287
müşahidə etmək olar. Həmçinin folklor nümunələrinin və ədəbi
əsərlərin animasiya ilə tamaşaçıya çatdırılmasında mədənimaarif
işi görülürsə, bu daha çox uşaqlara ünvanlandığından həm tədris,
həm də əyləncə funksiyalarına aid oluna bilər. Bir çox hallarda
funksiyalar arasında dəqiq sərhədlərin olmasına baxmayaraq,
hər hansı bir televiziya məhsulu eyni vaxtda bir neçə funksiya
nı özündə ehtiva edə bilər. Bu zaman onun təsir dairəsini daha
çox hara ünvanlaması və televiziyada məhz hansı vəzifəni yerinə
yetirməyi öz qarşısına məqsəd kimi qoyması əsas götürülür. Məhz
bu baxımdan, televiziya filmləri bütövlükdə mədənimaarif işini
həyata keçirsə də, birbaşa bu funksiyanın icrasına aidiyyatı olan
sənədli və elmikütləvi filmləri qeyd etməliyik.
Sənədli televiziya filmləri televiziya filmləri içərisində xüsusi yer
tutur. Televiziyanın mövcudluq forması olan proqram indiki za
mana hesablandığından, onun birdəfəlik yayımı nəzərdə tutulur.
Yəni televiziya proqramı konkret gündəmə aid və ya onu əhatə edən
mövzuları ehtiva etdiyindən, onun sonrakı illərdə təkrar verilməsi
mümkünsüzdür. Lakin televiziya filmi proqramdan fərqli olaraq
birdəfəlik yayım üçün deyil, müxtəlif dövrlərdə təkrar göstərilmək
üçün nəzərdə tutulub. Bununla bağlı, proqramdan fərqli olaraq te
leviziya filmi daha uzunömürlü hesab oluna bilər. Bu baxımdan
artıq onilliklərlə televiziya ekranlarından göstərilən filmləri misal
gətirərək, onların bir çoxunun ölməzlik qazanıb sənət incisi kimi
qızıl fondda saxlanıldığını qeyd etmək olar.
Televiziya filminin dramaturji materialı, onun poetikası televizi
yanın kütləviliyi, həmçinin informasiya vasitəsi olması ilə bilavasitə
bağlı olaraq, proqramların axarında öz yerini tapır. Sənədli telefilmə
tərifi, gerçək həyatdan alınan hər hansı bir hadisəni öz təbii çevrəsi
və axını içində, ya da buna ən yaxın şəkildə sonradan qurulmuş
hadisə çərçivəsində canlandırıb müəyyən məqsədlə əks etdirən te
leviziya filmi növü kimi vermək olar. Deməli, sənədli film həyat
gerçəkliyi və hadisəsi ilə bağlı olaraq, onun ekran təcəssümünü
həyata keçirir. Televiziya sənədli filminin öz dili və ifadə vasitələri
var. O, həyat gerçəkliyini, reallığı göstərməklə, tamaşaçını hadisə
ilə tanış etməklə bərabər, mədənimaarif işini öz üzərinə götürür.
Sənədli televiziya filmləri özünün məzmun və formasına görə
çoxşaxəli olur: problemlərin əks olunması, teleportret, müşahidə, al
bom, analitik və mədəni irsi təbliğ edən filmlər ölkə teleməkanımızda
özünə daha çox yer alır. Mövzu genişliyi və sərhədsizlik sənədli
filmlərin formaca müxtəlif olmasına imkan verməklə bərabər, yara
dıcı heyətin – rejissor və ssenari müəllifinin bəşəri ideyalara sadiqli
288
yi, vətəndaşsənətkar mövqeyi və üzərinə düşən ictimai məsuliyyəti
düzgün dəyərləndirməklə, ortaya çıxardığı məzmunforma vəh
dətinin təsir imkanını da artırmış olur.
Televiziya filmləri istehsalında böyük yaradıcılıq ənənəsi olan
Azərbaycan Dövlət Televiziyasının 1960cı ildə əsası qoyulan
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi uzun illər ərzində ekran
larımızda xüsusi yer alan filmlərin yarandığı məkan kimi hazırda
da bu sahədə ən məhsuldar qurum kimi seçilir. İllik film istehsa
lına 14 saat ayıran birlik elmikütləvi, etnoqrafik filmlərlə yanaşı,
musiqili filmlərin istehsalı ilə də AzTVnin ekranında mədəni
maariflənmə işini uğurla davam etdirir. “Odlu məmləkət”, (re
jissor – Nazim Rza), “Deportasiya” (rejissor – Vaqif Behbudov),
“Tənha ruh” (rejissor – Miri Rzayev), “Dvorjakın melodiyası”,
“Qara ney”, “Sənsiz”, “Xiffət”, “Muğam” (rejissor – Nazim Abbas),
“Ümid çıraqları” (rejissor – Vəli Səyyadi), “Abbas və Gülgəz” (re
jissor – Rövşən Almuradlı), “Olqa” (rejissor – Vasif Məmmədzadə)
filmləri çağdaş televiziya yaradıcılığı işində böyük yer alan ekran
nümunələri kimi qeyd olunmalıdır.
İstedadlı rejissor Nazim Rzanın öz ssenarisi əsasında çəkdiyi
“Od lu məmləkət” 12 seriya, 7 filmdən ibarət sənədli filmi Bakı
nefti, onun tarixi keçmişi, Azərbaycanın mədəni, siyasi həyatında
yeri və bu günü mövzusunda çəkilmiş, miqyasına görə bu möv
zunu əhatə edə biləcək bütün filmlərdən daha geniş, məlumatlı,
yeni tarixi faktlarla zəngin ekran nümunəsidir. Rejissor filmdə
tarixi gerçəkliklərin, indiyədək ictimaiyyətdən gizlədilən bir çox
faktların açılması, onların sənədli filmin dili ilə ifadəli tərzdə
təqdimatına nail olmaqla bərabər, tarixə və bu günə iri miqyasda
baxmaqla tamaşaçıya reallığı olduğu kimi çatdırmağa çalışır.
Televiziya filmlərindən danışarkən istedadlı kinorejissor Vaqif
Mustafayevin çəkdiyi “Heydər Əliyev” filmepopeyasını xüsu
si qeyd etmək gərəkdir. Azərbaycan xalqının görkəmli oğlu, bö
yük siyasətçi Heydər Əliyevin keçdiyi həyat yolunu əks etdirən
çoxseriyalı televiziya filmi tarixi şəxsiyyətin, bizim müasirimizin
geniş şəkildə, tam olaraq həyat bioqrafiyasını yaratmağa çalışır.
Onun həyat yolunu, siyasi mübarizəsini əks etdirən film yaxın
keçmişimizə bir baxış, araşdırmanı əks etdirməklə bərabər, böyük
şəxsiyyətin real obraz cizgilərini yaratmış olur. Heydər Əliyevin
fəaliyyəti, Azərbaycanda 1969–1982ci illərdə hakimiyyətdə oldu
ğu dövrdə ölkənin qüdrətlənməsində şəxsi keyfiyyətinin oynadı
ğı başlıca rolu, 1982–1987ci illərdə SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini kimi gördüyü xidmətlər və qarşılaşdığı xəyanət,