190
Arrian III Daranın məğlubiyyətindən sonra ona kömək etməli olan hansısa skiflərdən
söz açır [III, 19, 3].
Azı 5-6 yüzillik ərzində skiflər Azərbaycanda fəaliyyət göstərən bir qüvvə
olmuşdular.
Skiflərin bir hissəsi Qara dənizin şimal sahillərindəki vilayətlərə qayıtmış,
buraya Ön Asiya mədəniyyətinin, xüsusən incəsənətdə "heyvani üslub" deyilən
üslubun bir çox ünsürlərini gətirmişdilər.
Azərbaycan ərazisində skiflər sayca aborigenlərə nisbətən kiçik bir təbəqə
təşkil edirdilər.
Skiflər xüsusən hərbi iş sahəsində Azərbaycanın yerli əhalisinin mədəniyyətinə
müəyyən təsir göstərmişdilər. Aborigenlər onlardan at belindən ox atmaq taktikasını
öyrənirdilər. Herodot yazır ki, madalılar öz oğullarını atıcılıq təlimi keçmək üçün
skiflərin yanında şagirdliyə qoyurdular [I, 73].
"Skif çarlığı" Azərbaycan zonasında nisbətən sabit əraziyə malik idi. Bu çarlıq
azı 80 il yaşadı. Onun öz hakim sülaləsi vardı. Çarlar bu sülalənin nümayəndələrini
özlərinə bərabər tutur və onlarla hesablaşırdılar. Madinin hakimiyyəti zamanında
"Skif çarlığı" böyük imperiyaya çevrilmiş, Asiyada isə skif hegemonluğu dövrü
başlanmışdı. Azərbaycan tarixində skiflərin rolu və əhəmiyyəti böyükdür... Skif
tayfaları Qara dəniz sahili Skifiyasının tarixinə də böyük töhfə vermişlər; onlar
Azərbaycandan və qonşu vilayətlərdən buraya skif mədəniyyətinin tərkib hissəsinə
çevrilmiş Ön Asiya sivilizasiyasının bir çox realiyalarını, o cümlədən "heyvan
üslubu" gətirmişlər.
191
X FƏSİL
CƏNUBĠ AZƏRBAYCANIN MĠDĠYALILAR
(MADALILAR) TƏRƏFĠNDƏN ĠġĞALI.
MANNA ÇARLIĞININ SÜQUTU
Eə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan
sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna kimmerlər, skiflər və
madalılarla mövcud olan ittifaqı sayəsində xeyli dərəcədə gücə və qüdrətə malik idi.
Lakin əsrin 70-ci illərinin sonlarına doğru skiflərin bir qisminin xəyanəti nəticəsində
bu ittifaq dağıldı. Partatua başda olmaqla aşşurluların tərəfinə keçmiş skiflərin bir
qismi Asarxaddona mannalılara zərbə endirməkdə yardım etdi. İşpakay başda olmaqla
skiflərin digər qismi isə mannalılarla ittifaq münasibətlərini davam etdirdi. Aşşur
hökmdarı "Mannalılar ölkəsi əhalisini pərən-pərən saldım..., mannalıları xilas
etməmiş skif, (onların) müttəfiqi İşpakanın qoşunlarını silahla qırdım" - deyə
öyünürdü.
Artıq Aşşurbanipalın hakimiyyəti dövründə (668-627-ci illər), təqribən 660-cı
ildə aşşurlular Mannanı çox ağır məğlubiyyətə uğratdılar, onu əski qüvvəsindən qəti
şəkildə məhrum etdilər. Manna Nenəva hakimlərinin vassalı səviyyəsinə endirildi və
o öz süqutuna qədər Nenəva hakimlərinə sadiq qaldı. Bu hal ona səbəb oldu ki,
madalılar indi əski müttəfiqləri olmuş mannalılara rəqib kimi yanaşmağa başladılar.
Mada çarlığı artıq VII əsrin ortalarında kifayət dərəcədə böyük qüvvə idi. Əgər
Herodota inansaq, Mada hökmdarı Fraorta (bəzi tadqiqatçılar onu Kaştariti ilə
eyniləşdirirlər) Aşşura hücum etdi. Lakin Herodotun yazdığı kimi, aşşurlular o dövrdə
hələ də "yaxşı vəziyyətdə idilər". Həqiqətən də əsrin 50-ci illərinin böhranından
uğurla çıxmış Aşşur dövləti Misir ərazisini itirməsinə baxmayaraq, "hələ də ən böyük
dövlət idi və Şərqdə Zaqros dağlarından başlayaraq qərbdə Suriya-Finikiya
torpaqlarınadək olan böyük əraziyə sahib idi. Aşşur hökmdarını hələ də uğur və
qələbə təntənəsi müşayiət edirdi. Hökmdarın qardaşı - Babil hakimi əzilmiş, üç
müharibədə Aşşurun əski rəqibi olan Elam məğlubiyyətə uğradılmış, Manna və
kimmerlər darmadağın olunmuş, Lidiya və Urartu alçaldılmışdı.
Lakin skif hökmranlığından azad olmuş Mada tezliklə Ön Asiyanın ən güclü
dövlətinə çevrildi.
Uvaxşatranın (Kiaksarın, 625-584-cü illər) simasında Mada taxtına çox
qabiliyyətli şəxsiyyətin çıxdığı şübhəsiz idi. Tamamilə əlverişli olmayan şəraitdə
hakimiyyətə gəlmiş Kiaksar dərhal Mada qoşununun yenidən təşkil edilməsi ilə
məşğul oldu və Mada tarixində ilk nizami ordunu yaratdı.
VII əsrin 30-20-ci illərində beynəlxalq şərait Aşşur dövlətinin mənafelərinin
əksinə olaraq əhəmiyyətli dərəcədə dəyişdi. Vəziyyət getdikcə gərginləşirdi. Xaldey
192
Babilinin hökmdarı Nabupalasar yaranmış şəraitdən istifadə etmək qərarına gəldi.
Xaldeylər şimal
istiqamətində irəliləməyə başladılar.
616-cı ildə Nabupalasar aşşurluları güclü məğlubiyyətə uğratdı. "Kedd
xronikası"nda deyilir ki, Nabupalasar "asşurlulardan böyük qənimət ələ keçirdi,
onların köməyinə gəlmiş mannalılar və əyanları ələ keçirildilər"...
Madalılar xaldeylərin təbii müttəfiqləri oldular. 616-cı ildə Kiaksar Aşşura
qarşı açıq çıxış edərək Arrapxa vilayətini, sonra isə Aşşur şəhərini ələ keçirdi. Aşşur
şəhəri amansızcasına əsasınadək dağıdıldı. İki müttəfiq - Nabupalasar və Kiaksar
Aşşurun xarabalıqlarında görüşdülər və "Kedd xronikası‖nda deyildiyi kimi, öz
aralarında "dostluq və ittifaq bağladılar".
Tezliklə müttəfiqlər qəti tədbirlərə keçdilər və 612-ci ildə Nenəvanı ələ
keçirərək onu "təpələrə və xarabalıqlara çevirdilər". Peyğəmbər Naum şəhərin qəti
hücuma məruz qalmasının, ələ keçirilməsinin, talan olunmasının və dəhşətli taleyinin
sarsıdıcı mənzərəsini vermişdir. "Ulu şəhər", "üçgünlük piyada gedişlə qət olunan
şəhər"...süquta uğradı. "Şirlər yatağı" olan "azğın" Nenəvanın məhv olması
münasibətilə xalqların sevinci həqiqətən sonsuz idi.
610-cu ildə müttəfiqlər Xarranı ələ keçirdilər, 605-ci ildə isə xaldeylər Misir-
Aşşur qoşunlarının son istinad məntəqəsi olan Karxemışa sahib oldular. Uzun zaman
ərzində Qədim Şərqin xalqlarını qarət və məhv etmiş hərbi-quldarlıq dövləti dağıdıldı.
Aşşur üzərində qazanılmış qələbənin nəticəsində Mada Ön Asiyanın böyük dövlətinə
çevrildi.
E.ə. VIII əsrin sonunda - VI əsrin başlanğıcında madalılar Mannanı, Urartunu
və Skif çarlığını özlərinə tabe etdilər. Lakin həmin siyasi qurumlar müəyyən zaman
ərzində özünü idarə edir, madalıların "kiçik" müttəfiqləri vəziyyətində çıxış edirdilər.
Onlar 90-cı illərin sonlarınadək bu rolu oynamaqda davam etdilər. Manna sonuncu
dəfə 593-cü ildə peyğəmbər Yeremiya tərəfindən xatırlanmışdır.
Lidiya ilə müharibə ərəfəsində (e.ə. 590-cı ildə) adları çəkilmiş üç siyasi
qurumun özünüidarəsinə son qoyuldu və Mada Cənubi Azərbaycanın, Urartunun və
Skif çarlığının torpaqlarının tam hakimiyyətə malik olan sahibinə çevrildi.
Mannanın işğalı Mada dövlətinin bütün iqtisadiyyatının yüksəlişində mühüm
əhəmiyyətə malik idi. İnkişaf etmiş kənd təsərrüfatına, sənətkarlığa və şəhər həyatına
malik olan Mannanın ələ keçirilməsi madalılar üçün nisbətən qabaqcıl quldarlıq
münasibətlərinə uyğunlaşmaq və bağlanmaq prosesində mühüm əhəmiyyət kəsb
edirdi. Hətta tabe olunmuş, fəth edilmiş Manna Mada imperiyasının mədəni-iqtisadi
mərkəzi olaraq qalırdı.
Mada işğalı Mannanın özü üçün yalnız bir neçə əsr ərzində yerli dövlətçiliyin
mövcudluğuna son qoyulması ilə deyil, həm də ölkənin etnik görkəminin dəyişməsi
ilə həlledici rola malik idi. Bu zamandan başlayaraq intensiv etnik proseslərin
nəticəsində yerli tayfalar tədricən Mada dilinin ləhcələrini qəbul edərək madalaşmağa,