TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.

səhifə76/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   72   73   74   75   76   77   78   79   ...   86

- 154 - 
preparatın  gündəlik  dozası  25-100  mq  arası,  uşaqlar  üçün  isə  hər  kq/çəki  1-2  mq-dır.  Müalicə  kursu 
bir  aya qədər, daha çox davam  edə bilər. 
      Enalapril  tibbdə  maleat  duzu  şəklində  istifadə  olunur.  Orqanizmdə  hidroliz  prosesinə  məruz 
qalaraq  etil  qrupunu  itirir  və  aktiv  forma  enaprilata  çevrilir.  Enaprilat  angeotenzinkonvertəedici 
fermenti  blokada  etməklə,  angeotenzin  I-i  angeotenzin  II-yə  çevrilməsinin  qarşısını  alır  və 
hipotenziv  təsir  effektinin  meydana  səbəb  olur.  Essenasial  hipertenziyanın  zəif,  orta  və  ağır 
dərəcələrində(  gündə  20  mq  dozada;  gündəlik  istifadə  dozası  5-40  arasında  dəyişdirilə  bilər)  təyin 
edilir.  Kaptoprildən  fərqli  olaraq  enaprildən  istifadə  etdikdə  dadbilmə  hissiyatının  pozulması,  dəridə 
dəyişiklik,  proteinuriya  kimi  əlavə  effektlərdə  daha az hallarda  meydana  çıxır.   
      Lizinopril  farmakoloji  xüsusiyyətlərinə  görə  enalaprilə  oxşar  dərman  maddəsidir.  Ondan  fərqli 
olaraq  birbaşa  təsir  göstərən  maddədir.  Hipertenziya  halında  gündə  10  mq  dozada  peroral  yolla 
təyin  edilir.  Müalicənin  gedişində  dozası  20-40  mq-a  qaldırıla  bilər.  Digər  əlavə  effektləri  və 
istifadəsinə  əks göstərişlər  kaptopril  və bu sıranın  digər  nümayəndələrində  olduğu  kimidir.   
      Bu  sıranın  digər  nümayəndələr  fozinopril  ,benazepril,  spirapril  və  trandolapril  və  s.  Daha  sonra 
alınan  preparatlardır.  Orqanizmdə  metobolizmə  uğrayaraq  müvafiq  olaraq  vozoprilat,  benzaprilat, 
spiraprilat  və  trandolaprilat  kimi  aktiv  metobolitlərə  çevrilmək  yolu  ilə  təsir  göstərirlər.  Digər  əlavə 
effektləri  və  istifadəsinə  əks  göstərişlər  enalapril  və  bu  sıranın  digər  nümayəndələrində  olduğu 
kimidir.  Gündə  1 dəfə təyin  olunur  və hipotenziv  təsiri  48 saat davam  edir.   
 
 
 
 
Su-duz  mübadiləsinə  təsir göstərən hipotenziv  maddələr 
 
      Diuretiklərin    antihipertenziv  təsir  potensialı    kalsium  kanalı  antoqanistlərinə  nisbətən  az,  β-
adrenoblakatorlara  isə  təqribən  bərabər  hesab  olunur.  Antihipertenziv  maddə  kimi  essensial 
hipertenziyada,  əsasən,  tiazid  qrupundan  olan  diuretiklərdən  istifadə  olunur.  İlgək  (qıvrım) 
diuretiklər  və  ya  kalium  saxlayan  diuretiklər  bu  məqsədlə  çox  az  hallarda  təyin  edilirlər. 
Furosemindən  bir  qayda  olaraq  tiazid  diuretiklərinə  təsir  göstərmədiyi  və  keratinin  klirensi 
30ml/dəqiqədən  az  olduğu  böyrək    çatışmazlığı  ilə  müşahidə  olunan  hipertenziyalarda  istifadə 
olunur. 
      Diuretiklər  qan  plazmasında  renin  miqdarı  az  olduğu  hipertenziyalar  zamanı  daha  yüksək 
hipertenziv  təsir  göstərirlər;  əksinə,    ümumi  xəstələrin  20%-ni  təşkil  edən  reninli    essensial 
hipertenziyalar    və  renovaskulyar  hipertenziyalar  zamanı  onların  təsiri  zəifdir;  bu  zaman  diuretiklələ 
aparılan  müalicə    reninin  plazmadakı  miqdarını  daha  da  artıra  bilər.  Nəzərə  almaq  lazımdır  ki, 
müalicənin  başlanğıcında    diuretiklərin  törətikləri  hipertenziya  halı  (hipovolomiya  hesabına)  onların 
diuretik  təsir  potensialına  müvafiq  olur.  Yəni  diuretikin  istifadə  dozası  artırılması,  onun 
antihipertenziv  təsirinin  qüvvətlənməsi  ilə  müşahidə  olunur    və  əksinə.  Diuretiklıri  antihipertenziv 
maddə  kimi  istifadə  etdikdə  onların  gündə  1  dəfə  (səhərlər)  per  oral  yolla  təyini  məsləhət  görülür( 
bəzən  günaşırı  da  verilə  bilər).  Cavan  adamlarla  müqayisədə  yaşlılarda  antihipertenziv  təsiri  daha 
güclü  olur.  İstifadə  olunan  preparatın  antihipertenziv  təsiri  haqqında  yalnız  3-4  həftəlik  müalicədən 
sonra  fikir  yürütmək    mümkündür.  Hipertoniya  xəstəliyinin  gedişi,  nəticələri  və  arzuolunmaz 
fəsadlarına  görə  çox  ağır    və  müalicəyə  yatımsız  patologiyalar  sırasına  aid  edildiyinə  görə,  bu 
xəstəlik  zamanı  dözümlü  və  uzunmüddətli  farmakoterapevtik  effekt  yalnız    onun  etiopatogenezi 
əsas götürülməklə  aparılan  kompleks  dərman  müalicəsi  fonunda  mümkündür. 
 
Ağciyər arteriyasının  hipertenziyasında  istifadə olunan   maddələr 
 
      Qanı  ürəyin  sağ  mədəciyindən  ağ  ciyər  kapiliyarlarına  daşıyan    ağciyər  arteriyalarında  normal 
halda  sistolik  qan  təzyiqi  25,  diatolik  qan  təzyiqi  8mm  civə  sütununa  bərabər  olur.  Burada  damar 
müqaviməti  çox  zəif  qanın  axın  sürəti  isə  yüksək  olur.  Ağciyır  hipertenziyası  çox  nadir  hallarda  baş 
verir.Onun  müalicəsində  hazırda  2  preparatdan  (iloprost,və  bozentan)  istifadə  olunur.  İloprost 


- 155 - 
prostqlandin  olaraq  prostaskilinin  stabil  analoqudur.  Ağciyər  arteriyalarında  və  kapiliyarlarında 
güclü  vazodilatasiya  halı  törədir.  Gündə    6-9  dəfə  2,5-5  mikroqram  dozada  məhlul  halında 
inhalyasiya  şəklində  təyin  edilir.  Baş  ağrısı,  hipotenziya,  dəri  damarlarının  genişlənməsi    və  çənənin 
kilitlənməsi  (trizmuz  halı)  kimi  əlavə  effektlər  törədə  bilər.  Çox      bahalı  preparatdır.  Bozenten 
preperatının  təsir  mexanizmi    güclü  vazokonstriktor  təsirli  lokal  hormon  endotelinə  həssas  olan  ET
A
 
və  ET
B
    reseptorlarını  blokada  etməsilə  əlaqədardır.  Nəticədə  oatokidin  müvafiq  reseptorlara  təsiri 
aradan  qalxdığına  görə  güclü  vazodilatasiya  halı  meydana  çıxır.  Ağciyər  arteriyasının 
hipertenziyasında  gündə  iki  dəfə  62,5-125  mq  dozada  daxilə  təyin  edilir.  Dispeptik  pozğunluqlar, 
hipotenziya,  qızartı  və.s  kimi  əlavə  effektlər  törədə  və  qaraciyər  fəaliyyətini  poza  bilər.  Hazırda  bu 
preparatların  klinik  sınaqları  davam  etdirilir. 
ƏDƏBİYYAT 
1.Hüseynov  D.Y.  Ümumi  və  xüsusi  reseptura  (Farmakologiyanın          əsasları  ilə 
birlikdə),  Bakı,  1997 
2.Qəniyev  M.M. sedativ   dərman  maddələri.  Bakı,  1997 
3.Харкевич  Д.  А.  Фармакология  (Учебник  для  студентов          высших  учебных 
заведений), Москва, Гэотар Медицина, 2006 
4.Машковский  М.Д.  Лекарственные  средства.  Пособие  для  врачей.    Том  I-II., 
М., Новая волна,2000 
5.Lois  S.  Goodman  and  Alfred  Gilman  Edi.,  The  pharmacological  basis  of 
therapeutics,  Fifth  edition,  New York, Macmillan  Publishing,  1990 
6.
Qəniyev  M.
M. Farmakologiya  (dərslik)  VII nəşr   
7.Əsmətov  V.Y.,Qəniyev  M.M.,  Mirzəyev  X.M.,  Kardiotonik  dərman  maddələri. 
Metodik  göstəriş,  Bakı,1997 
ABSTRACT 
Mammadova  Chinara 
Antihypertensive drugs  Used to Treat Hypertension 
      Many  antihypertensive  drugs  have  their  primary  action  on  systemic  vascular  resistance.  Some  of 
these  drugs  produce  vasodilation  by  interfering  with  sympathetic  adrenergic  vascular  tone 
(sympatholytics)  or  by  blocking  the  formation  of  angiotensin  II  or  its  vascular  receptors.  Other  drugs  are 
direct  arterial  dilators,  and  some  are  mixed  arterial  and  venous  dilators.  Although  less  commonly  used 
because  of  a  high  incidence  of  side  effects,  there  are  drugs  that  act  on  regions  in  the  brain  that  control 
sympathetic  autonomic  outflow.  By  reducing  sympathetic  efferent  activity,  centrally  acting  drugs 
decrease arterial  pressure by decreasing  systemic  vascular  resistance and cardiac output.  
РЕЗЮМЕ 
Маммадова  Ч.К. 
Фармакология лекарственныx препаратов применяемые в гипертонии  
      Гипотензивные  средство  снижают  системное  артериальное  давление.  Применяют  их  главным 
образом 
при 
артериальных 
гипертензиях, 
основным 
проявлением 
которых 
является 
патологическое  повышение  артериального  давления. 
      Основная  тенденция  современной  фармакотерапии  гипертонической  болезни  заключается  в 
комбинированном  применении  гипотензивных  средств  с  различным  механизмом  действия. 
Одновременное  воздействие  на  многие  звенья  регуляции  артериального  давления  позволяет 
особенно  эффективно  лечить больных  с артериальной  гипертензией. 
      Действие  гипотензивных  средств  может  быть  направлено  на  разные  звенья  физиологической 
системы  регуляции  артериального  давления.  Они  могут  действовать  как  на  вазомоторные 
центры,  так  и  на  периферические  отделы  симпатической  иннервации,  что  проводит  к 
расширению  кровеносных  сосудов,  а также к уменшению  работы сердца.   
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Tibb üzrə fəlsəfə doktoru, dosent Malikəjdər 
İbrahimov 
 




Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə