Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi
505
Qeyd etmək lazımdır ki, sosial-iqtisadi və sosial səmərəlilik an-
layışları (göstəriciləri) iqtisad elmi aparatına daxil edilməzdən qabaq
ictimai istehsalda müvafiq növ məsrəflərin (resursların) istifadəsinin
səmərəlilik meyarı və göstəriciləri elmi cəhətdən işlənilmiş və hələ
bundan çox əvvəl isə, əsaslı vəsait qoyuluşunun səmərəliliyinin
nəzəri-metodoloji tədqiqi həyata keçirilmişdir.
Ölkə üzrə olduğu kimi, müəssisə miqyasında da sosial səmərənin və
onunla əlaqədar məsrəflərin iki formasını bir-birindən fərqləndirmək
lazımdır; bu, iqtisadçılar tərəfindən qəbul olunmuş bir fikirdir:
a) bilavasitə istehsal sferasında sosial yönümlü məsrəflər;
b) qeyri-istehsal sferasında – sosial infrastrukturun inkişafına
yönəldilən məsrəflər.
Göründüyü kimi, istehsal sferasında sosial yönümlü məsrəflər
müəssisədə istehsalın səmərəliliyinə bir tərəfdən əmək şəraitinin yax-
şılaşdırılması, ətraf mühitin mühafizəsi, texniki təhlükəsizlik, istehsa-
lın estetikası və s. bu kimi sosial amillər vasitəsilə təsir göstərir. Di-
gər tərəfdən isə, sosial infrastrukturun inkişafına çəkilən xərclər el-
min, təhsilin, bədən tərbiyəsinin və idmanın inkişafı, səhiyyə, məişət
xidməti (ümumiyyətlə, xidmət “istehsal” edən sahələri − ticarət,
məişət xidməti, ictimai iaşə), sosial təminat, idarəetmənin təkmilləş-
dirilməsi və s. kimi tədbirlər müəssisə miqyasında da istehsalın sə-
mərəliliyinə dolayı təsir göstərən sosial amillərdir.
Sosial amillə
rin qeyd edilə
n növlə
ri və
bununla ə
laqə
dar mə
s-
rə
flə
r, habelə
onların nə
ticə
si kimi sosial sə
mə
rə
, vahid prosesin −
−
−
−
iqtisadi inkiş
afın və
sosial tə
rə
qqinin – müxtə
lif mə
qamları ol-
duqlarından və
hdə
t təş
kil edir, onların birini digə
rində
n ayır-
maq cə
hdi “sxolastik oyun” olardı; lakin bütün bunlara baxma-
yaraq onların arasında fə
rqlə
r də
mövcuddur.
stehsalın səmərəliliyinin yüksəldilməsi isə sosial infrastruktu-
run gələcək inkişafına və sosial-məişət problemlərinin həll edilmə-
sinə şərait yaradır. Buna uyğun olaraq, məsrəfin birinci forması
sosial-iqtisadi istiqamətlidir və bu məsrəflərdən alınan səmərəni
sosial-iqtisadi səmərə hesab etmək olar. stər bütünlükdə ölkə və is-
tərsə də firma miqyasında sosial infrastrukturun inkişafı ilə əlaqədar
məsrəflər isə, öz mahiyyəti etibarilə, “xalis” sosial məsrəflərdir,
lakin son nəticədə sosial infrastrukturdakı mütərəqqi dəyişikliklər
Telman Huseynov
506
dolayı yolla istehsalın iqtisadi göstəricilərinə də əhəmiyyətli dərə-
cədə təsir göstərirlər.
Bütün göstərilən məsrəflər ya istehsalın səmərəliliyinin yüksəldil-
məsi, ya da əmək şəraitinin yaxşılaşdırılması ilə əlaqədardır.
Lakin iqtisadi səmərəliliyi sosial məsrəflərdən "muxtariyyətdə"
öyrənmək, praktiki olaraq, mümkün deyil. Bu məsrəflərin xüsusiy-
yə
ti elə
dir ki, onları kə
miyyə
tcə
ölçmə
k yolu ilə
sosial sə
mə
rə
nin
“muxtariyyə
t”də
qiymə
tlə
ndirilmə
si çə
tin olur, daha doğ
rusu,
mümkün olmur; sosial məsələlərin həllinə yönəldilən məsrəflərin
“xalis” şəkildə müəyyənləşdirilməsinin mümkünlüyü şəraitində belə,
sosial amillərdən istifadənin səmərəsi ölçüyə gəlmir.
Ölkə miqyasında işçilərin şüur və intellekti, mənəvi-siyasi və əx-
laqi-estetik mövqeləri, sosial fəallığı − bütün bunlar birlikdə cəmiy-
yətin mənəvi potensialını təşkil edir. Mənəvi potensialın təbii resurs-
larla, istehsal və elmi-texniki potensialla uzlaşdırılması isə məcmu
halında cəmiyyətin iqtisadi potensialını əmələ gətirir. qtisadi poten-
sialın strukturunu təşkil edən həmin ünsürlər arasında qarşılıqlı əlaqə
və qarşılıqlı təsirlər mövcuddur. Bu strukturda üstünlük mənəvi po-
tensiala məxsus olmasına baxmayaraq (belə ki, o daha səfərbərdir,
çevik və “həssasdır”), ictimai istehsalın səmərəliliyinin yüksəldilmə-
sində onun “töhfəsini" ayrıca öyrənmək çətindir. Bu onunla şərtlənir
ki, mənəvi potensialın tərkib hissəsi və onların “fəaliyyətinin” nəticə-
si nə ayrılıqda və nə də məcmu halında kəmiyyətcə ölçüyə gəlmir.
Bütövlükdə iqtisadiyyata aid olan "iqtisadi potensial"ı müəssisəyə
aid olan "istehsal gücü" ilə əvəz etməklə deyilənlər müəssisə üçün də
qəbul oluna bilər.
Beləliklə, hər hansı ictimai-iqtisadi prosesin iqtisadi və sosial nə-
ticəsi ayrılmazdır, artıq qeyd olunduğu kimi, onlar vəhdət təşkil edir,
onların arasında dəqiq müəyyən edilmiş sərhəd yoxdur.
2. stehsalın iqtisadi səmərəliliyinin ümumi və müqayisəli
göstəriciləri
stehsalın iqtisadi səmərəliliyini kəmiyyətcə ölçmək zərurəti elə
göstəricilər sistemini tələb edir ki, onların köməyi ilə həm səmərə və
həm də onu əldə etmək üçün məsrəflərin kəmiyyəti tam və dəqiq
müəyyən oluna bilsin.