərbə  vurmaq  istədi.  Soqdi  və  Baktriya 
atlıları  Aleksandra  təslim  oldu.  Köməksiz  qalan  Spitamen  qaçmağa  üz  tutan 
massagetlərə qoşuldu. Massagetlər Spitameni verməyi və sülh xahiş etməyi qərara 
aldı.  328-327-ci  illərin  qışında  Aleksandra  tabelik  əlaməti  olaraq  onlar  bu 
qiyamçının kəsilmiş başını Aleksandra göndərdilər. 
Aleksandrın  indi  hər  şeydən  çox  müəmmalı  Uzaq  Şərq,  möcüzələr  ölkəsi 
Hindistan  cəlb  edirdi.  Əvvəlcə  isə  Soqdi  müqavimətinin  sonuncu  ocaqlarını  ləğv 
etmək  lazım  idi.  Dağ  qalaları  da  ona  təslim  olurdu.  Dağdakı  Ariamaz  qalasında 
yerli  hökmranlardan  ən  nüfuzlusu  olan  Oksiartın  ailəsi  tutuldu,  Persiyada  birinci 
gözəl kimi ad çıxarmış Roksana bu ailəyə məxsus idi. Aleksandr o saatca bu qıza 
vuruldu  və  onun  atasını  ehtiramla  qəbul  etdi.  Qalibin  hüququna  məhəl 
qoymayaraq,  Aleksandr  Roksananı  arvadı  və  nəhəng  dövlətin  çariçası  etməyi 
qərara  aldı.  Onu  son  illərdə  müşayiət  etmiş  və  bu  hadisədən  bir  qədər  əvvəl  ona 
oğul doğmuş Barsina – Artabazın qızı buraxıldı. Toyu Xoriena qalasında təntənəli 
qaydada  və  İran  adətlərinə  uyğun  olaraq  keçirdilər.  O,  yerli  adamlara 
mərhəmətlilik  göstərməyə  başladı.  328-ci  ildən  qoşuna  Soqdi  və  Baktriya 
kontingenti  götürüldü.  Yerli  knyazların  nəsil  imtiyazları  təsdiq  edildi,  Oksiartın 
oğlanlarından  biri  çara  yaxın  olan  hetayr  eskadronuna  götürüldü.  Roksanının 


 
89 
yüksəldilməsi isə daha böyük əhəmiyyət kəsb edirdi. Aleksandr onu elə sevirdi ki, 
bu məhəbbət bütün Asiyaya da, bütün İrana, xüsusilə soqdlara və baktrlara keçdi. 
Onları iranlılar arasında ən yaxşılar elan etdi. Onun dövlətində buna görə soqdlar 
və  baktrlar  müvafiq  hörmət  və  şərəf  almalı  idilər.  Roksanaya  qarşı  çarın  hissi  nə 
qədər  güclü  olsa  da,  bu  təntənəli  toy  həm  də  dövlət  əhəmiyyətinə  malik  idi.  Belə 
simvolik  qaydada  qarşılıqlı  anlaşma  və  qarşılıqlı  nüfuz  etmə  ideyası  təcəssüm 
olunurdu.  Çarın  özü  makedoniyalıların  və  iranlıların,  avropalıların  və  asiyalıların 
gələcək  birliyi  üçün  nümunə  rolunu  oynayırdı.  Xoriena  qalasındakı  toy  Suzadakı 
gələcək toy şənliklərini hazırlayırdı. 
Aleksandr  birbaşa  Baktriyaya  yollandı  ki,  orada  Hindistan  yürüşünə 
hazırlaşsın.  Qurbanlar  da  çox  idi,  çar  bir  neçə  ən  yaxın  köməkçisini  itirmişdi. 
Soqdiyalılar  məğlubiyyətə  düçar  olub  başa  düşdülər  ki,  ellinləşmiş  şəhərlər  onlar 
üçün  müdafiə  rolunu  oynayacaqdır.  Yerli  knyazların  çar  tərəfindən  tanınması 
onları  razı  salmışdı,  çarın  Roksanaya  evlənməsinə  görə  onlar  lovğalanırdılar. 
Yürüş üçün yararlı olmayanlar və ya cəzalandırılanlar daha çox yunan muzdluları, 
nadir  hallarda  isə  makedoniyalılar  olurdu.  Filota  işindən  sonra  cəzalandırılanların 
sayı artmışdı. Bu adamlar indi burada, toz və milçəklər arasında yaşayıb zərərli su 
ilə  kifayətlənirdilər.  Lakin  onlar  niyə  burada  qaldıqlarını  bilmirdilər.  Belə  əhval-
ruhiyyədə  olan  məskunlar  325-ci  ildə  Aleksandrın  ölümü  barədə  yalançı  xəbər 
yayılanda bunu sevinclə qarşıladılar. 3 min ən səbirsiz adam o saatca üsyan etdi, 
Baktranı tutdu və əllərindəki silahla vətənə qayıtmalarına nail olmağı qərara aldı. 
Hətta  çarın  ölümü  barədəki  xəbər  səhv  olduqda  əyalətdə  sakitlik  tezliklə  bərpa 
olunmadı.  323-cü  ildə  Aleksandr  həqiqətən  öləndə  artıq  on  minlərlə  sakin  qüvvə 
tətbiq etməklə geri qayıtmaq hüququnu əldə etməyə hazır idi. 
Aleksandr  ordunun  islahatına  girişdi.  Onu  hər  tərəfdən  düşmənlər 
hədələyəndə,  Aleksandr  orduda  nəhəng  yeniliklər  aparırdı.  Baş  qərargahlar  ləğv 
edildi.  330-327-ci  illərdə  aparılan  islahat  yunan-Makedoniya  milli  ordusunu 
imperiya  ordusuna  çevirdi.  Hindistana  yollananda  Aleksandr  şərq  əyalətlərinin 
canişinlərinə  tapşırdı  ki,  30  min  gənc  iranlını  Makedoniya  silahı  ilə 
silahlandırsınlar,  onlara  yunan  dili  və  yazısı  öyrətsinlər.  Görünür  bu  dil  bütün 


 
90 
imperiyanın  dövlət  dili  olacaqdı.  Aleksandr  bununla  həm  də  həlledici  islahatı 
hazırlayırdı ki, nəticə etibarilə orduda qərb elementinin monopoliyasını ləğv etsin. 
Bu çarın 324-cü ildə həyata keçirməyə başladığı və axıra qədər çatdıra bilmədiyi 
dəyişikliklərin bünövrəsi idi. 
Makedoniya çarı öz qonaqlıqlarına əyanları da dəvət edirdi. Bu ziyafətlərdə 
çox  içənlər  də  olurdu.  Şərab  həm  də  şərq  istisində  yanğını  söndürürdü.  Bu  işçi 
məclislərində  şənlik  bəzən  sözləşməyə  keçirdi.  Sərkərdələr  Krater  və  Hefestion 
silahla  bir-birinin  üstünə  atılmışdı.  Tək  bircə  dəfə  Aleksandr  sərxoş  olub  qəzəb 
tutmasına məruz qalmışdı. Lakin çar özü bunun nəticələrindən başqalarına nisbətən 
daha çox peşman olmuşdu. Marakandadakı bu dəhşətli gecə Klitin həyatını məhv 
etmişdi. 
Bu  hadisə  köhnə  ziddiyyətlərin  üzə  çıxması  hesabına  baş  vermişdi.  Filota 
üzərindəki mühakimədən sonra adamlar başa düşürdülər ki, susmaq lazımdır. Hamı 
özünü  qoruyurdu  ki,  necə  olsa  özünü  ələ  verməsin.  Süvari  dəstəsi  bölündükdən 
sonra onun yarısına Filipp dövrünün hərbi xadimi Klit komandanlıq edirdi. O, həm 
də Aleksandra sadiq olaraq qalırdı və çar Klitin ailəsi ilə səmimi dostluqda qalırdı. 
Çar uşaqlıqda onun süd dayəsi olmuş Lanikanı  – Klitin bacısını çox sevirdi. Klit 
özü isə çarın həyatını Qranik yanında xilas etmişdi. Ona görə də Aleksandr süvari 
dəstəsini  bölmüşdü.  Klitin  təyinatı  isə  hamını  razı  salırdı.  Süvarinin  bölünməsi 
ləğv edildikdən sonra Klit Baktriyanın satrapı vəzifəsində Artabazı əvəz etməli idi, 
lakin  son  illərdə  çar  ordunun  yüksək  rəhbərliyindən  heç  kəsi  satrap  təyin 
etməmişdi. Klit də çox tez-tez Qranik yanındakı döyüşdə öz xidmətini qeyd edirdi. 
Ona  görə  də  yaxşı  bəhanə  ilə  çar  onu  ordudan  kənarlaşdırmaq  istəyirdi.  Klit  isə 
bunu başa düşdü. 
Ziyafətdə  çarın  şəxsi  mühafizəsi  və  yüksək  rütbəli  hərbi  xadimlər  iştirak 
edirdi. Yaşlılar hələ Filipp dövründəki döyüşlərdə iştirak etmələri ilə öyünürdülər. 
Gənclər isə Aleksandrın yürüşlərindəki igidlikləri ilə fəxr edirdilər. Burada zarafat 
edənlər və yaltaqlar da var idi. Şam yeməyində onlar çara çox lazım idi. Onlar bu 
içki  məclislərinə  parıltı  verirdilər.  Onlar  çarın  əməlləri  haqqında  danışır  və  onun 
şərəfinin şüalarında qızınırdılar. Aleksandr onlara mane olmurdu və ləzzətlə qulaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə