TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.

səhifə74/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   70   71   72   73   74   75   76   77   ...   86

- 150 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
ÇİNARƏ MƏMMƏDOVA  
UOT:  615.03 
 
HİPERTONİYADA  İSTİFADƏ  OLUNAN DƏRMAN (ANTİHİPERTENZİV)   
MADDƏLƏRİNİN FARMAKOLOGİYASI 
 
 
Аçar  sözlər: Arterial təzyiq, hipertoniya, antihipertenziv dərman maddələri 
 
Key words:   Arterial pressur, hypertension, antihypertensive drugs 
 
Ключевые слова: Артериальное давление, гипертония, антигипертензивные 
средство. 
 
       Bu  qrupdan  olan  dərman  maddələrindən  hipertoniya  xəstəliyinin  müalicə  və  profilaktikasında 
istifadə  olunur.  Hipertenziya  diastolik  və  sistolik  təzyiqin  patoloji  yüksəlməsi  ilə  müşahidə  olunan 
xəstəlikdir.  Arterial  qan  təzyiqi  orqanizmin  fərdi  fizioloji  xüsusiyyətlərindən  asılıdır.  Onun  normal 
hüdudları  cavan  kişilərdə  115-125/65-80  mm  civə  sütunu,  cavan  qadınlarda  isə    110-120/60-75mm 
civə  sütunu  olur.  Müxtəlif  ölkələrdə  insanların  15-30%-i    bu  xəstəlikdən  əziyyət  çəkir.  40  yaşdan  az 
xəstələrdə  bu  xəstəliyə  az  hallarda  təsadüf  edilir.  Yaşı  65-dən  keçmiş  insanların  50%-də  bu 
xəstəliyə  daha  çox  təsadüf  edilir.  Xəstəliyi  birincili  (essensial)    və  ikincili  olmaqla    iki  qrupa 
bölürlər.  Essensial  hipertoniya  zamanı  qan  təzyiqinin  yüksəlməsi  bu  xəstəliyin  əsas  və  əksər 
hallarda  yeganə  klinik  simptomudur.  Hipertoniyanin  bu  forması  ümumi  xəstəliklərin    95%-ni  təşkil 
edir.  İkincili  hipertoniya    digər  xəstəlik  və  patoloji  proseslər  –  böyrək  xəstəlikləri,  hipofiz  və 
böyrəküstü  vəzin  şişləri,  damarların  spazmı  və  s.  nəticəsində  əmələ  gəlir  və  ümumi  xəstələrin  5%-ni 
təşkil  edir.  Bu    zaman  qan  təzyiqin  yüksəlməsi  ilə  yanaşı  digər  klinik  simptomlarda  baş  verir. 
Nəzərə  almaq  lazımdır  ki  daxilə  təyin  olunan  kontraseptik  maddələr,  siklosporin,  eritropoetin  və 
orqanizmə  həddindən  artıq  mayenin  daxil  edilməsi  kombinasiyalı  müalicə  tədbirləri  də  keçici 
xarakter  daşıyan  ikincili  hipertenziya  törədir. 
      Arterial  qan  təzyiqi  bilavasitə  ürək  fəaliyyəti,  periferik  qan  damarlarının  tonus  və  elastikliyi, 
qanın  ümumi  miqdarı,  onun  elektrolit  tərkibi  və  suvaşqanlığı  kimi  amillərin  qarşılıqlı  əlaqə  və 
vəhdətindən  asılıdır. 
      Hipertoniya  xəstəliyinin  etiopatogenezi  haqqında  müxtəlif  nəzəriyyə  və  elmi  fikirlər  söylənilsə 
də,  xəstəliyin  baş  verməsində,  neyrohumoral  sistemdə  gedən  dəyişikliklərin  nəticəsi  kimi  damar 
tonusunun  tənzimi  mexanizmlərinin  pozulması  və  buna  səbəb  olan  faktorlar  (irsiyyət,  stress  və  s.) 
həlledici  rol  oynayırlar.  Buna  görə  də,  hipertoniya  xəstəliyi  zamanı  əsas  klinik  əlamət  kimi 
meydana  çıxan  qan  təzyiqinin  patoloji  yüksəlməsi  halının  farmakoloji  korreksiyasını,  məhz  bu 
fizioloji  sistem  və proseslərin  tənzim  mexanizmlərinə  təsir  göstərməklə  törətmək  mümkündür. 
    Bu  məqsədlə  hazırda  istifadə  olunan  müxtəlif  kimyəvi  qruplardan  olan  klassik  və  müasir  dərman 
maddələrinin  təsnifatı  aşağıdakı  kimidir: 
 I. Neyrotrop  maddələr   
a) Vazomotor  mərkəzləri  süstləşdirən  preparatlar   
     Klonidin  (Klofelin  ), Metidofa (Dopegit), Rilmenidin  , Moksonidin   
b) Vegetativ  ( simpatik)  qanqlionları  blokada edən  maddələr   
     Benzoheksonium,  Pentamin,  Hiqronium   
c) Simpatolitiklər:  Oktadin,  Rezerpin   
II. Miotrop  maddələr   
a) Əsasən  arterial  damarları  genişləndirən  maddələr   
    Hidrolizin  (Apressin) 
b) Venoz  və  arterial  damarları  genişləndirən  maddələr   
     Natrium  nitroprussid   


- 151 - 
c) Kalium  kanalı  aktivatorları   
    Minoksidil,  Diazoksid  
d) Kalsium  kanalı  blakodorları   
    Nifedipin,  Amilodipin,  Isradipin   
e) Müxtəlif  preparatlar   
    Dibazol  , Magnezium  sulfat 
III. Renintreangiotenzin   sisteminə  təsir  göstərən  maddələr   
a) Angitenzin  II-in  sintezini  blokada  edən maddələr   
   Kaptopril,  Enalapril,  Lizinopril 
b) Angiotenzin  reseptorlarını  blokada edən  maddələr   
    Saralazin,  Lozartan   
IV. Su -duz mübadiləsinə  təsir  göstərən  maddələr   
      Hidroxlortiazid,  Furosemid,  Spironolakton   
 
Neyrotrop  təsirli hipotenziv  maddələr 
 
      Hipertoniya  xəstəliyinin  müalicəsində  bu  dərman  maddələrindən  geniş  istifadə  olunur.  Bu 
preparatlar  damar  tomusunun  müxtəlif    həlqələrinə    təsir  göstərməklə,  son    nəticədə  damarları 
genişləndirir  və  arterial  qan  təzyiqini  aşağı  salır.  Klonidin  bu  sıranın    tipik  və  klassik  nümayəndəsi 
hesab olunur.  Farmakoloji  təsir  xüsusiyyətinə  görə  adrenoreaktiv  sistemin  aqonisti  hesab olunur. 
      Aparılan  elmi  nəticələr  sübut  edir  ki,  klonidin  α-adrenoreseptorların    aqonosti  olmaqla, 
xüsusuən,  α
2
  yarımtipindən    olan  reseptor  törəmələrə  güclü  stimuləedici  təsir  göstərir.  Preparatın 
sürətlə  vena  daxilinə  yeridilməsi    qısa  müddətlə  pressor  effekt-hipertenziya  törədir.  Pressor  effektə 
səbəb  klonidinin  təyini  zamanı  periferik  α
1
  postsinaptik  adrenorseptorların  qısa  müddətli 
oyanmasıdır. 
    
 
 
     Klonidinin  təsiri  daxilə  qəbuldan(gündə  3  dəfə  75  mikroqram  dozada;  istifadə  dozası  artırılıb 
gündə  1,5  mq-a  çatdrılır)  1-2  saat  sonra  başlayır  və  6-8  saat  davam  edir.  Orqanizmdən  əsasən 




Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə