TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   63   64   65   66   67   68   69   70   ...   86

- 136 - 
d)  antigen  spesifik  limfosit  tranfarmasiyon  və  ya  limfosit  köçürmə  üsulu-  antigen  axtarmağa 
yönəlmiş  təcrübələr  zamanı  həm  T.gondii  ekstaktlarında  həm  də  yaxın  vaxtda  infeksiyaya  yoluxmuş 
xəstələrdə    yüksək  reaktivliyə  malik  bir  antigen  tapılıb  və  gələcəkdə  daha  çox  istifadə  olunması 
gözlənilən  bir  ELİSA üsuludur. 
2.  Dolayı  üsullarla  diaqnostikası  –    toksoplazmoza  malik  antigenləri  görmək  üçün  istifadə  olunan 
serolojik  testlərdir.  İnsanlarda  toksoplazma  antigenləri  yüksək  səviyyədə  illərcə  qala  bilər.  Serolojik 
testlərdə  hemolizli,  lipemik  plazmalar  istifadə  olunmamalıdır.  Qan  plazmaları    2-8  derecede  5  gündən 
artıq  saxlanılmamalı,  daha uzun  müddətdə  saxlanılacaqsa  -20 dereceye qaldırılmalıdır. 
Toksoplazmoz  diaqnostikasında  istifadə  olunan  antitellər: 
1.
 
İg  M    antitelləri-  toksopazmoz  infeksiyasında  birinci  əmələ  gələn  olub  ,  bir  çox  xəstədə  bir  neçə 
ay  sonra  neqativləşir.  İmmunokompresiv  şəxslərdə    düzgün  nəticə  verən  test  ilə  kəskin 
infeksiyanı  inkar  edecək  bir  əlamətdir.  Ancaq  təkcə  pozitiv  olması  kəskin  infeksiyanı 
göstərməyə  bilər.  Bəzi  kəskin    xəstəliklərdə  pozitivlik  aylar  bəzən  illərcə  davam  edə  bilər,  ancaq 
bunun  klinik  bir  mənası  yoxdur   və xəstəlik  xroniki  olaraq  qəbul  edilməlidir(4). 
2.
 
İg  G  antitelləri  –bunun  kantitasyonu  Sabin-Feldman  testi  və  toksoplazmoz  üçün  beynalxalq 
standart  plazmanın  inkişaf  etdirilməsindən  sonra  mümkün  olmuşdur.  İg  G    antitelləri  əsasən 
infeksiyanın  2-ci  həftəsində  əmələ  gəlir,  6-8  həftədə  ən  yüksək  səviyyəyə  çatır  və  müxtəlif 
miqdarlarda  aşağı  düşərək  həyat  boyu  pozitiv  olur.  Titri  xəstəliyin  şiddəti  ilə  eyni  deyildir. 
Sabin-Feldman  testi,  ELİSA,  İHA,  İFA  testlərindən  istifadə  edilərək  İg  G  antitelləri  aşkar  oluna 
bilər. 
3.
 
İg  A  antitelləri  –  T.gondii  infeksiyasında  ilk  vaxtlarda  əmələ  gəlir  və  səviyyəsi  3-9  aya  aşağı 
düşür.  ELİSA  və  ya  İSAGA  (  immunosorbent  agglutination  assay)  metodlarından  istifadə 
edilərək    kəskin  infeksiyalarda,  aktiv  xəstəliyin  olan  şəxslərdə  və  transplasentar  yolla  yoluxmuş 
yenidoğanlarda  aşkar  olunur.  Yetkin  şəxslərdə  İg  M-da  olduğu  kimi  aylarca  davam  edə  bilər. 
Bəzi  anadangəlmə  toksoplazmozlarda  İg  M  antitelləri  aşkar  edilməsə  də  İg  A  və  İg  G  ilə 
diaqnoz  qoyula  bilər(5). 
4.
 
İg  E  antitelləri-kəskin  infeksiyalarda  və  transplasentar  yolla  yoluxmuş  yenidoğulanlarda  ELİSA 
üsulu  ilə  aşkarlanır.  İg M və İg A antitellərindən  daha qısa müddətlidir. 
Serolojik  üsullar: 
1.
 
Sabin-Feldman  testi-  Sabin  və  Feldman  tərəfindən  1948  -ci  ildə  bir  boyama  üsulu  olaraq  kəşv 
edilmişdir.  Sabin-Feldman  testi  (SF)  və  Toxoplasma  lizis  testi  indiki  dövrdə  də  qızıl  standart 
olaraq  qəbul  edilir.  Son  dərəcə  dəqiq  və  düzgün  nəticə  verir.  Test  taxizoidlərin    Toxoplasma 
antiteli  ilə  lizisinə  əsaslanır.    Sınaq  şüşələrində  və  ya  əşya    şüşəsində  aparıla  bilər.  Seyrədilmiş 
qan  plazmaları  və  taxizoidlər  37  dərəcədə  inkubasiya  edilir.  Taxizoidlərin  50  %  -nin  canlılığını 
itirdiyi  dilüsyon  axırıncı  dilüsyon  hesab  edilir.  Taxizoidlərin  canlılığı  kontrast  mikroskopda 
araşdırılaraq  və  ya  metilen  mavisi  ilə  boyanaraq  görülə  bilər.  Mikroskopda  qara  görünən  ölü 
taxizoidlər  alkali  metilen  mavisi  ilə  boyanmırlar.  Nəticələr  titr  ilə  qarşılaşdırılaraq    “iu” 
cinsindən  verilə  bilər.    Pozitiv  test  xəstənin  parazit  ilə  qarşılaşdığını  göstərir.  Bu  testlə  tapılan 
antitel  İg  G  infeksiyaya  yoluxmadan  1-2  həftə  somnra  meydana  çıxır  ,  6-8  həftə  sonra  ən  yüksək 
titrə  çatır,  1-2  ilə  isə  titri  nisbətən  düşür  və  aşağı  titrlərdə  ömür  boyu  qalır.  Negativ  SF  testi  isə 
xəstə  əgər  hipoglobulinemik  deyilsə  toksoplazmoza  yoluxmadığını  göstərir.  Sabin-  Feldman 
boya  testi BOS-nda   plazmadan  daha yuxarı  titrdə  olsa  kıskin  infeksiyadan  şübhələnmək  olar. 
2.
 
Ayirdedici    Aqlutinasiya  (AC,HS)  testi  –  birində  kəskin  infeksiyanın  ilk  mərhələsindəki  (AC), 
digəri  isə  sonraki  mərhələlərdəki  (HS)  tərkibində  antigen  determinantları  olan  2  antigen 
preparasyonlarından  istifadə  olunur.  AC  testi  aseton  və  ya  metanol  ilə  aşkarlanmış  taxizoidlərdə 
istifadə  olunarkən,  HS  testi  isə  formalin  ilə  aşkarlanmış  taxizoidlərdə  istifadə  olunur.  Plazmalar 
tərkibində  merkaptoetanol  olan  tamponla  sulandırılır  və  birbaşa  aqlutinasiya  testi  edilir.  Əgər 
test  pozitiv  olsa    ayirdedici  aqlutinasiya  testinə  başlanılır.  Bu  test  digər  testlərlə  birgə  istifadə 
olunduqda  kəskin  xəstəliyi  xronikidən  ayıra bilən  yararlı  bir  üsuldur. 
3.
 
İndirekt  immunofloresan  antitel  testi  (  İFAT)  –  edilməsi  asan,  dəqiq,  ekonomik  bir  testdir.  SF 
testi  ilə  eyni  tip  antitelləri  ölçür  və  titrləri  paralel  göstərir.  Bəzi  plazmalarda  yalançı  pozotiv 
nəticələr  verə bilər.  Aşağı titrli  İg G plazmalarında  isə yalançı  neqativ  nəticələr  verə bilər. 
4.
 
İndirekt  Hemagglutinasyon  Testi  (İHA)-  Sabin-  Feldman  testi  və  İFA  testinə  görə  daha  gec 
müsbət  nəticə  verdiyi  üçün  hamilələrdə  kəskin  infeksiyanın  diaqnostikasında,  mənfi  nəticə 
verdiyi  üçün  isə konjenital  toksoplazmoz  diaqnostikasında  istifadə  olunmur. 


- 137 - 
5.
 
Anti-  Toxoplasma  İg  M  ELİSA  (immun  tutma)-  Nümunədəki  IgM  sinfi  antitel  əsasən,  əvvəlcə 
vala  örtülmüş  olan  antiinsan  IgM  antitelləri    ilə  tutulur.  Plazmada    tərkibində  əsasən  İg  G    olan 
bütün  maddələr  yuyulur.  Yuyulduqdan  sonra  xəstəliyə  məxsus  İg  M  antitellərinin  digər  bütün  İg 
M  antitellərindən  ayırmaq  üçün  fermentlə  konyuqə  olmuş  monoklonal  antitel  ilə  işarətli 
antigenlər  mühitə  əlavə  olunur.  İnkubasiya  dövründən  sonra  bağlanmayan  konyuqatı  mühitdən 
uzaqlaşdıraq  üçün  bunlar  yuyulur  və  xromogen-substrat  mühitə  əlavə  olunur.  Əgər  ferment 
olarsa  rəngsiz  olan  substrat  rəngli  bir  maddəyə  çevrilir  və  nümunədəki  xəstəliyə  məxsus    İg  M  
antitelləri  ilə  mütənasib  olan  optik  dansitesi  ölçülərək  nəticə müəyyən  olunur. 
6.
 
İg  M  İmmunosorbent  Aglutinasyon  Testi    (İg  M  İSAGA)-  xəstəyə  məxsus  İg  M  antitellərinin 
bərk  bir  səthə  yapışdırılmış,  formalinlə  aşkarlanmış  orqanizma  və  ya  antigenlə  örtülmüş  lateks 
parçalarıyla  qarşılaşdırılması  prinsipinə  əsaslanır.  Eyni  üsulla  İg  A  və  İg  E  antitelləridə 
aşkarlana  bilər.  Digər  İg  M  aşkarlayan  testlərə  görə  daha  həssas  nəticə  verir.  Buna  görə 
hamilələrdə  istifadəsi  məsləhət  görülmür(6). 
7.
 
Anti-Toxoplasma  İg  G  ELİSA  –sulandırılmış  plazma  nümunələri    antigenlə  örtülmüş  olan 
quyucucuqlarda  xəstəliyə  məxsus  antitelləri  bağlaması  üçün  inkubasiya  edilir.  Bağlanmayan 
antitellər  və  digər  plazma  elementləri  yuyulduqdan  sonra  T.gondii  məxsus  antitellər    fermentlə 
konyuqə  edilmiş  anti-insan  İg  G  antitellərindən  istifadə  edilərək  tapılır.  İnkubasiya  dövründən 
sonra  bağlanmayan  konyuqat  yuyularaq  uzaqlaşdırılır  və  mühitə  substrat  əlavə  olunur.  Əgər 
antitel  varsa  rəng  reaksiyası  əmələ  gəlir.  Reaksiya  dayandırılaraq  optik  dansiteləri  cihazda 
oxudulur. 
8.
 
Anti-Toxoplasma  İg  G  Avidite-  Toxoplazmaya  məxsus  İg  G  antitellərinin  avidliyinin 
ölçülməsinə  əsaslanır.  Antigen  ilə  qarşılaşmadan  sonra  əmələ  gələn  antigenlərin  ortalama 
avidliyi  əsasən  aşağı  olur.  İmmun  sistemin  inkişafı  vaxtı  həftələr  və  aylar  içində  antitel  avidliyi 
də  inkişaf  edir.  Antitelin  antigenə  bağlanması  hidrogen  rabitəsi  və  ya  elektrostatik  Van  der 
Waals  qüvvələri  ilə  olur.  ELİSA  vaxtı  antigenə  bağlanan  aşağı  avidliyə  malik  İg  G  sidik 
cövhərinin  təsiri  ilə  antigendən  asanlıqla  ayrılır,  yüksək  avidliyə  malik  olanlar  isə  ayrılmır.  Bu 
səbəblə  avidliyi    iki  qrup  halında  Toxoplasma  İg  G  ELİSA  ilə  müəyyən  edilir.  Bunlar  arasındakı 
fərq  ilk  inkubasiya  dövründən  sonra  bir  qrupun  sidik  cövhərli  tampon  ilə  digər  qrupun  isə  sidik 
cövhərsiz  tamponla  yuyulmasıdır.  Bu  iki  qrupun  optik  dansitliyi  müqayisə  edilərək  avidlik 
indeksi  (Aİ) tapılır.  Bu avidlik  indeksi  sidik  cövhərinə  davamlı  və İg G-nin  cəmini  göstərir(7). 
Müxtəlif  klinik  vəziyyətlərdə  fərqli  materiallardan  və  testlərdən  istifadə  olunur.  Anada  şübhə 
edilən  bir  infeksiya  varsa  qan  plazmasından  və  aminyon  mayesindən  nümunə  götürülüb  S-F  testi,  İg 
M  və  A  İSAGA  ilə  İg  G  və  İg  M  antitelləri  axtarılmalıdır.  Orqan  transplantasiyası  əvvəlində  isə  İg 
G,  İg M ELİSA və S-F testi  ilə  antitellər  axtarılmalıdır(8). 
Serolojik  testlərin  nəticələrinin  qiymətləndirilməsi: 
Müxtəlif  serolojik  testlər  xəstəlikdən  sonra  müxtəlif  səviyyələrdə  artıb  azalan  antitell’ri  ölçür. 
Xəstələrdə  immun  sistemin  vəziyyətini  bilmək  məqsədilə  birinci  növbədə  İg  G  baxılmalıdır.  İg  G 
müsbət  olan  şəxs  keçmişdə  bu  xəstəliyi  keçirmişdir.  Üç  həftə  ara  ilə  edilən  analizin  nəticəsində  İg  G  
titri  artmayırsa  bu  xəstəliyin  2  ay  əvvəl  keçirildiyini  göstərir.  Əgər  titr  artarsa  vəya  İg  M  müsbət 
olarsa  infeksiyanın  yeni  olduğunu  göstərir,  İg  G  titri  artar  İg  M  mənfi  olarsa  isə  xəstəliyin  yenidən 
aktivləşdiyini  göstərir.  Kəskin  toksoplazmozu  olan  bir  şəxsdə  həm  İg  G  həm  İg  M  müsbət  olduğu 
halda,  yenidən  aktivləşən  infeksiyada  isə  İg  M  mənfi,  İg  G  titrində  isə  artış  olmaya  bilər.  Bu  səbəblə 
diaqnozu  qoymaqda  çətinləşir.  Toksoplazmoz  diaqnostikasında  əsasən  gec  vaxtlarda  serolojik  testlər 
aparıldığı  üçün  antitellərin  titri  yüksək  səviyyədə  olur  və  uzun  müddət  yüksək  səviyyədə  qaldığı 
üçün  müxtəlif  fasilələrlə  alınan  qan  plazmasında  işləmənin  heç  bir  əhəmiyyəti  yoxdur.  Xəstə  şəxsin 
yenimi  yoxsa  əvvəldən  mi  infeksiyaya  yoluxduğunu  müəyyən  etmək  üçün  bir  neçə  testi  serolojik 
testdən  birgə  istifadə  edilməlidir.  Müsbət  İg  M  nəticəsinin  səhv  oxunma  ehtimalı  olduğu  üçün 
doğrulayıcı  testlərdən  də  istifadə  edilməlidir.  İg  M  testlərində  revmatoid  faktor  və  anadakı 
immunoqlobulinlərə  qarşı  fetal  İg  M  antitelləri  səbəbi  ilə  həm  yalançı  müsbət  həm  də  yalançı  mənfi 
nəticələr  alına  bilər.  İg  M  tutma  testi  bu  xəstəliyə  məxsus  olmayan  reaksiyaların  qarşısını  alır.  Bəzi 
xəstələrdə  İg  M  antiteli  1  ildən  artıq  müddətdə  müsbət  olaraq  qala  bilir.  Amerikada  FDA  təsdiqli 
dərmanlarla  aparılan  analizlərdə  İg  M  müsbət  olan  plazmaların    referans  laborotoriyalarda  yenidən 
yoxlanılması  vaxtı  xəstələrin  60  %  kəskin  infeksiya  olmadığı  aşkarlanmışdır.    Amerikada  FDA 
təsdiqli  dərmanlarla  aparılan  testlərdə  əksəriyyətinin  müsbət  nəticə  verdiyinə  görə  FDA  bu  testlərin 
dəqiqliyinin  və  həssaslığının  təkrar  yoxlanılması  üçün  Amerikadakı  referans  laborotoriyalara  dəstək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə