- 144 -
Şəkil-3 . şəkil-6 şəkil-9
Şəkil-1. Qaraciyərin travması, dərəcə V. Kontrastla aparılmış KT görüntüləməsində böyük
intraparenximal hematoma və bütöv sağ qaraciyər payını və sol payın medial seqmentini də əhatə
edən parenximanın cırılmaları qeyd edilir.
Şəkil-2. Qaraciyərin kompleks cırılması; dərəcə V. Kontrastla aparılmış KT görüntüləməsində
qaraciyərin sol payında çoxsaylı parenximatoz cırılmalar nəzərə çarpır. Diqqət yetirin ki,
parenximanın cırılması qaraciyər qapısınadək uzanmışdır. Bu cür travmalarda öd axarlarının
zədələnmələrinə tez-tez rast gəlinir.
Şəki-3. Qaraciyərin travması, dərəcə IV. Kontrastla aparılmış KT görüntüləməsində sağ qaraciyər
payında çoxsaylı cırılmalar və onların nəticəsində sağ payın parenximasının 50%-nin zədələnməsi
müəyyən edilir.
Şəkil-4. Qaraciyərin travması, dərəcə IV. Kontrastla aparılmış KT görüntüləməsində qaraciyərin
sağ payında aktiv qanaxması olan cırılmış intraparenximal hematoma müşahidə edilir. Həmçinin iri
həcmli hemoperitoneum da nəzərə çarpır.
Şəkil-5. Qaraciyərin travması, dərəcə III. Kontrastla aparılmış KT görüntüləməsində sağ
qaraciyər payında kapsula altı hematoma (oxlar) müəyyən edilir. Həmçinin KT-də hematoma
daxilində aktiv qanaxmanın olduğuna işarə edən yüksək sıxlıqlı sahə müəyyən edilir (ox ucu, ağ
rəngdə).
Şəkil-6. Qaraciyərin travması, dərəcə II. Kontrastla aparılmış KT görüntüləməsində sağ qaraciyər
payının arxa hissəsində (ox) 3 sm-dən böyük olan qaraciyər parenximasının cırılması müəyyən
edilir. Hepatorenal sahədə isə kiçik həcmdə maye toplantısı müəyyən edilir (ox ucları).
Şəkil-7.
Qaraciyərin
travması,
dərəcə
I.
Kontrastla
aparılmış
KT
görün-
tüləməsində sağ payın arxa hissəsində kapsulanın tamlığının pozulması (cırılması) müəyyən edilir
(ox). Kiçik həcmli perihepatik qanaxma da müşahidə edilir (ox ucları).
Şəkil-8. Qaraciyərin travması, dərəcə III. Kontrastla aparılmış KT görüntüləməsində portal vena
və onun şaxələri ətrafında aşağı sıxlıqlı sahələr müəyyən edilir. Qaraciyərin cırılması isə qaraciyər
qapısınadək uzanmışdır (ox). KT-də həm də aşağı boş venanın əhəmiyyətli dərəcədə dilyatasiyası
(aorta ilə müqayisədə) müəyyən edilir. Bu isə çox vaxt aqressiv maye infuziyası ilə əlaqədar olur.
Şəkil-9. Qaraciyərin travması, dərəcə V. Kontrastla aparılmış KT görüntüləməsində sağ və sol
qaraciyər paylarında çoxsaylı kapsula altı hematomalar (oxlar) və həmçinin intraparenximal
hematomalar (ox ucları) müşahidə edilir.
Travma cərrahiyyəsi üzrə Amerika assosiasiyası tərəfindən tərtib edilmiş təsnifata görə,
qaraciyərin travmaları zədələnmənin həcminə və yaralının vəziyyətinin ağırlığına görə 6 dərəcəyə
bölünür. Bu təsnifatı da qeyd etməyə bilmərik.
- 145 -
Qarın
boşluğu
üzvlərinin
zədələnmələri
sırasında
qaraciyərin
zədələnmələri
həm
mahiyyətinə, həm də kəmiyyətinə görə (26%-38%) mühüm yer tutur. Əməliyyatdan sonrakı dövrdə
əksər hallarda (82,7% halda) fəsadlaşmalar inkişaf edir Qaraciyərin müştərək zədələnmələri 60-
80%, təcrid olunmuş zədələnmələri isə 10-12% halda şokla fəsadlaşır. Qaraciyər və aşağı boş
venasının zədələnməsi ilə müşayiət olunan qaraciyər zədələnmələrində letallıq 50-100% təşkil edir.
Qaraciyər mükəmməl fiksasiya olduğundan az hərəkətlidir. Zərif parenximası nazik stroma ilə
(Qlisson kapsulası) qorunur. Hələ 1913-cü ildə məşhur rus cərrahı N.N.Bolyarskiy çoxillik həkim
təcrübəsinə əsaslanaraq, qaraciyər haqda qeyd edirdi ki, “bu orqan zərbədən heç cür yanıla bilməz”.
Bu qrupdan olan yaralılar, əsasən, ümumi halsızlıq, baş gicəllənmə, ürək bulanma, qusma, sağ
qabırğa altı sahədə olan ağrı, huşun alaqaranlıqlı olmasından şikayətlənirlər.
Klinik gedişinə görə (qanitirmə yaxud peritonit əlamətlərin üstünlük təşkil etməsindən asılı
olaraq), bu yaralanmaların iki forması mövcuddur: 1). hemorragik və 2). peritoneal. Dəqiq
diaqnozun qoyulması üçün klinik əlamətlərdən savayı laborator-instrumental (USM, R-müayinə,
KT-müayinə), diaqnozun qoyulması çətin olduqda isə laparosentezdən istifadə oluna bilər. Təsadüf
hallarda diaqnostik laparotomiya aparılır. Diaqnozun qoyulmasında KT müayinə yüksək dəqiqliyi
ilə fərqlənir, lakin yaralıda hemodinamika qeyri-stabil olduğu halda bu müayinə üsulunun tətbiq
edilməsi mümkün olmur. USM daha sadə müayinə üsuludur və təqribən 80% hallarda düzgün
diaqnozun qoyulmasına imkan verir, lakin boşluqlu üzvlərin zədələnməsində bu müayinə üsulunun
informativliyi məhduddur. Dəqiq diaqnozun qoyulması üçün laparosentez və peritoneal lavajdan
geniş istifadə olunur. Laparosentez apardıqdan sonra qarın boşluğuna 1000 ml izotonik məhlul
yeridilir və perfuzatda leykositlərin, eritrositlərin, amilazanın, billirubinin miqdarı təyin edilir.
Perfuzatın 1 ml-də eritrositlərin miqdarı 100000 dən, leykositlərin miqdarı 8000-dən çox olduqda
laparotomiyanın aparılması məqsədə uyğun hesab edilir. Bu müayinə üsulunun dəqiqliyi 91,6-
99,0%- dır.
Cərrahi taktikanın özəllikləri.
Təcrübəli cərrahlar üçün də qaraciyər zədələnmələrinin operativ müalicəsi mürəkkəb məsələ hesab
edilir və qaraciyərin anatomik quruluşunun özəlliyi (ikili qan təchizatının olması), drenaj yollarına
Dostları ilə paylaş: |