|
 Tələbə: Hümbətov Kürdoğlu Fakültə: Hümanitar təhsil və sosial elimlər fakultəsi İxtisas: Tarix məlimliyiDel (Delete) – kursordan sağdakı simvolu pozur.
Ins
|
səhifə | 11/22 | tarix | 14.04.2022 | ölçüsü | 0,97 Mb. | | #85431 |
| İKT-KurtogluDel (Delete) – kursordan sağdakı simvolu pozur.
Ins (Insert) – simvolların daxil edilməsi rejimlərinin dəyişdirilməsi üçün nəzərdə tutulub. Bu düymə aktiv olduqda mətnin daxil edilməsi zamanı kursordan sağdakı simvollar avtomatik olaraq yeni simvollarla əvəz edilir.
Spacebar (probel) – boş yer daxil etmək üçün istifadə edilən, üzərində heç bir yazı olmayan düymədir.
Num Lock – rəqəm klaviaturasını aktivləşdirir.
Pause – proqramın yerinə yetirilməsini müvəqqəti olaraq dayandırır.
PrntScrn – ekranın təsvirini mübadilə buferinə göndərir, Alt düyməsi ilə birgə basıldıqda buferə yalnız aktiv pəncərənin təsviri göndərilir.
Shift + PrntScrn – ekranın təsvirini çapa vermək üçün istifadə edilir.
Tab – mətn redaktorunda kursorun yerinin bir neçə mövqe dəyişdirilməsi üçün istifadə edilir. Windows-da mausun köməkliyi olmadan pəncərənin elementlərinə keçid üçün istifadə olunur.
Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı müxtəlif istiqamətlərdə hərəkət etdirməyə imkan verir. Bu düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik ola bilər.
Dostları ilə paylaş: |
|
|