- 143 -
Şəkil. KT görüntüləməsində qaraciyər seqmentlərinin müəyyən edilməsi.
Qaraciyərin zədələnmə dərəcəsi aşağıdakı amillər əsasında müəyyən edilir:
1). zədələnmənin xüsusiyyəti (hemotoma, parenximanın cırılması);
2). Zədənin dərinliyi və əhatəliliyi (qaraciyərin zədələnmiş olduğu seqmentlərin sayı).
Qaraciyərin zədələnmələri bir neçə dərəcəyə bölünürlər:
I dərəcə - Qlisson kapsulasının cırılması (qanaxma cüzidir, səthi tikişlərlə kifayətlənmək olar);
II dərəcə - qaraciyər parenximasının cırılması qeyd edilir (qanaxma nəzərəçarpacaq dərəcədə
güclüdür və xüsusi tikişlər qoyulmalıdır);
III dərəcə - qaraciyər parenximası ilə birlikdə magistral damarlar da zədələnir (mühüm qanaxma
qeyd edilir);
IV dərəcə - qaraciyər parenximası ilə birlikdə magistral damarlar və xüsusən aşağı boş vena
zədələnir.
Çeçen müharibəsi ərəfəsində rus intensivistləri qaraciyərin yaralanmalarında zədənin ağırlıq
dərəcəsini
“BПХ
ПП“cədvəli
üzrə
təyin
edirdilər.
Bu
cədvəl
üzrə
də
qaraciyərin zədələnmələrinin dörd ağırlıq dərəcəsi mövcuddur: I – səthi yaralar (yaranın dərinliyi
2,0 sm təşkil edir); II – yara və ya cırılmanın dərinliyi 2,0 sm-dən 5,0 sm-dəkdir; III – yara (cırılma)
qaraciyərin toxumasını tam əhatə edir; IV – qaraciyərin əzilməsi arteriya, vena, öd axarı, qapı
venasının qopması, aşağı boş venanın yuksthepatik hissəsinin zədələnməsi ilə fəsadlaşır
( O. H.
Эргашев; А. В. Гончаров; А. С. Прядко; Ю. М. Виноградов ).
QARACİYƏRİN ZƏDƏLƏNMƏLƏRİNİN KT
GÖRÜNTÜLƏMƏSİNƏ GÖRƏ TƏSNİFATI.
şəkil-1 şəkil-4 şəkil-7
şəkil-2 şəkil-5 şəkil-8