Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   21   22   23   24   25   26   27   28   ...   120

 
73 
Toqquşma  qanlı  oldu:  Aleksandr  onların  yolunu  kəsmək  istəsə  də,  ona  müvəffəq 
olmadı.  Perslər  düşmən  cərgəsini  yarıb  keçdilər.  Bu  vaxt  Aleksandr  çətin 
vəziyyətdən qurtarmış Parmenionun qrupuna yaxınlaşdı. Burada da düşmən atlıları 
geri  çəkilirdilər,  onları  toz  dumanı  udmuşdu.  Beləliklə,  Parmenion  və  Fessaliya 
atlıları sonda özlərini qalib hesab etmək hüququna malik oldular. Parmenion pers 
düşərgəsini tutmuşdu. Aleksandr isə düşmənin təqibini yenidən başlayıb, sabahısı 
günü Arbelaya çatdı. O, hələ də Daranın özünü tutmağa ümid edirdi. Dara isə Kürd 
dağlarının keçidləri ilə Midiyaya qaçdı. Perslərin itkisi barədə astronomik rəqəmlər 
söylənirdi,  həlak  olan  makedoniyalıların  sayı  isə  qələbə  ilə  müqayisədə  böyük 
deyildi,  yaralananların  sayı  çox  idi.  Aleksandr  dühası  yenə  də  sayca  çox  olan 
qoşunlar  üzərində  qələbəyə  gətirib  çıxardı.  Döyüşə  operativ  rəhbərlik,  döyüşə 
hazırlıq  məsələlərindən  daha  böyük  əhəmiyyət  kəsb  edirdi.  Bu  vaxt  şəraitin  irəli 
sürdüyü bütün imkanlardan istifadə olunur və ani ilham öz işini görür. 
Aleksandrın  götürdüyü  qənimət  olduqca  böyük  idi.  O,  həmin  qənimətləri 
ellinlərə payladı. Qavqameladakı döyüşdən sonra Aleksandrı “Asiyanın çarı” elan 
etdilər.  Vaxtilə  perslər  özünü  “Asiya  çarlığı”  adlandırırdı  və  “Asiya  çarları” 
Avropa  istisna  olmaqla  guya  bütün  dünyada  hökmran  idilər.  Ellinlər  isə  “Asiya” 
sərhədlərini  dəqiq  bilmirdilər,  güman  edirdilər  ki,  Liviya  da,  başqa  sözlə  Afrika 
Asiya  ərazisinə  daxildir.  Aleksandr  isə  333-cü  ildə,  Daraya  birinci  məktubunda 
artıq tələb edirdi ki, onu “bütün Asiyanın hökmdarı” kimi tanısın. O, öz iddialarını 
döyüşlərdə  qazandığı  qələbələrlə  əsaslandırırdı.  Bu  iddialar  Makedoniya  qoşun 
yığıncağı tərəfindən Aleksandrın “Asiyanın çarı” adlandırılmaqla, daha güclü əsasa 
malik  oldu.  Bu  yığıncaq  hər  bir  yeni  Makedoniya  çarını  təntənəli  qaydada  elan 
edirdi. Beş  il  əvvəl  də bu qaydada Aleksandrın özü  çar  elan edilmişdi. Lakin  bir 
məsələ də var idi ki, döyüşçülər bu titulla Asiya torpaqlarını Makedoniya ərazisinə 
qatmaqdan  imtina  etdilər  və  təsdiq  etdilər  ki,  Aleksandrın  “Asiya  dövləti”  və 
“Asiya  çarlığı”  Makedoniyadan  asılı  deyildir.  Digər  tərəfdən  qoşun  yığıncağı 
Aleksandrı  “Asiyanın  çarı”  elan  etməklə,  onun  arzularına  kor-koranə  tabe  olurdu 
və onun hərəkətlərinə müqavimət göstərə bilməzdi. Qoşun yığıncağının köməyi ilə 
sonrakı  dörd  ildə  Aleksandr  komandanların  müqavimətini  bütünlüklə  yatırtdı. 


 
74 
Yalnız Hindistandan qayıdanda döyüşçülər öz səhvlərini başa düşdülər və Opisdə 
onlar bunt qaldırdılar. “Asiyanın çarı” isə öz Makedoniya dəstələrinə artıq ehtiyac 
duymadığından  onları  Opisdən  vətənə  göndərdi.  Bu  adamlar  isə  Qavqamelada 
onun iradəsinə tabe olmaqla, məşhur qələbədən sonra iddialarını da bütünlüklə razı 
salmışdılar.  
Qavqameladan  sonra  Aleksandrı  imperiyanın  mərkəzləri,  şöhrətli  Babil  və 
Əhəmənilərin  baş  iqamətgahı  və  xəzinəsi  olan  Suza  cəlb  edirdi.  Suza  o  saatca 
təslim  oldu.  Güman  edirdilər  ki,  Böyük  çar  şəhərin  və  sərvətlərinin  Aleksandra 
verilməsi  barədə  özü  sərəncam  vermişdi.  Çar  özü  Kirkuk  rayonuna  irəliləyəndə 
burada neftlə aparılan təcrübələrlə maraqlandı. Əyləncələrə bir epizod son qoydu. 
Bir “zarafatcıl adam” nökər oğlanın bədəninə neft sürtmüşdü və ona od vurmuşdu. 
Bədbəxtin  həyatını  güclə  xilas  etmək  mümkün  oldu.  Qoşun  Babilə  yaxınlaşırdı. 
Sərkərdə  Mazey  müqavimət  göstərmək  əvəzinə  düşməni  təntənəli  qarşılamağa 
hazırlaşırdı. Mazey öz oğlanları ilə gəldi ki, hökmdara sədaqət andı içsin. And isə 
Aleksandrı “Asiyanın çarı” və “Böyük çar” kimi tanımaqdan ibarət idi. 
Aleksandr Müqəddəs Babilə çatanda onda belə təəssürat yarandı ki, Şərq ona 
öz  ağuşlarını  açır.  Hamı  çarı  salamlayırdı.  Küçələri  güllər  və  əklillər  bəzəyirdi. 
Aleksandr  şəhərə  öz  döyüş  arabasında  zəfər  çalmış  sərkərdə  kimi  girdi.  O,  İştar 
qapısından  keçib  ən  gözəl  küçə  ilə  möhtəşəm  çar  iqamətgahına  yollandı. 
Makedoniyalılar  çox  şəhərlər  görmüşdü,  onların  heç  biri  Babillə  müqayisə  oluna 
bilməzdi.  Bu  şəhər  Nabuhodonosor  dövrünün  Babilistanının  böyüklüyünün şahidi 
olmaqla, köhnə şərəfi və mədəni ənənələrini saxlayırdı. Onu əhatə edən divarların 
qalınlığı,  çar  sarayının  hesaba  gəlməyən  labirintləri,  müqəddəs  yerlərin  və 
məbədlərin  dəbdəbəsi,  Fəratda  gəmilərin  yan  alma  yerləri  və  çayın  üstündəki 
körpü,  məşhur  asılı  bağlar,  kərpicdən  olan  yeddi  mərtəbəli  qüllə  bura  gələnlərin 
heyrətinə  səbəb  olurdu  və  Babil  onların  gözündə  möcüzə  şəhərinə  çevrilirdi. 
Perslərin vaxtında binaların çoxu baxımsız qalmışdı. Lakin hətta bu mənzərə belə 
onların  qiymətini  azaltmırdı,  elə  bil  ki,  bu  möhtəşəm  tikililər  zamanın  üstündən 
boylanırdı. 


 
75 
Aleksandr burada da, Misirdə  olduğu kimi yerli adətlərə  ehtiramla yanaşdı, 
kahinləri  öz  tərəfinə  çəkdi  və  onlardan  yeni  titullar  aldı.  O,  perslərin  dağıtdıqları 
məbədləri  bərpa etməyi vəd etdi. Aleksandr da vaxtilə Nabuhodonosor kimi “Hər 
şeyin çarı”, “Dünyanın dörd tərəfinin çarı”, dünyanın hökmdarı elan edildi. Burada 
da  o,  Misir  qaydasında  inzibatçılıq  sistemi  yaratdı,  Mazeyi  isə  Babilonun  satrapı 
təyin  etdi.  Öz  tərəfinə  keçmiş  persləri  yüksək  vəzifələrə  təyin  etdi.  Şərqdə 
makedoniyalıların və perslərin birgə ağalığı ideyası irəli sürüldü. 
Bir  aydan  çox  Aleksandr  Babildə  istirahət  etdi.  Onun  qoşunu  “pozğun 
şəhərin”  qonaqpərvərliyindən  və  şirnikləndirici  cəhətlərindən  istifadə  edirdi. 
Dekabr ayının əvvəlində isə iyirmi günlük səfərdən sonra qoşun Babilistanın ikinci 
böyük  mərkəzi  Suzaya  çatdı.  Burada  dövlət  xəzinəsinin  əsas  hissəsi  yerləşirdi. 
Qiymətli  metalların  bolluğu  Aleksandrı  bütün  maliyyə  qayğılarından  azad  edirdi. 
Bu şəhərdə o, rəmzi bir mərasim keçirdi – Əhəmənilərin taxtında oturdu. Yunan-
pers müharibələri vaxtı perslərin ələ keçirdiyi qənimətlərə daxil olan şeyləri də çox 
sayda  sərvətlərin  içərisində  buradakı  saraydan  götürdülər.  Daranın  ailəsini  də 
Aleksandr  Suzada  qoydu.  Persidaya  girəndə  isə  331-ci  ilin  yayında  Antipatrın 
Sparta çarı III Aqis üzərində qələbə çaldığı xəbərini aldı və bu onu çox razı saldı.  
Persida İranın ən yüksək dağ vilayəti idi. Burada yaşayan tayfa Aleksandrın 
yürüşündən  iki  yüz  il  əvvəl  İranda  hegemonluq  əldə  etmişdi.  O  vaxt  perslər 
Afinanı tutub Qərb üzərində qələbə çalmağa çalışırdı. İndi “intiqam müharibəsini” 
başa  çatdırmaq  üçün  Aleksandr  Persepolu  tutmalı  idi.  Persidanın  paytaxtı  da  bol 
xəzinəyə  malik  idi.  Perslərin  qədim  torpağının  işğal  edilməsi  bütün  İranın 
müqavimətini qıra bilərdi. 
Çar  bir  neçə  sürətli  keçidlərdən  sonra  Persopolu  tutdu,  indi  onun  əlində 
bütün çar sarayları var idi. Yerli hökmran çarın mərhəmətini qazanmaq üçün ona 
bütün əmlakı verdi. Çar şəhəri öz döyüşçülərinə qarət etməyə verdi. Gözəl saraylar 
təhqirə  məruz  qalmışdı.  Çar  öz  qəzəbini  soyutmaq  üçün  belə  edirdi.  Persepol 
Aleksandra  onun  gələcək  dövlətində  lazım  idi.  Persiya  ağalığı  vaxtı  bu  şəhər 
parazit  həyat  keçirmişdi,  imperiya  üçün  deyil,  özü  üçün  yaşamışdı.  Çar  bu 
imtiyazlara son qoymaq üçün özünü belə aparırdı. Persepoldakı saray da yandırıldı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə