Telefon: 00994-12-4654127



Yüklə 17,87 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü17,87 Kb.
#9729


 

Ünvan: ISR Plaza, Nizami küç. 69 AZ 1000 Bakı 

Azərbaycan 

Poçt:P.O. Box 28/29 AZ 1005 Bakı Azərbaycan 

Telefon:00994-12-4654127 

Telefaks: 00994-12-4654125 

Email: 

visa@baku.diplo.de



 

İnternet: www.baku.diplo.de

 

Aktuallaşdırılmışdır: Noyabr  2017 



Milli viza üçün məlumat vərəqəsi 

Könüllü fəaliyyət (volontyor xidməti) üçün 

Siz Almaniyada sosial iş ilə məşqul olmaq istəyirsiniz? Onda Siz Könullülərin Sosial İlin (FSJ) ,və 

ya Ekoloqiya könüllərin ilinin proqramı (FÖJ), Federal Könullülər Xidmətinin Proqrammının(BFD) 

imkanlarından 27 yaşa çatmayan vətandaşlar istifadə edə bilər. Sizin iş saatınız orta işçinin tam iş 

saatına uyğun olmalıdır və Siz  yalnız  nəzarət  altında yardımçı  fəaliyyəti ilə məşqul ola bilərsiniz. 

Qalma mqddəti 6 aydan 24 aya qədər ola bilər. 



Viza almaq üçün aşağıdakı sənədlər tələb olunur: 

  Etibarlı  və  ən  azı  2  boş  səhifəsi  olan  xarici  pasport  +  şəkil olan səhifə və əvvəlki şengen 

vizaları, möhürləri və qeydləri olan səhifələrin 2 ədəd surəti 

  Şəxsiyyət vəsiqəsi +ön və arxa səhifələrin (Original +2 ədəd surəti) 

  2  ədəd  Alman  dilində  tam  şəkildə  doldurulmuş  və  şəxsən  imzalanmış  viza  üçün  ərizə 

forması (viza şöbəsindən və ya 

www.baku.diplo.de

 internet səhifəsindən əldə edə bilərsiniz) 

  Ərizə  formasının  üzərinə  yapışdırılmış  2  ədəd  biometrik  pasport  şəkli  (3,5x4,5,  6  aydan 

köhnə olmamalı) 

  Yaşamaq  haqqında  qanunun  §54-na  əsasən  viza  rəsiləşdirilməsi  prosesində  saxta 

məlumatlara  dair  2  ədəd  imzalanmış    bəyanat  (viza  şöbəsindən  və  ya 

www.baku.diplo.de

 

internet səhifəsindən əldə edə bilərsiniz)   



  Almaniyada  könüllü  fəaliyyətin  həyata  keçirlməsinə  dair  müqavilə/razılaşma.Original+2 

ədəd  surət.  Qalma  yeriniz,  işləmə  saatları,  işlədiyiniz  sahə,  alacağınız  məvacib,  məs. 

qidalanma xərcləri , qalacağınız yer haqqında məlumatlar müqavilədə göstərilməlidir. 

  Peşə fəaliyyəti barədə tərcümeyi-hal(CV), diplomlar, sənədlər və s.  alman dilinə tərcüməsi 

və notariusda təstiqi ilə birlikdə Original+2 ədəd surət 

  Könüllü  fəaliyyətin  Sizin  peşəniz  üçün  perspektivlərinin  qeyd  olunduğu  alman  dilində 

motivasiya məktubu Original+2 ədəd surət 



75 Avro viza rüsumu, sənədləri verilmə zamani avro ile nağd ödənilir. 

Federal ölkədə könüllü fəaliyyət üçün aşağıdakılar nəzərə alınmalıdır: 

Sizin müqaviləniz həm Sizin tərəfinizdən, həm də Federal Ailə və Vətəndaş Cəmiyyəti məsələləri 

üzrə  İdarə  habelə  fəaliyyət  yeri,  mərkəzi  idarə  və  könüllü  fəaliyyəti  həyata  keçirən  qurum 

tərəfindən imzalanmış olmalıdır. 

Sizin  müqavilənizin  və  ya  fəaliyyət  yerinin  digər  təsdiqləyici  sənədində  yaşayacaqınız  yer  və 

qidalanma  xərcləri  haqqında  heç  bir  məlumat  olmadığı  təqdirdə  xahiş  olunur  yaşayışınızın 

təminatını təsdiq edəcək əlavə sənədlər təqdim edin. 

 

Alman  dili  bilikləriniz  olmadığı  halda  Sizdə  dəvət  edən  tərəfindən  bu  dil  biliklərinə  ilkin 




mərhələdə ehtiyac olmadığı və ölkəyə gəldikdən sonra dil kursuna gedə biləcəyinizi təsdiq edən 

sənəd olmalıdır 

   


Tibbi  sığortanız  hələ  yoxdursa,  viza  ilə  bağlı  müsbət  qərar  olduğu  halda  Sizə  viza  təqdim 

edilməmişdən  əvvəl  səfər  müddəti  üçün  (ölkəyə  daxil  olduğunuz  vaxtdan  könüllü  fəaliyyətə 

başlayacağınıza  qədər)  ödənişinin  minimal  həddı  30.000  avro  və  ya  50.000 ABŞ  dolları  olan 

səyahət sığorta haqqında sənədi səfirliyə təqdim etməlisiniz. 



 

 

Diqqət 

Təqdim  edərkən  sənədlərin  tam  şəkildə  toplanmasına  diqqət  yetirin!  Natamam  təqdim 

edilmiş sənədlər geri qaytarila bilər və ya ərizəniz təqdim olunan sənədlər əsasında baxilacaq. 

Bütün sənədlər original ve her sənədin 2 ədəd sürəti təqdim olunmalidir (Istisna: dəvətnamə, əgər 

email ile pdf formatında göndərilibsə) 

Xarici dildə olan bütün sənədlər alman dilinə tərcümə və notariusda təstiq olunmalıdirlar. 

Xahiş  edirik,  sənədlərin  qəbul  gününü  internet  vasitəsilə  vaxtında  təyin  edəsiniz.Görüşlər  yalnız 

bizim  online  sistem  vasitəsi  ilə  təyin  oluna  bilər  (linki  bizim  internet  saytimizda  tapa  bilərsiniz) 

Milli  viza  üçün  görüşlər  adətən  bir  neçə  həftələr  öncə  tutulduğuna  görə  əvvəlcədən  təyin 

olunmasına məsləhət görürük. 

Əlavə xərclər, məsələn kseroks və faks xərclərisi ərizəçi tərəfindən ödənilir. 

Ərizələr bir qayda olaraq şəxsən təqdim olunmalıdır.  

Sənədlər tam şəkildə təqdim edilməsi  avtomatik olaraq vizanın verilməsi demək deyildir. Bundan 

başqa səfirlik ayrı-ayrı hallarda digər sənədlər də tələb edə bilər. 

Bütün sənədlər (məlumat vərəqələri və ərizə formaları / anketlər) səfirlikdə pulsuz verilir. 

Xahiş  olunur,  yalnız  bir  başa  səfirlikdən  və  ya  internet  səhifəsindən  götürdüyünüz  anketlərdən 

istifadə edəsiniz. 

Səfirlik kənarda xidmət gostərən təşkilatlarla işləmir. 

 



 



 

 

 



Yüklə 17,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə