TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə28/219
tarix28.06.2018
ölçüsü15,93 Mb.
#52003
1   ...   24   25   26   27   28   29   30   31   ...   219

61 

 

Alman  faşistləri  Hitlerin  ad  gününü  qeyd  edən  zaman  "Mixaylo"  hərbi 



təyyarə meydanına daxil olaraq üç təyyarəni, benzin anbarını minaladı və baş verən 

partlayış  nəticəsində  təyyarə  meydanı  alovlandı.  İyirmiyə  yaxın  faşist  məhv 

oldu.

141


 

1944-cü  ilin  martında  M.Hüseynzadənin  döyüş  dostları  ilə  birlikdə 

Triyestdə  partlatdığı  zabit  yeməkxanasında  150  faşist  məhv  olmuş,  354  nəfər  isə 

yaralanmışdı.  Həmin  il  aprelin  2-də  onun  qrupunun  Optçina  şəhəri  kinoteatrında 

törətdiyi partlayış nəticəsində 80 alman əsgəri və zabiti ölmüşdü.

142


 

1944-cü  ilin  yayında  M.Hüseynzadə  alman  əsgəri  formasında  faşistlərin 

kazarmasına  daxil  olmuş,  yanğın  əleyhinə  avadanlığa  mina  qoyaraq  üçmərtəbəli 

binanı  yerlə  -  yeksan  etmişdi.  Onun  fəaliyyəti  nəticəsində  min  faşist 

öldürülmüşdü.

143


 

1944-cü il noyabrın 2-də Qoritsa şəhəri yaxınlığında almanların hərbi sursat 

anbarının partladılmasında iştirak edən Mehdi Hüseynzadə dəstəyə qayıdan zaman 

casuslarla  qarşılaşmış,  yayınmaq  üçün  Vitovle  kəndinə  gəlmişdi.  Lakin  o, 

faşistlərin bu kənddə keçirdiyi əməliyyat nəticəsində qəhrəmanlıqla həlak olmuşdu. 

Sovet  hökuməti  azərbaycanlı  partizanların  əsgəri  igidliklərini  yüksək 

qiymətləndirərək onlardan bir çoxunu SSRİ  orden və  medalları ilə təltif etmişdir. 

SSRİ  Ali  Soveti  Reyasət  Heyətinin  1957-ci  il  11  aprel  tarixli  Fərmanı  ilə  Böyük 

Vətən müharibəsi illərində  müqavimət hərəkatında alman faşist işğalçılarına qarşı 

mübarizədə  göstərdiyi  rəşadətə  görə  M.Hüseynzadəyə  ölümündən  sonra  Sovet 

İttifaqı Qəhrəmanı adı verilmişdi.

144


 

M.Hüseynzadə  ilə  bərabər  onun  döyüş  dostları  -  M.Seyidov,  T.  Əliyev, 

Ə.Məmmədov,  K.Məmmədov,  Ə.Babayev  və  b.  da  faşizmə  qarşı  amansız 

mübarizə  aparmış,  xalqımızın  tarixinə  şanlı  səhifələr  yazmışlar.  50  nəfərdən  çox 

azərbaycanlı  partizan  yüksək  döyüş  xidmətlərinə  görə  Yuqoslaviyanın  müxtəlif 

orden və medalları ilə təltif edilmişdi.

145

 

1944-cü ildə sovet döyüşçüləri İtaliya hərbi düşərgələrindən kütləvi surətdə 



qaçaraq  partizan  dəstələrinə  qoşulurdular.  Onlardan  Əvəz  Mirzəyev,  Şahbaba 

Məcidov, Məhərrəm Nəcəfov, İsa Məmmədov, Məmməd Xəlilov, Həmzə Əsgərov, 

Mikayıl  Abdullayev,  Süleyman  Vəliyev,  Şərif  Şərifov,  Həsən  Quliyev,  Hilal 

Cavadov, Vilayət Hüseynov, Cəlil Rəfiyev və bir çox başqaları İtaliya müqavimət 

hərəkatında  faşistlərə  qarşı  qəhrəmanlıqla  vuruşmuşlar.  Mussolinini  həbs  edən 

partizanlar  arasında  Vilayət  Hüseynov  da  vardı.  Ümumiyyətlə,  Şimali  İtaliyada 

300-dən çox azərbaycanlı döyüşçünün müqavimət hərəkatında vuruşduğu müəyyən 

edilmişdir.

146  

1943-cü  ilin  axırlarında  Fransada  faşist  işğalına  və  mürtəce  Peten  üsuli-



idarəsinə  qarşı  xalq  müharibəsi  gündən-günə  yeni  qüvvə  ilə  alovlanırdı.  Faşist 


62 

 

komandanlığı partizan hərəkatına qarşı mübarizə aparmaq və ölkə daxilində asayişi 



qorumaq üçün xeyli silahlı qüvvə saxlamağa məcbur olmuşdu. 

1944-cü  ilin  əvvəllərində  Fransa  ərazisində  25  mindən  çox  döyüşçünü 

birləşdirən  30-dan  çox  partizan  dəstəsi  fəaliyyətdə  idi.  Döyüşçüləri  əsasən  sovet 

vətəndaşlarından ibarət olan "Çapayev", "Azadlıq", "Vətən", "Donbas", "Kotovski" 

və digər partizan dəstələrinin şöhrəti hələ o dövrdə bütün Fransaya yayılmışdı. Bu 

partizan  dəstələrinin  tərkibində  Azərbaycan  xalqının  oğulları  da  qəhrəmanlıqla 

vuruşmuş və fransız xalqının rəğbətini qazanmışdılar.

147


 

1943-cü  ilin  axırlarında  Rodez  əsir  düşərgəsində  toplanmış  azərbaycanlılar 

fransız  kommunistləri  ilə  əlaqə  yaratdılar  və  1944-cü  ildə  bu  əlaqələr  daha  da 

genişləndi.  B.Məmmədov  Averyon  vilayəti  müqavimət  hərəkatının  rəhbəri, 

kommunist  polkovnik  Rişardla  görüşmüş  və  azərbaycanlı  əsirlərin  qaçıb 

partizanlara  qoşulması  üçün  "Azrodez"  -  Rodezdəki  azərbaycanlılar  parolunu 

müəyyənləşdirmişdi. Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə 

düşərgədən  qaçıb,  fransız  partizanları  ilə  birləşməsi  işinə  başladı.  Düşərgədən 

qaçan  hərbi  əsirlər  fransız  vətənpərvərlərinin  köməyi  ilə  Aveyron  dağlarında 

yerləşən "Sovet  vətənpərvərlərinin  hərbi komitəsi" adlanan təşkilatla birləşirdilər. 

Antifaşist təşkilat əsirlərin kütləvi surətdə qaçmasını təmin etmək üçün 1944-cü il 

avqustun  15-nə  keçən  gecə  saat  12-də  üsyan  qaldırmağı  qərara  aldı.  Lakin  casus 

üsyanın  başlamasına  iki  saat  qalmış  düşərgənin  komandanlığına  xəbər  çatdırmış, 

üsyanın  rəhbərləri  dərhal  həbs  edilmiş,  əsir  düşərgəsi  isə  mühasirəyə  alınmışdı. 

Yalnız  gizli  təşkilatın  bir  qrup  üzvü  meşəyə  qaçıb  fransız  partizanlarına  qoşula 

bilmişdi.

148 

Faşistlər  həbsə  alınanları  ölüm  cəzasına  məhkum  etmiş,  50  nəfərdən 



çoxunu  diri-diri  yandırmışdılar.  Lakin  bu  hadisədən  iki  gün  sonra  fransız  və 

azərbaycanlı partizanlar tərəfindən Rodez şəhəri faşistlərdən azad edilmişdi.

149

 

Fransa  zəhmətkeşləri  onların  faşizm  əsarətindən  xilas  edilməsi  uğrunda 



qəhrəmanlıqla 

vuruşan 


azərbaycanlı 

partizanları 

unutmurlar. 

Rodez 


qəbiristanlığındakı matəm mitinqində çıxış edən polkovnik Rişard fransız xalqının 

Azərbaycan xalqına qarşı məhəbbətini belə ifadə etmişdi: "Fransızlar azərbaycanlı 

hərbi  əsirlərin  igidliyini  unutmayacaqdır.  Övladlarımız,  nəvə  və  nəticələrimiz  də 

biləcəkdir ki, bu yerlərdən uzaqda olan, lakin hər bir fransızın qəlbinə yaxın olan 

azərbaycanlı  dostlarımız  da  Fransanın  faşizmdən  azad  edilməsi  yolunda  canlarını 

əsirgəməmişlər. Azərbaycanlı əsgərlərin qəbirləri bizim üçün müqəddəs ziyarətgah 

olacaqdır.  Həlak  olanların  qəhrəman  obrazı  əbədi  olaraq  qəlbimizdə 

yaşayacaqdır".

150

 

Larzak  şəhəri  yaxınlığında  faşist  əsarətindən  azad  olunmuş  azərbaycanlı 



hərbi  əsirlərdən  ibarət  Azərbaycan  partizan  alayı  təşkil  edildi.  Alayın  komandiri 

gizli antifaşist təşkilatın üzvü H.Məmmədov idi. Alay Larzak, Kursaq, Mand, Nim 

və Rodez rayonlarının faşistlərdən azad edilməsində qəhrəmancasına vuruşmuşdu. 



Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə