Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə188/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   184   185   186   187   188   189   190   191   ...   214

Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

505



 Qeyd etmək lazımdır ki, sosial-iqtisadi və sosial səmərəlilik an-

layışları (göstəriciləri) iqtisad elmi aparatına daxil edilməzdən qabaq 

ictimai istehsalda müvafiq növ məsrəflərin (resursların) istifadəsinin 

səmərəlilik  meyarı  və  göstəriciləri  elmi  cəhətdən  işlənilmiş  və  hələ 

bundan  çox  əvvəl  isə,  əsaslı  vəsait  qoyuluşunun  səmərəliliyinin 

nəzəri-metodoloji tədqiqi həyata keçirilmişdir. 

 Ölkə üzrə olduğu kimi, müəssisə miqyasında da sosial səmərənin və 

onunla  əlaqədar  məsrəflərin  iki  formasını  bir-birindən  fərqləndirmək 

lazımdır; bu, iqtisadçılar tərəfindən qəbul olunmuş bir fikirdir:  

a) bilavasitə istehsal sferasında sosial yönümlü məsrəflər; 

b)  qeyri-istehsal  sferasında  –  sosial  infrastrukturun  inkişafına 

yönəldilən məsrəflər.  

Göründüyü  kimi,  istehsal  sferasında  sosial  yönümlü  məsrəflər 

müəssisədə istehsalın səmərəliliyinə bir tərəfdən əmək şəraitinin yax-

şılaşdırılması, ətraf mühitin mühafizəsi, texniki təhlükəsizlik, istehsa-

lın estetikası və s. bu kimi sosial amillər vasitəsilə təsir göstərir. Di-

gər  tərəfdən  isə,  sosial  infrastrukturun  inkişafına  çəkilən  xərclər  el-

min, təhsilin, bədən tərbiyəsinin və idmanın inkişafı, səhiyyə, məişət 

xidməti  (ümumiyyətlə,  xidmət  “istehsal”  edən  sahələri  −  ticarət, 

məişət xidməti, ictimai iaşə), sosial təminat, idarəetmənin təkmilləş-

dirilməsi  və  s.  kimi  tədbirlər  müəssisə  miqyasında  da  istehsalın  sə-

mərəliliyinə dolayı təsir göstərən sosial amillərdir. 



Sosial amillərin qeyd edilən növləri və bununla əlaqədar məs-

rəflər, habelə onların nəticəsi kimi sosial səmərə, vahid prosesin 





 

iqtisadi  inkişafın  və  sosial  tərəqqinin  –  müxtəlif  məqamları  ol-

duqlarından  vəhdət  təşkil  edir,  onların  birini  digərindən  ayır-

maq cəhdi “sxolastik oyun” olardı; lakin bütün bunlara baxma-

yaraq onların arasında fərqlər də mövcuddur. 

stehsalın  səmərəliliyinin  yüksəldilməsi  isə  sosial  infrastruktu-

run gələcək inkişafına və sosial-məişət problemlərinin həll edilmə-

sinə  şərait  yaradır.  Buna  uyğun  olaraq,  məsrəfin  birinci  forması 

sosial-iqtisadi  istiqamətlidir  və  bu  məsrəflərdən  alınan  səmərəni 

sosial-iqtisadi səmərə hesab etmək olar.  stər bütünlükdə ölkə və is-

tərsə də firma miqyasında sosial infrastrukturun inkişafı ilə əlaqədar 

məsrəflər  isə,  öz  mahiyyəti  etibarilə,  “xalis”  sosial  məsrəflərdir, 

lakin  son  nəticədə  sosial  infrastrukturdakı  mütərəqqi  dəyişikliklər 



Telman Huseynov 

 

506



dolayı  yolla  istehsalın  iqtisadi  göstəricilərinə  də  əhəmiyyətli  dərə-

cədə təsir göstərirlər. 

Bütün göstərilən məsrəflər ya istehsalın səmərəliliyinin yüksəldil-

məsi, ya da əmək şəraitinin yaxşılaşdırılması ilə əlaqədardır.  

Lakin  iqtisadi  səmərəliliyi  sosial  məsrəflərdən  "muxtariyyətdə" 

öyrənmək, praktiki olaraq, mümkün deyil. Bu  məsrəflərin xüsusiy-



yəti elədir ki, onları kəmiyyətcə ölçmək yolu ilə sosial səmərənin 

“muxtariyyət”də  qiymətləndirilməsi  çətin  olur,  daha  doğrusu, 

mümkün  olmur;  sosial  məsələlərin  həllinə  yönəldilən  məsrəflərin 

“xalis” şəkildə müəyyənləşdirilməsinin mümkünlüyü şəraitində belə, 

sosial amillərdən istifadənin səmərəsi ölçüyə gəlmir.  

Ölkə miqyasında işçilərin şüur və intellekti, mənəvi-siyasi və əx-

laqi-estetik mövqeləri, sosial fəallığı − bütün bunlar birlikdə cəmiy-

yətin mənəvi potensialını təşkil edir. Mənəvi potensialın təbii resurs-

larla,  istehsal  və  elmi-texniki  potensialla  uzlaşdırılması  isə  məcmu 

halında cəmiyyətin iqtisadi potensialını əmələ gətirir.  qtisadi poten-

sialın strukturunu təşkil edən həmin ünsürlər arasında qarşılıqlı əlaqə 

və  qarşılıqlı  təsirlər  mövcuddur.  Bu  strukturda  üstünlük  mənəvi  po-

tensiala  məxsus  olmasına  baxmayaraq  (belə  ki,  o  daha  səfərbərdir, 

çevik və “həssasdır”), ictimai istehsalın səmərəliliyinin yüksəldilmə-

sində onun “töhfəsini" ayrıca öyrənmək çətindir. Bu onunla şərtlənir 

ki, mənəvi potensialın tərkib hissəsi və onların “fəaliyyətinin” nəticə-

si  nə  ayrılıqda  və  nə  də  məcmu  halında  kəmiyyətcə  ölçüyə  gəlmir. 

Bütövlükdə  iqtisadiyyata  aid  olan  "iqtisadi  potensial"ı  müəssisəyə 

aid olan "istehsal gücü" ilə əvəz etməklə deyilənlər müəssisə üçün də 

qəbul oluna bilər.  

Beləliklə, hər hansı ictimai-iqtisadi prosesin iqtisadi və sosial nə-

ticəsi ayrılmazdır, artıq qeyd olunduğu kimi, onlar vəhdət təşkil edir, 

onların arasında dəqiq müəyyən edilmiş sərhəd yoxdur.  

2.  stehsalın iqtisadi səmərəliliyinin ümumi və müqayisəli 

göstəriciləri 

stehsalın  iqtisadi  səmərəliliyini  kəmiyyətcə  ölçmək  zərurəti  elə 

göstəricilər sistemini tələb edir ki, onların köməyi ilə həm səmərə və 

həm  də  onu  əldə  etmək  üçün  məsrəflərin  kəmiyyəti  tam  və  dəqiq 

müəyyən oluna bilsin. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə