TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   66   67   68   69   70   71   72   73   ...   86

- 142 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
SƏFƏR QƏDIMOV 
Naxçıvan MR Qarnizon Hospitalı 
UOT:  616/618 
 
QARACİYƏRİN  OS ZƏDƏLƏNMƏLƏRİNDƏ TƏTBİQ OLUNAN CƏRRAHİ 
TAKTİKANIN  MÜASİR ASPEKTLƏRİ 
 
 
Daxili  üzvlərdən  qaraciyər  ən  çox  zədəyə  məruz  qalan  hesab  edilir.  Əksər  hallarda 
qaraciyərin  zədələnmələri  yüngül  olur  və  konservativ  müalicə  ilə  sağalır.  Konservativ  müalicə 
xəstənin  müşahidəsi  və  bir  sıra  hallarda  arterioqrafiya  və  embolizasiyanın  aparılmasından  ibarət 
olur.  Yalnız  14%  halda  cərrahiyyə  müdaxiləsinə  zərurət  yaranır.  Müasir  dövrdə  qaraciyərin  təcrid 
olunmuş  zədələnmələrinə  təsadüf  hallarda  rast  gəlinir,  lakin  bu  yaralanmalarda  letallığın  yüksək 
olması  (21,6%-77,7%)  tətbiq  olunan  cərrahi  taktikanın  təkmilləşməsinin  zərurililiyini  göstərir. 
Əksər  hallarda  qaraciyərin  müştərək  yaralanmalarına  təsadüf  olunur  və  bu  yaralanmalar  ağır  şok, 
qanitirmə  və  irinli-septiki  fəsadlaşmalarla  ağırlaşır.  Qaraciyərin  təcrid  olunmuş  yaralanmalarına 
44,5%  halda  rast  gəlindiyi  halda,  müştərək  yaralanmalarına  55,5%  halda  təsadüf  olunur  (И.  В. 
Мухин,  А.М.  Дудин,  Н.  Ю.Черняк,  А.  Д.  Шаталов,  Н.  П.  Лиховид,  Г.  А.  Гринцовид.  Р.  Е. 
Песчанский,  Р.  Г.  Яценко,  А.  В.  Кузьменкo).  88,7%  halda  qaraciyərin  sağ  payının,  11,3%  halda 
isə  sol  payının  zədələnməsinə  təsadüf  olunur  (А.С.  Ибадильдин,  В.И.  Кравцов).  Bu  qrupa  aid  olan 
yaralanmalar  öz  sosial-tibbi  həllini  bütün  dünyada  hələ  də  tam  şəkildə  tapmayıb.  Ümumdünya  Sə-
hiyyə  Təşkilatının  məlumatına  görə,  il  ərzində  dünya  üzrə  500.000  insan  qarın  boşluğu  üzvlərinin 
zədələnmələrindən  vəfat  edir.  Qaraciyərin  qapalı  zədələnmələri  xüsusilə  təhlükəlidir.  Qaraciyərin 
qapalı  zədələnmələrində  letallıq  30-50%  olduğu  halda,  bıçaq  yaralanmalarında  12%,  odlu  silah 
yaralanmalarında  isə  25%  təşkil  edir 
(
А.С.Ибадильдин,  Г.И.Шарунов,  Г.К.Мухамеджанов). 
Qaraciyər  yaralanmaları  və  xüsusən  qapalı  zədələnmələrinin  diaqnostikası  kompleks  şəkildə 
aparılmalı,  etioloji,  morfoloji  faktorlar  nəzərə  alınmalı,  qaraciyərin  funksiya  pozulmasının  dərəcəsi 
və  xüsusiyyəti  diqqətdən  qaçırılmamalıdır.  Qaraciyər  yaralanmalarında  zədənin  ağırlığının  təyin 
edilməsi  üçün  qaraciyərin  anatomik  quruluşunun  özəlliklərini  bilmək  lazımdır.  Qaraciyər  iki  paya 
(sağ  və  sol)  və  daha  sonra  damar  və  öd  axarlarının  gedişatına  uyğun  olaraq  8  seqmentə  bölünür. 
Həmin  seqmentlərə  çıxışın  əldə  edilməsi  müxtəlif  bağların  (liq.  coronarium  hepatis  dextrum  et 
sinistrum,  liq.  trianqulare  dextrum  et  sinistrum)  kəsilməsi  ilə  qaraciyərin  tam  mobilizasiyası 
sayəsində  mümkündür.  Qaraciyərin  qan  təchizatı  iki  mənbədən  –  portal  və  qaraciyər  arteriyaları 
vasitəsilə  təmin  edilir.  Portal  vena  dalaq  venası  (v.  lienalis)  ilə  yuxarı  müsariqə  venasının  (v. 
mesenteric  superior)  birləşməsi  ilə  əmələ  gəlir  və  qaraciyərin  80%-ni  qanla  təchiz  edir.  Qaraciyərin 
yerdə  qalan  hissəsinin  qanla  təchizatı  isə  qaraciyər  arteriyası  ilə  təmin  edilir. 
 
 
QARACİYƏRİN  KT GÖRÜNTÜLƏMƏSİNİN OXUNMASINI ASANLAŞDIRAN SXEM
 
 
Şəkil. Qaraciyərin  seqmentar anatomiyası


- 143 - 
 
 Şəkil. KT görüntüləməsində qaraciyər  seqmentlərinin müəyyən edilməsi
Qaraciyərin  zədələnmə  dərəcəsi  aşağıdakı  amillər  əsasında  müəyyən  edilir: 
1). zədələnmənin  xüsusiyyəti  (hemotoma,  parenximanın  cırılması); 
2). Zədənin  dərinliyi  və əhatəliliyi  (qaraciyərin  zədələnmiş  olduğu  seqmentlərin  sayı). 
Qaraciyərin  zədələnmələri  bir  neçə dərəcəyə  bölünürlər: 
I dərəcə - Qlisson  kapsulasının  cırılması  (qanaxma  cüzidir,  səthi  tikişlərlə  kifayətlənmək  olar); 
II dərəcə - qaraciyər  parenximasının  cırılması  qeyd edilir  (qanaxma  nəzərəçarpacaq  dərəcədə 
güclüdür  və xüsusi  tikişlər  qoyulmalıdır); 
III dərəcə - qaraciyər  parenximası  ilə  birlikdə  magistral  damarlar  da zədələnir  (mühüm  qanaxma 
qeyd edilir); 
IV dərəcə - qaraciyər  parenximası  ilə  birlikdə  magistral  damarlar  və xüsusən  aşağı  boş vena 
zədələnir. 
     
Çeçen  müharibəsi  ərəfəsində  rus  intensivistləri  qaraciyərin  yaralanmalarında  zədənin  ağırlıq 
dərəcəsini 
“BПХ 
ПП“cədvəli 
üzrə 
təyin 
edirdilər. 
Bu 
cədvəl 
üzrə 
də                                                                                                                                                                                                                                                                                                                
qaraciyərin  zədələnmələrinin  dörd  ağırlıq  dərəcəsi  mövcuddur:  I  –  səthi  yaralar  (yaranın  dərinliyi 
2,0  sm  təşkil  edir);  II  –  yara  və  ya  cırılmanın  dərinliyi  2,0  sm-dən  5,0  sm-dəkdir;  III  –  yara  (cırılma) 
qaraciyərin  toxumasını  tam  əhatə  edir;  IV  –  qaraciyərin  əzilməsi  arteriya,  vena,  öd  axarı,  qapı 
venasının  qopması,  aşağı  boş  venanın  yuksthepatik  hissəsinin  zədələnməsi  ilə  fəsadlaşır  (  O.  H. 
Эргашев; А. В. Гончаров; А. С. Прядко; Ю. М. Виноградов ). 
 
QARACİYƏRİN  ZƏDƏLƏNMƏLƏRİNİN KT 
GÖRÜNTÜLƏMƏSİNƏ GÖRƏ TƏSNİFATI
 
 
 
 
                         şəkil-1                               şəkil-4                                            şəkil-7  
 
 
 
 
        şəkil-2                                    şəkil-5                                                     şəkil-8 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə