2.Dialektoloji faktları qeydə almaq texnikasına əməl etmək.
Hər şeydən əvvəl təcrübəçi sürətli yazmağa çalışmalı və bunu bacarmalıdır .Danışığı yazıb çatdırmalıdır.Bunun üçün isə hərə özü üçün müəyyən şərti ixtisarlar qəbul edə bilər.Xüsusilə təkrar edilən sözləri bir dəfə dəqiq yazıb sonraki dəfələr ixtisar edilə bilər .Bu zaman isə çox işlənən ,ədəbi dildən fərqlənməyən sözləri ixtisarla yazmağa daha çox meyl etmək lazım gəlir.Yəni şivə xüsusiyyəti olmayan sözü ixtisar etmək olar və lazımdır.Lakin yerli şivə xüsusiyyətini əks etdirən xarakter sözləri heç cür ixtisar etmək ,qısaldılmış şəkildə yazmaq olmazMəs.:Bakı şivələrində qədeş-qərdeş -qərdüş ,şimal şivələrində mağa- mana -maa-ma:,Muğan qrupu şivələrində məyə-məyi-oyi kimi sözləri-sırf dialekt fərqlər yaradan sözləri nəinki ixtisar eymək olmaz,əksinə onların tam yazılışını dəqiq aparmaq lazımdır.Hələlik obyektin danışığını maqnitofona yazmaqdan əl ilə yazmaq üstündür.Çünki maqnitofona yazanda səsinin yazıldığını bilən obyekt sərbəst olmur,ədəbi dildə danışmağa çalışır,bu da işin keyfiyyətini aşağı salır.Bir də maqnitofonu hər yerdə işlətmək imkanı olmur.
Dostları ilə paylaş: |