140
çıxdılar. Burada Hannibal iki günlüyə düşərgə qurdu, əsgərlər çətin və təhlükəli
aşağı enmədən əvvəl istirahət etməli idilər. Lakin qüvvələri tam bərpa etmək
Hannibala müyəssər olmadı. 7 noyabra açılan gecə qar yağdı. Soyuqlar başladı.
Səhər tezdən Hannibal yola düzəlməyə əmr etdi. Əsgərlər elə bil ki, həvəssiz,
yavaş-yavaş gedirdi. Bu vaxt dəstədən ayrılıb irəli çıxan Hannibal dağların
zirvəsindən dağ sistemini əhatə dən Pad vadisindəki məhsuldar çölləri olan
İtaliyanı göstərdi. Tarixçi Livi onun nitqinə bu sözləri aid edir: İndi onun
döyüşçüləri təkcə İtaliyanın deyil, həm də Romanın divarlarını aşıb keçəcəkdir.
Varlı və həm də müdafiə olunmayan kimi görünən ölkənin qarət edilməsi
Hannibalın əsgərlərinə yeni qüvvə verirdi. Onlar dar, dik, qarla örtülü və sürüşkən
cığırla dağdan aşağı düşürdülər, kiçik bir ehtiyatsız hərəkət edən kimi, adam
uçuruma yuvarlanırdı. Adamlar buzun üstü ilə sürüşürdü, atlar irəli gedə bilmirdi.
Bu keçid sonralar Puniya sərkərdəsinin şərəfinə Hannibal keçidi adlandı.
Hannibalın qoşunları ilə birlikdə Alpı 37 fil də keçirdi.
Karfagen ordusunun Şimali İtaliyaya daxil olması siyasi şəraiti dəyişdirdi və
bu Romanın xeyrinə deyildi. Roma komandanlığı əvvəlcə öz rəqibini lazımınca
qiymətləndirmirdi. Roma sərkərdəsi Stsipion güman edirdi ki, heç vaxt Hannibal
Alpı keçməyə cəsarət etməz və əgər belə ağılsız addımı atsa, hökmən məhv
olacaqdır.
Hannibal İtaliyaya böyük ordu gətirdiyi kimi, ağır da itkilər verirdi. O,
buraya 20 min piyada və 6 min atlı gətirmişdi, bəzi tarixçilər isə 4-5 dəfə artırılmış
rəqəmlər barədə məlumatlar verir.
İndi Roma ordusuna Stsipion başçılıq edirdi. Hannibal bu sərkərdə barədə o
qədər yüksək fikirdə deyildi və bu məsələdə ciddi səhvə yol verirdi. Stsipion
romalıların yadına I Puniya müharibəsindəki qələbəni, Hannibalın müqaviləni
xəyanətkarcasına pozmasını və vətənin üstünü almış təhlükəni saldı. Puniya
əsgərlərinə isə xəbərdarlıq etmək lazım idi ki, onları ya qələbə, ya da ən yaxşı
halda əsirlik gözləyir. Hannibal da heç nəyi gizlətmədən bu perspektivi öz
əsgərlərinə İtaliyaya qədəm basanda demişdi. Hannibal əsgərləri açıqca təsəvvür
etməliydilər:
qalib gəlmək və ya ölmək, onlar üçün digər çıxış yolu yox idi.