345
Televiziyanın yaranış və təşəkkül tarixi, keçdiyi inkişaf yolu, ya
radıcı meyarların müəyyənləşməsi, axtarışlar, özünün konseptual
prinsiplərinin biçimlənməsi mərhələləri tədqiqatımızda yer alaraq,
çağdaş mənzərənin çözülməsində tarixilik, mənəvi varislik və ye
nilikçilik meyilləri önə çəkilmişdir. Teleyayım, bu xüsusda Azər
baycanda teleyayım, onun tarixi və inkişaf yolları, həmçinin çağdaş
dönəmi, yaradıcı problemləri, yerli yayımın teleleviziya pro sesində
iştirakı, inteqrasiya və inkişafında müxtəlif modellərdən bəh
rələnməsi geniş şəkildə araşdırılmışdır.
“Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri”
adlı tədqiqatımızda televiziya nəzəriyyəsinin başlıca prinsip və
istiqamətlərini müəyyən edərək, onu bir neçə elmi nəticələrin
əsasında formalaşdıraraq, konseptual əsaslarını meydana qoyub
təhlilin cəhətlərini, formasını hazırlayaraq, çözüm metodlarını
təyin edərək sənətşünaslıqda ciddi problemə çevrilmiş televizi
ya təhlilinin əsas mənzərəsini yarada bilmişik. Bir çox hallarda
tədqiqatlar, təhlillər və ya resenziyalar birtərəfli, müəyyən istiqamət
üzərində qurularaq, ədəbi mətnin və ya quruluşun, görüntünün
çözümü ilə yekunlaşmış, bununla da bir çox komponentlər təd
qiqatdan uzaq qalmış, tam olmayan mənzərə yaradılmışdır. Hər
hansı proqram, veriliş adi bir hadisə deyil, bu anda milyonların seyr
etdiyi, onların həyatında iştirak edən, gündəmini, tərzini müəyyən
edən mühüm alətdir. Bu alətin quruluşu, bədiiestetik həlli, görün
tü keyfiyyəti, audio imkanları, aparıcının şəxsiyyəti, sosial mesajı,
sosial əhəmiyyəti, təsir gücü, yönləndirdiyi istiqamətlər, onların
ictimai əhəmiyyəti müəyyən olunmaqla bərabər, həmin anda top
ladığı reytinq göstəriciləri kommersiya əhəmiyyəti, seyrçinin ona
münasibəti, təsirinə düşmək dərəcəsi, manipulyativ təsir nəticələri
dəqiq müəyyən olunmalıdır. Məhz bu cür yanaşma kompleks, bü
töv ola bilər. Ölkəmizdə televiziya tənqidi daha çox hansısa proq
ramın məzmunu, millimənəvi dəyərlərə münasibətdə yeri, aparı
cının qüsurlarının sadalanması ilə kifayətlənir. Bu mənada insan
həyatında, onun fəaliyyətində iz buraxacaq amillər, aktiv və ya
passiv təsir, ümumi teleyaradıcı fəaliyyətin siyasəti, yönü, qarşı
ya qoyulan açıq və gizli vəzifələr, onun yerinə yetirilmə dərəcəsi
diqqətdən kənarda qalır. Həmçinin verilişin dramaturji quruluşu,
onun bu məna düzülüşü, bədii ifadə vasitələrinin məzmunluluğu,
görünüş gözəlliyi, montajın fikri ifadə edən bir vasitə kimi kamilliyi,
yönləndiyi istiqamət də çözülməlidir.
Bəzən diqqətdən kənarda qalan hansısa veriliş də sosial funksiya
daşıyır, onu seyr edən var və bu prosesə ötəri baxış ciddi mədəni,
346
ictimai problemlər törədə bilər. Tədqiqat boyunca televiziyanın
təsirini müxtəlif prizmalardan təqdim etmişik və bu mənada onun
vaxtaşırı analizinin aparılması həm elmi əhəmiyyət daşıyır, həm də
ictimaiyyətin nəzərinə çatdırılacaq mühüm ictimai əhəmiyyəti ilə se
çilir. Deməliyik ki, ölkəmizdə bu tip analizlərə az rast gəlinir. Tədqiqat
işi bu analizlərin aparılması üçün model olaraq əhəmiyyətlidir və
sonrakı elmi tədqiqatlar üçün fundamental əsasdır.
Elmi işdə Azərbaycan televiziyalarının çağdaş dönəmi sistemli
analiz olunaraq yayım vahidlərinin janrı mövzu və daşıdığı funk
siya əsasında təsnifatlandırılaraq qoyulan meyarlardan irəli gələn
yaradıcı tələblərə münasibəti araşdırılmışdır. Son illərin elmi ax
tarışları nəticəsində “Dünya teleyayımı fəaliyyətinin yaratdığı
estetik, sosial, kulturoloji problemlərin cəmiyyətdə yeri” mövzu
su əsasında ölkəmizdə bu proseslərin real mənzərəsi yaradılaraq
televiziya verilişlərinin istər yaradıcıestetik tərəfləri, istərsə də
mədənisosial təsir imkanları konkret misalların tədqiqi ilə üzə çı
xarılmışdır.
Düzgün qurulmayan yayım, yayım siyasətinin qüsurları, proq
ramların bəsitliyi, yaxud ictimai, mədəni anlamda ziyanlılığı,
mənəvi dəyərlərə zidd istiqamətləri, bədiiestetik qüsurların
başlıca məqsədə nail olmadan yaratdığı əngəllər konkret misal
ların üzərində göstərilməklə yaranan ümumi mənzərə dəqiqliklə
araşdırılaraq, məhz təklif olunan sistem təhlil metodologiyasının
köməyi ilə aparılaraq tədqiq olunur. Sosioloji sorğular, müxtəlif
qurumların topladıqları reytinq göstəriciləri diqqətlə toplanaraq,
onun əsasında teleməkanda ayrıca verilişlərin maraq dairəsi, ba
xımlılıq məsələsi müəyyən edilib, təklif olunan təhlil metodolo
giyası əsasında təhlil aparılmış, meyarlara, tələblərə uyğunluq
dərəcəsi, qüsurlar təyin edilmişdir.
Araşdırmanın nəzəri və təcrübi metodlarından istifadə edərək
teleleviziya nəzəriyyəsinin ümumi prinsipəri, analizin göstəricilə
ri, təhlilin real mənzərəsi və diqqətdən kənarda qalan tərəfləri,
bu sahədə yaranan problemlərin kompleks təhlili verilmişdir.
Elmi tədqiqat televiziya nəzəriyyəsinin yeni vəzifələrinin həlli
məqsədini daşıyaraq sənətşünaslığın, estetikanın, sosiologiyanın,
kulturologiyanın nailiyyətləri əsasında əldə olunmuş və onların
sübuta yetirilmiş nəticələrinə söykənir.
Elmi işin nəticələrinin praktiki və elmi faydası televiziyanın nə
zəri əsaslarını müəyyən etməklə sənətşünaslıq elmində yeni bir
sahənin – televiziyaşünaslığın inkişafına rəvac verməsində, sis
temli sahə tədqiqatına meydan yaratmasında, teletənqidçiliyin