Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə190/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   186   187   188   189   190   191   192   193   ...   214

Telman Huseynov 

 

510



Göründüyü kimi, əgər I metodla rentabelliyin hesablanması ikinci 

firmanın öz resurslarından (əsas fondlar və normalaşdırılan dövriyyə 

vəsaitlərindən)  daha  səmərəli  istifadə  etdiyini  göstərirsə,  II  metodla 

hesablamada üstünlük birinci firmaya keçir. 

Bəs real vəziyyət hansıdır? 

Təhlil göstərir ki, rentabellik səviyyəsinin hesablanmasının II me-

todu real vəziyyəti daha düzgün əks etdirir. Belə ki, hər iki firmada 

əldə  edilən  mənfəətin  kütləsi  o  qədər  çox  fərqlənməsə  də,  birinci 

müəssisə daha az həcmdə istehsal əsas fondlarından və normalaşdırı-

lan dövriyyə vəsaitlərindən istifadə etmişdir.  

Beləliklə, hesablama göstərdi ki, I firma II firmaya nisbətən rəqa-

bətqabliyyətlidir,  çünki  o,  az  resursla  daha  çox  məbləğdə  mənfəət 

əldə edə bilmişdir. 

Deməli,  rentabelliyin  hesablanmasının  ikinci  metodu  real  vəziy-

yəti daha düzgün əks etdirə bilir.Firmalar birinci metoddan (mənfəət 

və maya dəyərinə görə hesablanan) məhsulların, ikinci metoddan isə 

(mənfəət,  əsas  və  dövriyyə  fondlarına  görə  hesablanan)  istehsalın 

rentabelliyini qiymətləndirə bilərlər. 

Firma miqyasında əsas və xüsusi kapitalın da səmərəliliyi hesab-

lanır və təhlil edilir. 

Əsas kapitalın rentabelliyi: 

R

əskap



 = 

mənfəət 


×

100% 


əsas kapital 

Burada,  əsas  kapital  firmanın  istehsal  əsas  fondlarının  orta  illik 

(rüblük, aylıq) dəyəridir.  

Xüsusi kapitalın rentabelliyi: 

R

xüs.kap.


 =  

mənfəət 


×

100% 


xüsusi kapital 

Burada,  xüsusi  kapital  firmanın  istehsal  əsas  fondlarının  özünün 

xüsusi maliyyələşmə mənbələri hesabına yaratdığı hissəsinin dəyəridir. 

Elm və texnikanın müasir inkişaf mərhələsi istehsal məsələləri-

nin həllinin çoxvariantlılığı ilə xarakterizə olunur. Bu, öz növbəsin-

də, artıq qeyd olunduğu kimi, təsərrüfat və texniki həll variantları-

nın müqayisəli (nisbi) iqtisadi səmərəliliyinin real hesablamalarının 

aparılması  zərurətini  doğurur.  Müqayisəli  səmərəliliyin  müəyyən 



Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

511



olunması  zamanı  müəssisədə  həyata  keçiriləcək  müxtəlif  birdəfəlik  və 

cari  xərcələr  tələb  edən  investisiya  layihələri  və  ya  istehsal-təsərrüfat 

tədbirləri müqayisə edilir.  

Firmanın uzunmüddətli inkişaf perspektivini nəzərə almaqla onun 

istehsal təsərrüfat fəaliyyətinin əsas iqtisadi nəticəsi investisiya qoyu-

luşlarına maksimum mənfəətin əldə  olunmasıdır.  Müasir  dövrdə,  bey-

nəlxalq  təcrübədə  investisiya  layihələrinin  səmərəliliyini  əsaslandır-

maq üçün aşağıdakı metodlardan istifadə edilir.  

1.  nteqral səmərə. 

2. Rentabellik norması. 

3. Rentabellik indeksi. 

4. Ödənmə müddəti. 

nteqral səmərə müxtəlif dövrlərə aid olan nəticə (gəlirlərin) və 

xərclərin  fərqinin  diskontlaşdırılaraq  bir  ilə,  adətən  hesabat  dövrü-

nün birinci ilinə gətirilməsi əsasında hesablanan göstəricidir. 

Bu gətirilmə verilmiş illik göstəricinin a

t

 dikontlaşdırma əmsalına 



vurulmaqla edilir. Həmin əmsal aşağıdakı kimi müəyyən olunur: 

t

н

E



t

a

)

1



(

1

+



=

 

Burada, t – hesabat dövrünün “birinci ili” olan “0” ilə verilmiş gös-



təricinin aid olduğu «t» ili arasındakı dövürdür (illə). 

 E

n



 – vaxta görə gətirilmə normatividir. 

Qeyd etmək lazımdır ki, E

n

 normativi ölkədə formalaşmış faiz də-



rəcəsi  nəzərə  alınmaqla  layihənin  risklik  dərəcəsi  əsasında  hesabla-

nır. E


n

 normativi müəyyən olunarkən, risksiz dərəcənin, kommersiya 

və maliyyə risklərinin səviyyələri nəzərə alınır. Yəni faiz dərəcəsinin 

üzərinə  risklə  əlaqədar  müəyyən  olunmuş  mükafat  da  nəzərdə  tutu-

lur:  

E

n



 = i + mr + kr 

Burada, i – risksiz dərəcə; 

           mr – maliyyə risklərinə görə mükafat; 

            kr – kommersiya risklərinə görə mükafat.  

nvestisiya  qoyuluşlarının  inteqral  səmərəsi  aşağıdakı  düsturun 

köməyi ilə hesablanır: 




Telman Huseynov 

 

512



S = 

Σ



 

t=0 


(N

t

 –X



t

) a


t

 

Burada, T – hesabat ili; 



             N

– t ilindəki nəticə; 



             X

– t ilindəki investisiya xərcləri; 



              a

t

 – diskontlaşdırma əmsalı. 



Müəssisədə  investisiya  layhəsinin  qəbul  edilməsi  üçün  inteqral 

səmərəlilik göstəricisi müsbət kəmiyyət olmalıdır. Yəni, əgər inteqral 

səmərəlilik  göstəricisi  müsbət  kəmiyyətdirsə,  investisiya  xərclərinin 

daxili rentabellik norması nəzərdə tutulmuş normativdən (a

diskont-


laşdırma əmsalının hesablanmasında istifadə olunmuş E

n

) yüksəkdir, 



mənfidirsə,  daxili  rentabellik  norması  normativdən  aşağıdır.  Qeyd 

etmək lazımdır ki, iqtisadi ədəbiyyatda inteqral səmərə anlayışı-

nın  sinonimi  kimi  "xalis  diskontlaşdırılmış  gəlir",  "xalis  cari 

dəyər" kimi məfhumlar da işlənir.  

Daxili  rentabellik  norması  göstəricisinin  həqiqi  qiymətini  (E

x



tapmaq  üçün  aşağıdakı  məsələni  həll  etmək  lazımdır.  Başqa  sözlə, 



əsaslı  vəsait  qoyuluşunun  inteqral  səmərəsinin  sıfra  bərabər  olduğu 

E

x



 müəyyən olunmalıdır. 

Σ



  

t=0 


(N

–X



t



= 0 

(1+E


x

Əgər  inteqral  səmərə  müsbətdirsə,  onda  E



x

>E



olmalıdır.  Əgər 

mənfidirsə,  onda  E

x

olur.  E



x

-in  həqiqi  qiymətini  tapmaq  üçün 

ardıcıl  yaxınlaşdırma  metodundan  istifadə  olunur  (müsbət  inteqral 

səmərədə  E

x

  ardıcıl  olaraq  0,01  artırılır,  mənfi  inteqral  səmərədə  isə 



0,01 azaldılır). Bu vaxt E

x

-in elə qiyməti müəyyən olunur ki, inteqral 



səmərə  sıfra  bərabər  olsun.  nteqral  səmərənin  sıfra  yaxın  müsbət  və 

ya  mənfi  kəmiyyəti  alınırsa,  onda  daxili  rentabellik  normasının 

hesablanması üçün aşağıdakı düsturdan istifadə edilir: 

1

+



n

n

n



1

+

n



n

n

x



S

+

S



)

E

+



E

(

S



+

E

=



E

 

 Burada, E



n

 – inteqral səmərənin sıfıra yaxın müsbət və ya mənfi 

qiymət aldığı diskont normasıdır. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə