Tələbə:Əhmədov İsa Qrup: M941a fənn: Logistika Fakültə:İqtisadiyyat Və İdarə etmə


Çevik əlaqəli makrologistik sistemlər



Yüklə 1,52 Mb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü1,52 Mb.
#81601
1   2   3   4
11Logistik sistemlərin təsnifatı KANBAN mikrologistik sistem

3. Çevik əlaqəli makrologistik sistemlər. İstehlakçıların anbar sahələrinin mövcud olub - olmamasından, hazır məhsulların hazırlanması tezliyindən, istehsalçı və məhsulgöndərənlər arasında uzunmüddətli təsərrüfat əlaqələrinin xarakterindən asılı olaraq material axınlarının hərəkət istiqamətləri həm birinci, həm də ikinci variantda qeyd edilmiş üsullarla tənzimlənir:

Belə sistemlərə nümunə kimi istehsal yerlərinin ehtiyat hissələri ilə təchizatını göstərmək olar. İstehsal yerlərinin nadir tələb olunan ehtiyat hissələri ilə təchizatı bilavasitə mərkəzi anbarlar hesabına ödənilirsə, istehlakçıların tez-tez istifadə etdikləri standart hissələrlə təchizatı isə vasitəçilərin anbarları hesabına həyata keçirilir.

Logistik sistemlər iki böyük: makrologistik və mikrologistik qruplara bölünür. Mikrologistik sistemlər-məhsul istehsalı, təjhizat və satış proseslərində material və onunla əlaqədar digər axınların (maliyyə və informasiya) idarə edilməsi və optimallaşdırılmasını həyata keçirən biznesin təşkil formasıdır.

Mikrologistik sistemlər firmaların strateji məqsədləri baxımından qurulur və əsas operativ proseslərin optimallaşdırılmasını nəzərdə tutur. Bu nöqteyi-nəzərdən mikrolo­gistik sistemlər ayrıca götürülmüş bir müəssisənin fəaliyyət sferasını əhatə etməklə logistik sistemin ayrıca funksional elementi çərçivəsində lokal məsələlərin həllini tə'min edir. Buna uyğun olaraq mikrologistik sistemləri funksional tə-yinatına görə birinci (istehsal daxili və xarici) və ikinci (inteqrativ) səviyyələrə ayırırlar.

İstehsaldaxili mikrologistik sistemlər texnoloji dövr və ya mərhələlər çərçivəsində məhsul istehsalı zamanı material axınlarının idarə edilməsini optimallaşdırır. Hər bir təsərrüfat subyekti hazır məhsul istehsalı proqramına (istehsal cədvəllərinə) malikdirsə bu zaman istehsaldaxili mikrolo­gistik sistemin əsas vəzifəsi:

  • material resurslarından səmərəli istifadə etmək;
  • istehsal resurslarının zəruri səviyyədə ehtiyatını yaratmaq;
  • bitməmiş istehsalın həcmini azaltmaq;
  • firmanın dövriyyə kapitalının dövr sürətini artırmaq;
  • istehsal dövrünü qısaltmaq;
  • material resursları üzrə ehtiyatların səviyyəsinə nəzarət və ehtiyatları idarə etmək;
  • bitməmiş istehsal və hazır məhsulların istehsalçı firmaların anbar sisteminin tələbləri baxımından idarə etmək;
  • texnoloji (sənaye) nəqliyyatın işini optimallaşdır­maq­dan ibarətdir.

Makrologistik sistemlər - təyinatı mənfəətin əldə edilməsi və ixtiyari korporativ məqsədə nail olunması olmayan ərazi və ya inzibati ərazi səviyyəsində sosial-iqtisadi, ekoloci, hərbi və digər məsələlərin həlli üçün yaradılan biznesin təşkili formasıdır.

. Ölkənin inzibati - ərazi böl­güsünə görə təsnif edilən logistik sistemlərin aşağıdakı növlərini fərqləndirirlər:

rayon və rayonlararası;

şəhər;


vilayət və ya diyar;

region və regionlararası;

respublika və respublikalararası.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə