Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi
513
E
n+1
– E
n
-lə müqayisədə bir bənd artırılmış (azaldılmış) diskont
normasıdır ki, bu normada inteqral səmərə sıfra yaxın mənfi və ya
müsbət qiymət alır.
S
n
və S
n+1
– E
n
və E
n+1
-ə uyğun inteqral səmərədir.
nvestisiya layihə
lə
rində
n ə
n sə
mə
rə
li variantın seçilmə
si inteq-
ral sə
mə
rə
göstə
ricisinin kömə
yilə
iki yolla hə
yata keçirilə
bilə
r.
Birincisi, differensial yanaşma yolu ilə. Bu halda kapital qoyuluş-
larının arasındakı fərqin inteqral səmərəsi hesablanır. Həmin səmə-
rənin mənfi və ya müsbət olmasından asılı olaraq ikinci və ya birinci
variant seçilir.
kinci halda isə, daxili rentabellik norması hesablanır və hansı va-
riant daxili rentabellik normasının yüksək olmasını təmin edirsə, hə-
min varianta üstünlük verilir.
Rentabellik indeksi müəyyən dövrə gətirilmiş xərclərin həmin döv-
rə gətirilmiş investisiya xərclərinə nisbəti kimi müəyyən olunur.
∑
∑
T
0
t
t
a
t
X
:
t
a
T
0
t
t
N
r
J
=
=
=
Əsaslı vəsait qoyuluşlarının özünü ödəmə müddəti, xalis mənfəə-
tin həcmi illər üzrə eynidirsə – ümumi investisiyanın həcmi illik xalis
mənfəətlə amortizasiya ayırmalarının cəminə (pul axınına) bölməklə
tapılır. Əgər kapital qoyuluşları müəssisə fəaliyyətə başlamazdan
əvvəl həyata keçirilərsə və onun mənfəəti illərə görə fərqlənirsə, on-
da ümumi xərclərin cəmindən xalis mənfəətlə amortizasiya ayırmala-
rının illik məbləğini çıxmaqla, onun (kapital qoyuluşunun) özünü
ödəmə müddəti müəyyən edilir. Məlumdur ki, bazar iqtisadiyyatı şə-
raitində istənilən investisiya qoyuluşu risklə bağlıdır və investisiya-
nın özünü ödəmə müddəti artdıqca riskin dərəcəsi də artır. Çünki in-
vestisiya layihəsi nə qədər uzun müddət üçün nəzərdə tutulursa, iqti-
sadi və bazar konyunkturasının dəyişmə ehtimalı yüksəlir və bununla
əlaqədar olaraq qeyri-müəyyənlik artır.
Qeyd etmək lazımdır ki, investisiya qərarları qəbul edərkən in-
teqral səmərə göstəricisinə üstünlük verilməsi daha məqsədəuy-
ğ
un hesab olunur. Əsaslı vəsait qoyuluşlarının ödənmə müddəti
göstə
ricisi iqtisadi sə
mə
rə
liliyin tə
qribi qiymə
tlə
ndirmə
meto-
dudur. Bu metod vaxt amilini və ödənmə müddətindən sonra yara-
Telman Huseynov
514
nan gəlirləri nəzərə almır. Daxili rentabellik norması göstəricisinin
mühüm qüsuru onun investisiyanın miqyasını nəzərə almamasıdır.
Digər tərəfdən daxili rentabellik normasını hesablayan zaman o, bir
yox, bir neçə qiyməti ala bilər.
Variantları müqayisə etdikdə, iqtisadi səmərəliliyi hesablamaq
üçün əsaslı xərclər və birdə əlaqədar sahələrdə məhsulun maya dəyə-
ri nəzərə alınır. qtisadi səmərəliliyin kəmiyyəti o zaman daha dəqiq
müəyyən edilə bilər ki, əsaslı məsrəflər və əldə edilmiş qənaət həm
həmin obyekt üzrə, həm də onunla əlaqədar sahələrin obyektləri üzrə
nəzərə alınmış olsun.
Əsaslı vəsait qoyuluşlarının və yeni texnikanın tətbiq edilməsi va-
riantlarının müqayisəsini onların keyfiyyət baxımından təhlili ilə ta-
mamlamaq lazımdır, çünki əsaslı vəsait qoyuluşlarının və yeni tex-
nikanın tətbiq edilməsinin nəticələrini bütün hallarda kəmiyyətcə ölç-
mək mümkün olmur.
Deməli, əsaslı vəsait qoyuluşlarının, yeni texnikanın və isteh-
salın təşkilinin müqayisəli və ümumi iqtisadi səmərəliliyini müəy-
yən edən zaman onların kəmiyyətcə ölçülməsini və keyfiyyət tə-
rəflərinin təhlilini düzgün əlaqələndirməyə səy göstərilməlidir.
3. Kommersiya fəaliyyətinin və istehsal amillərinin səmərəliliyi
Məlumdur ki, firmanın işi onun istehsal fəaliyyəti ilə bitmir, o
həm də kommersiya fəaliyyəti ilə məşğul olur. Təkrar olsada - müəs-
sisə ilə firmanın fərqlənməsinin təməl səbəbi də elə budur. Məhz bu-
na görə də hər bir firma özünün istehsal fəaliyyəti ilə yanaşı kom-
mersiya fəaliyyətini qiymətləndirməlidir, ona nəzarət işini həyata
keçirməli və onu idarə etməlidir. Deməli, firmanın bütövlükdə fəaliy-
yətinin səmərəliliyi həm onun istehsal və həm də kommersiya fəaliy-
yətindən asılıdır. Firmanın kommersiya işinin iqtisadi səmərəliliyi isə
istehsalda deyil, bazarda özünü büruzə verir.
Hansı firmanın bazardakı mövqei güclüdürsə – dayanaqlı və təhlükə-
sizdirsə, onun kommersiya fəaliyyəti stabil və səmərəli olur. Beləliklə,
firma üçün 2 iqtisadi səmərəlilik mövcuddur – iqtisadi və kommersiya.
Qeyd etmək lazımdır ki, firma üçün fəaliyyətinin hər iki istiqa-
mətinin ona fayda gətirməsində – eyni dərəcədə olmasa da – maraq-
lıdır. Əlbəttə, onun üçün ən önəmlisi istehsaldır – firmanın əldə et-