321
madığından, insan alternativ informasiya ötürücülərinin axtarı
şına çıxır ki, bu da manipulyasiya işini zəiflədə bilər. Problemin
totalitar həlli yalançı plüralizm mənzərəsi yaratmaq, bir neçə
üzdə müstəqil kimi təqdim olunan mənbədən eyni informasi
yanı ötürməkdir. Çağdaş demokratik cəmiyyətlərdə müstəqil
kütləvi informasiya vasitələri və xüsusən televiziyalarda iqtisadi
maraqlar naminə özəl qurumlar hakim qüvvənin manipulyasiya
siyasətinin əleyhinə getməyərək onu könüllü icra edirlər ki, bu da
totalitar həllə nisbətən daha demokratik vasitə hesab edilə bilər.
Müstəqil televiziyalar “lazımsız” informasiyanın üzərindən sü
kutla keçməklə bərabər, “virtual gerçəkliyin” yaradılması işinə
maneə törətməməklə öz xidmətlərini göstərirlər. Bir çox hallar
da bu hərəkəti dövlətçiliyə xidmət kimi təqdim edib ümummilli
maraqlar kontekstinə çatdıraraq dağıdıcılıqdan qaçmaq meyi
li ilə pərdələyirlər. “Gərəksiz” informasiya sızdıqda belə onun
ətrafında əlavə, lazımsız hayküy yaratmaqla diqqəti ustalıqla
əsas məsələdən uzaqlaşdırırlar ki, bunu da H. Şillerin “fərdin
məna axtarışının daha da çətinləşməsinə gətirib çıxardığınını ”...
fikri ilə izah etmək olar. Diktor dilinin müasir cəmiyyətdə sağlam
təfəkkürə söykənməyərək, yalnız manipulyasiya müəlliflərinin
fikirlərini daşıdığını qeyd edən H. Şiller bu dildə danışan insanla
rın özləri bilmədən sağlam fikirdən uzaqlaşdıqlarını söyləyir (452,
səh. 45). Manipulyativ semantika söz və anlayışların mənasının
dəyişdirilməsi kimi göstərilərək, çox adi söz və videocərgənin
başqa kontekstdə verilməsi hesabına tamam fərqli məna kəsb
etməsini ehtiva edir. Ayrılıqda informasiyanı təhlil etdikdə orada
yanlışlığın olmadığı üzə çıxır. Lakin bütünlükdə birbaşa ictimai
rəyi tamam fərqli istiqamətə yönəldəcək məzmun kəsb etməyə
başlaması semantikanın başlıca üstünlüyüdür. Semantikaya xas
manipulyativ texnologiyalar məzmunu kütləyə elə də bəlli olma
yan terminlərin dövrələnməsi, ictimai şüurda bərqərar olması he
sabına yanlış yönəltməni daha effektiv edir.
Çağdaş televiziyanın yeni stereotiplər yaratması və insanları bəsit
şəkildə təqdimata alışdırması dönədönə tədqiq olunmuş möv
zudur. Bu prinsip manipulyasiya üçün güclü silah olduğu üçün
həmişə aktualdır. İnsanın heç bir çətinlik olmadan, mübarizəsiz,
daxili müqavimət, tənqidi analiz olmadan standartlaşdırılmış
tərzdə informasiyanı qavramasının mütləqliyi prinsipinin çağdaş
jurnalistikada, televiziya işində başlıca şərt kimi qoyulması məhz
manipulyasiyaya yönəlmiş fəaliyyətə hesablanmış addımdır. Bü
322
tün növ informasiya mütləq mövcud standartlara uyğunlaşmış
şəkildə yayımlanaraq, stereotiplərə əməl olunmasına xidmət edir.
Sadə tərzdə ifadə əsas fikrin qısa, təsiredici şəkildə olmasına im
kan verir və təsdiqə şərait yaradır. Təsdiq müzakirəni inkar edir,
çünki istənilən müzakirə fikrin hökmünü azalda bilər – manipul
yativ prosesdə bu sarsıntı yolverilməz olduğundan, təsdiqin inka
rı mümkün olmayan şəkildə efirdən səslənməsi vacibdir. Kütləvi
informasiya vasitələri və bu xüsusda televiziya, stereotiplərlə
dü şüncə mexanizmini yaratmaqla insanların özü düşünməsini
meydandan çıxarmış, informasiyanın intellektual səviyyəsini son
həddə qədər endirərək, kütləşməyə rəvac vermişdir. Lazımi ste
reotiplərin təlqini üçün ən vacib şərt kimi təkrar amili çıxış edir.
Təsdiqin dönədönə təkrarı onu təlqinə döndərir və informasiyanı
ideyaya çevirir. Təsdiqi təkrartəkrar eşitdikcə onu daha çox təlqin
etmək, kütləni məhz bu cür düşünməyə məcbur etmək televizi
yanın artıq çoxdan bəri ustalıqla işlətdiyi vasitə kimi qeyd olun
malıdır. Əks fikri inkar edən təlqin səslənən yeni informasiyaya
qarşı şərti refleks yaradaraq, onun fərqinə varmadan gerçək kimi
qavramağa məcbur edir.
Yuxarıda dediyimiz kimi informasiyanın bölünməsi və təcililik
manipulyativ texnologiya kimi çıxış edir. Bölünmə problemi fraq
mentlərə ayırmaqla ümumi bağlılığı qırmaqla, onu dinləyən tama
şaçının küll halında yanaşaraq mahiyyətini dərk etməsinə imkan
vermir. Problem var, o işıqlandırılır, amma bütöv və rabitəli şəkildə
təqdim olunmamaq hesabına qavranılması mümkünsüzdür. Mo
zaik mədəniyyətin başlıca prinsipi televiziya və çap mətbuatında
effektiv vasitə kimi işlədilir – qəzetlərdə manşet, başlıq, yarımbaş
lıq, ayrıayrı fikirlərin ayrılması, televiziyalarda anons, bölümlər,
reklam fasilələri, informasiyanı bir neçə hissəyə və tərəfə ayıraraq,
onların inkişaf etdirilməsi ilə özünün mahiyyətinin açılmamış
qalması ümumi rabitəni və vəhdəti qıraraq onu hissələrə bölür.
H. Şiller “Şüur manipulyatorları” kitabında bu prosesi geniş araş
dıraraq, işıqlandırılan sosial hadisələrin ümumi əlaqəsinin inkar
olunmasını çağdaş televiziya işinin başlıca fəaliyyət istiqaməti
kimi göstərir.
Bölünmə həmçinin televiziyanın təcili xəbərçatdırma fəaliyyəti
ilə daha da əsaslandırılır. Təcililiyin yaratdığı gərginlik təəssüratı
manipulyasiya imkanlarını genişləndirir. Hər saat xəbərin ye
nilənməsi ümumi strukturu, bağlılığı qırır və onu qəbul edənin
anlamaq, qavramaq imkanını azaldır. Müəyyən bir xəbər analiz
323
olununca, yenisi əvəz edilir və beləliklə, yekunda bütün xəbərlər
analiz olunmadan qəbul edilir. H. Şiller bu prosesi izah edərək bey
nin hər saat külli miqdarda informasiyanı qəbul edərək, bəzən va
cib, ancaq ümumilikdə lazımsız informasiya məlumatlarının anba
rına çevrildiyini söyləyir və tamaşaçının bu prosesdə seçmələyərək
analiz edib, müəyyən rəyə gəlməsinin mümkünsüz olduğu fikrini
irəli sürür.
Manipulyativ texnologiyada sensasiyalılıq prinsipi başlıca yer
tutur. Sensasiya informasiyanı bölməyə, müstəqil, tam biliyin
alınmamasına imkan verən güclü vasitədir. Sensasiyanın pərdəsi
altında kütlənin bilməli olmadığı başlıca informasiya ustalıq
la gizlədilir. Sensasiya, hadisə yerindən birbaşa reportaj, birbaşa
efirdə müsahibə informasiyanı yanlış çatdırmağa imkan verən amil
kimi çıxış edir. Müxtəlif telejurnalistika ədəbiyyatlarında mənfi
hal kimi qeyd olunsa da, manipulyasiyaya yönəlmiş bu əlverişli
imkandan istifadə getdikcə genişlənir və yeni biçim alır. Nəzərə
alınsa ki sensasiya reytinq cədvəllərində uğuru təmin edən mü
hüm cəhətdir, onda bu prosesin iqtisadi maraqlara söykənməsini
də təsdiq etmək olar.
Tamaşaçı evindəki televizor vasitəsilə gözlənilməz gerçəkliyə
yaxınlaşıb, onu xüsusi şövqlə izləyir. Televiziyanın bu gerçəklik
illüziyası olduqca güclü təsir vasitəsi kimi çıxış edir. Manipulya
tiv texnologiyada gerçəyi göstərmək pərdəsi cəlbedici olmaqla
bərabər, həm də inandırıcı olmalıdır. Manipulyasiya və onun tele
viziya vasitəsilə işlədilən texnologiyalarını araşdıraraq bu qənaətə
gəldik ki, bu proses insanları düşünməkdən, analiz etməkdən
çəkindirərək, təlqin olunan fikrə yönəldir və bunun icrası üçün dü
şünülmüş, xüsusi ardıcıllıqla həyata keçirilən mexanizmlər möv
cuddur. Çağdaş cəmiyyətdə qarşısıalınmaz xarakter daşıyan bu
proses təhlükəli olsa da, sabitlik, qarşılıqlı dözümlülük hisslərinin
aşılanması baxımından faydalıdır. İnsan yaranan gündən mövcud
olan manipulyasiya yeni texniki vasitələr hesabına fərqli çalarlar
alaraq kütləviləşib və bu proses ictimai nəzarətdə saxlandıqda
təhlükəsiz ola bilər.
4.7 Manipulyasiya texnologiyalarının televiziya yayımında yeri və
onun ictimai şüura təsiri
Manipulyasiya psixoloji və sosial prosesdir və o, özünün hərə
kətinin xarakterini açmadan müəyyən auditoriyaya təsir edərək,
onu müəyyən etdiyi istiqamətə yönəltməyə hesablanan idarəetmə
Dostları ilə paylaş: |