Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   101   102   103   104   105   106   107   108   ...   120

 
314 
özü  “vətəndaş”  idi.  Napoleon  xalqı  başa  düşsə  də,  bilirdi  ki,  şöhrətpərəstlik  ara 
düzəltməyi  bir  çox  çətinlikləri  asanlaşdırmaq  üçün  kifayət  idi.  Ona  yaxın  olan 
“vətəndaşlar”  –  onun  qardaşları  və  bacılar  –  “əlahəzrət”  titullarını  almaqla 
printslərə  çevrilmişdilər  və  taxt-tacın  varisliyinə  cəlb  edilmişdilər.  Lüsyen 
istisnalıq  təşkil  edirdi,  o,  qardaşını  eşitməmiş  və  boşanmış  qadına  evlənmişdi. 
Digərləri üçün isə imperator çox saylı həm mülki, həm də hərbi sahədə “imperial 
əyanları”  dəstəsi  yaratdı.  Böyük  Elektor,  Böyük  Kansler,  Ali  Konstebl,  Böyük 
Admiral...,  bunların  hamısı  imperial  kübarlığı  yaratmaq  məqsədini  güdürdü  və 
sonralar,  1806-cı  ildə  bura  krallar,  hersoqlar,  qraflar  və  baronlar  daxil  olmağa 
başladı.  Köhnə  rejimin  kübarlığı  öz  ənənəvi  titullarında  bərpa  edilmədi,  lakin  bu 
olduqca xoşbəxt bir məsələ idi ki, yeni sarayda vəzifə əldə edəsən. Axı bu vəzifə 
həm də çoxlu iqtisadi fayda gətirməyi vəd edirdi.  
Əhalinin  əksəriyyəti  bu  sevincdə  və  imtiyazlarda  qətiyyən  iştirak  etmirdi. 
Yuxarı  siniflərin  şərəfi  həmişə  adı  və  ya  titulu  olmayan  və  “top  yemi”  olmağa 
xidmət  edən  adamların  üzərində  qurulurdu.  Avropa  iki  illiyə  dinc  şəraitdə 
yaşayırdı,  hər  iki  tərəfdən  sülh  bu  vaxt  başa  çatan  əziyyətli  hazırlıqlara  həsr 
edilmişdi.  Fransanın  və  İngiltərənin  maraqları  çox  hallarda  toqquşurdu. 
Napoleonun  dövründə  Fransa  ilə  İngiltərə  arasında  münaqişə  demək  olar  ki, 
qaçılmaz idi. 
1805-ci  ilin  yanvarında  Böyük  Britaniya,  Napoleona  qarşı  mübarizədə  ona 
qoşulan  ölkələrin  hərbi  büdcələrinə  5  milyon  funt  sterlinq  pul  ayırmışdı.  Bu 
İspaniya  ilə  uğurlu  olmadı.  İspaniya  öz  donanmasını  Napoleonun  sərəncamına 
verdi.  Bu  Britaniya  tərəfindən  dəniz  quldurluğu  qaydasında  baş  verən 
müdaxiləsinə qarşı onun cavabı idi. Digər tərəfdən hər şey İsveçlə, daha vacibi isə 
Rusiya ilə yaxşı gedirdi. Axırıncı Napoleonu fransız imperatoru kimi tanımamışdı. 
Avstriya  ilə  danışıqlar  da  yaxşı  gedirdi.  Lakin  bu  ölkə  Prussiya  ilə  birlikdə 
məsələnin  həllini  süründürürdülər.  Ancaq  Fransa  iri  Avropa  dövləti  kimi  nüfuza 
malik idi.  
Avropada  həmin  vaxt  195  milyon  əhali  var  idi,  onlardan  30  milyonu 
Fransada  yaşayırdı.  İngilislər  yaxın  qonşunun  qüdrətinin  artmasından  narahatlıq 


 
315 
keçirirdilər.  Ona  görə  də  Napoleona  qarşı  sui-qəsd  təşkilinə  xüsusi  maraqla 
yanaşırdılar.  1800-cü  ildə  Napoleon  öz  həyatına  yönələn  iki  sui-qəsddən  qaçıb 
qurtara bildi. Lakin Napoleonun sevinci uzun sürmədi. Bir neçə aydan sonra, 1801-
ci  ildə  ingilis  səfirinin  başçılıq  etdiyi  sui-qəsdçilər  Peterburqda  onun  müttəfiqi  I 
Paveli  öldürdülər.  Paveli  taxt-tacda  oğlu  I  Aleksandr  əvəz  etdi.  Pavelin  ölümünü 
eşidən  Napoleon  o  saatca  onun  təqsirkarları  barədə  fikir  yürütdü:  “Bu  lənətə 
gəlmiş,  vicdansız  ingilislər!  Onlar  Sen-Nikez  küçəsində  mənə  olan  hədəfdə  səhv 
salsalar da, Peterburqda, Mixaylovski qəsrində düz mənim ürəyimi vurdular”. 
Rusiyada  çar  I  Aleksandr  öz  sələfi  I  Pavelin  anti-Britaniya  siyasətindən, 
Napoleonun  Aralıq  dənizindəki  ekspansionist  məqsədlərinə  görə  uzaqlaşmışdı. 
Onların hər ikisi Türkiyəni məğlub etmək və Bosfor və Dardanelə, İoniya adalarına 
və  Misirə  sahib  çıxmaq  istəyirdilər.  İsveçlə  ittifaqa  girən  I  Aleksandr  Böyük 
Britaniya  ilə  hücumçu  ittifaq  bağladı,  axırıncı  ona  Fransa  əleyhinə  döyüş 
meydanına çıxarılacaq hər 100 min adam üçün ildə 1 milyon funt sterlinq ödəməyi 
vəd  etdi.  Avstriya  Fransa  ilə  müharibə  səbəbinə  görə  tərəddüd  edirdi,  bu  ölkə  ilk 
qorxusunu  keçirirdi.  Üstəlik  Avstriya  Napoleonun  onun  İtaliyadakı  torpaqlarını 
çox  asanlıqla  anneksiya  etməsini  unutmamışdı  və  qorxurdu  ki,  Venetsiya  da 
tezliklə  eyni  yolla  gedəcəkdir.  Avstriya  yalnız  Britaniya  təzə  maliyyə  yardımını 
ödədikdən  sonra  və  müdaxilə  təhlükəsi  yarandıqda,  Rusiyanın  hərbi  köməyi 
barədəki vədinin əleyhinə olaraq razılıq verdi. Napoleon Prussiya kralı III Friderik 
Vilhelmi  koalisiyadan  aralı  saxlaya  bilmişdi,  vəd  etmişdi  ki,  Hanover  fransızların 
əlində olanda, onun sərəncamına veriləcəkdir. Lakin İngiltərə kralı III Corc həmin 
knyazlığın  qanuni  kyurfurstu  olduğu  üçün  yalnız  o,  belə  vədi  vermək  iqtidarında 
idi.  Prussiya  neytral  qalmağı  seçdi.  Buna  baxmayaraq  mayın  24-də  o,  Rusiya  ilə 
müdafiə  müqaviləsi  imzaladı.  Bu  müqaviləyə  görə  fransızlar  Vezer  çayına  doğru 
irəliləməsi imkanına qarşı Rusiya tərəfindən müdafiə olunacaqdı. 
Britaniya  donanmasının  Prussiya  sahillərindən  geri  çəkilməsini  görmək 
qorxusu  bu  sazişin  layihəsinin  meydana  gəlməsi  ilə,  çox  güman  ki,  əlaqədar  idi. 
Digər  tərəfdən  Cənubi  Alman  dövlətləri  açıq  şəkildə  özlərini  Fransaya 
bağlamışdılar. 


 
316 
İki  düşərgənin  qüvvələri  bu  vaxt  tam  aydın  idi.  Koalisiya  eyni  vaxtda  və 
cəmləşmiş  hücumda  300  min  adamın  iştirakını  planlaşdırırdı.  Fransanın 
sərəncamında  Böyük  Ordu  var  idi,  onun  180  min  nəfərlik  güclü  qüvvəsi  Brestdə, 
Bulonda  və  Hollandiyada  yerləşmişdi.  Bu  ordu  İngiltərəyə  müdaxiləni  həyata 
keçirməyə  rəsmən  hazır  idi  və  digər  iki  ordu  Reyn  çayı  boyu  və  İtaliyada 
məskunlaşmışdı.  
Napoleon  inanırdı  ki,  Britaniyanı  məğlub  etməyin  və  neytrallaşdırmağın 
yeganə  sürətli  və  səmərəli  yolu  La-Manş  boğazından  uğurlu  müdaxiləni 
başlamaqdır.  Bu  qaydada  britaniyalıların  istənilən  hərbi  müqavimətini  dəf  etmək 
və  Londona  sülh  diqtə  etmək  mümkün  olacaqdır.  O,  güman  edirdi  ki,  150  min 
adamın  Britaniya  sahillərinə  uğurlu  çıxarılmasından  bir  həftə  sonra  fransızlar 
Londonda  olacaqlar  və  kübar  zülmkarlarına  qarşı  xalq  qiyamı  ilə  qarşılanacaqlar. 
Lakin o, dəniz əməliyyatları ilə bağlı olan çətinlikləri qiymətləndirməkdə səhvə yol 
verirdi.  İngiltərəyə  müdaxilə  yalnız  iki  şərtlə  mümkün  ola  bilərdi:  Avropada 
müharibənin  başlanmasını  bir neçə  aylığa  təxirə  salmaq  və  boğaz  üzərində  ən  azı 
bir günlüyə nəzarəti əldə saxlamaq hesabına. 
İkinci şərti həyata keçirmək daha çətin idi və bu işin uğurunun təminatı üçün 
kifayət deyildi. Faktiki olaraq, əgər donanmanın müdaxiləsi üçün boğazı keçməyə 
bir  gün  vaxt  lazım  olsaydı,  minlərlə  gəmidən  qoşunları  boşaltmaq  üçün  uzun 
müddət tələb olunurdu. Buna görə də onları daşımaq üçün çoxlu gəmi qayırılmalı 
idi.  Beləliklə,  əməliyyat  üçün  bir  neçə  gün  yaxşı  hava  və  sakit  dəniz  lazım  idi. 
Lakin bu da boğazda az hallarda olurdu. Buna baxmayaraq, Napoleon bu bir unikal 
günü ələ keçirməyə cəhd edirdi. Burada iki mümkün hal var idi: yaxşı silahlanmış 
donanmanı  boğaza  göndərmək  və  birbaşa  konfrantasiyanı  qəbul  etmək.  Lakin 
Fransa limanlarının Britaniya tərəfindən blokadası bunu çox çətinləşdirirdi. Yaxud 
da,  Britaniya  donanmasını  diqqəti  yayındıran  əməliyyatla  yer  kürəsinin  digər 
hissəsinə getməyə şirnikləndirmək qalırdı. 
Napoleonun  əlində  dolaşıq,  lakin  ağıllı  planı  var  idi.  Bu  plandan  məqsəd 
ikinci  alternativə  əsaslanırdı.  Üç  eskadron  hiylə  məqsədilə  Tulonu,  Bulonu, 
Roşforu  tərk  edib  Qərbi  İndiyalara  istiqamət  götürdü.  Orada  onlar  ispan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə