255
atropatenalılar nəzərdə tutulur - məsul red.) padşahı Artabazın (Artabazdın - məsul
red.) oğlu çar Ariobarzanın ixtiyarına verdim..." [XXVII, 2].
Qay Sezar tərəfindən istila edilmiş ölkə e.ə. I əsrdə Atropatena padşahına
verildi. Beləliklə, erməni əyanlarının əvvəlcə məmnuniyyətlə qəbul etdikləri
Atropatena padşahı Ariobarzan Ermənistanın da çarı oldu. Atropatilərin uzun illərdən
bəri bəslədikləri ümid və arzular, nəhayət, həqiqətə çevrildi - hər iki padşahlıq bir tac
altında birləşdirildi.
Lakin Ariobarzanın Ermənistanda hökmranlığı sakit keçmədi. Görünür,
parfiyalılar tərəfindən qızışdırılan ermənilər yadelli hökmdarın zülmünə dözmək
istəmirdilər. Eramızın 2-ci ilində ermənilər Romaya və Ariobarzana qarşı üsyan
qaldırdılar, buna görə də Qay Ermənistana ikinci dəfə soxuldu. Ermənilər, güman
edildiyinə görə, Araz çayının vadisində yerləşən Artakir qalası yaxınlığında xüsusilə
inadlı müqavimət göstərdilər. Parfiya sərkərdəsi Ad[d]o məhz burada Qayı ölümcül
yaraladı və bir neçə ay sonra Qay aldığı yaradan öldü. Bununla belə, ermənilər
darmadağın edildilər. Görünür, bu müharibənin gedişində Atropatena hökmdarı
ermənilərdən iki ölkə arasında nifaq düşməsinə səbəb olmuş I Albaka (Strabonda
səhvdir: Simbaka. Plinidə:
'Alavaka) rayonunu geri almışdı.
Beləliklə, birləşmiş Roma-Atropatena qüvvələri üsyançıları ram edərək həmin
il (eramızın 2-ci ilində) Ermənistana yiyələndilər. Ariobarzan yenidən Ermənistan çarı
elan olundu. Lakin onun hökmranlığı çox çəkmədi. Dion Kassinin yazdığına görə,
Artakir alındıqdan bir az sonra Ariobarzan vəfat etdi. Tasit təsdiqləyir ki, "o
(Ariobarzan - məsul red.), bədbəxt hadisə nəticəsində öldükdən sonra ermənilər onun
övladlarının hökmranlıq etməsinə dözmək istəmirdilər...". Lakin "İlahi Avqustun
əməlləri"ndən bizə yaxşı məlumdur ki, Ariobarzanın vəfatından sonra Avqust
Ermənistanı "onun oğlu Artabazda" vermişdi [XXVII, 2]. Dion Kassi həmçinin
məlumat verir ki, Artabazdı Ermənistan taxt-tacına Avqust və Roma senatı
qoymuşdu. O, Ermənistanı bir neçə il idarə etmiş və Avqustun vəfatından bir az qabaq
nə vaxtsa öldürülmüşdü. Onun prinsiplə dostluq münasibətini bir üzündə Avqustun
şəkli, o biri üzündə yunanca "böyük çar Artavazd" sözləri həkk olunmuş gümüş sikkə
sübut edir.
Qayın közlənilməz ölümü, Ariobarzanın qəflətən həyatdan getməsi,
Artabazdın öldürülməsi Avqustun və onun atropatenalı müttəfiqlərinin planlarına ağır
zərbə oldu. Atropatilərin Ermənistan taxt-tacında bərqərar olması üçün yaranmış
əlverişli şərait uğursuzluqla nəticələndi.
Ariobarzanın oğlu Ariovast Atropatenanı idarə edən son Atropati oldu.
Eramızın 20-ci ilinə yaxın Atropatenada Atropatilar sülaləsınə son qoyuldu.
Hakimiyyət parfiyalı Arşakilərin kiçik qolunun ixtiyarına keçdi.
Beləliklə, Atropatena tarixində Romaya meyil dövrü başa çatdı, atropatenalılar
yenidən "Parfiyanın ağuşuna" qayıtdılar.
256
Atropatilər ölkəni təqribən üç əsr yarım idarə etdilər. Atropatilər haqqında ən
son məlumatı bizə ikidilli latın-yunan yazısı verir. Bu yazıda Atropatena padşah
sülaləsinin son törəməsinin - Roma tribalarından birində yazılmış Qay Yuli Artabazın
(məşhur Artabazdın nəvə və ya nəticəsinin) adı çəkilir.
257
XIII F Ə S İ L
ATROPATENANIN MADDĠ
MƏDƏNĠYYƏTĠ VƏ DĠNĠ
Atropatenanın maddi mədəniyyəti. Atropatenanın maddi mədəniyyət
abidələri indiyədək çox az, kifayət olmayan dərəcədə öyrənilmişdir. Bu, birincisi,
yazılı mənbələrin azsaylı və natamam, yarımçıq, qırıq olması və ikincisi, bu bölgənin
arxeoloji cəhətdən tədqiqinin azhəcmli olması ilə izah edilir. Lakin buna baxmayaraq,
artıq indi Atropatenanın yaşayış məskənlərini və onların tiplərini, memarlıq
prinsiplərini, tikinti texnikasının üsullarını, dəfn adətlərinin tipləri, bu dövlətin pul
dövriyyəsinin səviyyəsini və maddi mədəniyyətin bəzi başqa cəhətlərini bu və ya
digər dərəcədə səciyyələndirmək olar.
YaĢayıĢ yerləri. Antik müəlliflər (Strabon, Plutarx, Ptolemey, Dion Kassi)
Atropatenada kifayət dərəcədə inkişaf etmiş şəhər həyatının olduğunu təsdiq edirlər.
Fraaspa (Fraata, Faraspa), Qazaka (Qanzaka), Fanaspa, Aqanzana və b. Hellinist-
Parfiya dövrünün mühüm şəhərləri sırasında xatırlanılır. Lakin tədqiqatçı üçün çətin
olan cəhət ondan ibarətdir ki, həmin şəhərlərdən heç birinin yeri indiyədək qəti
şəkildə müəyyənləşdirilməmişdir. Fraaspanı uzun müddət ərzində Urmiya gölündən
təxminən 160 kilometr cənub-şərqdə yerləşmiş müasir Təxti Süleyman şəhər yeri ilə
eyniləşdirirdilər.
Lakin
son
vaxtlarda
Almaniya
arxeoloji
İnstitutunun
ekspedisiyasının qədim şəhərin yerində apardığı qazıntılar zamanı hələlik burada
Parfiya dövrünün təbəqələri aşkara çıxarılmamışdır. Bu isə bir çox tədqiqatçıları
Fraaspanın müasir Marağa şəhərinin ətraflarında yerləşdiyini bildirən əvvəlki nöqteyi-
nəzəri müdafiə etməyə (və yaxud ən azı nəzərə almağa) vadar etdi.
Qazakanı da ilk növbədə Bizans mənbələrinə arxalanaraq Təxti Süleyman
qədim şəhər yeri ilə eyniləşdirirdilər. Lakin bu lokallaşdırma da xüsusilə son
zamanlar bir sıra tədqiqatçıların kəskin etirazına səbəb olmuşdur. Onlar digər nöqteyi-
nəzəri, yəni vaxtilə Qazakanın Miyandob şəhərindən şərqdə olan Leylan kəndi
ərazisində yerləşdiyini söyləyən baxışı müdafiə etdilər. Hazırda bu eyniləşdirilmə
hamı tərəfindən qəbul edilmişdir.
Atropatenanın digər iki şəhərinin - Aqanzanın və Fraaspanın yerinin
müəyyənləşdirilməsi tədqiqatçılar arasında fikir ayrılıqları doğurmur. Qeyd etmək
lazımdır ki, indiki Zəncan şəhəri ilə eyniləşdirilən Aqanzana ciddi arxeoloji
araşdırmalara məruz qalmamışdır. Fanaspaya gəldikdə isə belə bir fərziyyə irəli
sürülmüşdür ki, Ptolemeydə [VI, 2] qeydə alınmış bu şəhər müasir Marağa və Miyanə
şəhərləri arasındakı ərazidə, Miyanəyə daha yaxın olan bir mövqedəki Qaleye-
Zöhhak adlı qədim şəhər yeri ilə eynidir. Qədim şəhər yerində dəfələrlə səyyahlar və
arxeoloqlar olmuşlar. Onların arasında Almaniya Arxeoloji İnstitutunun bir neçə il