272
burasındadır ki, həmin adın daha qədim halı Ahura ("hökmdar", "cənab", "tanrı"
deməkdir. Erkən dövrdə qədim hindilərdə olduğu kimi *asura; məlum olan Assara
Mazas'ın Ähura Mazdä bərabər olduğuna diqqət yetirək. Ahura istilahı artıq e.ə. VIII
əsrdən Qərbi İran onomastikasında təsdiqlənmişdir) adının Mazda ("müdrik"
deməkdir və hind sözü olan medhas-a, rus sözü mudr-a qohumdur) epiteti ilə
dəqiqləşdirildiyi zamanda (hələ qeyri-zərdüştilik dövründəmi - ?) olmuş, yəni onda
tanrı Ahura Mazda adlandırılırdı.
Videvdatın II farqardında insanlığın əcdadı, mədəni qəhrəman, minillik "qızıl
əsr" dövründə dünyada hökmranlıq etmiş, İran eposunun ən qədim motivlərinə gedib
çıxan Yima (orta əsrlərdə Cəmşid adlanırdı) haqqında əfsanə hifz olunmuşdur. İbtidai
dünya duyumunun tam surətdə sirayət etdiyi bu əfsanədə eposun ən qədim qalıq
formaları mühafizə olunmuşdur. Həmin formalarda ari və hətta hind-Avropa
səviyyələrinin motivləri və surətləri asanlıqla tanınır.
"Avesta"nın ümumi qiymətləndirilməsinə keçərkən demək lazımdır ki, bu
abidə müxtəlif xarakterlidir, müxtəlif zamanlarda və müxtəlif məkanlarda yaranmış
təbəqələrin ağlasığmaz dərəcədə miqdarından ibarətdir.
Əlbəttə, xüsusilə epik mahnılarda və abidənin başqa hissələrində əks olunmuş
xalq elementləri "Avesta"nın daha qədim qatıdır. Həmin elementlər e.ə. I minilliyin
ilk əsrlərindən gec olmayaraq meydana gəlmişdi. Ola bilər ki, onlardan bəziləri e.ə. II
minilliyə, bəlkə də daha erkən çağlara gedib çıxır. Yasnanın və Yaştların müxtəlif
hissələrində ən qədim epik nəğmələr hifz olunmuşdur. "Mal-qaranın oğurlanması"
haqqında nəğmə, Mihr Yaştdakı mahnılar, Yima haqqında əfsanə də bu qəbildəndir.
"Öküzün canı"ndan - Zərdüştün Qatlarının mərkəzi surətindən də - xeyli arxaiklik
duyulmaqdadır. Lakin "Avesta"dakı bu elementlər onları kanonlaşdırılmış təlimə tabe
etməyə cəhd edən xeyli sonrakı kahin ideyaları ilə güclü şəkildə çulğalamışdır.
İndiki "Avesta"nı adətən iki qismə - Qatik (böyük) Avestaya və Kiçik
Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yasnanın bəzi digər bölmələrini
də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir.
Alimlər adətən Qatik Avestanın daha yaşlı olduğunu etiraf edərək çox zaman
belə hesab edirlər ki, Kiçik Avesta ənənəsi peyğəmbər Zərdüştün Qatik Avestada öz
əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir.
Müəllifliyi adətən Zərdüştə şamil olunan Qatların Kiçik Avestadan kəskin
surətdə fərqlənməsi mübahisə doğurmur. Tədqiqatçıların bir qismi onlar arasındakı
təzadı aradan qaldırmağa cəhd göstərsələr də, avestoloqların böyük əksəriyyəti bunu
etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da
özündə ehtiva edən Kiçik Avestanı bütövlükdə heç bir vəchlə Zərdüşt təliminin
sonrakı təhrifi hesab etmək olmaz. Görkəmli iranşünaslar bu cəhətə dəfələrlə işarə
etmişlər.
273
Həqiqətən də Kiçik Avestada arxaizmlər Qatlardakına nisbətən daha çoxdur.
Təbiidir ki, Qatlarda da çox qədim, bəzi hallarda hind-Avropa birliyi dövründən gələn
cəhətlər az deyildir. Qatlarla müqayisədə Kiçik Avesta çıxış nöqtəsi olan ümumari və
hətta hind-Avropa materialına bir çox hallarda daha çox yaxındır. Ayrı-ayrı hallarda
Kiçik Avesta arxaik hind-Avropa modellərini bilavasitə canlandırır. Qatlarda isə
həmin modellər o qədər də çox deyildir və orada onlar tanınmaz dərəcədə
dəyişdirilmişlər. Vedalar ruhunda politeizm hökm sürən Kiçik Avestada Mitra,
Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər. Qatlarda isə dualizmin
hökmranlığı şəraitində mahiyyətcə çox güclü şəkildə monoteizm elementləri zahirə
çıxır.
Qanlı qurbanlar verilməsi və Xaoma adlanan sərxoşedici içkiyə pərəstiş Kiçik
Avestaya xasdır. Qatlarda isə bu cür cəhətlər aşkar surətdə pislənməsə də təbliğ
edilmir. Kiçik Avestada əski ümumari ictimai terminologiyası saxlanılmışdır,
Qatlarda isə bu terminologiya yenisi ilə əvəz olunmuşdur. Kiçik Avestada
ümumiyyətlə Riqveda ilə bir çox ümumi olan cəhətlər mövcuddur. Burada bəzən hett,
qədim yunan, İtaliya, german-skandinav dinləri və mifologiyası ilə heyranedici
oxşarlıq vardır.
Kiçik Avesta haqqında bütün deyilənlər onun ideyalarının və surətlərinin xeyli
dərəcədə qədim olduğunu təsdiqləyir.
Beləliklə, əgər Qatlar Zərdüştün özünün yaradıcılığıdırsa, Kiçik Avestada
zərdüştiliyə uyğunlaşdırılsa da, peyğəmbərin təliminin mahiyyəti ilə ciddi ziddiyyətdə
olan, Zərdüştə qədərki material az deyildir.
Zərdüşt "Qərbin "oğulluğa" götürdüyü ilk Asiya oğlu idi. Onun təlimi
Yunanıstanı Xristos təliminin qəbul olunmasından təxminən 4 əsr öncə
zənginləşdirdi. Artıq Platon Zərdüştü tanıyırdı... Zərdüşt əsrlər boyu... Qərbdə qədim
Asiya müdrikliyini təmsil edən yeganə şəxs idi..." [J a n D ü ş e n K i y e m e n ] .
Zərdüştün şəxsiyyətinə, həyat zamanına və fəaliyyət yerinə gəldikdə isə, bu
məsələlər üzrə bir-birinə tamamilə əks olan elə çox nöqteyi-nəzərlər söylənilmişdir ki,
burada onlar üzərində heç olmasa səthi surətdə dayanmaq üçün heç bir imkan yoxdur.
Bəziləri Zərdüştü tarixi şəxsiyyət, böyük peyğəmbər və Qatların müəllifi hesab
edir, başqaları isə bunu tanımaqdan qəti surətdə imtina edirlər. Bəziləri Zərdüştün
həyat zamanını e.ə. VII-VI minilliklərə, digərləri, tunc əsrinə, üçüncülər e.ə. 1000-ci
ilə, dördüncülər e.ə. VII-VI əsrlərə və s. aid edirlər. Alimlərin böyük əksəriyyəti bu
fikirlə razıdır ki, Zərdüşt təxminən e.ə. 1000-600-cü illər arasındakı dövrdə
yaşamışdır.
Bir çox hallar Qərbi İran vilayətlərində Kiçik Avestada öz əksini tapmış
ideyaların və surətlərin qədimdə yayıldığını təsdiqləyir. Cənubi Azərbaycan
vilayətlərində Kiçik Avesta təlimlərinin erkən ocağının mövcud olduğunu da iddia