319
başlıca şərt olaraq göstərilir. Bir çox hallarda kütləvi kommunika
siya vasitələrinə olan etimaddan istifadə edərək qiymətləndirməni
müəyyən siyasi qrupun maraqları çərçivəsində qurmaqla, ondan
təsirli təbliğat vasitəsi kimi istifadə edirlər.
Kütləvi kommunikasiyanın vacib şərti kimi özünün texniki
vasitələri nin mövcudluğunu qeyd etməklə informasiya ötürülməsi
prosesinin davamlı, ardıcıl, geniş (mətbuatda tirajlanma) qurulma
sını göstərməliyik. Bu baxımdan televiziyanın texniki təchizatı və
müasir olması icrası vacib olan şərt kimi yayımçı şirkətlər qarşısın
da çıxış edir. Müəyyən yenilikçiliyin, yaradıcı fəndlərin daha təsirli
və ifadəli ekran həlli, həmçinin informasiyanın ünvanlı seyrçiyə
keyfiyyətli çatdırılması üçün texniki tələblər ödənilməlidir. Yayı
mın keyfiyyətli, ardıcıl olması etimadın və inamın yaranması ilə
bərabər, həm də birbaşa reytinq göstəricilərinə təsir edən amil ol
duğundan, bu məqam bir kənara qoyula bilməz.
Televiziya auditoriya üçün ən asan əldə olunan, vizual mü na
sibətlərə girməyə qadir etibarlı informasiya mənbəyi olaraq daha
geniş yayılmış, əhatə dairəsi ilə çağdaş dünyanı bürümüşdür. Onun
geniş yayılması və vizuallı manipulyasiya üçün münbit imkanlar
yaratmaqla bərabər, müxtəlif biçimli yayım vahidləri hesabına au
ditoriyanın maksimal ehtiyaclarını ödəməklə, həm də “xilaskara”
çevrildiyindən etibar amili və inamın yaranması özözlüyündə
təbliğat işində yeni imkanlar açdı. Görüntünün mozaikliyi, dün
yanın rabitəsiz, məntiqi əlaqəsi olmayan informasiya şəklində
təqdimatı televiziyanın həyatın müxtəlif məsələlərindən, fərqli
mövzulardan informasiya yetirmək imkanı onun estetik prinsipini
təşkil edir. Bu estetik mahiyyətə malik olması, həmçinin hər bir
sahəyə sirayət etmə, çeşidli həyat prosesini, ictimai münasibətləri
işıqlandırmaq kimi cəhətlər bu yayım növünün təsir imkanlarını
elə yarandığı andan genişləndirdi. Həmçinin rezonans – seyrçi
nin şüurunda mozaik informasiyanın məzmun birliyinə səbəb
olan birləşdirməni həyata keçirməsi televiziya estetikasının ikin
ci mühüm prinsipi kimi manipulyasiya işində konseptual yeku
nun insan şüurunda yaranmasına xidmət etməklə gərəkli vəhdəti
qurur. S. KaraMurzanın “...televiziya tamaşaçıya həm aparıcının
şərhi, həm də görüntü, kadrarxası mətn vasitəsilə müəyyən infor
masiyanı çatdırmaqla, insan şüurunda informasiya qavranılma
sı prosesində mövcud “filtrləri” – informasiyanı götürqoy edib
qəbul etmək imkanlarını dağıdır” fikrinin izahı bilavasitə ikinci
estetik prinsipin məntiqi yekunudur. Televiziyanın informasiya
axını heç də həmişə məntiqin prinsiplərinə söykənməyərək, este
320
tik xarakter daşıyır və gerçək həyat göstərdiyini iddia etdiyindən
burada məntiq axtarışının gərəksizliyini müəllif qeyd edir. Bura
dan bəlli olur ki, informasiya bütün gücü və vasitələri ilə insan şü
uruna hücuma keçərək, onu öz əsirinə çevirir, estetik təsirilə ram
edir, məntiqsiz düşüncənin meydana çıxmasına gətirib çıxarır.
Auditoriya ekrandan danışanın məntiqinə, dəlillərə söykənməsinə
əhəmiyyət verməyərək onu qəbul edir və bu şəkildə daşıyaraq
onu ötürür.
Televiziyanın texniki imkanları gerçəyi bütün digər kütləvi kom
munikasiya vasitələrindən daha çox göstərdiyi inamını yaradır.
Həmçinin gerçək görüntü müəyyən işarə kodlarının ötürülməsinə
də şərait yaradır ki, bu kodlar insan şüurunda assosiasiyalar ya
radır. Yalan və gerçəyi eyni şəkildə təqdim etmək qüdrəti televi
ziyanın manipulyasiya işində əvəzsiz vasitə olduğunu bir daha
təsdiqləyən cəhətdir. Televiziya insanın əyləncəyə, konfliktə olan
marağından məharətlə istifadə edərək, informasiya çatdırılmasın
da onun vasitə və imkanlarından geniş istifadə etməklə gizli təlqini
müxtəlif biçimlərdə aparır, gərəkli informasiyanın yeridilməsi
üçün onun maraqyaradıcı tərəfləri qabardılır. Sensasiya yaratmaq,
tərəfləri çözümə cəlb etməklə ziddiyyəti qurmaq, bir insan taleyini
mühüm hadisəyə çevirmək meyillərinin çağdaş dünya teleyaradı
cılığında ən vacib tələb kimi ortaya çıxması məhz yuxarıda deyilən
səbəbdən irəli gəlir. Televiziyanın əyləncəyə meyilliliyi, həmçinin
struktur sadəliyi, konflikt yaradacaq məqamların tapılması audi
toriyanı öz tərəfinə çəkə, bu imkanları ilə müəyyən fikri və ya şəxsi
önə çıxarmaqla ona tabe etdirə bilər.
Televiziya vasitəsilə manipulyasiyadan danışarkən, informa
siyanın təhrifi ən çox işlədilən fənddir. Təhrif, faktların bas ma
qəlibləşdirilməsi, xüsusi semiotikanın, bəsitləşmənin stere otip
ləşməsi ilə yanaşı təsdiqləmə, təkrar, təcililik, sensasiyalı lıq,
alter nativ mənbənin yoxluğu manipulyasiyanın əsas fəndləri kimi
çıxış edir. S. KaraMurza faktların basmaqəlibləşməsini (fab rik
ləşməsini) önə çıxararaq, onu açıq yalan adlandırır. A. Mol “Mə
dəniyyətin sosdinamikası” kitabında təhrifi xırda yayınma halı
kimi göstərir və onun “orta alıcının semantik qavraması həddində”
təsirli olduğunu qeyd edir.
Manipulyasiyanın hədəfini öz təsirinə salması üçün vacib
şərtlərdən biri kimi münbit şərait göstərilməlidir. Münbit şərait
hədəfin kənar informasiya axınından təcrid dərəcəsindən ası
lıdır. Birtipli informasiya axını hədəfi inandıra, eşitdiklərinin
əsirinə çevirə bilər. Lakin bir mənbə heç də həmişə inandırıcı ol